Asif Ata NİzamiLİK (Bədii-fəlsəfi esse)



Yüklə 242,32 Kb.
Pdf görüntüsü
səhifə2/9
tarix04.11.2017
ölçüsü242,32 Kb.
#8444
1   2   3   4   5   6   7   8   9

II. İNSAN LƏYAQƏTİ 

 

Dünyada çox şey dəyişir: duyğular, fikirlər, niyyətlər, arzular. 



Ancaq dəyişməyən ürəklərdə əbədi yaşayan ölməz həqqiətlər də var. 

Vicdan,  ədalət,  sevgi,  hünər,  mərdanəlik,  fədakarlıq,  əsillik  –  bəşəriyyətin  mənəvi 

sərvətləridir. Həmin sərvətləri bəşəriyyət ən böyük var-dövlət kimi nəsillərə bəxş edir. 

Mütəfəkkirlər qəbahətə qarşı bir tabu, qadağan dairəsi yaradırlar. 

Nziaminin  “Sirlər  xəzinəsi”  insan  ləyaqətinin  dərin  fəlsəfi  vəsfinə,  ədalətin,  doğruçuluğun, 

munisliyin,  idrakın  bədii-fəlsəfi  təsdiqinə,  İnsan  ilə  dünya  arasındakı  əlaqələrin  mürəkkəb 

təhlilinə həsr edilmişdir. 

Nizami mənəvi sərvətləri, ilahi bir qüdrət rəmzi kimi tərənnüm edir. 

Onlardan birincisi sözdür. 

 

Söz eşqin lüğətində öz canımızdır bizim, 



Biz sözük, bu bədənsə eyvanımızdır bizim. 

 

Qəhrəman – qüvvəti dizdən, söz – qüvvəti könüldən alır. 



Söz könüldən başqa şey tanımaz kainatda. 

Nizami şeirində könül özü böyük, əlvan, geniş, mürəkkəb dünyadır. 

O, qapısını yalnız mətanətli və aqil şəxslərə açır. 

 

Könül qapısına gedən yollar yoxuşludur. 



Könül qapısını döyməyən təb sönükdür. 

Könül qapısından keçən ilham günəşlidir. 

Böyük, ülvi, qadir fikir könül otağında doğulur. 

 

Bu doğulma qeyri-adi, sehrli, sirli duyğular düşüncələr axarı yaradır. 



Həmin məqamda təbiət coşub-daşır, yer-göy canlanır. Ürəyə məhəbbət gəlir, dünya nağıllaşır. 

 

Yasəmənin qoynunda özünə yurd saldı, gül, 



Gül ətəyi ayaqdan tikan çıxarırdı, bil. 

Otlar şəkər tuturdu, elə bil ki, əlində, 

Marallar şirməst oldu bu şəkərlər çölündə. 

Gah salama dururdu çəmənə qarşı bahar, 

Gah gül edərdi kara təşəkkürünü izhar... 

 

Bu məqamda dünyanın ən parlaq rəngləri gözü oxşayır, təbiətin əvəzsiz gözəllikləri üzə çıxır, 



idrakın qapılarını üzümüzə açır.  

İlhamlı,  ehtiraslı  fikrin  doğulması,  təbiətin  şairanə  çağı,  məhəbbətin  vəcdi,  insan  qüdrətinin 

təntənəsi kimi təsvir olunur. 

Nizaminin tərənnüm etdiyi digər mənəvi sərvət ədalətdir. 

Ədalət həqiqətlə əkizdir. Ədalət toxumu səpilən torpaq daim məhsullu olar. 

Təbiidir ki, ədalət də həqiqət kimi öyüdlə, nəsihətlə bərqərar olmur. 

Ədalətsizliyin səbəbi bilməzlik də deyil. 

Nizami  ədalətsizliyin  yırtıcı,  məhvedici  mahiyyətini  dərindən  anlayır  və  ədalətə  yad  olan 

insana, dünyaya yad olduğunu dərk edir. 



 

Ey mərdlik qalxanını əlindən yerə salan, 

Şeytan aldadan kimi səni aldatmış cahan. 

 

Vurub yıxmaqla deyil ağıllılıq, unutma, 

Hünəri ədalətdən heç zaman uca tutma. 

 

“Zülm ilə bu dünyanı almaq deyildir mümkün, ancaq ədalət ilə alarsan hər bir mülkü”. 



Nizamiyə  görə  səmanın  ayı,  günəşi,  ulduzları  olduğu  kimi,  insan  qəlbinin  də  öz səyyarələri 

var. 


Onlarsız könül aləmi qaranlığa bürünərdi. 

Həmin ülvi duyğulardan biri də ədalət hissidir. 

Ədalət – böyük inamdır. 

İnsan  səadətə,  hörmətə,  qayğıya  layiqdir,  əsil  böyüklük  –  insana  gərək  olmaqdır.  İnsan 

dünyaya şər üçün yox, xeyir üçün gəlib, onun arzusu bayquş çığırtılarını yox, bülbül nəğməsini 

dinləməkdir. 

Nizaminin vəsf etdiyi həm də doğruluq, bütövlük, zəhmətsevərlik, hünərvərlikdir. 

 

Hər kəsin ki, yəqini düzlük, doğruluq olsa



Xoşbəxtliklə qurtarar hər işi batmaz yasa. 

 

Doğruluq ilə bütövlük qardaşdır. Doğruluğun rəngi birdir, saxtakarlığınkı min bir. 



 

Gəl olma iki rəngli, olma gecə-gündüzlü, 

Gəl olma rum sifətli, gəl olma həbəş üzlü. 

 

Nə qədər ki, həbəşlik, rumilik ki var səndə 

Bu qanmazlıq, zalımlıq olar bərqərar səndə. 

 

Doğruluğun məskəni, ev-eşiyi bəllidir, saxtakarlığınkı naməlum. 



Doğruluq – ardıcıl səmimiyyətdir, saxtalıq – ardıcıl oyun. 

Doğruluğun yolları yoxuşludur, saxtalığınkı eniş. 

Doğruluq – acıdır, saxtalıq – şirin. 

Doğruluq sabahı görməkdir, saxtalıq – məqama pərçimlənmək. 

Doğruluq – məğrurluqdur, saxtalıq – miskinlik. 

Hünər ilə doğruluq əkizdir. 

Çünki hünər – doğruluq miqyaslı fədakarlıqdır. 

Çünki hünərdə etik tələb şəxsi mənafeyi üstələyir. 

Çünki hünər – ən ali və ən təbii özünütəsdiqdir. 

Hünər bütöv şəxsiyyətlərin payına düşür. 

Əməksevərlik Nizami sənətində müdrikliyin timsalı kimi qiymətləndirilir. 

Əməyi sevən öz insani ləyaqətini qoruyandır. 

Əməyi sevən həyatı düzgün dərk edəndir. 

Nizaminin inkar etdiyi naqisliklərdən biri nəfs əsirliyi, hərislik, heyvani qidalanma tərzidir. 

 

 



Ey həyatda öküztək, eşşəktək ömr eyləyən, 

Heyvantək otlamağı dad bilən, ləzzət bilən. 

 

Xəbərsizsən günəşin mərkəzindən, bunu bil, 

Lacivərd dairədən qafilsən, xeyli qafil

 

İnsan dünyaya qarın nəşəsi üçün gəlməyib. Qarın əsirliyi heyvani hərislikdir. 



 

Yüngül adam, qarnına su, çörək doldur hey sən

Bil ki, bu zaman yenə ağır gəlməyəcəksən. 

 

Nizaminin inkar etdiyi eybəcərliyin digəri isə paxıllıqdır. 



 

Baş qaldırırsa əgər bir hünərli aradan, 

Bir hünərsiz qaldırıb başını verməz aman. 

 

Eyib müştərisidir bu bir, iki, üç nəfər, 

Hünərsiz hünəriylə hey təəssüf eyləyər. 

 

Onlar tüstü olurlar yetişəndə dimağa, 

Qara yelə dönürlər, çatan kimi çirağa. 

Hünərsizlik paxıllıq doğurur. 

Paxıllıq hünərsizliyin yaratdığı nifrətdir. 

Paxıllıq alçaqlığın yüksəkliyə, cılızlığın möhtəşəmliyə qarşı üsyanıdır. 

Paxıllıq – naqisliyin əsilliklə barışmazlığıdır. 

Paxıllıq – daxilə, özünə qarşı çevrilmiş qəzəbin zahiri ifadəsidir. 

Paxıllıq – istedad adlanan təzyiqin yaratdığı müqavimətdir. 

Paxıllıq - əsil böyüklüyün qarşısında süni əzəməti saxlamaq cəhdidir. 

Paxıllıq- ülviliyin bəsitlik qəlibinə salınmasıdır. 

Paxıllıq – balaca “mən”ə çalınan layladır. 

Paxıllıq – acizliyin büründüyü kəfəndir. 

Paxıllıq – naqisliyin təbiətdən aldığı intiqamdır. 

Nizami  “Sirlər  Xəzinəsi”ndə  həm  də  dünyaya  münasibət  haqqında  dərin,  orijinal  fəlsəfi 

fikirlər söyləmişdir. 

Nizamiyə görə, dünya öz qaydalarına əsasən dövran edir. 

O, insan arzularını, məqsədlərini nəzərə almır. 

Dünya insana yox, insan dünyaya uyğunlaşır. 

Həm də dünyanın insana düşmən münasibəti var. Onun təbiətində insana yağılıq yaşayır. 

 

Dünya qocadır, dardır, ona diqqət elə sən

Qoy səni aldatmasın gənc görünsə də üzdən 

Cavan görünən qoca əldə tutsa dəstə gül, 

Aldanma heç bir zaman, atəşdir o, gül deyil. 

Bu alış-veriş evi gördüyün dünya ki, var, 

Biri verər, o biri aman vermədən alar. 

Biri ipək qayıran, hörən bir qurdsa əgər

O biri mütləq ipək yeyən bir qurda bənzər. 



Yüklə 242,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə