Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə12/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   8   9   10   11   12   13   14   15   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
42 
 
OLFAKTOR (QOXU) ÇUXUR ŞİŞLƏRİ ZAMANI İCRA EDİLMİŞ    İNTRAKRANİAL 
ƏMƏLİYYATLARIN   NƏTİCƏLƏRİ 
 
Rövşən  BAĞIROV 
 
İşin Rəhbəri :  Məmmədbəyli Ö.İ.K. 
 
Respublika Neyrocərrahiyyə Xəstəxanası 
 
Açar Sözlər : Ön Kəllə Çuxuru , Olfaktor, Tumor, Meningioma. 
Ön  söz:  Ön  Kəllə  Çuxuru  sahəsində  ən  çox  yayılan  şişlər  Olfaktor  meningioma  ,  Türk  yəhəri  qabarının 
meningioması  ,  Ön  klinoid  çıxıntının  meningioması,  Əsas  sümüyün  meydancasının  meningiomasıdır.  Adları 
çəkilən şişlərin  hər biri ön kəllə  çuxurunu örtən sərt  qişadan  inkişaf edir. Bazal (Kəllə əsası )  meningiomlarının 
12%  ni  ,  ön  kəllə  çuxuru  meningiomlarının    43  %  ni  Olfaktor  çuxur  meningiomları  əhatə  edir.  Olfaktor  çuxur 
meningiomlarının  əsas  simptomatik  əlaməti  qoxu  hissinin  itməsi,  təfəkkür  və  yaddaş  pozulmasıdır.  Daha  böyük 
ölçülü şişlərdə vizualizasiya və hormonal   problemlər rast gəlinir. 
Tədqiqatın məqsədi: Araşdırma nəticəsində Olfaktor çuxur meningioması zamanı  endoskopik cərrahiyyə 
əks  göstəriş  olduğu  halda    şişi    daha  invaziv  ,  daha  kontrollu  və  daha  maksimal  xaric  etmək  üçün  ən  uyğun 
intrakranial  yanaşma  növünü təyin etməkdir. 
Material və metod:  Bu araşdırma 2014-2016 cı illər ərzində Respublika Neyrocərrahiyyə Xəstəxanasında 
31 xəstə üzərində aparılmışdır. Bunlardan 24-ü qadın , 7-si  kişi xəstə olmuşdur.Bütün xəstələrdə preoperativ MRT 
və  postoperativ KT müayinələr, psixoloji testlər, qoxu sınaqları aparılmışdır. 
Nəticə : 31xəstədən 9-da fronto-temporal (7sağ və 2 sol), 22 xəstədə bifrontal kraniotomiya  kraniotomiya 
icra  edilmişdir.  İcra    olunmuş  əməliyyatlar  sonrası  bütün  xəstələrdə    şişin  total  xaricinə  nail  olunmuşdur.  3  
bifrontal  yanaşma  ilə  icra  olunmuş  xəstədə  nazal  likvoreya,  7  bifrontal  kraniotomiya  və  2  fronto-temporal 
kraniotomiya  icra  edilmiş  xəstədə  müalicəyə  tabe  olan      psixi  pozuntular  müşahidə  edilmişdir.  Bifrontal  icra 
edilmiş bütün əməliyyatlarda  qoxubilmə qabiliyyəti itmişdir, 3 fronto-temporal kraniotomiya icra edilmiş xəstədə 
qoxu  bilmə  bir  tərəfli  saxlanılmışdır.  Bifrontal  yanaşma  ilə  icra  edilmiş  gigant  olfaktor  meningioma  əməliyyatı 
sonrası  post operativ oyanıq dövr və psixi pozuntular , alin payının ödemi və işemiyası səbəbilə   1 xəstədə ölüm 
qeydə alınmışdır. 
 
 
 
Beləliklə  böyük  ölçülü,  iki  tərəfli  inkişaf  etmiş    ,  qoxubilmə  qabiliyyətinin  tam  itməsinə  səbəb  olmuş  və 
qan  damarları  ilə  zəngin  təchiz  olunmuş  şişlər  zamanı  bifrontal  kraniotomiyanın  icrası  daha  uygun  olmuş,  
nisbətən kiçik ölçülü,  bir tərəfli  inkişaf etmiş  və  bir tərəfli anosmiyaya  səbəb olan şişlər zamanı  fronto-temporal 
kraniotomiya icrası daha keyfiyyətli nəticələr vermişdir. 
 
 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
43 
 
ATUREK - 5: Klinik Mikrobiologiya / Yoluxucu xəstəliklər / Klinik Biokimya bölməsi
 
 
HİV-İNFEKSİYA VƏ HCV İLƏ ASSOSİASİYA OLUNMUŞ XƏSTƏLƏRİN  
MÜALİCƏSİNƏ MÜASİR  YANAŞMA  TAKTİKASI 
 
Hökümə MƏMMƏDOVA 
 
İşin rəhbəri :  dosent Elza Qüdrət qızı Orucova 
 
ATU, yoluxucu xəstəliklər kafedrası 
 
Açar sözlər : HİV, HCV, ART, CD-4 limfosit 
Giriş : 
Son  dövrlərdə  ölkəmizdə  HİV    (Human  İmmundeficiency  virus)  və  HCV  (Hepatit  C  virusu)  mikst 
infeksiyası  yoluxma  yollarının  oxşar    olması  səbəbilə  tez-tez  rast  gəlinir.  Belə  xəstələrin  orqanizmində  HİV  -
infeksiyası ilə bağlı immunsupressiv səviyyə aşağı düşdüyü üçün HCV infeksiyasını şiddətlənir. Statistika göstərir 
ki, HİV pozitiv xəstələrin latent mərhələsində HCV ilə bağlı qaraciyər çatışmazlığı və ya qaraciyər xərçəngi əmələ 
gəlmə riski təxminən 3 dəfə artır. 
Tədqiqatın məqsədi: 
HİV və HCV infeksiyası ilə assosiasiya olunmuş xəstələrin müasir müalicə taktikasında yeni qrup antivirus 
preparatlarının tətbiqi zamanı onların hepatotoksik təsiri, qaraciyərin fibroz səviyyəsini, qanda CD-4 limfositlərini 
miqdarını nəzərə almaqla HİV proqnozunun müəyyən qədər pisləşməsinin qarşısını almaqdır. 
 
Metod və materiallar: 
24.09.2016-  03.02.2017  tarixlərində  klinikamıza  Sarılıq  şöbəsinə  müraciət  edən  HİV  pozitiv  22  xəstədə 
ətraflı  klinik-  anamnestik  məlumat  toplandıqdan  və  laborator  -  instrumental  müayinələr  aparıldıqdan  sonra  16 
xəstənin qanının virusoloji analizində anti HCV total ( İFA metodu) müsbət aşkarlanmışdır. Daha sonra xəstələrin 
qanında  qaraciyərin  funksional  göstəriciləri  (  Alat,  Asat,  GGT    və  s)  ,  PZR  analizi  ilə  virus  yükü    tədqiq 
edilmişdir.  Belə  ki,  xəstələrin  30  %-  də  Alat  və  Asat-ın    səviyyəsinin  normadan  5  dəfə  artıqlığı  müşahidə 
olunmuşdur.    Həmçinin,  qanda  PZR  üsulu  ilə  HCV  -  RNA  pozitivliyi    müəyyən  olunmuşdur.  Alınan  bütün 
nəticələr  bizə  müşahidədə  olan  xəstələrdə  HİV+HCV  mikst  infeksiyası  diaqnozunu  qoymağa  zəmin  verir.  Qeyd 
etmək  lazımdır  ki,    kompleks  müalicəyə  başlamamışdan  əvvəl  xəstərin  qanında  CD-4  limfositlərin  miqdarı 
müəyyənləşdirdik.  Xəstələr  HİV  infeksiyasının  latent  dövründə  və  CD4  limfositlərin  sayı  >  500  mm3  olduğu 
aşkarlandığına  görə  tərəfimizdən  antivirus  preparatlarla  (  Peg  İFN  +  Ribavirin)  müalicəyə  başlanıldı.  Eyni 
zamanda  HİV  infeksiyasının  müalicəsi  ART  preparatlarla  yanaşı  təyin  edildi.  Bu  müddət  ərzində  xəstələrdə 
qaraciyərin  fibrozlaşma  dərəcəsi,  həmçinin  qanda  CD-4  limfositlərin  səviyyələrinə  diqqət  edildi.  Nəzarət  altına 
götürülən xəstələrin 25 %- də 4 həftə sonra HCV- RNA virus yükünün 2 dəfə azalması müşahidə olundu ki, bu da 
təyin  olunan  kombinə  edilmiş  müalicənin    uğurlu  effekt  verdiyinə  işarədir.  Lakin  digər  5  %  xəstədə  effekt 
alınmadığı üçün yeni qrup  antivirus preparatlar (Sofosbuvir+daklotasvir) təyini məqsədəuyğun hesab olundu. 
Nəticə və müzakirə: 
HİV – infeksiya  və HCV  ilə  assosiasiyalı  xəstələrin  müalicəsinə  müasir  yanaşma taktikasında  yeni  qəbul 
olunmuş protokol qaydalarına riayət etməklə gözlənilən müsbət effekt almaq mümkündür. Belə ki, əgər: 
1)
 
CD-4    limfositlərin  sayı  >  500  mm3    olduqda  ART  ilə  müalicəyə  başlamadan  əvvəl  HCV-  yə  qarşı 
antivirus preparatların tətbiqi tövsiyə olunur. 
2)
 
CD-4  limfositlərin  sayı  <  500  mm3    olduqda  isə  HİV  və  HCV  müalicəsinə  eyni  vaxtda  başlamaq 
lazımdır. 
3)
 
CD-4 limfositlərin sayi < 350 mm3 olduqda erkən ART preparatları ilə başlamaq, daha sonra HCV- yə 
qarsı müalicəni davam etdirilməlidir. 
 
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə