Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə27/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   ...   21   22   23   24   25   26   27   28   29

 
dir.  Qapınızın  qarşısında  tələ  qurmuş  olan  düşmənləridir, 
dumanlı havada ərinizi onunla qarışdırıblar. Səhv etdiklərini 
anlayınca da buraxıblar onsuz da. Doğru adamı ələ keçirsəy-
dilər nələr olardı, siz düşünün. 
– Bu vəziyyətdə nə etməyim lazımdır cənab Holms? 
– Sizin kirayəçi mənim diqqətimi çəkməyə başladı xa-
nım Uarren. Onu görmək istəyirəm. 
– Bunu necə edəcəyimizi bilmirəm ki; qapını qırıb içəri 
girə  bilməzsiniz  ki…  Mən  nimçəni  qoyub  nərdivanlardan 
aşağı düşəndə qapının kilidinin açıldığını eşidirəm amma… 
– Nimçəni içəri aparmaq məcburiyyətindədir. Bir yer-
də gizlənsək, nimçəni götürdüyü anda onu görə  bilərik! 
Pansionçu qadın bir-iki dəqiqə səssizcə düşündü. 
–  Əslində  düşünürəm  ki,  otağının  düz  qarşısında  bir 
qarderob var cənab. Bəlkə bir güzgü təşkil edə bilərəm - siz 
də qapının arxasında gizlənsəniz. 
– Mükəmməl! – dedi Holms. Günorta yeməyini nə vaxt 
yeyir? 
– Saat birdə, cənab. 
– O halda Doktor Uatsonla birlikdə saat birə qalmış ya-
nınızda olacağıq. Hələlik  sağ olun xanım Uarren. 
Saat yarımdan sonra, xanım Uarrenin evinin qarşısın-
da olduq. “British Museum”un şimal-şərqində qalan “Great 
Orme”  küçəsində  hündür,  nazik,  sarı  bir  bina  idi.  Küçənin 
küncünə yaxın bir yerdə olduğu üçün, daha dəbdəbəli evlər 
Hove prospektinə də baxırdı. Holms xırıldayaraq, gözə də-
yəcək yüksəklikdəki bu binalardan birini göstərdi. 
–  Bax  Uatson,  –  dedi.  –  Daşlı  ön  fasadıyla,  qırmızı, 
hündür bina. Bu da siqnal stansiyamız. Yeri də, kodu da bi-
lirik; işimiz çox çətin olmayacaq. Burdakı pəncərədə “kirayə-
111 
 


 
lik”  yazısı  asılıb.  Bura,  kirayəçimizin  şərikinin  rahat-rahat 
girdiyi  boş  mənzil  olmalıdır.  Bəli,  xanım  Uarren,  indi  nə 
edirik? 
– Hər şeyi hazırladım. Ayaqqabılarınızı çıxarıb burada 
qoysanız sizi yuxarı apara bilərəm. 
–  Bizə  ayrılmış  yer  gizlənmək  üçün  mükəmməl  idi. 
Güzgü elə yerləşdirilmişdi ki, qaranlıqda oturduğumuz yer-
dən  qarşıdakı  qapını  aydın  və  dəqiq  bir  şəkildə  görə  bilər-
dik. Yerlərimizi götürdüyümüz anda, sirli qonşumuzun ac-
dığını xəbər verən zəng çaldı və pansionçu xanım əlində bir 
nimçəylə yuxarı gəlib nimçəni qapının yanındakı stula qoy-
du və sonra cəld addımlarla aşağı endi. Holmsla biz, gözlə-
rimiz  güzgüdə,  qapının  arxasında  bir-birimizə  sıxılmışdıq. 
Pansionçu xanımın ayaq səsləri eşidilməz olanda kilidin açıl-
ma  səsi  eşidildi,  qapı  dəstəyi  döndü  və  iki  incə  əl  qapıdan 
uzanıb nimçəni sürətlə içəri apardı. Bir saniyədən  sonra, ye-
nə eyni tələsik şəkildə, nimçə stula  geri döndü və əsmər, gö-
zəl bir üzün, dəhşət dolu gözlərlə qarderoba doğru baxdığını 
gördüm. Sonra qapı bağlandı, açar kiliddə döndü və ortalıq 
yenə  səssizliyə  büründü.  Holms  məni  qolumdan  çəkişdirdi 
və birlikdə, səssiz şəkildə nərdivanlardan aşağı endik. 
– Axşam yenə gələcəyəm, – Holms, maraqla bizi gözlə-
yən  ev  sahibəsinə  dedi.  –  Uatson,  düşünürəm  məsələni  öz 
mənzilimizdə müzakirə etsək daha yaxşı olacaq. 
– Sənin də gördüyün kimi təxminim doğru çıxdı, – de-
di  Holms,  kreslosuna  oturarkən.  –  Kirayəçilərdə  bir  dəyi-
şiklik baş verib. Təxmin etmədiyim şey isə yeni kirayəçinin 
bir  qadın  -  diqqətili  ol  Uatson,  çox  qeyri  adi  qadın  -  ola 
biləcəyi idi. 
– Bizi gördü. 
112 
 


 
– Onu qorxudan bir şey gördüyü dəqiqdir. Amma ha-
disələrin ümumi gedişatı çox aydındır, elə deyilmi? Bir cüt-
lük,  böyük  bir  təhlükədən  qaçmaq  üçün  Londona  sığınır. 
Təhlükənin  ölçüsü,  götürdükləri  tədbirlərdən  aydın  olur. 
Həll etməsi  lazım  olan bəzi  işləri  olan  adam,  özü  ortalıqda 
olmadığı halda qadının etibarlı yerdə olmasını istəyir. Sadə 
bir problem deyil, amma adam buna orijinal bir həll yolu ta-
pıb - o qədər müvəffəqiyyətli bir həll yoludur  ki, qadına ye-
məyini  gətirən  ev  sahibəsi  belə  dəyişikliyin  fərqinə  varma-
yıb.  Mesajların  böyük  hərflərlə  yazılmasının  səbəbi,  otaqda 
qalan  adamın  cinsiyyətinin  başa  düşülməsini  istəməmələri 
idi. Adam, qadını görməyə gələ bilməz; çünki əks halda düş-
mənlərinə  yerini  bildirmiş  olacaq. Üz-üzə  görüşə  bilmədik-
ləri üçün də ünsiyyət vasitəsi olaraq bir qəzet sütununu isti-
fadə etməyi seçiblər. Bura qədər hər şey aydındır. 
– İşin əsasında nə yatır görəsən? 
– Uatson – hər zamanki kimi, son dərəcə düzgün ya-
naşmadır! Bütün bunların əsasında nə yatır? Xanım Uarrenin 
qəribə problemi, hadisə inkişaf etdikcə daha dərin, daha cid-
di forma alır. Yalnız onu deyə bilərik ki; bu, adi bir eşq ma-
cərası deyil. Təhlükəni sezdiyi zaman qadının üzünün nə ha-
la  düşdüyünü sən də gördün. Eyni zamanda, hər nə qədər 
kirayəçin  hədəfə  alsa  da  ev  sahibinin  başına  gələn  hücum-
dan da xəbərdarıq. Bu hadisələrə, bir də alman ehtiyatcıllı-
ğını əlavə etdikdə, bunun bir ölüm-qalım məsələsi olduğunu 
düşünmək şişirtmə olmayacaq məncə. Cənab Uarrenə edilən 
hücum, düşmənin də - hər kim olursa olsun - qadınla evi ki-
rayələyən  adamın  yer  dəyişdirdiyindən xəbərsiz  olduğunu 
göstərir. Son dərəcə maraqlı və qarışıq bir hadisədir Uatson. 
113 
 


 
– Yaxşı nə üçün bu mövzuyla daha çox maraqlanaq ki? 
Bunun sənə nə kimi bir faydası olacaq? 
–  Nə  faydası  olacaq?  Sənət  üçün  sənətdir  bu  Uatson. 
Həkimlik  edərkən bəzi  hadisələri,  alacağın  ödənişi  ağılına 
belə gətirmədən araşdırdığın olmuşdur hər halda, elə deyil-
mi?" 
– Bu, təhsilim üçün lazımlı idi Holms. 
– Təhsil heç bir zaman sona çatmaz Uatson. Təhsil, ən 
əsas dərslərin sona qaldğı bir prosesdir. Biz də bu anda son 
dərəcə qeyri-adi bir hadisəylə qarşı-qarşıyayıq. Nəticədə nə 
pul nə də şöhrət tapacağıq, amma insan yenə də onu həll ed-
ib sona çatdırmaq istəyir. Qaranlıq çökdüyü zaman, araşdır-
mamızda böyük bir addım atacağımıza inanıram. 
– Xanım Uarrenin evinə döndüyümüz zaman, Londo-
nun qış axşamlarının boz rəngi, qalın bir pərdə kimi ətrafı-
mızı sarmışdı. Bu cansız, sabit təbəqəni qıran tək şey işıqlıq 
kvadratlar  şəklində  görünən  pəncərələr  və  qaz  lampaların-
dan yayılan sarı rəngli işıq idi. Pansion evinin qonaq otağın-
dan çölə baxdığımız zaman, qarşımızda sisi deşib keçən bir 
işıq da gördük. 
– O otaqda kimlərsə var, – dedi Holms pıçıltıyla. Təəc-
cüblü  üzünü  pəncərəyə yaxşıca  yaxınlaşdırmışdı.  Bəli,  ada-
mın  kölgəsini  görə  bilirəm.  Bəli,  yenə  göründü!  Əlində  bir 
şam var. İndi qarşıya baxır. Qadının baxmasından əmin ol-
maq istəyir. Mesajı verməyə başlayır. Uatson, sən də qeyd et 
ki, sonradan müqayisə edə bilək. Tək işıq - bu A deməkdir 
hər halda. Davam edək. Sən neçə dənə saydın? İyirmi. Mən 
də elə. Yəni T hərfi. AT -çox yaxşı, bir mənası var heç olma-
sa! İkinci sözə başlayır. Baxaq: TENTA. Dayandı. Hamısı bu 
ola bilməz elə deyilmi Uatson? ATTENTA; bunun bir mənası 
114 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə