Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə14/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   10   11   12   13   14   15   16   17   ...   91

 
44 
səndən  inciyəcək.  Mehdi  xan  atasını  dinlədi  və  dediklərini  yerinə 
yetirdi. Fətəli xan sağ qaldı. 
Əmiraslan  xan  Qırxlı  bu  olayı  eşidib,  Mehdi  xana  qulaq-
burması  vermək  qərarına  gəldi.  Sərkərdəsi  Şəhriyar  xan  Səfi  bəy 
oğlu  Gündüzlü-Avşarı  bir  dəstə  mükri  və  balbas  atlısı  ilə  bərabər 
Marağa  yolu  ilə  Urmiyaya  göndərdi.  Şəhriyar  xan  Marağaya  yeti-
şəndən sonra, buradan 3 min nəfərlik qoşun topladı. Elə bu zamanda 
əfqanlardan  təşkil  olunmuş  Xorasan  qoşunu  da  gəlib  hücumçulara 
birləşdi.  Şəhriyar  xan  Gündüzlü  döyüşçülərini  Sulduz  mahalında 
yerləşdirib, Mirzə Məhəmmədəli Avşarı danışıq üçün Mehdi xanın 
yanına göndərdi. Ondan istəyi bu oldu ki,  Fətəli  xan Araşlını azad 
edib, Əmiraslan xana itaət etsin. Yoxsa, Quşçu, Quluncu bölgələrin-
dən  Urmiyaya  sel  kimi  qoşun  gələcək.  Mehdi  xan  Qasımlı  yekə-
yekə danışan elçinin dilini və qolunu kəsdirdi. Fətəli xanın nəzarət-
çilərinin sayını artırdı. 
Mehdi xan Qasımlı 700 nəfərlik bir dəstə ilə Sulduz mahalına 
yürüş  etdi.  Sabahı  günü  Şəhriyar  xanla  üzləşdi.  Savaş  başlandı. 
Mehdi  xan  bu  savaşda  qələbə  qazandı.  Avşar  eli  Mükri  və  Balbas 
əşirətlərini  darmadağın  etdi.  Düşmən  qoşunun  sərkərdələrindən 
Şəhriyar  xanla  Hacı  xan  əsir  düşdü.  Mehdi  xan  döyüşdə  uğur  qa-
zanıb,  Urmiyaya dönəndə Göytəpə bölgəsində eşitdi  ki,  Əmiraslan 
xan Qarahəsənli kəndinin  yarımağaclığında  oturaq edib.  Əsgərləri-
nin yorğun olduğunu bilib, savaş meydanına getməyib, şəhərə dön-
dü. Əsirləri həbs etdi. 
Mehdi  xan  bütün  gecəni  yatmayıb,  hazırlıq  işləri  ilə  məşğul 
oldu.  Qoşunu tərtib edib, Əmiraslan xanla savaşa getdi. 70 günlük 
müharibədə bir nəticə hasil olmadı
23
.  
Fətəli  xan  zindandan  Mehdi  xanın  atası  Həsən  xanın  yanına 
adam göndərdi. Bildirdi ki, mən əli-qolu bağlı zindanda dözə bilmi-
rəm.  Arvad-uşaqların  ağlamaqlarına  tablaya  bilmirəm.  Məni  də 
döyüş meydanına göndərin. Həsən xan Fətəli xanın sözlərini oğluna 
çatdırdı.  Mehdi  xan  bir  az  fikirləşib,  Fətəli  xana  arıq,  çəlimsiz  bir 
yabı  verib,  nəzarət  altında  döyüşməsini  istədi.  Savaşın  qızmar 
                                                 
23 
Mirzə Rəşid Ədibüşşüara, Tarixi Əfşar, Təbriz, «Şəfəq», səh. 97-98, farsca. 


 
45 
çağında  14  nəfər  əfqan  Mehdi  xanı  təklədi.  Təhlükə  ilə  üzləşən 
Mehdi xan əl-qol atsa da bir yana çıxa bilmədi. Elə bu zaman Fətəli 
xan özünü ora çatdırıb, əfqanları qırıb-töküb, Mehdi xanı azad etdi. 
Həmin döyüşdə Mehdi  xanın  qoşunu qələbə çaldı. Əfqanlar qaçıb, 
Təbrizə tərəf getdilər. 
Savaşdan  sonra  Mehdi  xan  utandığından  Fətəli  xanın  üzünə 
baxa bilmədi. Qəflətən ağlamağa başladı. Üzünü camaata tutub uca 
səslə söylədi: 
-Analar  hələ  Fətəli  xan  kimi  oğul  doğmayıb!  Sonra  üzünü 
Fətəli xana tutub davam etdi:-Bu qədər yamanlığın önündə sən niyə 
yaxşılıq etdin? Axı onlar səni qurtarmağa gəlmişdilər! 
Fətəli xan dilləndi: 
-Mən  səni  müdafiə  etmədim.  Mən  Avşar  elinin  qəhrəmanlı-
ğını,  qoçaqlığını,  namusunu,  şərəfini  müdafiə  etdim.  Əgər  sən  sa-
vaşda ölərdinsə, avşar qızları, qadınları düşmən əlinə keçərdi. Qoy 
əfqanlar deməsinlər ki, biz avşarları yendik. 
Mehdi xan onun sözlərindən çox mütəəssir oldu. Fətəli xanın 
qardaşlarını həbsdən azad etdi. Onlarla birlikdə Urmiyaya, divanxa-
naya gəldi. Fətəli xanın paylaşdırdığı var-dövlətinin əvəzini artıqla-
ması  ilə  ödədi.  Onlar  xalqın  önündə  söz  verdilər  ki,  qardaş  kimi 
millətə xidmət etsinlər. 
Mehdi xan Fətəli xanı özünə müavin, naib təyin etdi. 
Mehdi  xan  öləndən  sonra  Fətəli  xan  bir  müddət  Nağı  xan 
Qasımlı-Avşarın naibi olmuşdu. Azad xan Əfqan Nağı xanı məğlub 
edəndən  sonra  Fətəli  xanı  ordusunun  sərkərdəsi  etmişdi.  Urmiyanı 
Məhəmmədmusa xan Qasımlı-Avşar idarə edirdi. 
Qəzvin  hakimi  Pənah xan  Əmmarli  çoxsaylı  bir  qoşun  tərtib 
edib şahlıq həvəsinə düşmüşdü. İlk öncə Təbrizi alıb, paytaxt etmək 
istəyirdi.  Qoşunla  gəlib,  Təbrizin  6  ağaclığında  oturaq  etdi.  Azad 
xan Əfqan Fətəli xana göstəriş verdi ki, 4 min nəfərlik qoşunla onu 
dəf  etsin.  Fətəli  xan  böyük  şücaətlə,  şəhamətlə  onu  yenib,  darma-
dağın etdi. 
Fətəli xan Azad xanın qoşunundan istifadə edib, İrəvan xanlı-
ğına hücum  etmişdi. Həmin ərəfədə  İrəvan hakimi Mir Mehdi xan 


 
46 
zəifləmişdi.  Vaxtı  ilə  İrəvan  xanı  Mir  Mehdi  xana  məğlub  olmuş 
Fətəli  xan  Avşar  intiqam  almaq  məqsədi  ilə  özündən  nisbətən 
qüvvətli  olan  Azad  xanın  hərbi  gücündən  istifadə  etməyi  qərara 
aldı.  Hər  iki  hakim  feodal  arasında  aparılan  danışıqlar  nəticəsində 
birləşmiş qoşunla İrəvan xanlığı istiqamətində hərəkət etdilər. İlkin 
yürüşdə əfqan qoşunlarını Fətəli  xanın sərkərdələrindən biri müşa-
yiət edirdi. Həmin yürüşdən Azad xanın məqsədi hərbi qənimət əldə 
etməkdən, Fətəli xanın məqsədi isə İrəvanlılarından intiqam almaq-
dan ibarət idi. 
Cənubdan  yaxınlaşan  təhlükənin  qarşısını  almaq  üçün  Mir 
Mehdi xan İrəvan qalasının müdafiə qabiliyyətini möhkəmləndirdi. 
İrəvanda yaşayan ermənilərin əllərinə girəvə düşdü. Onlar xanlıqda 
hakim  mövqe  tutmaq  məqsədi  ilə  Kartli  və  Kaxetiya  çarlıqlarına-
Teymuraza  və  II  İrakliyə  müraciət  edərək  onları  İrəvana  dəvət 
etdilər ki,  yaxınlaşan təhlükəni sovuşdurub,  «xristianların» vasitəsi 
ilə  hakimiyyəti  ələ  alsınlar.  Gürcülərin  yaxın  yardımı  ilə  Urmiya 
qoşunu yenildi. Fətəli xan, Azad xan məğlub olub geri çəkildilər. 
1751-ci  ildən  sonra  İran  və  Azərbaycanda  nominal  da  olsun 
şah  qalmamışdı.  Lakin  şahlıq  həvəsinda  olanlar  vardı.  Daha  çox 
həvəsi  olanlardan  biri  də  Fətəli  xan  Araşlı-Avşar  idi.  O,  Azərbay-
canı birləşdirmək istəyirdi. 
Fətəli  xanın  şahlığa  yolu  Kərim  xan  Zəndi  yenməkdən 
keçirdi.  Ona  görə  də  Azərbaycan  xanlarına  birləşmək  təklifi  ilə 
müraciət etdi. Azad xan ona yardım etməyə söz verdi. 
Fətəli  xan  Azərbaycanın  görkəmli  sərkərdələri  ilə  birlikdə 
İranın cənubunda Kərim xan Zəndə qarşı vuruşurdu. 
1757-ci  ildə  Məhəmmədhəsən  xan  Qovanlı-Qacar  Urmiyaya 
hücum etdi. Əhalinin mərdliklə müqavimət göstərməsinə baxmaya-
raq,  lazımi  miqdarda  qoşun  və  döyüş  vəsaiti  olmadığından  şəhər 
Məhəmmədhəsən  xanın  zərbələrinə  uzun  müddət  davam  gətirə 
bilmədi. 
Urmiya  şəhəri  alınar-alınmaz  Fətəli  xan  oraya  yaxınlaşdı. 
Lakin  Məhəmmədhəsən  xan  uzaq  səfərdən  qayıdan  döyüşçülərə 
istirahət  etmək,  hərbi  düşərgə  yaratmaq  imkanı  vermədi  və  dərhal 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə