Asif Ata NİzamiLİK (Bədii-fəlsəfi esse)



Yüklə 242,32 Kb.
Pdf görüntüsü
səhifə6/9
tarix04.11.2017
ölçüsü242,32 Kb.
#8444
1   2   3   4   5   6   7   8   9

 

Ürək parçalardı onun nəğməsi

Aşiqlər səsiydi Məcnunun səsi. 

 

Gəzəndə ardınca bağırardılar 

Məcnun, Məcnun – deyə çağırardılar. 

 

Bəsit  şüur  birinin  başqasına  meyil  salmasını  görmüşdü,  amma  birinin  büt  səviyyəsinə 



qalxmasını görməmişdi.  

Bəsit şüur məhəbbət divanəliyinin böyüklük əlaməti olduğunu anlamaz. 

 

Eşqdən xəbərsiz adamlar ki var, 

Onu “Məcnun” deyə çağırardılar. 

 

Bəsit şüur şablon səddən kənarda ülvilik tanımır. 



Gərək Məcnun aşıb-daşmayaydı, sakit axaydı, sahilə sığaydı, öz fəryadında zilə qalxmayaydı, 

bəmdə  qalaydı,  gözlərindən  qan-yaş  tökməyəydi,  daim  Leylinin  xəyalıyla  yaşamayaydı,  onu 

unudaydı, sarsılmayaydı, onda anlaşılardı, gərəkli və hörmətli olardı. 

Bəsit şüur nəhəngliyi qavramır, və nəhənglik onun gözündə dəliliyə çevrilir. 

Nizami  isə  nəhəngliyi,  bütün  gözəlliyi,  ülviliyi,  qeyri-adiliyi  təsvir  edir  və  sən  məcnunluğa 

vurulursan. 

Məhəbbət əhlinin məntiqi, hökmü, qənaəti, məqsədi başqalarının məntiqinə ziddir. 

Birində gözəl hesab olunan, o birində eybəcər sayılır. 

Bir dünyada iki dünya yaranır. Məcnun və başqaları. 

Leylinin atası qızını “dəliyə” vermir. Məcnun isə öz “dəli məhəbbətində” sevgi peyğəmbərinə 

çevrilir. 

 

Mənə dəli dedin, öz haqqın vardır, 



Dəli təkəbbürlü dolananlardır. 

 

Başqa bir dəlilik görmürəm məndə, 

Dəlilik budursa, dəliyəm mən də. 

 

Həm də Məcnun öz eşqində görünməmiş mənəvi nəşə, həzz mənbəyi kəşf edir. 



Məcnun öz “dəliliyində” özünü hərtərəfli təsdiq edir. 

Həmişə,  hər  yerdə  Leyli.  Bu,  məhəbbət  duyğusunun  zirvəsi  deməkdir.  Başqaları  üçün  bu 

bəladır. 

Hamının məqsədi Məcnunu məhəbbətdən xilas etməkdir. 

Məcnunun arzusu məhəbbət xəstəliyinə daha çox mübtəla olmaqdır. 

Hamı üçün dünyada məhəbbətdən başqa var-dövlət, rütbə, ad-san səadəti var. 

Məcnun üçün məhəbbətdən qeyri heç nə yoxdur. 

Hamı Məcnunun gününə ağlayır, Məcnun isə öz bədbəxtliyi ilə öyünür. 

Hamının arzusu dəli ehtirasdan əl çəkib adi, firavan həyat sürməkdir. 

 

Eşqin havasında inildəsin can, 

Bir gün də düşməsin o qulağımdan. 



 

Eşq ilə yaşayır aləmdə səsim

Eşqsiz aləmdə batar nəfəsim. 

 

Eşqdən yoğrulmuş ruhum, bədənim, 

Eşqsiz bir günüm olmasın mənim. 

 

Eşqsiz bir ürək heçliyə varsın. 

Onu qəm selləri yuyub aparsın. 

 

Qoy eşqim ucalıb namidar olsun, 

Mən özüm ölsəm də eşqim var olsun. 

 

Hamı üçün Məcnunluq bir andır, Məcnun üçün tam həyatdır. 



Məcnunun şöhrəti də mühitindən kənardadır. 

Məcnun  məhəbbəti  Məcnunun  iradəsini  özünə  tabe  edir;  Məcnun,  mənliyini,  yeri,  göyü, 

dünyanı unudur. Başqaları bunu heç cür qəbul etmir. Qəribə bir vəziyyət yaranır. 

Böyük “Mən” özünü fəda etməkdə səadət tapır, cılız “Mən” özündən keçmir. 

Məcnun özünü böyük amala qurban verən xoşbəxtlərdəndir. 

Bütün digər düşüncələr, qənaətlər, məqsədlər Məcnun varlığından uzaqdır. 

Bu özünü ən çox Məcnunun atasıyla münasibətində göstərir. 

Məcnunun atası oğlunu xoşbəxt görmək istəyir. 

Ancaq  Leylisiz  Məcnun  yoxdur,  Leylisiz  yaşamağa  Məcnunun  gücü  çatmaz.  Bu  onun 

ixtiyarında deyil. 

Ata oğlunu var-dövlətin varisi görmək istəyir. Ancaq Məcnun varis olmaq üçün yox, sevmək 

üçün doğulub.  

Məhəbbət adlanan zirvədən var-dövlət varisliyi heç görünmür də. 

Qeyri-adi oğulla ata çox adi davranır. Buna görə də istədiyinə nail olmur. 

Məcnun məhəbbət səlahiyyətini var-dövlət varisliyinə dəyişmir. 

Ağlı başında olan da dost ordusunun basılmasını istərmi? 

Buna Nofəl inanmır. 

Qeyri-adi poetik təbi olan bir şəxsin ahulara, ceyranlara həmdəm olması rəvadırmı? 

Buna Zeyd inanmır. 

Nəhayətsiz, sonsuz da qəm olarmı? 

Buna Səlim inanmır. 

Nofəl bilmir ki, Məcnun üçün Leylinin adıyla bağlı nə varsa – əzizdir. 

Nofəlin ordusu Leylinin atasının əsgərlərini tələf edirlər. 

Ona görə Məcnun xilaskarlarının məğlub olmasını arzulayır. 

Bu anda Məcnun öz sədaqətini unudur. 

Zeyd nə bilsin ki, Məcnunu təbə, ilhama gətirən elə Məcnunluğun özüdür. 

Əsərdə Məcnunu anlayan, onunla mənən bir olan yeganə şəxs var: Leyli! 

Məcnunun  pərəstişkarları  Məcnunun  olsa-olsa  bir  cəhətini  –  munisliyini  duyur  və 

qiymətləndirirlər. 

Çünki Məcnunluq insanın adilikdən çıxmasıdır. 

Çünki Məcnunluq dünyaya yeni baxışdır. 



Çünki  Məcnunluq  bəsitlərin  nəzərində  aldanış,  əcaiblik,  yanlışlıqdır,  aqillərin  nəzərində 

müdriklikdir. 

 

 

Məcnunu sərsəri zənn etmə ki, sən 

Deyildir gördüyün divanələrdən. 

 

Vaxtının ən böyük bir alimiydi

Aləmi şərh edən loğman kimiydi. 

 

Gizli mənalara o yol açardı, 

Qəlbində göylərin min sirri vardı. 

 

Leyli  Məcnuna  layiqdir.  O,  Məcnun  qədər  atəşin  olmasa  da,  Məcnun  qədər  məhəbbətə 



bağlıdır. 

O, Məcnun qədər əzabkeşdir. 

Məcnun səhra sakinidir, Leyli qızıl qəfəs kirayəçisi. 

Leyli  həm  Məcnunun  qeyri-adiliyini,  bənzərsizliyini  anlayır,  həm  də  qəlbində  Məcnun 

məhəbbətinə bərabər sevgi gəzdirir. 

Məhəbbətdə özünü ən çox təsdiq edən yenə də Məcnundur. 

Fəryad çəkən, yeri-göyü titrədən, aləmə səs salan, daşqın seli kimi çağlayan Məcnundur. 

Ancaq  Leyli  təmkinində,  səbrində,  intizarında,  naləsində  Məcnunluğa  qovuşan  ülvi  bir 

şeiriyyət var. 

Məcnunla Leylini bir-birindən ayırmaq əslində gözəl və ali bir ahəngi məhv etməkdir. 

Təbiət  Leyli-Məcnun  vəhdətinə  meyil  etdiyi  halda,  mənfur  qaydalar,  təcavüzkar  naşılıq  bu 

vəhdəti pozur. 

“Leyli  və  Məcnun”  dastanının  dərin  faciəvi  mənası  elə  bundadır.  Məcnun  məhəbbəti 

şimşəkdirsə, Leyli məhəbbəti yağışdır. 

Məcnun məhəbbəti gur çaydırsa, Leyli məhəbbəti çaya axan bulaqdır. 

Məcnunun dərdi dünyanı yandırır, Leylininki özünü. 

Məcnun ilə Leyli eyni dildə danışırlar. 

Bu, ətrafdakıların anlamadığı ülvi məhəbbət dilidir. 

Əsərdə Leyli eşqi ilə kamala yetən Məcnun var. 

Əsərdə həm də Məcnun eşqiylə həmahəng döyünən Leyli qəlbi var. 

Məcnunluqda təsdiq olunan vəhdət bənzərsizdir. 

Bu, əslində cismani vəhdəti rədd edən qeyri-adi, mənəvi qovuşmadır. 

Sevgililərin mənəvi ayrılığı yoxdur. 

Harada olursan ol, məhəbbət səninlədir. 

Leyli həmişə Məcnunun qəlbindədir. Məcnunun Leylisiz saatları, dəqiqələri yoxdur. 

Ali məhəbbət nəşəsi Məcnun üçün hər cür nəşədən üstündür. 

Çünki Məcnun qeyri-adilik üçün doğulub. 

Çünki şəhvət Məcnunluqla qazanılmır. 

Məcnun Leylini böyük bir dünyaya çevirir. 

(Bütün bu vəcdli deyimlər “Mütləqə İnam”ın rüşeyimləridir-Soylu Atalı.) 

Əslində  Leyli  həyatda  ali,  cazibədar,  mənalı  nə  varsa,  hamısının  cəminə  dönür  Məcnun 

xəyalında. 




Yüklə 242,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə