Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə20/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   16   17   18   19   20   21   22   23   ...   91

 
63 
Nadir  şah  onu  Fars  əyalətinə  yollamış,  məmuriyyətini 
yarıtmadığından kor edilmişdir. 
Bəhram xan 1747-ci ildə vətənə qayıtmışdı. Fətəli xanın vəfalı 
dostlarından,  xanlığın  sərkərdələrindən  idi.  Xan  onun  qayğısına 
qalmış, bir neçə yerdə mülk vermişdi. 
 
 
II Əmiraslan xan Araşlı-Avşar 
 
Əmiraslan xan Sayınqala şəhərində anadan olmuşdu. Mədrəsə 
təhsili  almışdı.  Bir  müddət  şəhər  hakiminin  naibi  olmuşdu.  Sonra 
hakimi əvəz etmişdi. 
İmamqulu  xan  Qasımlı-Avşarın  şöhrətini  eşidən  Əlimurad 
xan Zənd yardım üçün müraciət edən Əhməd xan və Nəcəfqulu xan 
Dünbililərə  etina  etmədi.  Zənd  başçıları  bu  qərara  gəldilər  ki, 
Sayınqala  hakimi  Əmiraslan  xan  Avşarı  Azərbaycan  qoşunun 
sərkərdəsi  təyin  etsinlər.  Ona  1000  nəfərlik  qoşun  da  versinlər. 
Əlimurad  xan  Əmiraslan  xana  bir  fərman  da  yazdı  ki,  Dünbili 
qoşununu da dəstək götürüb, üsyançı İmamqulu xanı cəzalandırsın. 
Salmas bölgəsində Əhməd xan Dünbili Əmiraslan xana qoşuldu. 
Göytəpə  çəmənində  oturaq  edən  Urmiya  hakimi  İmamqulu 
xan  Qasımlı  Əlirza  xan  eşikağasıbaşının  nəzarətində  eyş-işrətlə 
məşğul  idi.  Nağı  bəy  Avşar  ona  xəbər  çatdırdı  ki,  Əlimurad  xan 
Zənd Əmiraslan xanı sənin üstünə göndərib. Təbriz hakimi Nəcəf-
qulu  xan  və  Xoy  hakimi  Əhməd  xan  da  onlarla  birləşib.  Tezliklə 
Salmasdan Quşçu gədiyinə keçəcəklər. İmamqulu xan İbrahim xan 
Araşlını  bir  dəstə  ilə  ön  cəbhəyə  göndərdi.  Arxasınca  Qərəni  ağa 
Balbasla  kürdləri  yolladı.  Əlibəyli  çəmənində  qoşununu  gözdən 
keçirtdi.  Xəmsə  hakimi  Əli  xan  Zayirli-Avşarı  götürüb,  Əmiraslan 
xanın qarşısına getdi. Əmiraslan xanın qoşunu ilə İmamqulu xanın 
dəstəsi Quşçu gədiyində qarşılaşdı. 
Əmiraslan xanın qoşununun sərkərdələri Əhməd xan Müqəd-
dəm,  Nəcəfqulu  xan  Dünbili,  Əhməd  xan  Dünbili,  Sadıq  sultan 
Şəqaqi,  Abbasqulu  xan  Kəngərli,  Süleyman  xan  Dünbili,  Şahbaz 


 
64 
xan  Dünbili  və  başqaları  idilər.  Onlar  Quşçu  gədiyindən  keçib, 
İmamqulu xanın üstünə hücum etdilər. İmamqulu xan Avşar qoşu-
nunun yetişməsini gözləməyib, Balbas və Mənqur əşirəti ilə döyüşə 
başladı.  Özü  qoşunun  önündə  dayandı.  İlk  döyüşdə  düşmən  qoşu-
nunun avanqardını dağıtdı. 
İmamqulu  xan  güclənən  düşmən  qoşunu  ilə  savaşda  ağır 
yaralandı, əmiraxur Əsgər xan Əbdülməliki onu çiyninə alıb, döyüş 
meydanından çıxartdı. Urmiyanın Rzaqulu xan darvazasına yetişən-
də böyük sərkərdə can verdi. 
Əmiraslan xan İmamqulu xandan sonra, 1783-cü ildə Urmiya 
hakimi  oldu.  Əlimurad  xan  Zəndin  əmri,  Əhməd  xan  Dünbilinin 
məsləhəti ilə təyin edildiyindən avşarların ondan xoşu gəlmirdi. 
Əmiraslan  xan  Əlirza  xan  Qasımlı-Avşarı  özünə  naib  təyin 
etdi.  İmamqulu  xanın  qardaşı  Məhəmmədqulu  xanı  Salmasda  göz 
dustağı  saxladı.  Gördüyü  işlər  haqqında  Əlimurad  xan  Zəndə  mə-
lumat verdi. 
Əmiraslan  xan  Əlirza  xan  Qasımlının  azyaşlı  bacısı  ilə  ev-
ləndi. Zifaf gecəsinin sabahı divanxanada qız haqqında qabiliyyətsiz 
söz işlətdi. Əlirza xan Avşar elinin içində xar oldu. Əmiraslan xanın 
bu hərəkəti Avşar ağsaqqallarının xətrinə dəydi. İbrahim xan divan-
bəyi bu sözü qeyrətinə sığışdırmayıb, Əmiraslan xana ağzına gələni 
deyib,  divanxanadan  çıxdı.  Ağsaqqalları  ətrafına  toplayıb,  Qərəni 
ağa  Balbası  yardıma  çağırdı.  Balbaslar  yetişincə  avşarlar  artıq  bir-
ləşmişdilər. Qərəni ağa da 1000 atlı ilə özünü  yetirdi. İbrahim xan 
daha artıq cəsarətlənib, divanxananı mühasirə etdi. Əmiraslan xana 
güllə  atıb,  ordan  çıxmasını  gözlədi.  Əmiraslan  xan  qorxuya  düşüb 
aman  istədi.  Aman  alıb  divanxananı  tərk  etdi.  Qərəni  ağa  onu  so-
yundurub,  Əlimurad  xan  Zəndin  yanına  göndərmək  istədi.  İbrahim 
xan ona imkan vermədi. 
Əmiraslan xan vilayəti idarə edə bilmədiyindən Avşar ağsaq-
qalları tərəfindən taxtdan salındı. 
 
 


 
65 
Mustafa bəy Araşlı-Avşar 
 
Mustafa bəy Urmiya şəhərində anadan olmuşdu. Mədrəsə təh-
sili  almışdı.  Nadir  şaha  xidmət  etmişdi.  1747-ci  ildə  vətənə  qa-
yıtmışdı. Fətəli xanın vəfalı dostlarından, xanlığın sərkərdələrindən 
idi. 
 
 
II Məhəmmədqulu xan Araşlı-Avşar 
 
Məhəmmədqulu xan Urmiya şəhərində doğulmuşdu. Mədrəsə 
təhsili almışdı. Bəhram xanın qardaşı idi. Nadir şaha xidmət etmiş-
di. Şahın keşikçibaşısı təyin edilmişdi. Sonra bu vəzifədən çıxarılıb, 
döyüşən orduya göndərilmişdi. 
Məhəmmədqulu  xan  1747-ci  ildə  vətənə  qayıtmışdı.  Fətəli 
xanın vəfalı dostlarından, xanlığın sərkərdələrindən idi. 
Məhəmmədqulu xanın Hüseynqulu bəy adlı oğlu vardı. 
 
 
Hüseynqulu bəy Araşlı-Avşar 
 
Hüseynqulu bəy Məhəmmədqulu xan oğlu  Urmiya şəhərində 
dünyaya gəlmişdi. Mədrəsə təhsili almışdı. İmamqulu xan Qasımlı-
Avşara xidmət etmişdi. Urmiya xanlığının genişlənməsində, müda-
fiəsində fəal iştirak etmişdi. 
 
 
Ağaəli bəy Araşlı-Avşar 
 
Ağaəli bəy Urmiya şəhərində anadan olmuşdu. Mədrəsə təhsi-
li almışdı. Nadir şaha xidmət etmişdi. 1747-ci ildə vətənə qayıtmış-
dı. Fətəli xanın vəfalı dostlarından, xanlığın sərkərdələrindən idi. 
 


 
66 
Allahyar bəy Araşlı-Avşar 
 
Allahyar bəy  Urmiya şəhərində doğulmuşdu. Mədrəsə təhsili 
almışdı. İmamqulu xan Qasımlı-Avşarın sərkərdələrindən idi. 
Urmiya  xanlığının  qonşu  xanlıq  və  dövlətlərlə  olan  savaş-
larında sərkərdə olmuşdu. 
 
 
Mirzə Mustafa xan Araşlı-Avşar 
 
Mirzə Mustafa xan Nəsrulla xan oğlu Urmiya şəhərində ana-
dan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğun-
dan dolayı mirzə ünvanı daşıyırdı. Qacar sülaləsinə xidmət etmişdi. 
Bəhaüddövlə ləqəbini almışdı. 
O,  əmək  fəaliyyətinə  Hacı  Mirzə  Məsud  xan  Gərmərudinin 
yanında başlamışdı. O, 1829-cu ildəki məlum hadisələrə görə öldü-
rülən  Rusiyanın  İrandakı  səfiri  Qriboyedovla  əlaqədar  imperator  I 
Nikolayın yanına üzrxahlıq üçün göndərilmiş nümayəndə heyətinin 
tərkibinə qatılmışdı. 
Mirzə Mustafa xan 1864-cü ildən Ədliyyə vəzirliyində çalış-
mışdı. 
Mirzə  Mustafa  xanın,  Əli  xan,  Kərim  xan,  Hüseyn  xan  adlı 
oğulları vardı. 
 
 
Mirzə Əli xan Araşlı-Avşar 
 
Əli  xan  Mirzə  Mustafa  xan  oğlu  Urmiya  şəhərində  doğul-
muşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan do-
layı mirzə ünvanı daşıyırdı. Qacar sülaləsinə xidmət etmişdi. Qılınc 
və qələm əhli idi. Münəzzəməddövlə ləqəbini daşıyırdı. 
Mirzə Əli xan şair idi. Fars və türk dillərində yazırdı. Şeirlə-
rinin birində deyirdi: 
 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə