Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə24/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   ...   21   22   23   24   25   26   27   28   29

 
Baxarsınız,  “Böyük  Geybl”in    kirayəçisini  məhkəməyə  çı-
xarsaq ədalət yerini tapacaq." 
Ancaq hadisələr belə inkişaf etmədi, ta ki, Pələng layiq 
olduğu  aqibətlə  qarşılaşana  qədər.  O  qədər  ağıllı  və  hiylə-
gərdirlər  ki,  Murillo  və  köməkçisi,  izlərinə  düşənləri,  Ed-
monton  prospektindəki  pavilyona  girib  arxa  qapıdan  Kur-
zon  meydanına  çıxaraq  asanca  azdırdılar.  O  gündən  sonra 
onları İngiltərədə görən olmadı. Aradan altı ay keçdi. Marki 
Montalva  və  katibi  Siqnor  Rulli,  Madriddəki  Eskorial  Ote-
lində  qaldıqları  otaqda  ölü  olaraq  tapıldılar.  Qəzetlər  cina-
yətin  nihilistlər  tərəfindən  işləndiyini  yazdı  amma  qatil  və 
ya qatillər əsla ələ geçirilmədi. Müfəttiş Baynes bizi Bayker 
küçəsində ziyarətə gəldiyi zaman ölənlərin qəzetdə çap edil-
miş şəkillərini göstərdi. Katibin əsmər sifəti və sıx qaşlı, qa-
ragözlü ağasının iyrənc üz cizgiləri tanınmaz halda idi. Əda-
lətin kec də olsa qələbə çaldığından artıq şübhəmiz yox idi. 
– Dolaşıq bir məsələdir, dostum Uatson, - deyə izahata 
başladı Holms. Bir tərəfdən də siqarını tüstülədirdi. Hadisə-
ləri  yekunlaşdırmağı sevirsən  amma  bu  dəfə  istədiyin  kimi 
yekun mümkün olmayacaq. Hadisə iki ayrı qitəni bir araya 
gətirir, eyni zamanda da iki ayrı qrupu birləşdirən şəxslərin 
əsrarəngiz  xarakterlərini.  Hekayə  zadəgan  dostumuz  Skot 
Eklsin işə qarışmasıyla başlayır. Bu vəziyyət, Qarsiyanın nə 
qədər  ehtiyatla  çalışdığını  və  yaşama  instinktinin  nə  qədər  
güclü  olduğunu  mənə  göstərdi.  Maraqlı  görünən  digər  bir 
nöqtə də qabiliyyətli müfəttişimiz Baynesin bu keşmekeşlər 
içərisində  bizim  də  üzərində  olduğumuz  izləri  gözdən  qa-
çırmamasıdır. Sənin tərəfindən açılmayan bir xüsus qaldımı? 
– Mələz aşbaz nə üçün geri dönmüşdü? 
97 
 


 
–  Hər  halda  bunun  səbəbi  mətbəxdəki  o  əcaib  varlıq 
idi.  Bu,  San  Pedro  meşələrində  yaşayan  primitiv  vəhşilərin 
bir adəti idi. Düşünürəm ki, əvvəldən qərarlaşdırdıqları gö-
rüş yerini tərk etməmişdən  əvvəl aşbaza, o uğursuz varlığı 
özüylə  aparmamasını  söyləyidilər.  Lakin  mələzin  fikri  ta-
pındığı varlıqda idi. Necə ki, sabahısı günü onu, mətbəxə qə-
dər sürüyüb. Mətbəx pəncərəsindən baxar - baxmaz içəridə-
ki polisi görüb və dərhal geri çəkilib. Nə var ki, dindarlığı, 
daha doğrusu batil inancı üstün gəlib və şansını bir dəfə də 
sınayıb. Müfəttiş Baynesin iti zəkası məndən əvvəl bu hadi-
sənin əhəmiyyətini qavramışdı. Ona görə də bir tələ hazırla-
dı… Başqa soruşacağın bir şey varmı, Uatson?" 
– Qan dolu vedrə, parçalanmış quş, yanmış sümüklər 
və mətbəxdəki lənətə gəlmiş varlıq. 
Holms gülərək qeyd dəftərinə  nə isə qaraladı. 
–  Bir  səhər  “British  Museum”u  ziyarət  etdim,  –  deyə 
davam  etdi  sözlərinə.  Bu  verdiyim  suallar haqqında  detallı 
məlumatlar  yığmaq  məqsədiylə…  Ekermanın  “Vuduculuk 
və digər zənci dinlər”i adındakı kitabından bu parçanı oxu-
yum sənə: 
“Həqiqi  Vuduçu,  tanrısına  dua  etmədən  əvvəl  özünə 
bir qurban axtarır. Nadir də olsa bu qurban bəzən bir insan 
ola bilər. Dini ayin də insan əti yeməklə sona çatır. Əsasən 
heyvan qurban edilir. Məsələn, ağ bir xoruz canlı-canlı kəsi-
lər,  kiçicik  parçalara  ayrılar  və  ya  qara  bir  keçini,  boğazını 
kəsdikdən sonra dua edərlər. 
–  Görürsən  ya  Uatson,  bizim  mələz,  inanclarına  çox 
bağlı imiş. Grotesk buna deyilir. 
98 
 


 
Holms qeyd dəftərini bağlayıb cibinə qoydu və sözünü 
belə  tamamladı:  Amma  Groteskin  bir  faciəyə  çevrilməsi 
üçün bəzən tək bir addım kifayətdir. 
 
 
 
 
 
 
 
 
 
 
99 
 


 
100 
 


 
 
 
         
QIRMIZI ÇEVRƏ 
 
 
 
 
 
 
 
101 
 


 
 –  Çox  gözəl  xanım  Uarren,  həyəcanlanmağınıza  hər  hansı 
bir  səbəb  görə  bilmədiyim  kimi,  zamanı  qiymətli  sayan  bir 
adam olaraq bu mövzuda bir şey etməyimi tələb edəcək bir 
səbəb də  görə  bilmədiyimi  deməliyəm.  Doğrusunu  bil-mək 
istəsəniz  məşğul  olmalı  olduğum  başqa  işlər  var.  –  Şer-lok 
Holms bunları söylədikdən sonra, yeni xəbərlər əlavə etdiyi 
qeyd dəftərinə qeydlər etməyə davam etdi. 
Ancaq pansionda işləyən  qadın, həmcinslərinin bütün 
tərsliyinə və hiyləgərliyinə sahib idi və görünüşə görə imtina 
etməyə qətiyən niyyəti yox idi. 
– Keçən il kirayəçilərimdən birinin işinə baxmışdınız, – 
dedi, – cənab Fairdale Hobbsdan danışıram. 
– Aha, bəli, sadə bir məsələ idi. 
– Amma cənab Fairdale hər fürsətdə bu mövzudan da-
nışır cənab, nə qədər nəzakətli biri olduğunuzu deyir, onun 
üçün  qaranlığı  necə  işıqlandırdığınızdan  danışardı.  Özümü 
qaranlıqda itmiş hiss etdiyim anda birdən onun sözlərin xa-
tırladım. Cəhd etsəniz həll edə biləcəyinizdən əminəm. 
İltifatlara  qarşı  bir  azca  zəifliyi  vardı  Holmsun;  haq-
sızlıq etməyim, nəzakət də onu yumşaldardı. Bu iki güc bir 
araya gəlincə kök ötürərək karandaşını buraxdı və oturduğu 
yerdə arxaya söykəndi. 
–  Yaxşı,  yaxşı,  xanım  Uarren,  izah  edəcəklərinizi  din-
ləyək o halda. Ümid edirəm, siqara bir etirazınızdır yoxdur? 
Təşəkkür  edirəm.  Uatson,  kibrit!  Əgər  səhv  başa  düşmə-
dimsə, narahatlığınızın səbəbi, yeni kirayəçinizin daima ota-
ğında qalması və onu heç görə bilməməyinizdir. Xahiş edi-
rəm  xanım Uarren,  kirayəçiniz  olsam  məni  də bəzən həftə-
lərlə görməyə bilərsiniz. 
102 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə