Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə21/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

 
bl” malikanəsi, cinayətin işləndiyi yerə yarım mil məsafədə 
idi; Okşottun da bir mil yaxınlığındaydı. Digər evlərdə otur-
an  insanlar  öz  qapanmış  namuslu  və  hörmətli  insanlardır. 
“Böyük  Geybl”da  cənab  Henderson  marağımı  çəkdi;  işin 
içində barmağı ola bilərdi. Beləcə diqqətimi onun və malika-
nə sakinlərinin üzərinə yönəltdim. 
Elə  qəribə  insanlar  bir  yerə  yığılıb  ki,  Uatson!  Adam 
hər kəsdən daha əcaibdir. Hər nə qədər inandırıcı bir bəha-
nəylə, onunla tanış olmağı bacardımsa da çatılmış qaşlarının 
çevrələdiyi; çuxur, quru gözlərindən niyyətimin nə olduğu-
nu  anladığını  oxudum.  Möhkəm  bədənli,  əlli  yaşlarında, 
enerjili bir adamdır; saçları ağarıb, qaşları qapqara, gurdur; 
bir imperator əzəmətiylə gəzir. Tək sözlə vəhşi, hökm etməyi 
sevən bir  tipdir;  çox  ağıllı  olduğu  qətidir.  Ya  cənub  ölkələ-
rindən birində doğulub ya da tropik ölkələrdə yaşayıb; sarı 
və  qupquru  bir  dərisi  var.  Yoldaşı  və  eyni  zamanda  katibi 
olan cənab Lukas dəqiq cənubludur: şokolad rəngində, hiy-
ləgər, pişik kimi hiyləgərdir, amma dili acıdır. Gördüyüm ki-
mi  Uatson,  iki  ayrı  şəbəkəylə  qarşı-qarşıyayıq;  biri  Visteria 
qəsrində, digəri də “Böyük Geybl”dədir. Zənciri yavaş yavaş 
tamamlayırıq. 
Əvvəldə  iki  adam,  aralarından  su  keçməyən  yaxın 
dostdur. Evdəki xidmətçilər də onlara əlaqəlidir. Lakin ora-
da  bir  adam  da  yaşayır,  bəlkə  də  bizim  üçün  çox  əhəmiy-
yətli olacaq. Hendersonun iki uşağı var; on bir və on üç yaş-
larında  iki  qızdır.  Bu  uşaqların  yetişdirilməsini  qırx  yaşla-
rında bir ingilis qadın boynuna götürüb. Adı xanım Burnet-
dir. Bir də bu veteran xidmətçidir. Bu kiçik qrup aralarında 
ailə ortamı yaradıb. Henderson səyahəti sevdiyi üçün bu ailə 
davamlı səyahət etməkdədir. Henderson bir yerdə oturmur. 
86 
 


 
 
Bir neçə həftə əvvəl yenə “Böyük Geybl”ə dönür. Bir 
ildir çöllərdə idi. Eyni zamanda adam çox zəngindir, hər şey-
in  ən  bahalısını  ala  biləcək  qədər!  Evində  xidmətçilərdən, 
qulluqçulardan  tərpənmək  olmur.  Personalın  çoxu  tənbəl-
tənbəl  oturur;  belə  başa  düşdüm  ki,  İngiltərədə  böyük  tor-
paq sahibləri bunları edə bilmir. 
Öyrəndiklərimin  çoxunu  ya  kənddəki  dedi-qodular-
dan  öyrəndim  ya  da  öz  gözlərimlə  gördüm.  Ən  ciddi  məl-
umatı, işdən çıxarıldığı üçün ağasına qərəzi olan bir xidmət-
çidən  öyrəndim.  Belə  biri  mənə  rast  gəldi,  şanslı  adamam. 
Gözümü  açmamış  olsaydım  bəlkə  də  beləsinə  rast  gələ bil-
məyəcəkdim. Baynesin dediyi kimi, hər kəsin özünə görə bir 
sistemi  vardır.  Mən də  öz  sistemimi  tətbiq  edərək  “Böyük 
Geybl”də, əvvəllər bağban olaraq işləmiş  Con Varner adın-
da  birini  axtarıb  tapdım.  Əmr  etməyi  sevən  ağası  əsəbi  ol-
duğu vaxtda onu işdən çıxarıb. Adamın, yəni Varnerin, ma-
likanədə çalışanlarla yoldaşlığı davam etməkdədir; onlar da 
ağalarından qorxur və nifrət edirlərmiş. Beləcə yavaş-yavaş 
“Böyük Geybl”in sirlərini öyrənmiş oldum. 
Çox  qəribə  insanlardır,  Uatson!  Tək-tək  hamısını  nə-
zərdən keçirdim deyə bilməyəcəyəm amma çoxu doğrudan 
qəribədir. Ev iki hissəlidir. Bir qanadında ev sahibləri, digə-
rində personal yaşayır. İki tərəf arasında heç bir əlaqə yox-
dur. Yalnız Hendersonun otaq xidmətçisi, yemək servisi ed-
ərkən, hər iki tərəfə gedib gəlir. İki hissəni birləşdirən yega-
nə vasitə bir qapıdır. Hər şey bu qapıya gətirilir. Uşaqlardan 
və dayədən başqa  heç kim bağçaya çıxmır. Henderson heç 
bir zaman hər hansı bir yerə tək başına getmir. Əsmər üzlü 
katibi, bir kölgə kimi yanından ayrılmır. Xidmətçilərin dedi-
qodularına  qulaq  asılsa  ağaları,  bir  şeydən  pis  qorxurmuş. 
87 
 


 
Varner deyir ki, “Pul üçün ruhunu şeytana satıb, borc verən 
cəhənnəmdən çıxıb varını əlindən alacaq deyə qorxur”. Hər 
iki  adam  kimdir,  haradan  gəlib?  Bilən  yoxdur.  Henderson 
əzrailin biridir. İki dəfə adamlarını qamçılayıb. Məhkəməyə 
çıxmaqdan, böyük təzminat verərək xilas olub. 
İndi,  Uatson,  hadisələrə  bu  yeni  məlumatlar  işığında 
baxaq!  Qarsiyaya  göndərilən  məktubun  bu  qəribə  evdən 
göndərildiyini  düşünə  bilərik.  Qarsiyaya  çox  əvvəldən  ha-
zırlanmış planı tətbiq etmək üçün hərəkətə keçdi. Amma bu 
məktubu kim yazıb? Ev sahibləriylə birlikdə qalan biri yaz-
mış  ola  bilər.  Qadın  ola  bilər.  Xanım  Burnetdən,  yəni  mü-
rəbbiyədən başqa kim ola bilərdi ki? Ağlımdan keçən hər şey 
bu istiqamətdədir. Bunu bir fərziyyə olaraq qəbul edib nəti-
cələrinə baxaq. Məncə xanım Burnet həm yaşı, həm xarakteri 
etibarilə mənim düşüncələrimi təsdiqləyir. İşin içində bir eşq 
hekayəsi var. 
Məktubu o yazıbsa, Qarsiyanın sevgilisi və cinayət or-
tağı olması lazımdır. Qarsiyanın ölümünü öyrəndikdən son-
ra  nə  edib  görəsən?  Qarsiya  pis  bir  işə  qoşulduğuna  görə 
ölübsə, qadın ağızını açmayacaq. Buna baxmayaraq onun öl-
ümünə  səbəb  olan  adama  qarşı  inciklik  və  nifrət  duymağa 
davam edəcək. Və əlindən gəldiyi qədər qatillərdən intiqam 
almağa çalışacaq. İndi görəsən bu qadını görüb özüylə danı-
şa bilərikmi, deyə düşünürəm. Ağılıma ilk gələn şey budur. 
Bu vaxta qədər tor qurur. Cinayət axşamından sonra xanım 
Burneti görən yoxdur; qadın yoxa çıxıb. Görəsən yaşayırmı? 
Yoxsa o da görüşmək istədiyi sevgilisinin aqibətinəmi uğra-
dı? Yoxsa onu əsir olaraq saxlayırlar? 
Çox  çətin  vəziyyətdə  olduğumuzu  görürsən,  Uatson. 
Evdə axtarış icazəm də yoxdur. Deyəcəklərimiz  polisə nağıl 
88 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə