Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə22/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

 
kimi görünə bilər. Bir qadının yoxa çıxması səbəb deyil, çün-
ki bu evdə bəzi şəxslərin günlərlə, hətta həftələrlə yoxa çıx-
ması mümkündür. Bəlkə də bu anda həyatı təhlükədədir. Bu 
gün üçün edə biləcəyim yeganə  şey evi müşahidə etməkdir. 
Bu gərginlik belə davam edə bilməz əlbəttə. Qanunun əlin-
dən bir şey gəlmirsə, hər cür təhlükəni gözə alaraq bu işə biz 
burnumuzu soxaq. 
– Nə etməyi planlaşdırırsan? 
Otağının  harada  olduğunu  bilirəm.  Yandakı  evin  da-
mından oraya keçə bilərik. Mənim planım budur: Sənlə mən 
bu gecə bu sirri həll edəcəyik. 
Etiraf  etməliyəm  ki  bu,  mənim  ağılıma  heç  batmadı. 
Cinayət  havasına  bürünmüş  bir  ev,  qəribə  və  təhlükəli  in-
sanlar… Üstəlik etmək istədiyimiz şey qanuna ziddir. Bütün 
bunlar  içimdəki  macəra  həyəcanını  söndürmüşdü.  Amma 
dostumun  düşüncələrini  tək-tək  açıqlamağındakı  soyuq-
qanlılıq,  məndən  istədiyi  köməyi  geri  çevirməyimə  imkan 
vermirdi. İstər-istəməz mən də bu macəraya qoşulacaqdım. 
Həll edə  bilməyimiz  üçün  başqa  çarə  görünmürdü.  Səs  çı-
xarmadan əlini sıxdım, ox yaydan çıxmışdı artıq. 
Araşdırmalarımızın  nə nəticə verəcəyi, heç  olmasa nə 
qədər təhlükəli olub olmayacağı məlum deyildi. Saat beşə ol-
muşdu,  mart  axşamının  ilk  qaranlığı  ətrafda  kölgələr  mey-
dana gətirirdi ki, bir adam həyəcan içində otağımıza girdi. 
– Getdilər cənab Holms, son qatara mindilər. Qadın əl-
lərindən  xilas  oldu,  onu  bura  gətirdim.  Aşağıda,  faytonda 
gözləyir. 
–  Əla  Varner!  –  deyə  qışqırdı  Holms  və  tələm-tələsik 
ayağa qalxdı. – Uatson, zəncirin əskik halqaları yavaş-yavaş 
tamamlanır. 
89 
 


 
Faytondakı  qadın  əsəbiliyindən elə  halsızlaşmışdı  ki, 
az qala özündən getmişdi. Sərt üz xəttlərinin dərin izlər bur-
axdığı  zəifləmiş  üzündən,  təzə  bir  tragediyanın  əlamətləri 
oxunurdu.  Başını  sanki  sinəsindən  qopacaqmışcasına  yana 
əymişdi.  Başını  güc-bəla  qaldıraraq  baxışlarını  bizə  çevirdi; 
boz rəngdəki gözləri bulanıq idi, göz bəbəkləri böyümüşdü. 
Hiss olunurdu ki, tiryəklə yatırdılıb. 
İşindən qovulan bağban sözə başladı:  
–  Əmr  etdiyiniz  kimi  qapıda  keşik  çəkirdim,  cənab. 
Əvvəl arabayla getdilər, mən də stansiyaya qədər dərhal ar-
xalarınca  düşdüm…  Qadın  lunatik  kimi  idi.  Digərləri  onu 
vaqona soxmaq istəyərkən birdən oyandı. Əlləri və ayaqla-
rını tərpədib çırpındı. Özünü qatardan perona atdı. Mən də 
onu faytonuma qoyub düz bura gətirdim. İndi də buradayıq. 
Gedərkən, qatarın pəncərəsində gördüyüm o adamın üzünü 
də  unuda  bilməyəcəyəm.  Əsmər-sarı  bənizli  qorxunc  bir 
adam idi; məni əlinə keçirmiş olsa yəqin ki, boynumu qırar. 
Xanım Burneti pilləkənlə yuxarıya qaldırıb, divana uz-
atdıq. Bir neçə fincan acı qəhvə, zehinini narkotikin təsirin-
dən qurtarıb aydınlaşdırdı. Holms, Baynesi çağırtdırdı və ol-
an bitənləri tez izah etdi. Müfəttiş, dostumun əllərini səmi-
miyyətlə sıxdı.  
– Tam ehtiyacım olan şahidi siz mənə gətirirsiniz, cə-
nab Holms! – dedi. – Əvvəldən mən də bu iz üzərindəydim. 
–  Yaxşı  görək?  Siz  də  Hendersonun  izinə  düşmüşdü-
nüz? 
–  Əlbəttə,  cənab  Holms.  “Böyük  Geybl”dəki  süpürgə 
otlarının arasında bir ağacın altına çöməlib oturmuşdum ki, 
sizi gördüm. Baxaq hansımız daha tez iz  tapacağıq! 
– Mələzi niyə həbs etdiniz? 
90 
 


 
Baynes güldü: 
–  Bu  Henderson  deyilən  tülkü,  ondan  şübhələnildiyi-
nin  fərqinə  vardı.  Onun  üçün,  təhlükə  keçənə  qədər  evdən 
çıxmayacağına əmin idim. Buna görə səhv adamı həbs etdim 
ki, ondan şübhələnmədiyimizi düşünsün. Bu vəziyyətdə qısa 
zamanda  qaçıb,  xanım  Burnetlə  əlaqə  yaratmaq  üçün  bizə 
bir fürsət yaranacağına ümid edirdim. 
Holms əlini müfəttişin çiyininə qoyub heyranlıqla: 
–  Peşənizdə  şöhrət  qazanacaqsınız,  –  dedi.  –  İnstinkt-
ləriniz qədər hissetmə qabiliyyətiniz də gözəldir. 
Baynes tərifdən xoşhal olmuşdu. 
Məmurlardan  birini  adi  geyimdə  stansiyaya  növbətçi 
qoydum.  “Böyük  Geybl”dən  kim  gəlirsə  gəlsin,  arxasınca 
düşəcək, gözdən qoymayacaqdı. Lakin xanım Burnet özünü 
perona atınca, çaşıb qaldı. Yaxşı ki, sizin adamınız onu fay-
tona götürdü və hər şey yoluna düşdü. Onun ifadəsi olma-
dan  heç  kimi  həbs edə  bilmərik;  bu  dəqiqdir.  Onu  tezliklə 
dinləsək yaxşı olar. 
Holms diqqətlə gözlərini gənc qadına çevirdi.  
–  Yavaş-yavaş  özünə  gəlir,  –  dedi.  –  Baynes,  deyə  bi-
lərsinizmi bu Henderson deyilən adam kimdir? 
–  Don  Murillo,  vaxtilə  San  Pedro  Pələngi  deyə  tanı-
nardı. 
Müfəttişin  cavabından  çaşdım.  Bütün  ölkələrin  dikta-
torlarından ən bəlalısı, ən xunxarı və ən mərhəmətsizi haq-
qında  danışılanlar    bir  anlıq  üçün  yadıma  düşdü.  Qüdrəti, 
cəsarəti və enerjisi sayəsində boyunduruğu altına aldığı öl-
kəsinin  xalqına,  iyrənc  istəklərini  zorla  qəbul  etdirməsini 
məhşur idi. Bu vəziyyət on və ya on iki il davam etmiş, bu 
zaman kəsiyində adı bütün Orta Amerikanı titrətmişdi; xalq 
91 
 


 
günün birində üsyan qaldırmışdı. Lakin Don Murillo zalım-
lığından əlavə, şeytana papağını tərs geydirən bir adam idi. 
İlk üsyanda kimsəyə bildirmədən bütün sərvətini bir gəmiyə 
yüklətdirib; gəmi heyətini ozünə çox sadiq kəslərdən topla-
dı.  Bir  gün  sonra  üsyançılar  saraya  hücum  etdilər,  amma 
diktatoru tapa bilmədilər. Diktatorun özü, iki uşağı, katibi və 
bütün xəzinəsi ortadan yoxa çıxmışdı. O gündən sonra Don 
Murillo gözdən itdi. Nə qədər axtarıldısa da tapılmadı. Hətta 
həyatda  olub-olmadığı,  Avropa  mətbuatının  ən  çox  diqqət 
ayırdığı, üstünə düşdüyü mövzulardan biri oldu. 
– Bəli cənab Holms, San Pedro Pələngi, – deyə təkrar-
ladı Baynes. İstəsəniz kitablara baxın, San Pedronun bayrağı 
yaşıl-ağdır; məktubda da bu rənglərdən istifadə edilmişdir. 
“Pələng”  Henderson  saxta  adıyla  həyatını  davam  etdirdi. 
Ancaq mən Roma və Paris üzərindən Madridə, hətta 1896-cı 
ildə  gəmisinin lövbər atdığı  Barcelonaya qədər getdim, onu 
izlədim. Düşmənləri onu hər yerdə axtarırdı, sonunda hara-
da gizləndiyini tapdılar. 
Oturduğu yerdə qalxa bilməmiş, söhbətlərimizi  həyə-
canla dinləyən xanım Burnet sözə qarışd: 
– Bir il əvvəl ilk dəfə onun harada olduğunu tapdılar. 
Bir dəfə sui-qəsd edildi, amma şansı gətirdiyi üçün xilas ol-
du.  Bu  dəfə,  bu  iş  üçün,  həqiqətən  zadəgan  bir  adam  olan 
Qarsiya həyatını itirdi; o biri namussuz sağ qaldı. Amma bu-
nun arxası gələcək; bu gün biri, sabah bir başqası gələcək, ta 
ki ədalət yerini tapana qədər. Bu, gün kimi aşkardır. 
Zəif  əlləri  bir-birinə  birləşərkən  sısqa  üzü,  hiss  etdiyi 
nifrət səbəbiylə sapsarı olmuşdu. 
92 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə