Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə25/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   21   22   23   24   25   26   27   28   ...   91

 
81 
əqrabası  Osmanlı  ordusunun  baş  komandanı  Sarı  Mustafa  paşanın 
yanına  gedib,  Məhəmmədqasım  xandan  şikayət  etdilər.  Sarı  Mus-
tafa paşa sərkərdəsi  Yusif paşanı 10 min nəfərlik qoşunun başında 
Urmiyaya  göndərdi.  O,  Urmiyanı  alıb,  hiylə  ilə  Məhəmmədqasım 
xanı əsir tutdu. Məhəmmədqasım xan öncədən ailəsini, oğul-övlad-
larını şəhərin 2 ağaclığındakı Barandust mahalına göndərmişdi. 
Yusif  paşa  Məhəmmədqasım  xanı  bir  gecə  qonaq  saxlayıb, 
yedirib-içirtdi. Sonra başını kəsib, Sarı Mustafa paşaya yolladı. 
Məhəmmədqasım xan Zərza tayfasından evlənmişdi. Məhəm-
mədmusa xan, Məhəmmədisa xan, Kazım xan adlı oğulları, Qızağa 
xanım adlı qızı vardı. 
 
 
Məhəmmədmusa xan Qasımlı-Avşar 
 
Məhəmmədmusa  xan  Məhəmmədqasım  xan  oğlu  Urmiya 
şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. 
Yusif  paşa  Qasımlı  oymağı  ağsaqqallarının  məsləhətilə  Mə-
həmmədmusa  xanı  yaşının  yeniyetmə  çağında  Urmiyanın  hakimi, 
Qasım  xan  Əlimərdan  xan  oğlu  Avşarı  ona  lələ,  Əliverdi  bəy 
Gəncəlixanlını isə naib təyin etdi. 
Məhəmmədmusa  xan  dayı  tayfası  olan  Zərzalardan  məktub 
alır ki, əgər atanın qisasını almaq istəsən yardımına hazırıq. O, razı-
laşıb, balbasları da ətrafına toplayır. Baranduz mahalında bir qalaya 
əyləşib, qoşunun sayını artırır. Sonra şəhərə hucum edir. Urmiyanın 
kənarında  Yusif  paşanın  qoşunu  ilə  rastlaşırlar.  Zərza  və  Balbas 
əşirətinin  əhalisi  igidliklə  vuruşurlar.  Yusif  paşa  məğlub  olub,  Ur-
miya  qalasına  çəkilir.  Avşar  ağsaqqalları  araya  girib,  vasitəçilik 
edirlər.  Məhəmmədmusa  xan  Yusif  paşa  ilə  barışır.  Barandust  ma-
halına çəkilib, əşirət əhlini hörmətlə yurdlarına yola salır. Bu hadisə 
1728-ci ildə (hicri-qəməri 1140-cı ildə) baş vermişdi. 
Nadir şah Qırxlı-Avşar hakimiyyətinin ilk çağında onu Əraka 
(İranın mərkəzi hissəsi) və Kaşana vali təyin etmişdi. 


 
82 
Azad xan Əfqan 1748-ci ildə Məhəmmədmusa xanı Urmiyaya 
hakim müavini, naib vəzifəsinə təyin etmişdi. 
Naxçıvanda  Azad  xana  qarşı  üsyan  edən  Heydərqulu  xan 
Kəngərliyə  qarşı  Məhəmmədmusa  xan  və  Fətəli  xan  Araşlını  sər-
kərdə kimi göndərildi. Naxçıvan əhalisi qılıncdan keçirildi. Heydər-
qulu xan da tutulub, öldürüldü. 
1757-ci  ildə  Məhəmmədhəsən  xan  Qovanlı-Qacar  Urmiyaya 
hücum etdi. Əhalinin mərdliklə müqavimət göstərməsinə baxmaya-
raq,  lazımi  miqdarda  qoşun  və  döyüş  vəsaiti  olmadığından  şəhər 
Məhəmmədhəsən  xanın  zərbələrinə  uzun  müddət  davam  gətirə 
bilmədi. 
Urmiya şəhəri alınmazdan öncə Fətəli xan Araşlı oraya yaxın-
laşdı. Lakin Məhəmmədhəsən xan uzaq səfərdən qayıdan döyüşçü-
lərə istirahət etmək, hərbi düşərgə yaratmaq imkanı vermədi və dər-
hal  hücuma keçdi.  Bir  neçə  gün  davam  edən qanlı döyüşdə hər  iki 
tərəfdən  çoxlu  adam  tələf  oldu.  Müharibənin  uzanmasından  və 
Məhəmmədhəsən  xanın  qalib  gələcəyini  ehtimal  edən  bir  sıra 
sərkərdələr  xəyanət  edərək  Fətəli  xanı  tərk  etdilər.  O  cümlədən 
Azad  xan  Əfqan  döyüşçülərlə  birlikdə  Bağdada  qaçdı.  Şahbaz  xan 
Dünbüli  Xoy  qoşunları  ilə  düşmən  tərəfinə  keçdi.  Belə  bir 
xəyanətkarlıq Fətəli xan Araşlının sarsılmasına və Məhəmmədhəsən 
xan Qacardan asılı vəziyyətə düşməsinə səbəb oldu. 
Məhəmmədmusa  xan  içəridən  hələ  də  qalanı  müdafiə  edirdi. 
Fətəli xan Məhəmmədhəsən xana bildirdi ki, qalanın alınmasını mənə 
tapşır.  Məhəmmədhəsən  xan  razılaşdı.  Fətəli  xan  Məhəmmədmusa 
xana və qalabəyi Yusif bəy Hutəkiyə məktub  yazıb bildirdi ki, əgər 
siz qalanı xoşluqla təslim etsəniz, mən Məhəmmədhəsən xandan sizə 
aman alacağam. Məhəmmədmusa xan naçar qalıb, qalanı təslim etdi. 
Urmiya  şəhərinə  girən  Məhəmmədhəsən  xan  illərdən  bəri 
burada toplanan xəzinəni ələ keçirdi. Məhəmmədmusa xanı və ailə-
sini həbs etdi. Ondan 5 min əşrəfi qızıl tələb edib zorla aldı. Daşın-
maz əmlakını zəbt etdi. Aldıqlarına qane olmayıb, Məhəmmədmusa 
xanı qətl etdirdi. 
Məhəmmədmusa xanın Rzaqulu xan adlı oğlu vardı. 


 
83 
Rzaqulu xan Qasımlı-Avşar 
 
Rzaqulu  xan  Məhəmmədmusa  xan  oğlu  Urmiya  şəhərində 
doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Kərim xan Zəndin 
yanında  girov  saxlanılırdı.  Bacısı  Kərim  xanın  arvadlarından  biri 
idi. Onun və Avşar ağsaqqallarının məsləhəti, Mömün xan Qasımlı-
nın  xahişi ilə 1768-ci  ildə Urmiyanın  xanı  təyin  olunmuşdu. O, az 
müddət  ərzində qiyamçı  və asiləri  yatırdı. Millətə və istiqlala qarşı 
çıxanları tutub öldürdü. Onun hakimiyyəti dönəmində bütün sərhəd-
lər sakitləşdi. Adamlar əmniyyətdə yaşamağa başladılar. 
Rzaqulu xan qurucu və xeyirxah adam idi. Urmiyadıkı qədim 
məscidlərdən  olan,  İslamın  ilk  illlərindən  inşa  edilən  Came  məs-
cidini  təmir  etdirmişdi.  Üstəlik  də  tələbələr  üçün  xeyli  hücrələr 
tikdirmişdi.  Came  məscidinin  gümbəzini  memarlar  vasitəsilə  yeni-
dən qurdurmuşdu. Yenidənqurmaya xeyli vəsait xərcləmişdi
35
.  
Rzaqulu  xanın  Urmiyada  inşa  etdirdiyi  binalardan  biri  də 
dördguşəli  qaladır.  Bu  qalanın  hər  guşəsində  bir  bürc  vardı.  Xanın 
əziz qonaqları bu qalada qəbul edilirdi. Sonrakı dönəmdə Kərim xan 
Zənd, eləcə də İranın böyük şəxsiyyətləri bu binada qonaq qalmış-
dılar.  Babizmin  banisi  Seyid  Məhəmmədəli  bu  imarətdə  məhbus 
kimi saxlanmışdı
36
.  
Rzaqulu xan 1771-ci ilə qədər Urmiyaya başçılıq etmişdi. 
Rzaqulu  xanın  İmamqulu  xan,  Məhəmmədqulu  xan,  Qasım 
xan adlı oğulları vardı. 
 
 
İmamqulu xan Qasımlı-Avşar 
 
İmamqulu xan Rzaqulu xan oğlu 1758-ci ildə Urmiya şəhərin-
də anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. 1772-ci il-
də Urmiyanın hakimi olmuşdu. Avşar elinin və Qasımlı oymağının 
                                                 
35 
Mirzə Rəşid Ədibüşşüara, Tarixi Əfşar, Təbriz, «Şəfəq», səh 174, farsca.
 
36
  Məhəmməd  Təmməddün,  Tarixe-Rzaiyye,  Urmiya,  «Təməddün»,  1350,  hicri-
şəmsi, səh. 54, farsca.
 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə