Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə13/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   9   10   11   12   13   14   15   16   ...   91

 
40 
ların yanına qaçandan sonra Həmzə mirzə onu həmin vəzifəyə təyin 
etdi. 
Təhmasibqulu  sultan  Şah  Məhəmməd  Xudabəndə  Səfəvinin 
qorçubaşısı idi. Şahdan xan ünvanı almışdı. 
Təhmasibqulu xan I Şah Abbasın hakimiyyəti dönəmində Hə-
mədanın hakimi oldu. 
Təhmasibqulu xan 1591-ci ildə göstərdiyi itaətsizliyə görə öl-
dürüldü. 
 
 
Əli sultan Araşlı-Avşar 
 
Əli  sultan  Şah  Məhəmməd  Xudabəndənin  hakimiyyəti  dönə-
mində üzə çıxan avşar əmirlərindəndir. I Şah Abbasın hakimiyyəti 
çağında  Şirvan  bəylərbəyiliyinin  nahiyyələrindən  birinə  başçılıq 
edirdi. 
 
 
Xudaverdi xan Araşlı-Avşar 
 
Xudaverdi  xan  1629-cu  ildə  Uşnəviyyə  qalasının  hakimi  ol-
muşdu.  Onun  üsyançı  kürdlərə  qarşı  savaşlar  apardığı  məlumdur. 
Urmiya bölgəsinin tarixində şanlı ad çıxarmışdı. Osmanlı basqınla-
rının qarşısının alınmasında iştirak etmişdir. 
 
 
II İskəndər xan Araşlı-Avşar 
 
İskəndər xan 1629-cu ildə Sulduz mahalının hakimi olmuşdur. 
Mahalda yollar çəkdirmiş, kəhriz saldırmış, məscid tikdirmişdir. O, 
babasının adına layiq bir igid kimi şahın lütfünə səbəb olmuşdu. 
 
 


 
41 
Cəfər sultan Araşlı-Avşar 
 
Cəfər sultan Sistan əyalətinin hakimi olmuşdu. Avşarların bu 
bölgədə yerləşməsindən sonra basqınçı özbəklərin ayağı kəsilmişdi. 
Özlərini Rüstəmi-Zalın varisləri adlandıran yerli məliklərin bacarıq-
sızlığı nəticəsində Sistan tez-tez düşmən caynağına keçirdi. 
 
 
Əlimərdan xan Araşlı-Avşar 
 
Əlimərdan xan Urmiya şəhərində anadan olmuşdu. Oymaqla-
rının  başçısı  olmuşdu.  Səfəvi  ordusunun  adlı-sanlı  komandanların-
dan idi. 
Əlimərdan xanın Fətəli bəy, Məsuməli bəy, Əli bəy, İbrahim 
bəy, Hüseyn bəy adlı oğulları vardı. 
 
 
Fətəli xan Araşlı-Avşar 
 
Fətəli  xan  Əlimərdan  xan  oğlu 
Urmiya  şəhərində  doğulmuşdu.  Məd-
rəsə təhsili almış, amma hərb sənətini 
seçmişdi.  Nadir  şah  Qırxlı-Avşara 
xidmət etmişdi. Çərxçibaşı rütbəsində 
qoşun  sərkərdəsi  olmuşdu.  Döyüşə 
hamıdan əvvəl atılırdı. 
Fətəli  xan  strateq,  tədbirli  bir 
sərkərdə  idi.  Əfqanıstanda  Nadir 
şahın ordusu keçilməz bir çaya dirən-
mişdi.  Fətəli  xan  qadınların  saçlarını, 
atların  quyruğunu  kəsdirib,  sicim 
toxutdurub, 
körpü 
hazırlamışdı. 
Əsgərlər  bu  körpüdən  keçib,  düşmənləri  məhv  etmişdilər. 
Hindistanda  fillərdən  qorxan  əsgərlər  naçar  qalmışdılar.  Fətəli  xan 


 
42 
dəvələrə yanan məşəllər bağlayıb, fillərin üstünə göndərmişdi. Fillər 
dəhşətə düşüb, geri qayıdaraq, öz adamlarını əzmişdilər. 
Fətəli xan rəhmli, qeyrətli, qoçaq, insansevər bir şəxsiyyət idi. 
Nadir  şahdan  incik  düşən  Avşar  elinin  oymaq  başçılarını  ətrafına 
toplayıb,  maaş  və  məvacib  təyin  etmişdi.  Nadir  şah  tərəfindən  kor 
edilmiş  Məhəmmədkərim  xan  Qasımlıya  və  Bəhram  xan  Araşlıya 
mehribançılıq  göstərmiş,  aylıqla  təmin  etmişdi.  O  cümlədən  Nadir 
şahın  kor  etdiyi  Bisütun  xan  Babaəli  bəy  oğlu  Avşarı,  Qasım  xan 
Avşarı,  Mömün  xan  Qasımlı-Avşarı  da  qanadının  altına  çəkmiş, 
qayğı göstərmiş, hər birinə tiyul-soyurqal bağışlamışdı. 
Fətəli  xan elmə dəyər verən, biliyi qiymətləndirən bir hakim 
idi.  Ədəbiyyat  bilicisi  kimi  şairə  hörmət,  şeirə  qiymət  verirdi. 
Sarayında neçə-neçə söz, qələm ərbabları yer tapmışdı. Ünlü Avşar 
şairi Firudin bəy Mina onun sarayında tərbiyə almışdı. Ünlü ədəbiy-
yatşünas  və  bioqraf  Məhəmmədəli  Tərbiyət  «Danişməndani-Azər-
baycan» kitabında yazır: «Fətəli xan Avşar Urməvinin qulamzadələ-
rindəndir. İsfahanda uşaqlığında Fətəli xanın oğlanları Rəşid bəy və 
Cahangir  xanla  bir  yerdə  böyüyüb,  boya-başa  çatmış,  bu  ölkədə 
Dərviş  Məcid,  Azər,  Hatif,  Səbahi,  Aşiq  və  Müştaq  kimi  şeir  və 
ədəbiyyat  sevən  şəxslərdən  tərbiyə  alıb,  görkəmli  şeirşünas  və  söz 
ustası olmuşdur. Onun bir sıra gözəl məzmunlu və məlahətli şeirləri 
vardır»
22
.  
Fətəli  xanın  ömrü  döyüşlərdə,  yürüşlərdə  keçib.  Yaşam  yo-
luna diqqət yetirdikdə, qanlı savaşlar görürük. 
Fətəli xan 1738-ci ildə Bəlucistana yürüş edən Avşar ordusu-
na yardımçı kimi göndərilmişdi. O, bu yürüşdə qəhrəmanlıq göstər-
mişdir. 
Nadir  şah  Hindistana  yürüş  edəndə,  1739-cu  ildə  Ənbalədə 
ailəsini  Fətəli  xanın  yanına  qoymuşdu.  Fətəli  xan  onun  inandığı, 
etibar etdiyi adamlar sırasında idi. 
Fətəli xan 1743-cü ildə üsyançı yalançı şahzadə Sam mirzəni 
və  dağlıları  ram  etmək  üçün  şahzadə  Nəsrulla  mirzə  ilə  15  minlik 
qoşunla  Şirvana  gəlmişdi.  1744-cü  ildə  Fətəli  xan  və  Aşur  xan 
                                                 
22 
M. Tərbiyət, Danişməndani-Azərbaycan, Bakı, Azərnəşr, 1987, səh.223. 


 
43 
Babalı-Avşar  üsyançıların  üzərinə  hücuma  keçdilər.  Onlar  qələbə 
çalıb  üsyançıların  mərkəzi  Ağsu  qalasını  tutdular.  Orda  olan  ləzgi 
qarnizonunun əsgərlərini əsir etdilər. 
Fətəli xan 1745-ci ildə (hicri-qəməri 1158-ci ildə) Nadir şahın 
göstərişi  ilə  5  min  nəfərlik  qoşunla  Urmiyanın  sərhədlərini  qoru-
muşdu. Həm də oranın hakimi olmuşdu. 
Nadir  şahın  ölümündən  sonra,  1747-ci  ildə  Fətəli  xan  Farsın 
hakimi olmuşdu. Fars əyalətində yaşayan Bayat elinin başçısı Saleh 
xan  onu  və  qardaşı  Məsuməli  xanı  qovub,  Şirazdan  çıxartmışdı. 
1747-ci  ilin  sonlarında  Fətəli  xan  ana  yurdu  Urmiyaya  gəlib  taxta 
çıxdı. Urmiyanın ilk müstəqil xanı oldu. 
Mehdi  xan  doğma  tayfası  qasımlıları  başına  toplayıb,  Fətəli 
xan  Araşlını  Urmiya  hakimliyindən  uzaqlaşdırmaq  qərarına  gəldi. 
Urmiya  xanlığı  qasımlıların  qanuni  haqqı  hesab  olunurdu.  Fətəli 
xan  özünə  arxayın  olduğundan  onu  vecinə  almadı.  Mehdi  xan  qo-
şunla şəhərə yaxınlaşdı. Urmiyanın darvazasında dayanıb, onu təh-
did  etdi.  Urmiya  əhli,  əsasən  də  qasımlılar  Fətəli  xandan  narazı 
olduğundan  qaçıb,  Mehdi  xanın  yanına  gəldilər.  Fətəli  xan  özünə 
güvənə-güvənə hakimliyini bada verdi. 
Mehdi xan taxta yiyələndi. Müstəqilliyini elan etdi. Qılıncının 
gücünə Urmiyanın başçısı olduğundan Azərbaycan hakimi Əmiras-
lan xan Qırxlı-Avşarı saya salmırdı. Ətraf xanlar da onun cəsarətin-
dən çəkinirdilər. Üsyançı kürdlər də qorxularından gəlib, tabeçilik-
lərini bildirdilər. 
Mehdi  xan  Urmiyada  möhkəmlənəndən  sonra  adamlarından 
bir neçəsini göndərdi ki, Fətəli xanı onun  yanına gətirsinlər. Fətəli 
xan tutulub, gətiriləndən sonra Mehdi xan onun mal-dövlətini Avşar 
eli arasında böldü. Onu və qardaşlarını ev dustağı etdi. Bəzi narazı 
adamlar Fətəli xanın salamat qalmasını istəmədilər. Mehdi xanı təh-
rik etdilər ki, onu öldürsün. Fətəli xanın adamları bu xəbəri eşidib, 
üsyan  qaldırdılar.  Mehdi  xanın  atası  Həsən  xana  sifariş  etdilər  ki, 
oğlunu bu işdən çəkindir. Həsən xan oğlunu  yanına çağırıb, danla-
yıb-dansadı ki, Fətəli xan el böyüyü və hakim olub. Əgər onu öldür-
sən,  Araşlı  tayfası  və  Azərbaycanın  hakimi  Əmiraslan  xan  Qırxlı 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə