Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə12/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   ...   8   9   10   11   12   13   14   15   ...   29

 
Lestrade qazandığı zəfərin coşğusuyla ayağa qalxdı və 
Holmsun yanına getdi. 
– Lakin, – deyə qışqırdı, – səhv tərəfinə baxırsan! 
– Tam əksinə, doğru tərəfi budur. 
–  Doğru  tərəfimi?  Havalanmısan?  Qeyd  o  biri  tərəfə 
yazılıb görmürsən? 
– Amma bu tərəfində də bir otel çekinin bir parçası gö-
rülür. Diqqət çəkəndir. 
– Bir şey yoxdur axı, mən baxmışam, – dedi Lestrade. – 
4 oktyabr, otaq-8 şillinq, nahar-2 şillinq 6 peni, kokteyl-1 şil-
linq, günorta yeməyi- 2 şillinq 6 peni, bir stəkan şərab-8 peni. 
Başqa da bir şey yoxdur. 
– Bəlkə də. Amma yenə də əhəmiyyətlidir. Qeydə gə-
lincə  isə,  o  da  əhəmiyyətlidir  təbii  ki,  heç  olmasa  adın  baş 
hərfləri. Yenə də təbrik edirəm səni. 
– Kifayət qədər zaman itirdim, – dedi Lestrade qalxa-
raq.  –  Mən  möhkəm  işləyirəm;  elə  ocaq  kənarında  oturub 
nəzəriyyələr yazmıram. Hələlik, cənab Holms. Baxaq bu mə-
sələni kim birinci həll edəcək. 
 Paltarları çantaya soxaraq qapıya yönəldi. 
– Sənə son bir təklifim olacaq Lestrade, – dedi Holms, 
rəqibi  qapıdan  çıxarkən.  Məsələnin  həqiqi  həllini  söyləyim 
sənə. Lydi St. Simon hekayədir. Elə biri yoxdur; heç olmayıb.  
Lestrade dostuma kədərli bir ifadəylə baxdı. Sonra mə-
nə döndü, başını yellədi və çıxıb getdi. Çöl qapını hələ bağ-
lamışdı ki, Holms da ayağa qalxaraq paltosunu geyindi.  
– Adam iş mövzusunda haqlıdır, – dedi, ona görə Uat-
son,  səni  bir  müddət  daha  qəzetlərinlə  baş-başa  buraxaca-
ğam. 
48 
 


 
Şerlok  Holms  gedəndə  saat  beşi  bir  az  keçirdi  amma 
mənim tək qalacaq çox vaxtım olmamışdı çünki bir saat için-
də, əlində böyük bir qutuyla bir adam gəldi. Yanındakı gənc-
lə birlikdə qutunu açaraq otağımızın sadə masasının üstünə 
nəfis bir süfrə açmağa başladılar. Çaşıb qalmışdım. Kolbasa, 
qaz  ciyəri  paşteti  və  antikvar  şüşələrdə  şərablardan  ibarət 
olan  harmoniya  iştahaçıcı  idi.  Qonaqlarım,  bütün  bunları 
yerləşdirdikdən sonra, pulunun ödəndiyini və bu ünvana is-
marlanıldıqları xaricində bir şey söyləmədən, “Min bir gecə” 
nağıllarındakı cinlər kimi gəldikləri kimi çıxıb getdilər. Sher-
lock  Holms  doqquzdan  tez  gəldi.  Ciddi  görünürdü  amma 
gözlərində  gördüyüm  bir  işıq,  çatdığı  nəticələrdə  yanılma-
mış olduğunu göstərirdi. 
–  Demək  süfrəni  hazırlayıblar,  –  dedi  əllərini  ovuştu-
raraq. 
– Kimləri isə gözləyirsən hər halda. Süfrə beş nəfərlik-
dir, ona görə deyirəm. 
– Bəli düşünürəm ki, bəzi qonaqlarımız olacaq, – dedi. 
– Lord St. Simonun hələ gəlməməsinə təəccübləndim əslin-
də. Amma dayan! Bu eşitdiklərim onun ayaq səsləri olmalı-
dır.  
Həqiqətən də  günortadakı  müştərimiz  girdi  içəri.  Ey-
nəklərini  hər  zamankindən  daha  sürətli  yelləyirdi  və  aris-
tokrat üzündə narahat bir ifadə vardı. 
– Mesajımı almısınız demək, – dedi Holms. 
– Bəli və etiraf etməliyəm ki, yazdıqlarınız məni ürküt-
dü. Bütün bunların doğru olduğuna əminsinizmi? 
– Təxminən. 
Lord St. Simon bir kürsüyə çökdü və əlini alınına apar-
dı: 
49 
 


 
–  Ailə  fərdlərindən  birinin  belə  alçaqlıq  etdiyini  eşi-
dəndə, qraf nə deyəcək?" deyə deyindi öz-özünə. 
–  Tamamilə  şanssızlıqdır.  Kiçik  qraf  mövzusunda  da 
çox əmin deyiləm. 
– Təbii, amma siz fərqli bir baxış bucağından yaxınla-
şırsınız. 
–  Burada  heç  kəsi  günahkar  çıxara  bilmirəm.  Hadisə-
nin  şəkli  utancverici  olsa  da  xanımın  başqa  şansı  yox  idi 
məncə. Ona ağıl verəcək kimsəsi olsaydı... 
– Böyük bir utanc idi, – dedi Lord St. Simon, barmaqla-
rıyla masaya vuraraq. 
– Bu yazıq qızı bağışlamalısınız. Başına gələnlər, bən-
zəri görülməyən bir şeydir. 
– Qətiyyən bağışlamaram. Çox hirsləndim. Utanmadan 
məndən istifadə edilib.  
–  Deyəsən  qapı  döyür,  –  dedi  Holms.  Bəli,  yuxarı  çı-
xanlar var. Sizi tək başına razı salmaqda çətinlik çəkəcəm de-
yə bir neçə tərəfdar çağırmışdım Lord St. Simon. Qapını aç-
dı, içəriyə bir xanım və bir cənab dəvət etdi.  
– Lord St. Simon, – tanış edim; cənab və xanım Francis 
Hay Moulton. Məncə qadını onsuz da tanıyırsınız. 
Müştərimiz,  gələnləri  görüncə  kreslosundan  atıldı  və 
gözləri  yerdə,  əli  pencəyinin  sinəsində  dimdik  ayaqda  da-
yanmağa başladı. Əsil  “qüruru qırılmış adam” portreti idi. 
Qadın, irəli doğru bir neçə addım ataraq əlini  uzatsa da o, 
gözlərini qaldırmamaqda israr etdi. Qadının yalvaran üzünə 
etiraz etmək çətin idi. 
– Əsəbisən Robert, – dedi. – Və bunun üçün haqlısan 
da. 
50 
 


 
– Lütfən üzr istəmə, – dedi Lord St. Simon acıqlı şəkil-
də. 
–  Bəli,  sənə  həqiqətən  çox  pis  davrandım.  Getmədən 
əvvəl səninlə  danışmalıydım  amma  o  qədər  çaşmışdım  ki, 
Frankı burada təkrar gördüyümdən etibarən nə etdiyimi və 
dediyimi  bilmirdim.  Kilsədə  necə  oldu  huşumu  itirmədim, 
bilmirəm. 
– Məsələni danışarkən tək qalmaq istərdinizmi xanım 
Moulton? 
– Mənim fikirimi soruşsanız, deyə sözə başladı qəribə 
görünüşlü adam, bu məsələdə onsuz da gizlilik qalmayıb ar-
tıq.  Mən  öz  payıma,  bütün  Avropa  və  Amerikanın  bunları 
eşitməsini istəyirəm. Balacaboy, əsmər bir adam idi. Təraşlı 
və iti xətli üzündə diqqətli bir ifadə vardı. 
– O zaman hekayəmizi danışaq, söhbət bağlansın, – de-
di  qadın.  –  Frank  və  mən,  84-cü  ildə  Rokies  yaxınlarında, 
atamın çalışdığı Makkuvire düşərgəsində tanış olmuşuq. Ni-
şanlandıq da. Amma bir müddət sonra atam zəngin mədən 
tapıb  çox  pul  qazanmağa  başlamasına  baxmayaraq  yazıq 
Frank bir şey çıxara bilməmişdi. Atam zənginləşdikcə Frank 
da kasıblaşırdı; atam sonunda bu nişan mövzusunu bir da-
ha  eşitmək  istəmədiyini  söyləyərək  məni  Friskoya  apardı. 
Frank asanlıqla geri çəkilmədi amma; məni ora qədər izlədi 
və biz, atamdan gizli olaraq görüşməyə davam etdik. Eşitsə 
dəliyə dönərdi; buna görə hər şeyi aramızda həll etməyə qə-
rar verdik. Frank, gedib qızıl tapacağını və atam qədər zən-
gin olmadan geri dönməyəcəyini söylədi. Bundan sonra mən 
də onu ölənə qədər  gözləyəcəyimə və o yaşadığı müddətdə 
başqa kimsəylə evlənməyəcəyimə söz verdim. O zaman “ni-
yə dərhal evlənmirik,” dedi, “beləcə mən də əmin olardım”. 
51 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə