Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə23/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

 
– Lakin siz bu cəhənnəmə necə qatıldınız, xanım Bur-
net? – deyə soruşdu Holms. – Necə ola bilər sizin kimi bir in-
gilis xanım bu cür cinayətlərə qarışar? 
–  Bu  işə  qatılmağım  vacib  idi,  yoxsa  dünyada  ədalət 
bərqərar olmazdı. İllər əvvəl San Pedroda axıdılan qanların 
hesabını  ingilis  qanunlarını  soruşacaqdı?  O  iyrənc  adamın, 
oğurlayaraq gəmisinə doldurduğu xəzinələr nə olacaqdı? Si-
zə görə bütün bunlar, başqa bir aləmdəki cinayətlərdir. Am-
ma biz, bu cinayətlərin əsl ağrısını və kədərini bədənimizdə 
hiss etdik. Biz bilirik. Cəhənnəmdəki Şeytan, bu insan olma-
lıdır. O Juan Murillonun yanında heç nədir; qurbanları “in-
tiqam” deyə qışqırdığı müddətcə də bu dünyada hüzur  üzü 
görülməyəcək. 
Holms sözə qarışdı: 
–  Olan  keçənlərin  nə  cür  faciəvi  olduğunu  bilirəm. 
Amma sizin başınıza nələr gəlib? 
– Sizə hər şeyi izah edim. Bu canavarın apardığı siya-
sət, günün birində qarşısına çıxan hər rəqibi ortadan qaldır-
maq idi. Ərim - bəli, mən evliydim; əsl adım Siqnora Viktor 
Durandodur - Londonda San Pedronun səfiri olaraq çalışır-
dı. Günün birində mənimlə tanış oldu və evləndik. Dünyaya 
onun qədər zadəgan bir insan gəlməyib. Çox təəssüf ki, mü-
vəffəqiyyətləri  bir  gün  Murillonun  qulağına  çatdı.  Heç  bir 
səbəbsiz ərimi geri çağırtdırdı və güllələtdirdi. Ərim başına 
gələcəkləri  təxmin  etdiyi  üçün  məni  aparmamışdı.  Əlindən 
bütün sərvəti alındı və mən küskün bir ürəklə beş qəpiksiz 
qaldım. 
Bu  əsnada  diktatorluq  devrildi.  Sizin  də  danışdığınız  
kimi, Murillo qaça bildi. Amma həyatlarını məhv etdiyi kəs-
lər, işgəncə və ölümə məruz qalanların qohumları onun ar-
93 
 


 
xasından  əl  çəkmədilər.  Əvvəl  aralarında  bir  təşkilat  mey-
dana gətirdilər; məqsədlərinə çatana qədər bu birlik pozul-
mayacaqdı. Devrilmiş  despotun Henderson saxta adıyla ya-
şadığını  öyrəndikdən  sonra  mənim  rolum,  nə  yolla  olursa, 
olsun  tapıb  onun  evində  işə  düzəlmək  idi  və  baş  verənləri 
təşkilatımıza  çatdırmaq idi. Beləcə dayə olaraq müraciət et-
dim və işə götürüldüm. Hər yeməkdə qarşısında oturan qad-
ının,  öldürdüyü  adamın  arvadı  olduğundan  xəbəri  yox idi. 
Mən isə hər gün, nifrət etdiyim bu adama gülümsəyir, uşaq-
larına qarşı üzərimə düşən vəzifəni yerinə yetirir və uyğun 
zamanın gəlməsini gözləyirdim. Parisdə ona bir suiqəsd ha-
zırlandı amma müvəffəqiyyətli olmadı. Arxasınca düşənlər-
dən  xilas  olmaq  üçün  bütün  Avropanı  gəzirdi.  Sonunda 
İngiltərəyə  gəlib  tutduğu  bu  evə  yerləşdi.  Biz  də  arxasınca 
bura gəldik. 
Ədalətin  təcəlli  etməsini  istəyənlər  burada  da  fürsət 
gözləyirdilər. San Pedronun vaxtilə ən yüksək rütbəli əsilza-
dələrindən  birinin  oğulu  olan  Qarsiya  və  özünə  sadiq  iki 
adamı,  intiqam  duyğusuyla  yanıb  alovlanmaqda  idi.  Gün-
düz  bir  şey  edə  bilməzdilər,  çünki  Murillo  hər  cür  tədbiri 
görmüşdü; köməkçisi Lukas (iqtidar günlərindəki adıyla de-
sək  Lopez)  olmadan  tək  başına  çölə  çıxmazdı.  Gecələri  tək 
yatır və növbətçi saxlamırdı. Belə şərait yarandığı üçün inti-
qamçılar onun evinə gecə hücum edə bilərdilər. Bir gün qə-
rarlaşdırdıq; o axşam görüşəcəyimiz yeri məktubla dostuma 
bildirəcəkdim. Necə də olsa Henderson çox narahat adamdı, 
hər gecə yataq otağını dəyişdirirdi. Mən bütün qapıları  açıq 
saxlayacaqdım və evin əsas bağçasına baxan  pəncərələrdən 
birindən  yaşıl  və  ya  ağ  işıq  yandıracaqdım;  buna  görə  ya 
94 
 


 
təhlükəsizcə içəri girə biləcəkdilər ya da reallaşdırmaq istə-
diyimiz sui-qəsd təxirə salınacaqdı. 
Lakin plan ümid etdiyimiz kimi getmədi. Necə oldusa 
katib məndən şübhələndi. Gizlicə arxamca gəlmişdi, xəbərim 
yox idi; tam məktubumu yazıb bitirdiyim anda üzərimə atıl-
dı.  Ağasıyla  birlikdə  məni  bir  otağa  saldılar,  xəyanətə  görə 
mühakimə  etdilər.  Əvvəl  bıçaqlamağı  qərarlaşdırmışdılar, 
amma sonra çəkindilər. Hərtərəfli düşündülər, müzakirə et-
dilər, sonunda məni öldürməyin təhlükəli olacağı qənaətinə 
gəldilər. Bundan sonra Qarsiyanın aradan götürülməsinə qə-
rar  verdilər.  Məni  möhkəm  bağlamışdılar.  Murillo  qolumu 
elə burdu ki, yazmış olduğum məktubu ona vermək məcbu-
riyyətində qaldım. And içirəm, Qarsiyanın başına gələcəkləri 
bilsəydim, ölsəm də yenə o məktubu əldən verməzdim. Lo-
pez  məktubun,  daha  doğrusu  zərfin  üzərinə  ünvanı  yazdı, 
sonra qol düyməsiylə mumu möhürlədi və xidmətçi Xoseyə 
verdi;  Qarsiyaya  aparmasını  başa  saldı.  Qarsiyanı  necə  öl-
dürdülər bilmirəm amma bu işin içində Murillonun olduğu 
dəqiqdir,  çünki  cinayət  reallaşana  qədər  Lopezi  mənim  üs-
tümdə növbətçi olaraq qoymuşdular. Hər halda qatil, cığırın 
döngəsindəki    yerdəki  kolluğun  arxasında  düşməninə  tələ 
qurmuşdu. Əvvəl Qarsiyanın evə girməsini gözləyəcəkdilər, 
sonra da onu bir oğru kimi tələyə salıb öldürəcəkdilər. Lakin 
gələcəkdə məhkəmədə şahidlik etmək məcburiyyətində qal-
dıqları təqdirdə gerçək şəxsiyyətlərini tanıyan biri ortaya çı-
xa  bilərdi.  Digər  tərəfdən  Qarsiyanın  ölümü    suiqəsdçiləri 
ürküdəcəyi üçün bir müddət izlənilməkdən də xilas olacaq-
lardı. 
Mən etdiklərini bilməsəydim,  onlar  üçün  bir  problem 
qalmayacaqdı.  Həyatımın  sapdan  asılı  olduğu  saatlar  keçi-
95 
 


 
rirdim.  Məni  hər  cür  hərəkətdən  saxladılar,  otağımda  həbs 
etdilər,  təhdid  etdilər;  daha  betəri,  işgəncələr  qarşısında  az 
qalsın həyata ümidimi itirəcəkdim. Çiyinimdəki bu bıçaq izi-
nə baxın, qollarımdakı yanıq izlərinə də… Bir dəfə pəncərə-
dən  qışqıraraq  kömək  istədim  amma  ağızımı  tutdular.  Bu 
qorxunc həbs tam beş ay davam etdi. O qədər az yemək ve-
rirdilər ki, ayaqda üstə əsir, az qala ağılımı itirirdim. Bu gün 
günortadan  sonra  gözəl  bir  yemək  gətirdilər.  Dərhal  içinə 
narkotik  qatdıqlarını  anladım.  Yarıyuxulu    vəziyyətdə  ara-
baya aparıldığımı ya da süründüyümü xatırlayıram. Eyni şə-
kildə məni qatara qədər gətirdilər. Qatar hərəkət etdiyi anda 
ağılım  başıma  gəldi.  Həyatım  öz  əlimdə  idi,  ya  indi  ya  da 
heç  bir  zaman  deyərək  gücümü  yığdım  və  özümü  çölə  at-
dım. Məni təkrar vaqonun içinə çəkməyə çalışdılar, eyni an-
da adamınız məni faytona mindirdi; yoxsa heç bir zaman xi-
las ola bilməzdim. Allaha şükr, indi sərbəstəm." 
Bu xeyli maraqlı hekayəni həyəcanla dinləmişdik. Səs-
sizliyi ilk pozan Holms oldu. 
– İşimiz hələ çətindir, – deyə başını yellədi. – Polislik 
vəzifəmiz  burada  bitir  amma  ədalət  uğrunda  aparacağımız 
savaş indi başlayır. 
–  Doğrudur,  –  dedim.  –  Peşəkar  bir  vəkil,  adamların 
haqqını qanuni müdafiə şəklində göstərə bilər. Bunun arxa-
sında bir çox cinayət olsa belə yalnız bu son işlənən cinayət-
dən onları həbs edə bilərik. 
Baynes əmin bir rəftarla: 
– "Yox, yox, – dedi. – Mənim ədalətə inancım var. Qa-
nuni  müdafiə  başqadır,  birindən nə  qədər  qorxursunuzsa 
qorxun, onu tələyə salıb soyuqqanlılıqla öldürmək başqadır. 
96 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə