Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə25/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   ...   21   22   23   24   25   26   27   28   29

 
– Buna şübhəm yoxdur cənab; amma bu səfərki vəziy-
yət fərqlidir. Hadisələr məni qorxudur cənab Holms. Gecə-
lər  gözümə  yuxu  getmir.  Səhərin  erkəndən  gecənin  bir  ya-
rısına  qədər  yuxarıda  olduğunu  eşitsəm  də  adamı  bir  dəfə  
də  olsun  görə  bilməmişəm  -  artıq  buna  dözə  bilmirəm.  Bu 
hadisəyə görə ərim də eynilə mənim kimi gərgindir, amma o 
bütün gün işlələyir  mən isə daima  evdəyəm. Bu adam kim-
dən gizlənir? Nə cinayət törətmiş ola bilər? Xidmətçi qızı nə-
zərə almasaq, böyük evdə o adamla təkbaşınayım, sinirlərim 
buna artıq dözmür. 
Holms qabağa əyilərək incə uzun barmaqlarını qadının 
çiyninə qoydu. İstədiyi zaman, insanların üzərində hipnoza 
bənzər bir təsir yaradaraq onları sakitləşdirə bilirdi. Qadının 
gözlərindəki qorxu yavaş-yavaş silindi, gərgin üzü rahatlaş-
dı. Holmsun göstərdiyi bir stulda oturdu. 
–  Hadisəni  araşdırmağı  boynuma  götürəcəyəmsə  bü-
tün detalları bilmək istəyərəm, – dedi Holms. – Hər şeyi yax-
şıca  düşünün.  Ən  əhəmiyyətsiz  görünən  detallar  bəzən hə-
yati  bir  dəyər  daşıya  bilir. Adamın  on  gün  əvvəl  gəldiyini, 
iki həftəlik ödənişini nağd ödədiyini söyləyirsiniz, eləmi?  
–  Şərtlərlə  maraqlandı,  cənab.  Həftədə  əlli  şillinq  de-
dim. Evin üst mərtəbəsində, kiçik qonaq otağı və yataq otağı 
olan bir mənzil var. 
– Aha. 
–  Mənə  dedi  ki,  “Mənim  şərtlərimi qəbul etsəniz  sizə 
həftədə beş sterlinq verərəm.” Mən kasıb bir qadınım cənab; 
cənab Uarren də az qazandığı üçün adamın təklif etdiyi pulu 
geri çevirə bilmədim. On sterlinqlik bir banknot çıxarıb uzat-
dı  və  “Şərtlərimə  uyğun  gəldiyiniz  müddətcə  iki  həftədən 
103 
 


 
bir bu pulu ala bilərsiniz” - dedi. “Yox desəniz sizinlə işimiz 
alınmaz”. 
– Şərtləri nə idi? 
– Deməli, cənab, əvvəlcə evin açarını istəyirdi. Bunda 
bir problem yox idi. Kirayəçilər ümumiyyətlə açarı istəyirlər. 
Bundan başqa, onu heç bir halda, hər nə bəhanəylə olursa ol-
sun narahat etməyəcək, tamamən tək qoyacaqdıq. 
– Bunda qeyri-adi bir şey yoxdur, elə deyilmi? 
–  Məntiqə  varsanız  yoxdur,  cənab.  Amma  bu  işdə 
məntiq qalmadı ki... Adam tam on gündür yuxarıdadır və bu 
müddət ərzində nə cənab Uarren, nə mən, nə də qız - heç bi-
rimiz görmədik onu. Gecə gündüz, otaqdadır, aşağı düşdü-
yünü, yuxarı qalxdığını eşidirik; amma o ilk gecədən başqa, 
bir dəfə belə olsun evdən çıxmayıb. 
– Aha, demək ilk gecə çölə çıxıb, eləmi? 
– Bəli cənab, çox gec saatda döndü - hamımız yatdıq-
dan sonra. Mənzili bağlayarkən, çölə çıxacağını, gecə qapını 
bağlamağım lazım olduğunu mənə demişdi. Gecə yarısından 
sonra pilləkənlə çıxdığını eşitdim. 
– Yaxşı bəs yemək işi? 
–  Bizə  verdiyi  təlimatlara  görə,  özü  zəngi  basdığı  za-
man  yeməyini  qapının  qarşısındakı  bir  stula  qoyacağıq,  bi-
tirdiyini xəbər verən ikinci zənglə də gəlib boş qabları götü-
rəcəkdik. Başqa hər hansı bir şey istədiyi zaman, böyük hərf-
lərlə bir kağıza yazıb nimçəylə birlikdə göndərir. 
– Böyük hərflərlə yazır? 
– Bəli, cənab; karandaşla. Yalnız və yalnız istədiyi şeyi 
yazır, başqa hər hansı bir şey yazmır. Sizə göstərmək üçün 
bir neçə dənəsini yanımda gətirdim: Buyurun: “SABUN”. Bu 
da  başqası:  “KİBRİTLƏR”.  Bunu  da  ilk  günün  səhəri  yaz-
104 
 


 
mışdı:  “DAILY  GAZETTE”.  Hər  səhər,  yeməyi  ilə  birlikdə 
qəzetini də verirəm. 
– Qeyri adi işdir, Uatson, – dedi Holms, pansionçu qa-
dının  uzatmış  olduğu,  qeydləri  böyük  bir  diqqətlə  araşdı-
rarkən, “həqiqətən də maraqlı bir vəziyyətdir. Tək qalma is-
təyini başa düşə bilərəm; amma böyük hərflərlə tək söz ha-
lında  qeyd  yazmaq  üçün  bəhanəsi  nədir?  Böyük  hərflərlə 
yazmaq heç də yaxşı yol deyil, niyə əl yazısıyla yazmır gö-
rəsən? Səncə nə mənanı verir Uatson? 
– Əlyazmasını gizlətmək? 
–  Yaxşı  amma  niyə?  Ev  sahibinin  onun  əlyazmasını 
görməsində  nə  kimi  bir  qorxu  ola  bilər?  Sənin  dediyin  də 
doğru ola bilər. Nə üçün bu qədər qısa və aydın mesajlar ya-
zır? 
– Heç bir fikirim yoxdur. 
– Ağıllı müşahidəçi üçün zövqlə araşdırılacaq sahədir. 
Sözlər iti uclu, bənövşəyiyə çalan karandaşla yazılıb. Burada, 
yazı  bitdikdən  sonra,  kağızın  cırılmış  olduğunu  görə  bilər-
sən; “SABUN” sözündəki “S” hərfinin bir qisimi belə cırılıb. 
Bu nəyə isə işarədir, Uatson, elə deyilmi?  
– Nəyi isə gizlətmək üçün tədbir ola bilərmi?" 
– Qətiyyən. Haqqında danışdığımız şəxsi ələ verə bilə-
cək  bir  işarə,  barmaq  izi  və  ya  başqa  bir  şey  olub  kağızda. 
Yaxşı, Xanım Uarren, kirayəçinizin orta boylu, əsmər və saq-
qallı biri olduğunu söyləmişdiniliz. Təxminən neçə yaşında 
idi idi görəsən? 
– Çox gəncdir, cənab - yaşı otuzu keçmiş ola bilməz. 
– Onunla əlaqədar başqa nə söyləyə bilərsiniz ? 
–  Nitqi  qüsursuz  idi  cənab,  amma  buna  baxmayaraq, 
aksentindən xarici olduğu təəssüratına qapılmışdım. 
105 
 


 
– Geyimi yaxşı idimi? 
– Çox qəşəng idi cənab - tam bir centlmen. Tünd rəngli 
geyimlər - diqqətinizi çəkəcək bir şey yox idi. 
– Adını deməmişdi? 
– Xeyr cənab. 
–  Onu  görməyə  gələn  qonağı  ya  da  adına  gələn  bir 
məktub-filan yoxdurmu? 
– Xeyr, yoxdur. 
– Bəs evdəki qız? İkinizdən biri səhərlər otağına girmə-
lisiniz, elə deyilmi? 
– Xeyr, cənab, adam öz işlərini öz görür. 
–  İnanılmazdır!  Son  dərəcə  maraqlı  bir  vəziyyətdir. 
Yaxşı, yanında əşyası var idimi? 
– Böyük, qəhvərəngli bir çamadanı vardı - olanı bu idi. 
– Çox yaxşı, bizə yardımçı olacaq çox məlumat yoxdur. 
Otağından çölə heç nəyə görə çıxmadımı - hər hansı bir şey? 
Pansionçu  qadın,  çantasından  bir  zərf  çıxardı  və  için-
dəkiləri masaya tökdü. Bunlar yanmış iki kibrit və bir siqaret 
kötüyüydü. 
– Bu səhər nimçəsində idi bunlar. Kiçik şeylərdən bö-
yük şeylər oxuya bildiyinizi eşitdiyim üçün onları da gətir-
dim özümlə. 
Holms çiyinlərini çəkdi. 
– Burada bir şey yoxdur, – dedi. Kibritlər siqareti yan-
dırmaq  üçün  istifadə  edilib.  Yanmış  ucun  qısalığından  bu 
aydındır.  Halbuki  tənbəki  ya  da  siqar  yandırmaq  istədiyin 
zaman kibritin heç olmasa yarısı yanır. Aha! Bu siqaret kö-
tüyündə maraqlı bir xüsusiyyət var. Haqqında danışdığımız 
adamın saqqalı, bığı vardı, yanılıram ki?  
– Doğrudur, cənab. 
106 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə