Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə23/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   19   20   21   22   23   24   25   26   ...   91

 
74 
İskəndər  bəy  Münşinin  verdiyi  məlumata  görə,  Qasım  xan 
əsgərlərinin  azlığı  və  vəba  epidemiyası  üzündən  şəhəri  boşaltmaq 
məcburiyyətində  qalmışdı.  Mosul  qalasını  əldən  verəndən  sonra 
şahın nəzərindən düşmüşdü. I Şah Abbas onu və avşarları anasının 
və qardaşı Həmzə mirzənin ölümündə günahlandırırdı. 
Qasım  xanın  Kəlbəli  xan,  Bayram  xan,  Gəncəli  xan  adlı 
oğulları vardı. 
 
 
Kəlbəli xan İmanlı-Avşar 
 
Kəlbəli sultan Qasım xanın oğludur. İmanlı oymağının tanın-
mış  əmirlərindən  idi.  1624-cü  ildə  Mosulu  almağa  gedən  qoşunun 
sərkərdələri  arasında  onun  da  adı  vardı.  Osmanlılara  qarşı  vuruş-
muşdu.  Mosul  qalasına  3  min  mən  qurğuşun  və  barıt  çatdırmışdı. 
Hafiz Əhməd paşanın qoşununu məğlub edib qovmuşdu. 
Şahdan  xan  ünvanı  almışdı.  I  Şah  Abbas  əmr  vermişdi  ki, 
Kəlbəli xan və avşarlar İranın harasında istəsələr yaşaya bilərlər. O 
yerlər  onlara  inaət  olunacaq.  Kəlbəli  xan  və  avşar  əmirləri  şahdan 
doğma  Urmiya vilayətini  istəmişdilər.  Onların dədə-baba torpağını 
Əmir xan Barandust və Osmanlı əsgərləri xaraba qoymuşdular. Şah 
Abbas avşarların Urmiyaya yerləşməsinə razılıq vermişdi. 
Kəlbəli xan 1628-ci ildə I Şah Abbasın fərmanı ilə Urmiyanın 
hakimi olmuşdu. O, 8 min avşar ailəsini İraq, Fars, Kerman və Xo-
rasandan  köçürüb  Urmiyaya  yerləşdirmişdi.  Tarixçi  Mirzə  Rəşid 
Ədibüşşüəara yazır: «Osmanlılar və İranın bir sıra sərhəddə yaşayan 
kürd əşirətləri Təmir xan Əmir xan oğlunun təhriki ilə Avşar elinin 
Urmiyaya  qayıtmasına  mane  olmaq  istədilər.  Salmasın  Qarasu 
bölgəsində  Kəlbəli  xanla  üzbəüz  gəlib,  savaşa  başladılar.  Avşar 
elinin qəhrəmanlığı sayəsində məğlub oldular. Bir hisəsi öldürüldü, 
bir  hissəsi  isə  qaçıb,  dağlara  sığındı.  Kəlbəli  xan  uğurla,  öz  eli  ilə 
bərabər  Urmiyaya  daxil  oldu.  Elini  yerbəyer  edib  öz  idarəsinə 


 
75 
başladı.  Avşar  elinin  hər  oymağına  bir  mahal,  bir  nahiyə  verib, 
yerləşdirdi»
34
.  
Kəlbəli xan el-oymaqları mahal və nahiyələrdə yerləşdirəndən 
sonra paytaxtda az miqdar qoşun saxlamışdı. Düşmənlər Urmiyaya 
hücum  edirlər.  Tayfa  ağsaqqalları  güclərinin  az  olduğunu  bildirib, 
barış təklif edirlər. Elə bu vaxt Kəlbəli xanın hərəmxanasından üstü 
örtüklü bir qızıl məcməi gətirilir. Örtüyü qaldırırlar. Baxırlar ki, bir 
siyirmə  qılınc  var.  Tayfa  başçıları  bu  işarənin  səbəbini  soruşurlar. 
Kəlbəli  xan  deyir  ki,  namusu,  şərəfi  olan  düşmənə  təslim  olmaz. 
Savaşmaq  istəyən  qılıncı  götürüb,  meydana  getsin,  təslim  olmaq 
istəyən örtüyü başına bağlayıb, hərəmxanaya daxil olsun. 
Kəlbəli xan sonra üzünü tayfa başçılarına tutub deyir: 
-Fürsəti fövt eyləməz aqil, məgər nadan ola! 
Bu sözdən sonra avşar əmirləri birləşib düşmən üstünə gedir-
lər. Qarahəsənli  yaxınlığında savaş baş verir. Kəlbəli  xan baxır ki, 
düşmənlər uşaq kimi qarşılarından qaçır. Fikirləşir ki, qaçmaqla on-
lara qurğu qurublar. Sonra baxır ki,  öz cinahının ardından 300-400 
atlı əlində nizə gəlir. Düşmənlər onları görüb, qaçmağa üz tuturlar. 
Kəlbəli  xan düşmən qaçandan sonra köməyə  gələnlərin  kimliyi ilə 
maraqlanır. Onlar kişi paltarı geymiş avşar qadınları idilər… 
Bir il idi ki, Kəlbəli xan Urmiyaya başçılıq edirdi. Təmir xan 
bir  dəstə  adamı  başına  yığıb,  ora  hücuma  keçir.  Kəlbəli  xan  ona 
məktub  göndərib  sülhə  dəvət  edir.  Nəsihət  kar  etmədiyini  görüb 
onun yerləşdiyi Dumdum qalasına yürüş edir. Öncə qardaşı Gəncəli 
xanı qalanı mühasirəyə göndərdi. Qala sərhəddə yerləşirdi. Əşirətin 
mərkəzi sayılırdı. Bu əşirət təəssüb üzündən Təmir xana qoşulmuş-
du.  Gəncəli  xan  bir  müddət  qalanı  mühasirədə  saxlasa  da,  ala  bil-
mədi. Kəlbəli xan özü onun ardınca gəldi. Avşarın seçmə oğullarını 
da gətirdi. Həmin günün axşamçağısı qalanın ayağına  yetişdi. Mü-
hasirəni  yoxladı,  hazırlığı,  hücum  planını  nəzərdən  keçirdi.  Sonra 
bütün qüvvə ilə sağdan, soldan qalaya hücuma başladı. Qalanın şərq 
və qərb hissəsini ələ keçirdi. Bu vəziyyəti görən düşmənlər özlərini 
                                                 
34
  Mirzə  Rəşid  Ədibüşşüara,  Tarixi  Əfşar,  Təbriz,  «Şəfəq»,  1346  hicri  şəmsi, 
səh.48-49. 


 
76 
müdafiə  etmək  üçün  qaladan  çıxdılar.  Günbatana  qədər  şiddətlə 
vuruşdular. Kürdlərin çoxu avşarların qılıncına tuş gəldi. Qalanı qa-
çıb, yenidən qalada daldalandı. Sabahı gün kürdlər avşarların qorxu-
sundan qaladan çıxmadılar. Fəqət, aralıdan top-tüfəng atmaqla günü 
sovdular. Kəlbəli xan gecə müşavirə çağırıb, səngər qazdırdı, yollar 
çəkdirdi. Bir qatırı üç gün yedirdib, su vermədilər. Üç gündən sonra 
qalanın  ətrafına  dolandırdılar.  Qatır  su  xəttini  tapıb,  eşələməyə 
başladı. Avşarlar qazıb, su xəttinə neft tökdülər. Qaladakılar bir-iki 
gün də dözəndən sonra təslim olduqlarını bildirdilər. Qaladakı ruha-
nilərə  quran  möhürlətdirib,  Kəlbəli  xana  göndərdilər.  Kəlbəli  xan 
onlarla  şərt  kəsdi  ki,  top-tüfənginizi  qoyub,  özünüz  rədd  olun. 
Təmir  xan  şərtə  əməl  etdi.  Kəlbəli  xan  qənimətləri  avşar  döyüş-
çüləri arasında bölüşdürdü. 
1630-cu  ildə  (hicri-qəməri  1043-cü  ildə)  Səfəvi  və  Osmanlı 
dövlətlərinin  sərhəddində,  Həkkari  vilayətinin  valisi  Şah  Səfiyə 
ərizə  yazıb  Səfəvilər  dövlətinin  tərkibinə  keçmək  istədi.  Səfəvilər 
ordusunun  baş  komandanı  şahdan  əmr  aldı  ki,  Van  qalasını  ələ 
keçirsin.  Diyarbəkrin  bəylərbəyi  Mürtəzaqulu  paşa  Van  hakiminə 
yardım üçün tələsdi. Ərzurumun bəylərbəyi Xəlil paşa da 50 minlik 
qoşunla Vanın müdafiəsinə yollandı. Şah Səfi Səfəvi bunları eşidib, 
Çuxursəd əyalətinin bəylərbəyiləri Təhmasibqulu xanı Kəlbəli xanla 
birlikdə qızılbaş ordusuna yardım üçün göndərdi. 
Bu vaxt Çuxursəd əyalətinin bəylərbəyi Təhmasibqulu xan 10 
min  qoşunla  kürd  mahmudi  tayfasına  qarşı  hücuma  keçdi.  Sonra 
Adilcəvaza  doğru  yönəlib  xeyli  qənimət,  əsir  ələ  keçirərək  Xoy 
ətrafına  gəldi.  Şah  Səfi  Nəqdi  bəy  Şamlını  Təbrizə  göndərib,  ona 
əmr etdi ki, qoşunu ilə Azərbaycana gedib, orada baş verən hadisə-
lərə  nəzarət  etsin.  Nəqdi  bəy  Azərbaycana  çatan  zaman  Diyarbəkr 
Sərdarı və kürd əmirlərinin 10 min nəfərdən ibarət olan qoşunu artıq 
Təbriz ətrafını qarət etməyə başlamışdılar. Şəhər əhalisinin bir his-
səsi  var-dövlətlərini,  mallarını  gizlədərək,  özləri  təhlükəsiz  yerlərə 
köçməyə  məcbur  olmuşdular.  Belə  bir  anda  Nəqdi  bəy  qoşunu  ilə 
Təbrizə yaxınlaşdı. Acı çayı kənarında Qızılbaş qoşunu işğalçıların 
qarşısını kəsdi və orada qanlı savaş oldu. M.Y. Qəzvini yazır ki, Acı 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə