Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə13/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   9   10   11   12   13   14   15   16   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
44 
 
ASTENOVEGETATİV SİNDROMLA MÜŞAYƏT  
OLUNAN XRONİKİ C VİRUS HEPATİTLİ XƏSTƏLƏRİN  
MÜALİCƏSİNDƏ ADEMETİONİN (HEPTRAL)  
TƏTBİQİNİN EFFEKTİVLİYİ   
 
Səxavət XƏLİLLİ, Mirzamin Muxtarov 
 
İşin rəhbəri: dos. Mirzamin Muxtarov 
 
Azərbaycan Tibb Universiteti, yoluxucu xəstəliklər kafedrası 
 
Açar sözlər: asteniya, vegetativ disfunksiya, astenovegetativ sindrom, xroniki virus hepatiti, ademetionin, 
heptral. 
Xroniki C virus hepatiti (XCVH) bütün dünyada tibbin ciddi problemlərindən biridir.Asteniya və vegetativ 
tənzimlənmənin  pozulması  belə  xəstələrdə  geniş  yayılmışdır.  Praktiki  həkimlərin  ümumilikdə  tez-tez  rastlaşdığı 
xroniki  C  virus  hepatitli  xəstələrdə  səbəbi  tam  olaraq  aydınlaşdırılmamış  astenovegetativ  pozğunluqlar  böyük 
aktuallıq kəsb edən problemlərdəndir. 
Ademetionin antiastenik və antidepressiv təsirə malik olsa da, tədqiqatlarda XCVH  xəstələrində astenik və 
depressiv sindromlarda onun tətbiqi aparılmamışdır. 
Tədqiqatın  məqsədi:  astenovegetativ  sindrom  ilə  müşayət  olunan  XCVH  xəstələrində  asteniyanı  və 
vegetativ pozğunluqları korreksiya etmək üçün ademetionin (Heptral) tətbiqinin effektivliyinin qiymətləndirilməsi. 
Material  və  metodlar:  65-i  kişi  və  74-ü  qadın  olmaqla  cəmi  139  XCVH  xəstəsi  müayinə  olunmuşdur. 
Müayinə qrupunda orta yaş :52,9±0,9 
Müayinəyə cəlb edilmiş  bütün xəstələrə göstəriş üzrə bazis terapiya təyin edilmişdir:  laktuloza, anaprilin, 
spironolakton, kortikosteroidlər, ursodezoksixol turşusu, silimarin  və bəzi digər preparatlar. 
Astenovegetativ  sindromlu  XCVH    xəstə  qrupunda  16  kişi  və  18  qadında  Fransanın  Ebbot  şirkətinin 
istehsalı  olan  antidepressiv  təsirli  hepatoprotektor  –  Heptral  təyin  edilmişdir.  İstehsalçının  tövsiyyələrinə  əsasən 
preparatın təyinatı: xəstəyə ilk 2 həftə 400mg/sutka (sutkada 1 flakon) ə/d, sonra 2 həftə müddətində gündə 1tablet 
2  dəfə  (800mg/sutka)  təyin  edilir.  Preparatın  qəbulundan  bilavasitə  öncə,  sonuncu  qəbuldan  dərhal  sonra  və 
müalicə kursu bitdikdən 1 ay sonra göstəricilər qiymətləndirilmişdir. 
Astenovegetativ sindromlu XCVH  xəstə qruplarının   meyarları:   XCVH diaqnozu təsdiq edilmiş (müsbət 
anti-HCV  və  virus  RNT-sinin  aşkarlanması  (RNT  HCV)),  xəstəliyin  orta-ağır  gedişi,  astenik  pozğunluqların  və 
vegetativ disfunksiya sindromunun olması.  
Orta  yaşı  51,7±2,1 olan,  13  kişi  və  18  qadın  olmaqla,  hər  biri  ancaq  bazis    müalicə  alan  astenovegetativ 
sindromla müşayət olunan 31 XCVH xəstələri müqayisə qrupu kimi müayinə olunmuşdur. 
Tədqiqatlar KTM-in yoluxucu xəstəliklər şöbəsində aparılmışdır. 
Qaraciyərin  funksional  vəziyyəti  qanın  biokimyəvi  və  digər  göstəriciləri  ilə  qiymətləndirilmişdir: 
alaninaminotransferaza  (ALT),  aspartataminotransferaza  (AST),  qələvi  fosfataza  (ALP),  ümumi  bilirubin,  γ-
qlutamiltranspeptidaza  (GPT),  albumin,  protrombin  indeksi,  immunoloji  faktorlar  –  leykositlər,  immunoqlobulin 
M və G. Qaraciyər çatışmazlığını qiymətləndirmək üçün Child-Pugh cədvəlindən istifadə edilmişdir. Asteniyanın 
diaqnostikası  üçün  20  müddəadan  ibarət  olan  və  asteniyanın  müxtəlif  aspektlərini  əks  etdirən  “Asteniyanın 
qiymətləndirilməsində subyektiv şkala” tətbiq edilmişdir. Cəmlənmiş ümumi ballar asteniyanın ağırlıq dərəcəsi ilə 
bağlı  vahid  qərar  qəbul  etmək  üçün  istifadə  edilmişdir.  Hər  subşkalanın  nəticəsi  4  baldan  20  bala  qədər  dəyişə 
bilər.  
Vegetativ  disfunksiya  sindromunu  müəyyən  etmək  üçün  A.M.Veynanın  vegetativ  pozğunluqların 
simptomlarını  müəyyən  edən  tədqiqat  sxemindən  istifadə  edilmişdir  .  Tədqiqat  sxeminə  vegetativ  disfunksiya 
əlamətlərini  müəyyən  etmək  üçün    bir  sıra  suallar  daxildir.  Sxem  13  maddədən  ibarətdir.  Balın  ümumi  cəmi 
sağlam  şəxslərdə  25  baldan  çox  olmamalıdır,  artıq  olduğu  halda  vegetativ  disfunksiya  sindromunun 
mövcudluğundan danışmaq olar.  
Nəticələr və müzakirə: Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Astenovegetativ sindromlu XCVH  
xəstələrinin  müalicəsində  ademetioninin  (Heptral)  tətbiqi  əhəmiyyətli  dərəcədə  kliniki  effektə  malik  olmaqla 
yanaşı,  sitoliz  və  xolestazın  biokimyəvi  göstəricilərinin  azalmasına,  asteniya  və  vegetativ  pozğunluq    sindromu 
təzahürlərinin  zəifləməsinə  səbəb  olur.  Eyni  zamanda  asteniya  və  vegetativ  disfunksiya  sindromlarının 
diaqnostikası  üçün  “asteniyanın  qiymətləndirilməsinin  subyektiv  şkalası”  və  “vegetativ  pozğunluqların  aşkarı 
sxemi” tətbiq edilə bilər. 
 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
45 
 
TROPİK MALYARİYA MƏNŞƏLİ SEREBRAL KOMALI BİR XƏSTƏ 
 
Çinarə ABDULLAYEVA 
 
İşin rəhbəri: Yavər HACISOY, Cümşüd CÜMŞÜDOV 
 
Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyə Klinikasi 
 
Açar sözlər:Malyariya,Plasmodium falciparum 
Giriş:Malyariya  klinik  olaraq  titrətmə  ilə  yüksələn  intermittant  qızdırma,  anemiya,  dalaq  və 
qaraciyərin  böyüməsi  ilə  müşayiət  olunan  infeksion  xəstəlikdir.Plasmodium(P)  ailəsinə  aid  protozoalar 
tərəfindən 
törədilən 
bu 
xəstəlik,Anopheles 
cinsli 
ağcaqanadların 
dişləməsi 
ilə 
insana 
yoluxur.Plasmodiumların  P.vivax,  P.ovale,  P.malaria    P.falciparum  kimi  insan  üçün  patogen  4  növü 
vardır.Xəstəlik  əsasən  tropik  və  subtropik  ölkələrdə  geniş  yayılmışdır.Plasmodium  infeksiyasının 
diaqnozu Gimza ilə boyanan qalın və nazik yaxmaların mikroskopiyası ilə qoyulur. 
36 yaşlı pasient 16.01.2017 tarixində komatoz vəziyyətdə yüksək hərarət və qıcolma əlamətləri ilə 
ATUTədris  Cərrahiyyə  Klinikasının  Reanimasiya  və  İntensiv  Treapiya  Şöbəsinə    qəbul 
olunmuşdur.Müayinə  zamanı  hərarət  38.2
o
C,AT  110/60  olmuşdur.Anamnestik  məlumatlardaxəstənin 
20  gün  əvvəl  Afrika  ölkələrinin  birində  olduğu  məlum  olmuşdur.Xəstəxanaya  yerləşdirilmədənəvvəl 
çox  miqdar  spirtli  içki  qəbul  etməsi  ilə  yanaşı  hərarəti  yüksəlmiş  vəqızdırma  əleyhinə  preparatların 
qəbulundan  sonra  ümumi  halsızlıq  və  sarılıq  əlamətləri  qeyd  olunmuşdur.Xəstə  infeksion  hepatit 
şübhəsi  ilə  infeksion  şöbəyə  yerləşdirilmişdir.İlkin  laborator  müayinələrlə  Hepatit  A,B,C  inkar 
edilmiş,kreatinin,bilirubinlər,ASTyüksəlmiş,hemoqlobin,eritrositlər və trombositlər azalmışdır. Xəstədə 
alkoqola  bağlı  toksik  hepatitdən  şübhə  yaranmış  və  detoksikasion  terapiyaya  başlandıqdan  sonra 
vəziyyəti  nisbətən  yaxşılaşmışdır.Lakin,  həmin  gecə  vəziyyəti  yenidən  ağırlaşmış,  ensefalopatiya 
müşahidə edilmişdir. Müayinələrdə hemoqlobinin davamlı azalması və bilirubinlərin artması,həmçinin 
xəstənin  Afrika  ölkələrinə  səyahət  etməsi  malyariya  şübhəsi  yaratmış,lakin  ilkin  müayinədə  parazit 
aşkar 
edilməmişdir. 
Bundan 
sonra 
xəstə 
ATU-TCK-ya 
köçürülmüş, 
ensefalopatiya 
və 
hiperbilirubinemiya  plazmoforezə  göstəriş  olmuşdur.  Laborator  müayinələrdə  sidikdə  bilirubin,  qan, 
urobilinogen  aşkar  edilmiş;  qanda  CRP,  prokalsitonin,  LDH,  ümumibilirubin,  kreatinin,  ASTartmış, 
albumin,  haptoglobulin,  hemoqlobin,  trombositlər,  eritrositlər  azalmışdır.  Ən  sonda  yenidənqalın 
damla  və  nazik  yaxma  preparatları  hazırlanmış  və  Plasmodium  trofozoidləri  aşkar  edilmişdir. 
Malyariya əleyhinə müalicə başlanan gündən  xəstənin qanında hemoliz dayanmış, hərarət enmiş və 24 
gün sonra xəstə sağlam şəkildə evə yazılmışdır. 
Nəticə:  Malyariyanın  endemik  olduğu  bölgələrə  səyahət  etmiş  və  qızdırması  olan  şəxslərdə 
malyariya  ehtimalı  düşünülməlidir.  Xüsusilə  bu  bölgələrə  səyahət  edəcək  şəxslərdəprofilaktika 
aparılmalıdır.  Haqqında  danışdığımız  xəstəyə  səyahətdən  öncə  heç  bir  profilaktik  tədbir 
aparılmamışdır. 
 
 
 
Müzakirə:  Tropik  və  subtropik  ölkələrdə  malyariyanın  törədicisi  Plasmodium  falciparumdur. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə