Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə21/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   17   18   19   20   21   22   23   24   ...   91

 
67 
Elmdən, helmdən, xəttdən, rəbtdən, rəsmdən,  
fəzlidən və fərdən, 
Lazımı qədər nəsibi vardı. 
Mühit tarix dəftərində ondan belə yazdı: 
Kamal və helm biliyi vilayəti valisiz qaldı. 
 
Mirzə Əli xanın Böyük xan, Rza xan adlı oğulları vardı. 
 
 
Böyük xan Araşlı-Avşar 
 
Böyük  xan  Mirzə  Əli  xan  oğlu  Urmiya  şəhərində  dünyaya 
gəlmişdi.  Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Savadlı  olduğundan 
dolayı  mirzə  ünvanı  daşıyırdı.  Qacar  sülaləsinə  xidmət  etmişdi. 
“Əmir Əfxəm” ləqəbini daşıyırdı. 
 
 
Rza xan Araşlı-Avşar 
 
Rza  xan  Mirzə  Əli  xan  oğlu  Urmiya  şəhərində  dünyaya  göz 
açmışdı. Mükəmməl  mədrəsə təhsili  almışdı. Qacar sülaləsinə xid-
mət etmişdi. Kazak dəstəsinin rəhbəri olmuşdu. General rütbəsinə-
dək yüksəlmişdi. 
Rza xan 1918-ci ildə xristian (erməni, aysor, cilo və başqaları) 
və müsəlman savaşlarında öldürülmüşdü. 
 
 
Mirzə Kərim xan Araşlı-Avşar 
 
Kərim xan Mirzə Mustafa xan oğlu Urmiya şəhərində anadan 
olmuşdu.  Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Savadlı  olduğundan 
dolayı mirzə ünvanı daşıyırdı. Qacar sülaləsinə xidmət etmişdi. 
Mirzə Kərim xan hərbi işlə məşğul  olmuşdu. Mirpənc rütbə-
sinədək yüksəlmişdi. 


 
68 
Mirzə Kərim xan Qeysər xanımla ailə qurmuşdu. Hüseyn xan, 
Əkbər xan adlı oğulları vardı. 
 
 
II Hüseyn xan Araşlı-Avşar 
 
Hüseyn  xan  Mirzə  Hüseyn  xan  oğlu  Urmiya  şəhərində  do-
ğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan 
dolayı mirzə ünvanı daşıyırdı. Qacar sülaləsinə xidmət etmişdi. 
Hüseyn xan Məcdüssəltənənin qızı ilə ailə qurmuşdu. 
 
 
Əkbər xan Araşlı-Avşar 
 
Əkbər xan Mirzə Hüseyn xan oğlu Urmiya şəhərində dünyaya 
gəlmişdi.  Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Savadlı  olduğundan 
dolayı mirzə ünvanı daşıyırdı. Qacar sülaləsinə xidmət etmişdi. 
Əkbər xan Məcdüssəltənənin qızı ilə ailə qurmuşdu. 
 
 
Bahadur bəy Mahmudlu-Avşar 
 
Bahadur  bəy  Nadir  şahın  hakimiyyəti  dönəmində  Mahmudlu 
oymağının başçısı idi. 
Bahadur bəyin öldürülməsi haqqında tarixi kitablarda qeydiy-
yat var. Nadir şah ordusu ilə Urmiyanın Göytəpə mənzilindən Mah-
mudlunun Keçəbaş çəmənliyinə gəlmişdi. Orda bir neçə gün oturaq 
etmişdi. Bahadur bəyi yanına çağırtdırır. Günahını, suçunu boynuna 
qoyub öldürtmüşdü. 
 
 


 
69 
Miran bəy Mahmudlu-Avşar 
 
Miran bəy Löhrasp bəy oglu Mahmudlu-Avşar Urmiya şəhə-
rində  doğulmuşdu.  Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Fətəli  xan 
Araşlı-Avşarın təşrifat işlərinə nəzarətçi idi. Eşikağasıbaşı vəzifəsini 
aparırdı. 
Miran bəyin Uğurlu bəy adlı oğlu vardı. 
 
 
Mirzə Uğurlu bəy Mahmudlu-Avşar 
 
Uğurlu bəy Miran bəy oğlu Urmiya şəhərində dünyaya pənah 
gətirmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan 
dolayı  mirzə  ünvanı  daşıyırdı.  İmamqulu  xan  Qasımlı-Avşarın 
övladlarına lələlik etmişdi. 
Məhəmmədqulu  xan  İmamqulu  xanın  övladlarının  lələsi, 
“Heyrət” təxəllüslü Mirzə Uğurlu Miran bəy oğlu Araşlını mollaba-
şı vəzifəsinə çatdırmışdı. 
 
 
Məhəmməd bəy Qarahəsənli-Avşar 
 
Məhəmməd bəy Urmiya hakimi Rüstəm xan Mehdi xan oğlu 
Qasımlı-Avşara xidmət etmişdi. 
Rüstəm xan 1763-cü ildə Kərim xan  Zəndin iradəsi ilə Urmi-
yanın hakimi olmuşdu. Hakimiyyətinin ilk illərində Balbas və Zərza 
əşirətləri üsyana başladılar. Gündüzlü oymağının binə bağladığı Dol 
mahalını qarət etdilər. Rüstəm xan bu xəbəri eşidib Sayınqala hakimi 
Mömün  xanı  və  Qarahəsənli  oymağının  başçısı  Məhəmməd  bəyi 
Qasımlıdərəsi  yolu  ilə  kürdlərin  ayaqlanmasını  yatırmağa  göndərdi. 
Ardlarınca özü də Qaşqagədik  yolu ilə getdi. Balbas əşirəti Mənqur 
və Piran tayfaları ilə birlikdə Üşnəviyyə qəsəbəsində oturaq etmişdi. 
Rüstəm  xan  Qəndil  ətrafına  yetişəndə  balbaslarla  üzləşdi.  Ağır  bir 
savaş  baş  verdi.  Nəhayət  Avşar  elinin  şücaəti  ilə  Balbas  əşirəti 


 
70 
yenildi. Əşirət əhli Sığnaq mahalına qaçdı. Rüstəm xan əşirət əhlinin 
bəlasını  dəf  edəndən  sonra,  Binabın  Səhnabad  qəsəbəsindəki 
Baranduz  çayının  ətrafında  oturaq  etdi.  Ordan  Üşnəviyyədəki 
balbasları nəzarətdə saxlamağa başladı. Mömün xan, Məhəmməd bəy 
Qarahəsənli  ilə  Qasımlıdərəsindən  Üşnəviyyəyə  gedərkən  yolkəsən 
zərzalarla üzləşdilər. Onlara hücum edib, xeyli adam qırdılar. Zərza 
əşirəti  özündənrazı  olduğundan  avşarları  saymırdı.  Darmadağın 
olandan sonra qalıqları Üşnəviyyəyə qaçıb sığındılar. 
Balbas  əşirətinin  başçısı  Kəbaiz  Müzəyyən  müttəfiqi  Zərza 
əşirətinin  vəziyyətini  görüb, Məhəmməd bəy  Qarahəsənlinin  qoşu-
nuna  hücum  etdi.  Savaş  başlandı.  Məhəmməd  bəy  Kəbaizi  qılınc-
layıb  yerə  sərdi.  Bu  vuruşa  dostlar  əhsən  söylədilər.  Qəflətən,  Mə-
həmməd bəyin atının ayağı burxuldu. Məhəmməd bəy yerə yıxılıb, 
ağır yaralandı. Bu yaradan da vəfat etdi. 
Deyirlər  ki,  Kəbaiz  ağanın  anası  oğlunun  öldüyünü  eşidib, 
öncə inanmır. Qayıdır ki, mən doğan oğlanı öldürən igid tapılmaz. 
Oğlunun  meyitini  görəndən  sonra  vaynəfsə  salır.  Şivən  qopara-
qopara ağı deyib ağlayır. Oğlunun qanlısını axtarır. Ona deyirlər ki, 
bəs  oğlunun  qanlısı  da  həmin  döyüşdə  ölüb.  Onun  kimliyi  ilə 
maraqlanır.  Hadisənin  icmalı  ilə  tanış  olur.  Olmuşu  söyləyirlər. 
Arvad Məhəmməd bəyi görəndən sonra oğlunu unudur. Məhəmməd 
bəyin təziyəsində iştirak edib dil deyib ağlayır. 
 
 
Hüseyn bəy Qarahəsənli-Avşar 
 
Hüseyn  bəy  Məhəmmədqulu  xan  Qasımlıya  xidmət  etmişdi. 
Xanlığın məşhur sərkərdələrindən idi. 
Hüseynqulu xan Qasımlı-Avşarın hakimliyi dönəmində Mus-
tafa bəy Həkkari Çəhriq məntəqəsində üsyan qaldırıb, sərhəd bölgə-
lərini qarət etmişdi. Hüseynqulu xan Əsgər xan Əbdülməliki-Avşara 
500 atlı verib, onun üstünə göndərdi. Əsgər xan Mustafa bəy Hək-
karinin  dəstəsini  darmadağın  etdi.  Həmin  döyüşdə  Avşar  dəstəsi 
cəmi bir nəfər itki vermişdi. Hüseyn bəy Qarahəsənli güllə yarasın-
dan həlak olmuşdu. 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə