Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə26/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   ...   21   22   23   24   25   26   27   28   29

 
– Buradakı siqaret kötüyü əksini deyir. Ancaq saqqal-
sız biri çəkmiş ola bilər bunu. Bəli Uatson, sənin təvazökar 
bığın belə, bir az da olsun yanardı. 
– Naşı istifadə edilmiş ola bilməzmi? – deyə dilləndim. 
– Xeyr, xeyr, siqaret kötüyünün ucu yanıb. Sizin mən-
zilinizdə iki adamın olması mümkündürmü xanım Uarren? 
– Xeyr cənab. Adam o qədər az yeyir ki, həyatda qal-
masına belə təəccüb edirəm. 
– Bu vəziyyətdə bir az da dəlil əldə edənə qədər göz-
ləmək ən doğrusu olacaq yəqin ki. Necəsə şikayət edəcək bir 
şeyiniz yoxdur. Kirayənizi alırsınız və adam qəribə biri olsa 
da sizə problem yaratmır. Yaxşı pul ödədiyi həqiqətdir, özü-
nü göstərməməyi seçməsi sizi hələlik narahat etməsin. Cina-
yət  törətmiş  olması  qərarana  gəlmədən  şəxsi  həyatına  mü-
daxilə etməyə haqqımız yoxdur. İşi qəbul edirəm və proses-
ləri  yaxından izləyəcəyəm. Hər hansı bir şey olsa məni xə-
bərdar edin və lazım olsa sizə yardım edəcəyimə əmin olun. 
– Hadisənin olduqca maraqlı bir neçə nöqtəni özündə 
birləşdirdiyi dəqiqdir, Uatson, – deyə, qadın getdikdən son-
ra dostum sözə başladı. Sadə bir şey ola bilər təbii. Qeyri-adi  
şəxsiyyət kimi məsələn; digər  yandan, göründüyündən çox 
dərin bir şey də çıxa bilər. İnsanın ağılına gələn ilk şey, otaq-
ları kirayəyə götürən adamla indi orada qalan adamın fərqli 
insanlar ola biləcəyidir. 
– Niyə elə düşünürsən? 
–  Nə  deyim,  siqaret  kötüyünü  saymasaq,  kirayəçinin 
otaqları tutduqdan dərhal sonra çıxması maraqlı deyilmi sə-
nə  görə?  Adam  bütün  hal  şahidləri  ortalıqdan  çəkildikdən 
sonra dönüb - dönən kimdirsə, bilmirik. Çölə çıxan insanın, 
geri qayıdan insanla eyni adam olduğuna dair bir dəlilimiz 
107 
 


 
yoxdur. Sonra, otaqları tutan adamın nitqi qüsursuz imiş. Bu  
isə,  “kibrit”  deməli  daha  düzgün  olduğu  halda  “kibritlər” 
yazıb.  Sözü  lüğətdən  baxıb  yazdığını    təxmin  edirəm;  cəm 
şəkilçisi istifadə etməyin  doğru  olacağını  düşünmüş  ola  bi-
lər.  Tək  sözlük  mesajlar,  dilinin  qeyri-kafi  olduğunu  gizlə-
mək  üçün  vasitədir  məncə.  Bəli,  Uatson,  kirayəçinin  dəyiş-
miş olma ehtimalı çox böyükdür. 
– Yaxşı, səbəb nədir? 
– Aha! Tapmalı olduğumuz şey də budur; üstəlik araş-
dırmamıza  başlamaq  üçün  əlimizin  altında  bir  qaynaq  da 
var. Holms, Londonun müxtəlif qəzetlərindən hər gün kəs-
diyi  xəbərləri  yapışdırdığı  böyük  dəftərini  götürdü  rəfdən. 
"İnanılmazdır" dedi, səhifələri çevirdikcə, “Donquldanan, in-
ləyən, sızıldayan  nəhəng bir xor! Əslinə baxsan, fövqəladə 
hadisələrlə dolu bir çınqıldan başqa bir şey deyil! Amma xa-
rici xəbərlərlə maraqlanan bir şagirdə verilə biləcək ən yaxşı 
mənbənin  bu  olduğu  qətidir!  Haqqında  danışdığımız  kira-
yəçi  tənhadır  və  arzu  edilən  gizlilik  pozulmadan  hər  hansı 
bir məktub alması mümkün deyil. Bu vəziyyətdə çöldən ne-
cə xəbər alacaq? Təbii ki, qəzetdə verilən bir elan vasitəsiylə. 
Başqa  yolu  yoxdur.  Bəxtimizdən  hansı  qəzet  olduğunu  da 
bilirik. Son on beş günün “Daily Gazette” nömrələri də bu-
radadır. “Şahzadənin Konki Klubunda qara şallı qadın...” – 
keçirik. “Cimmy, anasının ürəyini qırmayacaq...” – maraqsız 
görünür.  “Brixton  avtobusunda  halı  pisləşən  qadın  məlum 
olarsa...” – nə olacağı məni maraqlandırmır. “Bütün ürəyim-
lə sənin üçün darıxıram...” axmaqlıqdır, Uatson – təmiz ax-
maqlıqdır! Ah, bax bu ola bilər. Dinlə: “Səbirli ol. Ünsiyyət 
üçün bir yol tapacağam. Hələlik bu sütunda -G.” Bu, Xanım 
Uarrenin kirayəçisinin gəlişindən iki gün sonrakı qəzetdir.  
108 
 


 
Sirrli kirayəçi yaza bilmirsə belə, başa düşdüyü dəqiqdir. Ba-
xaq görək başqa bir şeylər tapa biləcəyikmi. Bəli, üç gün son-
ra  bir  mesaj  da  var.  “Hazırlıqlar  yaxşı  gedir.  Tədbiri  əldən 
buraxma. Buludlar yaxında dağılacaq - G.” Sonrakı həftə bo-
yunca  bir  şey  yoxdur.  Ardından  çox  daha  əhəmiyyətli  bir 
mesaj gəlib. “Önümüz açılır. İşıq mesajı göndərə bilsəm da-
nışdığımız şifrəni unutma – bir A, iki B və sairə. Xəbərlərimi 
gözlə  -  G.”  Bu,  dünənki  qəzet idi  və  bu  günkü qəzetdə  bir 
şey yoxdur. Xanım Uarrenin kirayəçisi olduğundan əminəm. 
Bir az gözləsək Uatson, hadisənin daha açıq-aydın başa dü-
şəcəyimdən əminəm." 
Həqiqətən də dediyi kimi oldu, çünki ertəsi səhər oy-
andığımda,  Holmsu  arxasını  buxarıya  dönmüş  bir  halda 
məmnun-məmnun gülümsəyən gördüm. 
–  Bu  necədir Uatson? – deyə  dilləndi,  qəzeti  masanın 
üzərindən götürərək. “Daşlı ön fasadının qarşısında qırmızı, 
hündür  bina.  Üçüncü  mərtəbə.  Soldan  ikinci  pəncərə.  Qa-
ranlıq düşdükdən sonra - G.” Bu kifayət qədər qəti bir me-
sajdır.  Düşünürəm  nahardan  sonra  gedib  Xanım  Uarrenin 
evinin  ətrafını  araşdırmaya  girişsək  pis  olmaz.  Aa,  xanım 
Uarren! Sabah-sabah nə xəbərlər gətirdiniz bizə?" 
Müştərimizin otağa əsəbi girişini nəzərə alsaq, hadisə-
də həqiqətən çox əhəmiyyətli bir inkişaf olmuşdu. 
–  Polis  çağırmağımı  gərəkdirən  bir  vəziyyət,  cənab 
Holms! – deyə qışqırdı. Buna daha çox dözməli deyiləm! Ad-
am çantasını götürüb evimdən gedəcək. Əslində dərhal yu-
xarı  çıxıb  özüm  söyləyəcəkdim  amma  fikirinizi  bilmədən  
hərəkətə keçməyin sizə haqsızlıq olacağını düşündüm. Artıq 
səbrim daşdı; mənim yaşlı ərimi döyməyə gəlincə... 
– Cənab Uarren döyüldü?  
109 
 


 
– Demək olar ki, əldən salıb. 
– Bunu kim etdi ? 
– Ehhh, bizim də bilmədiyimiz budur.  Bu səhər oldu 
cənab. Cənab Uarren, Tottenhemdəki “Morton and Waylig-
hts”  şirkətində  idarə  məmuru  olaraq  çalışır.  Saat  yeddidən 
əvvəl evdən  çıxması  lazımdır.  Nəysə,  bu  səhər  evdən  çölə 
addımını atdığı anda iki adam ona arxadan hücum edib. Ba-
şına bir palto atıb dərhal evimizin önündə dayanmış bir av-
tomobilə soxublar onu. Bir saata qədər gəzdiriblər, sonra da 
qapını  açıb  onu  eləcə  çölə  atıblar.  Ərim,  avtomobilin  hansı 
istiqamətə getdiyini belə görməyəcək qədər sarsılmış bir hal-
dadır, hərəkət edə bilmədən yolun kənarında yatıb bir müd-
dət.  Özünə  gəlincə  “Hampstead  Heath”da  olduğunu  başa 
düşüb; avtobusa minib evə gəlib. Olanları sizə danışmaq üç-
ün bura gələrkən, onu evdə qoydum. 
–  Son  dərəcə  maraqlıdır,  –  dedi  Holms.  –  Adamların 
xarici görünüşləriylə əlaqədar bir şey deyə bildimi? Söhbət-
lərini eşidibmi?  
–  Xeyr;  hər  şeyi  unutmuş  vəziyyətdədir.  Sanki  sehrlə 
havaya  qaldırılmış  və  yenə  sehrlə  yola  çırpılmış  kimi  hiss 
edir özünü. Ən azı  iki adam olublar; bəlkə də üç. 
– Və siz də bu hücumun yeni kirayəçinizlə əlaqəli ol-
duğunu düşünürsünüz, eləmi? 
– Demək olar on beş ildir o mühitdə yaşayırıq və əvvəl 
başımıza  belə  bir  şey  gəlməmişdi.  Canım  boğazıma  yığılıb 
artıq. Pul hər şey deyil. Bu gündən gec yox, o kirayəçi mə-
nim evimdən çıxacaq. 
–  Bir  saniyə  xanım  Uarren.  Tələsik  qərar  verməyin. 
Məsələnin  əvvəl  göründüyündən  daha  ciddi  olduğunu  dü-
şünməyə  başlamışam.  Kirayəçinizin  problem  olması  dəqiq-
110 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə