Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə28/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   ...   21   22   23   24   25   26   27   28   29

 
yoxdur axı. Üç söz hesab etsək də bir işə yaramaz: AT TEN 
TA bir adamın baş hərfləri ola bilər bəlkə. Bax, yenə başlayır! 
Nə? ATTE - amma bu yenə eyni mesaj. Çox maraqlıdır Uat-
son, çox maraqlıdır! Yenidən başladı! AT - inanılmaz, mesajı 
üçüncü bir dəfə təkrar edir. Üç dəfə ATTENTA  yazdı! Gö-
rəsən neçə dəfə təkrar edəcək? Xeyr, işini bitirmişə bənzəyir. 
Adam  pəncərədən  çəkildi.  Bunun  mənası  nə  ola  bilər  Uat-
son? 
– Şifrəli bir mesaj Holms. 
Dostum hər şeyi qavramış kimi keflə güldü. 
– Elə də kompleks şifrə də deyil Uatson, – dedi. – Bu, 
İtalyancadır! Sondakı “A” bir qadına xitab edildiyini göstə-
rir. “DİQQƏTLİ OL, DİQQƏTLİ OL, DİQQƏTLİ OL!” Buna 
nə deyirsən Uatson? 
– Tam gözündən vurdun məncə. 
– Əlbəttə. Çox təcili bir mesajdır; üç dəfə təkrarlanma-
sının səbəbi də bunu vurğulamaqdır hər halda. Yaxşı, amma 
hansı mövzuda diqqətli olmaq lazımdır görəsən? Dayan bir 
dəqiqə, adam təkrar gəldi pəncərəyə. 
Əyilən  adamın  silueti  və  siqnallar  təkrar  başlayarkən 
parıldayan kiçik alov yenidən qarşımızda idi. İndi hərflər əv-
vəlkindən daha ardıcıl şəkildə gəlirdi - o qədər sürətli idi ki, 
izləməkdə çətinlik çəkirdik. 
"PERİCOLO – pericolo - nə demək idi Uatson? “Təhlü-
kə”  mənasını  verirdi, elə  deyilmi?  Bəli,  təbii  ki,  bir  təhlükə 
siqnalıdır bu! Bəli, yenə başlayır! PERİ. Görəsən nə baş verir? 
İşıq birdən-birə sönmüşdü, işıqlı pəncərə yoxa çıxmış-
dı və üçüncü mərtəbə, hündür binanın parıltılı pəncərələrinə 
təzad  meydana  gətirəcək  şəkildə  qaranlıq  bir  lent  kimi  qu-
caqlamışdı binanı. Son xəbərdarlıq mesajı nədənsə yarıda kə-
115 
 


 
silmişdi. Amma kim tərəfindən və necə? İkimizin də başında 
eyni düşüncə dolanırdı. Holms, çöməldiyi yerdən sürətlə ay-
ağa atıldı. 
– Bu ciddi bir şeydir Uatson, – deyə qışqırdı. – Murdar 
bir iş baş verir burada! Elə bir mesaj nə üçün qəflətən yarıda 
kəsilsin  ki?  Scotland  Yarda  xəbər  versəm  necə olar?    Lakin 
bu anda buradan ayrılmağımız qeyri-mümkündür. 
– Mən gedib polis çağırım istəyirsənsə. 
– Əvvəl vəziyyətimizi bir az da dəqiqləşdirməyimiz la-
zımdır.  Bəlkə  də  sandığımızdan  daha  sadə  şeylər  olur.  Gəl 
Uatson, gedib bu binaya nəzər salaq, əvvəl öz gözlərimizlə 
görək nələr baş verdiyini. 
Hove prospekti ilə üzüaşağı sürətli addımlarla gedər-
kən, arxama dönüb bir az əvvəl tərk etdiyimiz binaya bax-
dım. Orada, ən üst qatdakı pəncərənin çərçivəsində, gözünü 
həyəcanla  qaranlığa  tikmiş,  narahatlıqla,  yarıda  kəsilmiş 
olan  o  mesajın  davamını  gözləyən  bir  qadının  üzünü  gör-
düm. Hove prospektindəki binalara yaxınlaşdığımızda, pal-
tolu və qalstuklu bir adamın barmaqlıqlara söykənmiş halda 
dayandığını  fərq etdim. Adam  bizi  görüncə  olduğu  yerdən 
sıçradı. "Holms!" deyə qışqırdı. 
– İnanılmaz bir şeydir bu Qreqson, – dedi dostum, bir 
tərəfdən  Scotland  Yard  müfəttişiylə  əl  sıxışarkən.  –  Dünya 
nə qədər kiçikdir, elə deyilmi? Nə işin var sənin burada? 
–  Böyük  bir  ehtimalla eyni  iş  üçün  buradayıq, –  dedi 
Qreqson.  –  Hadisədən  necə  xəbərdar  olduğunu  anlaya  bil-
mədim. 
–  Eyni  düyündə  görüşən  ayrı  ipuclarının  köməyiylə 
buradayıq.  Mən  işıqla  verilən  bu  mesajların  arxasınca  gəl-
dim. 
116 
 


 
– Mesajlar? 
– Bəli, buradakı pəncərədən. Birdən-birə kəsildilər. Sə-
bəbini  araşdırmaq  üçün  baş  çəkdik.  Amma  madam  sənin 
əlindədir,  rahat  olmaq  olar.  Hadisələr  daha  çox  maraqlan-
maq üçün səbəb görə bilmirəm. 
–  Dayan  görək,  –  deyə  qışqırdı  Qreqson  həyəcanla.  – 
Sizə  düzünü  deməliyəm,  cənab  Holms.  Yanımda  olmanızı 
bu qədər istəyəcəyim başqa bir hadisə olmamışdır. Bu mən-
zilə yalnız bir çıxış var, yəni adam əlimizdədir. 
– Adamımız kim? 
– Aha, demək bir dəfə də olsun sizdən öndəyik, cənab 
Holms. Bu səfər bizi təbrik etməlisiniz. – Çəliyini sərtcə yerə 
vurdu və sonra, yolun qarşısı tərəfində park etmiş bir fayto-
nun sürücüsü əlində qırmanc bizə tərəf gəldi. 
– Sizi Şerlok Holmsla tanış edim, – dedi Qreqson fay-
tonçuya. – Bu, Pinkerton Amerikan Agentliyindən cənab Le-
vertondur. 
–  Long  İsland  Mağarası  hadisəsinin  qəhrəmanımı?  –
dedi Holms.  –  Cənab,  sizinlə  tanış  olduğuma  çox  məmnun 
oldum. 
Səssiz,  iş  adamına  bənzəyən  gənc  amerikalının  təmiz 
üzü, Holmsun tərif yüklü sözlərindən sonra qızardı.  
–  Bu  anda  həyatımın  ən  önəmli  izindəyəm  cənab 
Holms, – dedi. – Corcianonu tuta bilsəm... 
– Nə! “Qırmızı çevrə”dəki Corcianodan bəhs edirsən? 
–  Bəli,  demək  Avropada  da  məhşurdur?  Nə  isə,  biz 
onunla əlaqədar hər şeyi Amerikada öyrəndik. Cəmi əlli ci-
nayətin  arxasında  onun  adının  olduğunu  bilirik,  buna  bax-
mayaraq  əlimizdə  onu  günahlandıracaq  bir  dəlil  yoxdur. 
Nyu Yorkdan bəri izindəyəm və bir həftədir qandalları tax-
117 
 


 
mağıma yarayacaq bir şey tapa bilmək üçün Londonda onu 
müşahidə edirəm. Cənab Qreqson və mən onu buradakı  bö-
yük binada sıxışdırdıq. Binanın tək çıxışı olduğu üçün bu sə-
fər əlimizdən xilas ola bilməz. İçəri girəndən bəri üç adam çı-
xıb və heç birinin o olmadığından əminəm. 
–  Cənab  Holms  işıqlı  mesajlardan  bəhs  edir,  –  dedi 
Qreqson. – Əminim, bizim bilmədiyimiz bir çox şeyi o bilir. 
Bir neçə sözlə bildiklərimizi onlara izah etdik. Ameri-
kalı sinirlə əllərini bir-birinə vurdu. 
– Bizi görüb deyəsən, – deyə qışqırdı. 
– Elə düşünməyinizə səbəb olan nədir? 
–Hər  şey  çox  açıq  deyilmi?  Adam  cinayət  ortaqların-
dan birinə - Londonda, onun şəbəkəsindən bir çox adam var 
- mesaj göndərir. Sonra mesajı qəflətən yarıda kəsilir, üstəlik 
tam təhlükədən bəhs edərkən. Bu, yalnız və yalnız, pəncərə-
dən bizdən birini gördüyü mənasına gələ bilər. Təhlükənin 
sandığından daha yaxın olduğunu fərq edincə, qaçmaq üçün 
dərhal hərəkətə keçmək məcburiyyətində olduğunu anlayıb. 
Siz nə deyərsiniz cənab Holms? 
– Dərhal yuxarı mərtəbəyə çıxıb baş verənləri öz göz-
lərimizlə görməyi təklif edirəm. 
– Lakin, onu həbs etmək üçün əlimizdə bir dəlil olma-
lıdır. 
–  Boş  bir  mənzildə  şübhə  oyandıracaq  işlər  görür,  – 
dedi Qregqson. – Hələlik bu da kifayətdir. Onu bir dəfə tut-
saq,  əlimizdə  tutmamıza  yarayacaq  məlumatlar  Nyu  York-
dan  gələcək. Həbsin  məsuliyyətini  şəxsən  boynuna  götürü-
rəm. 
Zəkaya gəlincə rəsmi polis müfəttişlərimiz çox parlaq 
olmaya  bilərlər, amma  cəsarət  mövzusunda  onlardan    yox-
118 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə