Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə24/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   20   21   22   23   24   25   26   27   ...   91

 
77 
çay  üzərindəki  körpüdən  keçmək  mümkün  deyildi.  Lakin  buna 
baxmayaraq,  Qızılbaş  döyüşçüləri  və  Təbriz  gəncləri  özlərini  suya 
ataraq  üzə-üzə  çayın  o  tərəfinə  keçib  işğalçıların  qoşunundan  bir 
çoxlarını  öldürdülər,  osmanlılara  və  kürdlərə  ağır  zərbə  vurdular. 
Sonda onlar qaçmağa məcbur oldular. 
XVII  yüzilin  30-cu  illərinin  əvvəllərində  Osmanlı  dövlətinin 
də Şərq sərhədlərində vəziyyət o qədər yaxşı deyildi. Sərhəd mahal-
larının  hakimlərində  mərkəzdənqaçma  meyli  olduqca  güclənmişdi. 
Bu mahalların bəzilərində yaşayan kürdlər belə bir iç durumdan isti-
fadə  edərək,  Osmanlı  və  Səfəvi  dövlətləri  arasında  manevr  edib 
onların  hər  ikisinə  zərbə  vururdular.  Osmanlı  dövlətinə  tabe  olan 
Həkkari  kürdlərinin  xəyanəti  və  öyrətməsi  ilə  Azərbaycan  bəylər-
bəyi  Rüstəm  xan  Pörnək-Türkman  Vanı  mühasirəyə  aldı,  ancaq 
Diyarbəkr  hakimi  Murtuza  paşa  və  Ərzurum  hakimi  Xəlil  paşanın 
köməyə gəlməsi ilə mühasirədən əl çəkib geri döndü. 
Kəlbəli xan 1639-cu ildə öldürüldü. 
Kəlbəli xanın Kərim xan adlı oğlu vardı. 
 
 
Kərim xan İmanlı-Avşar 
 
Kərim  xan  Kəlbəli  xan  oğlu  Urmiya  şəhərində  doğulmuşdu. 
Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Atasının  yanında  xidmət  et-
mişdi. 
Kərim xanın Rzaqulu xan adlı oğlu vardı. 
 
 
Rzaqulu xan Qasımlı-Avşar 
 
Rzaqulu  xan  Kərim  xan  oğlu  Urmiya  şəhərində  anadan 
olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. 
Rzaqulu xanın Kərim xan adlı oğlu vardı. 


 
78 
II Kərim xan Qasımlı-Avşar 
 
II  Kərim  xan  Rzaqulu  xan  oğlu  Urmiya  şəhərində  doğul-
muşdu. Mükəmməl mədrəsə təhsili almışdı. 
II Kərim xanın Məhəmmədxan bəy adlı oğlu vardı. 
 
 
Məhəmmədxan bəy Qasımlı-Avşar 
 
Məhəmmədxan  bəy  II  Kərim  xan  oğlu  Urmiya  şəhərində 
dünyaya gəlmişdi. 
Məhəmmədxan  bəyin  Xudadad  bəy,  Fətəli  bəy  adlı  oğulları 
vardı. 
 
 
Xudadad xan Qasımlı-Avşar 
 
Xudadad  bəy  Məhəmmədxan  bəy  oğlu  Urmiyada  dünyaya 
gəlmişdi. Mükəmməl mədrəsə təhsili almışdı. Olduqca qoçaq, qey-
rətli bir adam  idi.  «Avşar tarixi»ndə ləyaqətli  bir adam  kimi xatır-
lanır. 
Qasımlı oymağının başçısı Məhəmmədxan bəy Qasımlı oğul-
ları Xudadad bəy və Fətəli bəylə Urmiya hakimi Sübhanverdi xanın 
yanına gedərkən gözətçilər onları içəri buraxmırlar. Məhəmmədxan 
bəy qapıçını itələyib, içəri daxil olanda gözətçilərdən biri onu təhqir 
edir.  Xudadad  bəy  atasının  təhqir  olumasına  dözə  bilməyib, 
gözətçini  öldürür. Digər  gözətçilər tökülüb, Xudadad bəyi  tuturlar. 
Onu  Sübhanverdi  xanın  hüzuruna  aparırlar.  Sübhanverdi  xan  onu 
cəsurluğuna, comərdliyinə bağışlayır. Ölənin  qanbahasını özü ödə-
yir. Xudadad bəyi naib vəzifəsinə təyin edir. 
Sübhanverdi xanın hakimiyyəti dönəmində qiyamçı və qarətçi 
kürdlər  sərhədlərdə  yağılığa  başlayırlar.  Ənzəl,  Sumayi  və  Baran-
dust  arasında  bir  sıra  qətl-qarətlər  baş  verir.  Quşçu  və  Qulunçu 
gədiklərini tutan qiyamçılar yolları bağlayırlar. Sübhanverdi xan bu 


 
79 
qiyamçıları yatırmaq üçün qoşun göndərir. Qoşun əhli qiyamçıların 
çox möhkəmləndiyini görüb, xana bildiriş edirlər. Sübhanverdi xan 
bu dəfə Xudadad bəyi bir dəstə ilə yardıma göndərir. Xudadad bəy 
yetişib, Avşar qoşununa qoşulur. Vədimə  İstisuyu deyilən tərəfdən 
qiyamçı dəstəsi hərəkətə gəlir. Yaxşı mövqe seçib, Avşar ordusunu 
gülləyə tuturlar. Avşar ordusu qaçmağa üz tutur. Bu vəziyyəti görən 
Xudadad  bəy  özünün  dəstəsi  ilə  müqavimət  göstərir.  Onun  müqa-
vimətini görən digər avşarlar da geri qayıdırlar. O qədər vuruşurlar 
ki, qiyamçıları əzib, qovurlar. Xeyli qənimət ələ keçirirlər. 
Qoşun  Urmiyaya  qayıdandan  sonra  Sübhanverdi  xan  qələbə-
dən  məmnun  qalır,  Xudadad  bəyə  ənam-ərməğan  verir.  Bu  uğuru 
Şah Sultan Hüseynə bildirir. Sonra onun yanına gedir. Xudadad bə-
yin  şücaəti  haqqında  şaha  ətraflı  məruzə  edir.  Şah  onun  saraya 
gətirilməsini  istədi.  Şah  Xudadad  bəyi  qəbul  edib,  «Nəbil  xan» 
ünvanı, cəvahir işləməli qılınc, yəhər-yüyənli at bağışlayır. Urmiya 
vilayətini  bəylərbəyi  ünvanı  ilə  fərmanla  ona  verir.  Xudadad  xan 
bəylərbəyi ünvanı alan ilk Urmiya hakimidir. 
Xudadad  xan  1707-ci  ildə  (hicri-qəməri  1119-cu  ildə)  Urmi-
yanın hakimi təyin edildi. O, adil, rəiyyətpərvər adam idi. Hakimiy-
yəti dönəmində qiyamçılarla mübarizə aparmışdı. Salmasın Qarasu-
yundan  Sayıqalaya  qədər  hər  yanı  öz  təsərrüfünə  almışdı.  Buna 
baxmayaraq,  onun  bəylərbəyiliyi  Şah  Sultan  Hüseyn  Səfəvinin 
hakimiyyəti dönəminə düşmüşdü. 
Şah  Sultan  Hüseynin  hakimiyyəti  çox  zəif  idi.  XVII  yüzilin 
sonu  -  XVIII  yüzilin  önlərində  Səfəvi  İranı  qorxunc  bir  iqtisadi  və 
siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqan işğalı 
altına  düşmüşdü.  Azərbaycan,  Şirvan  və  bunlarla  həmsərhəd  ərazi-
lər  Türkiyə  (Osmanlı  dövləti)  tərəfindən  işğal  olunmuşdu.  Rusiya 
da  Qafqazda  böyük  fəallıq  göstərməyə  başlayırdı.  1723-cü  ildə         
I Pyotr Bakı üzərinə yürüş etmiş və Xəzərboyu əraziləri zəbt etmiş-
di. Urmiya ətrafında və qonşu Osmanlı dövlətində yaşayan kürdlər 
fəallaşmışdılar. 
Sulduz mahalında yaşayan Balbas kürd tayfası  Gündüzlü av-
şarlarının  üstünə  hücum  edib,  qətl-qarətlə  məşğul  olmağa  başladı. 


 
80 
Xudadad  xan  avşar  igidlərindən  bir  dəstəni  balbasların  üzərinə 
göndərdi. Avşarlar Qəndili-Laican adlı yerdə onların üstünə hücuma 
keçdilər. Balbaslar seçmə igidlərdən təşkil olunduğuna baxmayaraq 
məğlub  oldular.  Çoxlu  qənimət  ələ  keçdi.  Xudadad  xan  qoşununu 
geri çəkib, Dolmalar adlı yerdə yerləşdirdi. Qoşun çəməndə oturaq 
etmişdi. Bir  cinahdan özü şəhərə  getmək istədi.  Dirçələn balbaslar 
özlərini cəmləyib, əsirlərini azad etmək və qənimətləri geri qaytar-
maq üçün qəfildən qoşuna hücuma keçdilər. Balbaslar əsirləri apa-
ran döyüşçüləri  öldürüb,  yoldaşlarını azad etdilər. Bu xəbər Xuda-
dad xana yetişcək qeyzindən özünü xəncərlə öldürdü. 
Xudadad xan 1723-cü ilədək Urmiyanın hakimi olmuşdu. 
Xudadad xanın Məhəmmədqasım xan adlı oğlu vardı. 
 
 
Məhəmmədqasım xan Qasımlı-Avşar 
 
Məhəmmədqasım  xan  Xudadad  xan  oğlu  Urmiya  şəhərində 
anadan  olmuşdu.  Saray  təlim-tərbiyəsi  almışdı.  Atasından  sonra, 
1723-cü ildə Urmiyanın hakimi olmuşdu. Avşar əmirləri Şah Sultan 
Hüseyn Səfəviyə  yazıb,  onun hakimliyini təsdiqlətdirmək istədilər. 
Əfqanlar  İsfahanı  aldığından  II  Şah  Təhmasib  Ərdəbil  şəhərindən 
onun hakimliyini fərmanla təsdiqlədi. 
Məhəmmədqasım  xan  qurucu,  ehsan  yiyəsi  bir  hakim  idi. 
Kəlbəli xandan bəri yarımçıq qalmış şəhər divarlarını tikdirmişdi. 
Qızılbaşlar məmləkətinin  hər  guşəsində üsyanlar baş vermiş-
di.  Ənzəldə,  Göyərçinlik  qalasında  yaşayan  Çapuqlu  oymağından 
Qasım xan adlı bir nəfər ona qarşı üsyan qaldırmışdı. Məhəmməd-
qasım xan qoşun çəkib, Urmiyadan Ənzəl tərəfə getdi. Şəhərin yarı-
mağaclığında, Qarahəsənlidə qarşılaşdılar. Döyüş baş  verdi. Qasım 
xan  Çapuqlu  Məhəmmədqasım  xanın  qarşısında  duruş  gətirməyib 
qaçdı.  Onu tutub, hakimin  yanına  gətirdilər. Məhəmmədqasım xan 
onun başını kəsdirib, Ənzəl mahalına göndərdi. 
Məhəmmədqasım  xanın  hakimiyyəti  dönəmində  Osmanlı 
ordusu  Urmiyaya  hücum  etmişdi.  Qasım  xan  Çapuqlunun  qohum-


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə