Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə19/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   15   16   17   18   19   20   21   22   ...   91

 
60 
dən  Sərab  hakimi  Sadıq  xan  Şəqaqi  Təbrizə  qoşun  çəkdi.  Xalqın 
nümayəndəsi  Ağa  Əliməhəmməd  tacirbaşı  xeyli  sovqatla  yardım 
üçün  Məhəmmədqulu  xanın  yanına  yollandı.  Məhəmmədqulu  xan 
təbrizlilərə  kömək  etməyə  söz  verdi.  İbrahim  xan  Araşlını  2  min 
nəfərlik  qoşunla  Təbrizə  göndərdi.  Təsuc  yaxınlığında  Əhməd  xan 
Dünbili  də  ona  qoşuldu.  Xəbəri  eşidən  Sadıq  xan  qorxuya  düşüb, 
Səraba  qayıtdı.  Xudadad  xan  gələnlərin  pişvazına  çıxıb,  bir  neçə 
gün qonaq saxladı. 
Həkkari kürdləri Urmiyaya yürüş edib, qarət fikrinə düşmüş-
dülər.  Məhəmmədqulu  xan  bu  xəbəri  eşidib,  Təbrizə  qasid  göndə-
rərək,  İbrahim xanı  geri çağırtdırdı.  İbrahim xan Salmas  tərəfindən 
Həkkari bölgəsinə hücuma keçdi. Kürd qoşununu darmadağın etdi. 
Ənzəl adlı mahalın ərazisində, İstisuyun kənarında qoşuna istirahət 
verdi.  Həkkari  kürdləri  geri  qayıdıb,  yenidən  hücuma  keçdilər. 
Qarovullar  yeni  hücumdan  İbrahim  xanı  duyuq  saldılar.  Savaş 
yenidən başladı. Kürdlər Avşar qoşununa məğlub olub, böyük tələ-
fat verərək, geri qaçdılar. İbrahim xan 3 ağac onları qovub, xeyli qə-
nimət ələ keçirdi. Qəniməti qoşun arasında böləndən sonra Qaradağ 
mahalındakı  Göyərçin  qalasında  oturaq  etdi.  Sərhədlərin  keşiyində 
durdu. 
Sərab  hakimi  Sadıq  xan  Şəqaqi  yenidən  Təbrizə  yürüş  edib, 
şəhəri mühasirəyə aldı. Xudadad xan Ağa Əliməhəmməd tacirbaşını 
5 min tümənlə  yardım üçün Məhəmmədqulu  xanın  yanına  yolladı. 
Məhəmmədqulu  xan  təbrizlilərə  kömək  etməyə  söz  verdi.  İbrahim 
xan Araşlını 3 min nəfərlik qoşunla yenidən Təbrizə göndərdi. Sa-
dıq xan Avşar qoşunun gəldiyini eşidib, bu dəfə də qaçdı.  İbrahim 
xan  onu  Səraba  qədər  izlədi.  Sadıq  xanı  tuta  bilməsə  də,  onun 
qoşununa xeyli zərər vurdu. 
Məhəmmədqulu  xan  Marağa  hakimi  Əhməd  xan  Müqəddə-
min yanına elçi göndərib, bac-xərac istədi. Əhməd xan bac vermək-
dən  boyun  qaçırdı.  Məhəmmədqulu  xan  Təbrizə,  İbrahim  xana 
məktub yazıb, Marağaya yollanmasını istədi. İbrahim xan Marağaya 
hərəkət  edib,  Göytəpə  çəmənliyində  oturaq  etdi.  Sovucbulağın 
hakimi  Budaq  xan  Mükriyə,  Balbas  əşirətinə,  Üşnəviyyə  hakimi 


 
61 
Nuh bəy  Zərzaya, Mirzə ağa Şükuftiyə əmr etdi  ki  qoşun toplayıb 
göstərilən yerə gəlsinlər. 
Əhməd  xan  Müqəddəm  Marağadan  çıxıb,  İbrahim  xanın 
üstünə  gəldi.  Yolda  qasidlər  ona  xəbər  verdilər  ki,  İbrahim  xan 
Araşlı  Tufarqan  yolu  ilə  Marağanı  tutmaq  istəyir.  Əhməd  xan 
Müqəddəm  yoldan qayıdıb,  Marağa qalasını  möhkəmlətdi.  Sərabın 
hakimi  Sadıq  xan  Şəqaqidən  yardım  etməsini  rica  etdi.  Sadıq  xan 
qoşun  çəkib  Marağaya  gəldi.  Yolun  İbrahim  xan  tərəfindən 
kəsildiyini  görüb,  Xorxor  adlı  kəndin  yanındakı  qarğılıqda  oturaq 
etdi. Ona bildirdilər ki, balbaslar Marağanın ətraf kəndlərini çapıb-
talayıb,  həmin  qarğılıqda  istirahət  edirlər.  Qəflətən  onların  başının 
üstünü  alıb  qılıncdan  keçirdilər.  Sadıq  xan  qənimətləri  ələ  keçirib, 
Əhməd xanı unudub Səraba döndü. 
Məhəmmədqulu  xan  Sulduz  mahalında  əyləşib,  hadisələri 
izləyirdi. Balbasların tar-mar olduğunu eşidib, İbrahim xana məktub 
göndərdi ki, Əhməd xandan amansız intiqam alsın. İbrahim xan hər 
tərəfdən Marağaya hücum əmrini verdi. Əhməd xan işin pisləşdiyini 
duyub,  elçilər  vastəsilə  Məhəmmədqulu  xandan  aman  istədi.  İlbəil 
bac  verməyi  öhdəsinə  götürdü.  Məhəmmədqulu  xan  Əhməd  xanla 
sülh  müqaviləsi  imzalayıb,  İbrahim  xanı  geri  çağırdı.  İbrahim  xan 
qalibiyyətlə  Sulduz  mahalına  döndü.  Məhəmmədqulu  xan  İbrahim 
xan  və  başqa  sərkərdələrə  ənam-ərmağanlar  payladı.  İbrahim  xana 
göstəriş  verdi  ki,  Ənzəl  mahalına  qayıdıb,  Göyərçinlik  qalasında 
keşik çəksin. 
Əhməd xan Dünbili İbrahim xana nifrət  edirdi. Onun qoçaq-
lığı,  qorxmazlığı,  uğurları  Əhməd  xanı  dindən-dondan  çıxarırdı. 
Ona  qarşı  bir  iş  görə  bilmədiyindən,  hiylə  işlətmək  qərarına  gəldi. 
Bacısını xeyli pay-pürüşlə Məhəmmədqulu xana göndərib, yaxınlıq 
etmək  istədi.  Məktub  yazıb,  bildirdi  ki,  bu  qədər  uğuruna, 
qələbələrinə  İbrahim xan kölgə salır. Hər  yerdə qürrələnib, bildirir 
ki,  Məhəmmədqulu  xan  mənim  qılıncımın  hesabına  taxta  əyləşib. 
Gəl  sən  onun  çarəsinə  bax,  gələcəkdə  ziyanı  toxuna  bilər.  Əhməd 
xanın bu məktubu Məhəmmədqulu xanı şübhəyə saldı. İbrahim xanı 
aradan  götürmək  üçün  çarə  axtardı.  Fikirləşib,  Ənzəl  mahalına 


 
62 
kəklik ovuna yollandı. İbrahim xan el-oymağı başına yığıb, Məhəm-
mədqulu  xanın  pişvazına  çıxdı.  Ovdan  sonra  Məhəmmədqulu  xan 
İbrahim  xanı  Ənzəldə  buraxmayıb,  özü  ilə  bərabər  Urmiyaya 
götürdü.  Məhəmmədqulu  xan  İbrahim  xanı  bir  neçə  gün  sarayda 
saxlayandan  sonra  ortalığı  boş  görüb,  bir  xali  otağa  dəvət  etdi. 
Böyük  oğlu  Mustafaqulu  xanı  öyrətdi  ki,  get  İbrahim  xanın  xən-
cərini  al.  Mustafaqulu  xan  atasının  tapşırığına  əməl  etdi.  İbrahim 
xan  etibarına,  xidmətlərinə  görə,  heç  vaxt  ağlına  gətirməzdi  ki, 
Məhəmmədqulu  xan  onu  cəzalandıra  bilər.  Fərraşbaşının  müavini 
Saqi bəy bir dəstə fərraşla otağa girib, bildirdi ki, xanın əmrinə görə 
sənin gözlərini çıxarmalıyıq. İbrahim xan ürəkdən ah çəkib, dedi: 
-Eşidirəm  və  itaət  edirəm!  Siz  məmursunuz,  işinizi  yerinə 
yetirirsiniz. Ancaq mənim vəlinemətim bu işdən sonra peşman ola-
caq. 
Fərraşlar  İbrahim  xanın  gözlərini  çıxarıb,  Məhəmmədqulu 
xanın yanına apardılar. Məhəmmədqulu xan etdiyi əməldən peşman 
olub cərrah çağırtdırdı. Artıq gec idi… 
 
 
Hüseyn xan Araşlı-Avşar 
 
Hüseyn  xan  Əlimərdan  xan  oğlu  Urmiya  civarında  anadan 
olmuşdur.  Mədrəsə  təhsili  almışdır.  Nadir  şaha  xidmət  etmişdir. 
1747-ci  ildə  vətənə  qayıtmışdır.  Fətəli  xanın  qardaşı,  xanlığın 
sərkərdələrindən idi. 
Hüseyn  xan  bir  müddət  Mehdi  xanın  zindanında  yatmışdır. 
Sonra buraxılmışdır. 
 
 
Bəhram xan Araşlı-Avşar 
 
Bəhram  xan  Urmiya  şəhərində  anadan  olmuşdur.  Mədrəsə 
təhsili almışdır. Nadir şaha xidmət etmişdi. Nadir şah onu Şirvanata 
hakim təyin etmişdir. 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə