Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə17/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   13   14   15   16   17   18   19   20   ...   91

 
53 
onunla  müharibəyə  başlamalı  oldu.  Baş  vermiş  şiddətli  döyüşdə 
Fətəli  xan  Əfşarın  qüvvələri  qələbə  qazandı.  Lakin  böyük  tələfat 
verdiyi üçün bu məntəqəni tutmaq istəyən ikinci bir iddiaçı Məhəm-
məd  Həsən  xan  Qacarın  qarşısında  tab  gətirə  bilmədi.  Məhəmməd 
Həsən  xan  Qacar  Şirazda  Kərim  xan  Zəndlə  etdiyi  müharibədə 
məğlub  oldu.  İndi  növbə  Kərim  xan  Zəndlə  Fətəli  xan  Əfşara 
çatmışdı  ki,  onlar  ikinci  dəfə  güclərini  sınasınlar.  Bu  dəfə  Kərim 
xan Zənd zirək tərpənib  müharibəyə başlamazdan əvvəl  Fətəli  xan 
Əfşar  siyasətindən  narazı  olan  Azərbaycan  xanları  ilə  müzakirəyə 
başladı. Beləliklə, 1761-ci miladi ildə Pənahəli xan onunla birləşə-
rək  Urmiyaya  hücum  etməyə  dəvət  etdi  ki,  həm  o,  Fətəli  xanla 
döyüşdə  öldürülmüş  qardaşının  intiqamını  alsın,  həm  də  Qarabağ 
xanı  oğlunu  azad  etsin.  Pənahəli  xan  bu  dəvəti  qəbul  edərək  və 
güclü bir ordu ilə Qarabağdan hərəkət etdi»
32
.  
1763-cü  ilin  ortalarında  Kərim  xan  yenidən  Azərbaycana 
gəldi. Bu dəfə Kərim xan top-tüfənglə, xeyli qoşunla gəlmişdi. Fə-
təli xan qaladan çıxıb, öndə dayanan Kərim xanın dəstəsinə hucum 
etdi. Onu məğlub edib, döyüş meydanından qovdu. Başqa cəbhədə 
Kərim  xanın  sərkərdələri  Şıxəli  xan  Zənd,  Zəki  xan  Zənd  Fətəli 
xana  kömək  edən  dünbililəri  dağıtdılar.  Şahbaz  xanı  əsir  tutdular. 
500  nəfərlik  zənd  dəstəsi  Fətəli  xanın  qoşunun  mərkəzinə  hücum 
etdi. Fətəli xan Şahbaz xanın tutulmasından məyus olub, geri çəkil-
di. Çəkilib Urmiyaya getdi. Qalan avşarlar hələ də meydanda vuru-
şurdular. 
Çox  keçmədən  güclənən  Zənd  qoşunları  meydanda  tək  qalan 
avşarları məğlub edib döyüş meydanından qovdular. 
Kərim xan on gün Təbrizin ətrafında oturaq etdi. Azərbayca-
nın  bütün  xanları,  Məhəmmədkazım  xan  Qaradağlı,  Pənahəli  xan 
Cavanşir,  Şahbaz  xan  və  qardaşı  Əhməd  bəy  Kərim  xan  Zəndin 
ətrafına  toplandılar.  Kərim  xan  Zənd  Təbrizin  hakimiyyətini 
                                                 
32
 Əfrasiyabi Bəhram. Kərim xandan Lütfəli xana qədər. V cild. Tehran, «Söxən» 
nəşr. səh. 304; Musəvi Nami İsfəhani Məhəmməd Sadiq. Dünya fatehinin, Zənd 
sülaləsinin  tarixi  (təhrir  və  haşiyə  Doktor  Əzizulla  Bayatındır).  «Əmir  Kəbir» 
nəşr., 1368, səh. 50. 


 
54 
Məhəmmədrza xan Mərəndiyə verdi. Məhəmmədhüseyn xan Zəndi 
onun  məiyyətinə  verib,  30  atlı  ilə  Təbrizə  yolladı.  Onlar  Təbrizə 
yetişcək  Fətəli  xanın  havadarları  tərəfindən  həbs  edildilər.  Amma 
Təbrizin  şeyxülislamı  Mirzə  Əsədulla  törənəcək  xətanı  hiss  edib, 
Fətəli xanın havadarlarını yanına çağırıb, öyüd-nəsihət verdi ki, bu 
işin  nəticəsi  yoxdur.  Mən  vəkildən  aman  alım,  siz  də  tutulanları 
buraxın.  Mirzə  Əsədulla  danışığı  bitirib,  Kərim  xanla  görüşdü. 
Kərim xan onları bağışladı. Fətəli xan hələ sağ idi. 
Kərim  xan  birləşmiş  qoşunlarla  9  ay  müddətində  Urmiyanı 
mühasirə  etdi.  Pənahəli  xanın  oğlu  İbrahimxəlil  xan  zindandan 
qaçıb, evlərinə tələsirdi. Yolda Şıxəli xan Zəndin qoşunu ilə üzləşdi. 
Onlara qoşuldu. Qoşaçayın Leylanında əyləşən Fətəli xan Urmiyaya 
hərəkət  etdi. Urmiyaya daxil olub qapıları qapadı. Darvazalara gö-
zətçi  təyin  edildi.  Şahməhəmməd  bəy  Kəhkəhli,  Miran  bəy  Mah-
mudlu  Torpaqqala  darvazasına,  Mirzə  Məhəmməd  bəy  və  Şahmə-
həmməd  bəy  Səidli-Avşar  Həzaran  darvazasına,  Məhəmməd  bəy 
Qarahəsənli-Avşar, Əlişeşpər bəy Bazarbaşı darvazasına, Qəhrəman 
bəy, Cəlil bəy Ərəbli Yurdşah darvazasına, Fətəli bəy və Qulu bəy 
Bəgişli  Hindu  darvazasına,  Əlimustafa  bəy  Araşlı  Ballı  (Məşəd) 
darvazasına  təhkim  edildilər.  Fətəli  xan  hər  qala  bürcünə  bir  top 
qoydurdu. Divanbəyi İbrahim xan baş sərkərdə təyin olundu. 
Fətəli  xan  qaladan  çıxıb  Kərim  xanın  üstünə  hücum  çəkdi. 
Adamların sayına, qoşun əhlinin azlığına görə məğlub olub, qalaya 
çəkildi.  Üç  dəfə  avşar  və  zənd  qoşunu  savaşdı.  Qalib  müəyyən 
olmadı.  Mühasirənin  uzanmağı  azuqənin  tükənməsinə  səbəb  oldu. 
Qışın  yetişməyi  Kərim xanın  ordusuna da  çətinlik törədirdi. Ordu-
nun sərkərdələrindən bir neçə nəfər Fətəli xana məktub yazıb, bərk, 
möhkəm  dayanmasını  istədi.  Bildirdilər  ki,  biz  fürsət  tapıb  Kərim 
xana ziyanlıq vurub, sənə qoşulacağıq. Keşikçilər qasidləri tutdular. 
Yeddi  nəfər  sərkərdə  faş  olundu.  Kərim  xan  onların  boynunu 
vurdurub,  həmin  məktublarla  bərabər  Fətəli  xana  göndərdi.  Fətəli 
xan  Gürcüstanın,  Şirvanın,  Gəncənin  hakimlərinə məktub göndərib 
yardım  istədi.  Heç  kimdən  kömək  gəlmədi.  Onlar  Kərim  xandan 
qorxurdular. 


 
55 
Kərim xan da məşvərət çağırıb hər tərəfdən hücuma keçməyi 
qərara aldı. 
Urmiyada aclıq başlanmışdı. Avşarlar birər-birər qaçıb, Kərim 
xana qoşulurdular. Fətəli xan avşar ağsaqqalarını çağırıb, məsləhət-
ləşmə  apardı.  Bildirdi  ki,  mənim  zəndlərin  önündə  dayanmağım 
böyüklük,  mal-dövlət  həvəsindən  irəli  gəlmir.  Mən  çoxillik  şöh-
rətimizi,  şərəfimizi,  namımızı,  namusumuzu  düşünürəm.  Adamla-
rınızın  başına  ağıl  qoyun,  dəlilik  etməsinlər.  Təqdir  tədbirə  qarşı 
olub. Allah nə istəsə o da olacaq! 
Avşar ağsaqqalları bu sözləri eşidib, mütəəssir oldular. Bildir-
dilər ki, sənin istəyin bizim üçün qanundur. 
Fətəli  xan  çox  düşünüb,  vəziri  Mirzə  Məhəmmədcəfəri  bir 
çox  avşar  böyükləri  ilə  Kərim  xanın  yanına  göndərdi.  Kərim  xan 
sevincək  oldu.  Şeypur  çaldırıb  bayram  etdi.  Elçilərin  qarşısına 
getdi. Barışığa razılıq verdi. 
Fətəli  xan  da  elçilərin  ardınca  Kərim  xanın  yanına  yollandı. 
Kərim  xan  onu  cavan  ölmüş  qardaşının  əvəzinə  qəbul  etdi.  Fətəli 
xanın təsliminin ikinci günü Kərim xan Urmiyaya girdi. Azad xanın 
bir  müddət  hökumətinin  olduğu  sarayda  əyləşdi.  Fətəli  xanla 
birlikdə Novruz bayramını qeyd etdilər. Avşar əmirləri onun məcli-
sində iştirak etdilər. Kərim xan Fətəli xandan hakimliyi alıb Rüstəm 
xan Mehdi xan oğlu Qasımlı-Avşara verdi. Fətəli xana isə zər xələt, 
qiymətli  xəncər,  yəhərli  at  bağışladı.  Kərim  xan  Azərbaycan 
xanlarını  və  Fətəli  xanı  götürüb  Şiraza  yollandı.  Yolda  eşitdi  ki, 
Balbas  və  Mənqur  əşirətləri  üsyan  ediblər.  Fikirləşdi  ki,  onların 
öhdəsindən yalnız Fətəli xan gələ bilər. Əliməhəmməd xan Zəndi də 
ona qoşub 8 min nəfərlik qoşunla onları yatırmağa göndərdi. Fətəli 
xan  ilk  həmlədə  əşirətləri  darmadağın  edib  geri  döndü.  Qardaşı 
Divanbəyi  İbrahim  xan  onu  kənara  çəkib,  bildirdi  ki,  Kərim  xan 
qardaşının  qanını  sənə  bağışlamayacaq.  Əlinə  fürsət  düşmüşkən 
qaç, canını qurtar. Fətəli xan qayıtdı ki, mən də qardaşlarımı onun 
əlində qoyub qaça bilmərəm. 
Onlar  İsfahan ətrafına çatanda  İsgəndər xanın  qəbrini ziyarət 
etməyə getdilər. Kərim xan ağlamağa başladı. Fətəli xanın düşmən-


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə