Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə18/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   14   15   16   17   18   19   20   21   ...   91

 
56 
ləri, Azad xan Əfqan, Zənd əmirləri və başqaları Kərim xanı qisas 
almağa təhrik etdilər. Kərim xan Fətəli xanı yanına çağırıb soruşdu: 
-Fətəli xan, bura haradır? 
Fətəli xan dilləndi: 
-Bura o yerdir ki, zəndlər avşarların qabağından qaçırdılar. O 
məkandır  ki,  İsgəndər  xanın  günəşi  burda  batmışdı.  Burda  mənim 
gülləmə  tuş  gəlib  yaşamını  itirmişdi.  Ta  nə  öyrənmək  istəyirsən? 
Bilirəm,  məni  öldürəcəksən,  öldür.  Amma  mənim  səndən  üç  xahi-
şim  var.  Əvvəlcə,  məni  öldürəndən  sonra  qardaşının  yanında  dəfn 
etdirərsən. Qoymazsan heç kim mənim qəbrimə hörmətsizlik etsin. 
İkincisi, qoymazsan ki, mənim əhli-əyalıma təcavüz etsinlər. Üçün-
cüsü,  Böyük  oğlum  Cahangir  xanı  Urmiyaya  hakim  təyin  edərsən. 
Kərim xan onun şərtlərinə razı olub, ölümünə fərman verdi. 
Fətəli xanın Cahangir xan, Əbdürrəşid xan adlı oğulları vardı. 
 
 
Cahangir xan Araşlı-Avşar 
 
Cahangir xan Fətəli xan oğlu Urmiya şəhərində doğulmuşdu. 
Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Atası  ilə  birgə  Nadir  şahın 
ordusunda xidmət etmişdi. 
Cahangir  xan  1747-ci  ildən  sonra  Urmiya  xanlığının  adlı 
sərkərdələrindən biri idi. 
Kərim  xan  Zənd  Fətəli  xanı  öldürəndən  sonra  onu  və  qar-
daşını Azərbaycana göndərmişdi. Lakin Əraqın hakimi Bəstam xan 
onları Azərbaycana buraxmayıb yanında saxlamışdı. 
Kərim  xan  Zənd  1777-ci  ildə  (hicri-qəməri  1190-cı  ildə) 
Cahangir xanı  İmamqulu xan Qasımlının əvəzinə Urmiyaya hakim 
təyin etmişdi. İmamqulu xan bu xəbəri eşitcək maliyə vəkili Mirzə 
Məhəmmədcəfər  İmanlını  şahanə  sovqatla  və  bir  neçə  illik 
vergilərlə  Şiraza  göndərdi.  Vəzirinə  möhkəm-möhkəm  tapşırdı  ki, 
kəşfiyyat  aparıb  bu  məsələdən  hali  olsun.  Kərim  xan  pay-parçanı 
alıb,  İmamqulu  xana  yenidən  xanlıq  təliqəsi  göndərdi.  Cahangir 
xana Urmiyanı idarə etmək nəsib olmadı. 


 
57 
Kərim xan Zənd öləndən sonra Zəki xan hakimiyyətə yetişdi. 
Bəstam xana əmr verdi ki, Cahangir xanı Əraqda öldürsün. 
Bəstam  xan  18  nəfər  Araşlı  oymağının  adlı-sanlı  əmirlərini 
qonaqlığa çağırdı. Qonaqlıqda onları sərxoş edib, Şərif bəy Avşar-
dan  başqa  hamını  qılıncdan  keçirdi.  Şərif  bəy  Bəstam  xanı  ağır 
yaralayıb qaçdı. 
 
 
Əbdürrəşid xan Araşlı-Avşar 
 
Əbdürrəşid  xan  Fətəli  xan  oğlu  Urmiya  şəhərində  doğul-
muşdu.  Mükəmməl  mədrəsə  təhsili  almışdı.  Atası  ilə  birgə  Nadir 
şahın ordusunda xidmət etmişdi. 
Əbdürrəşid  xan  1747-ci  ildən  sonra  Urmiya  xanlığının  adlı 
sərkərdələrindən biri idi. 
Kərim  xan  Zənd  Fətəli  xanı  öldürəndən  sonra  onu  və  qarda-
şını  Şiraza  aparmışdı.  Halallıqlarını  alandan  sonra  Azərbaycana 
göndərmişdi. Lakin Ərakın hakimi Bəstam xan onları Azərbaycana 
buraxmayıb, yanında saxlamışdı. 
Kərim xan Zənd öləndən sonra Zəki xan hakimiyyətə yetişdi. 
Bəstam xana əmr verdi ki, Rəşid xanı və qardaşını Ərakda öldürsün. 
Əbdürrəşid xanı Ərakda öldürdülər. 
 
 
Məsuməli xan Araşlı-Avşar 
 
Məsuməli xan Əlimərdan xan oğlu Urmiya şəhərində anadan 
olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Nadir  şah  Qırxlı-Avşara  xidmət 
etmişdi.  1746-cı  ildə  şah  onu  qardaşı  ilə  bərabər  Farsa  vali  təyin 
etmişdi.  Nadir  şahın  ölümündən  sonra  Bayat  əmirlərinin  basqısı 
nəticəsində Farsı tərk edib, Urmiyaya gəlmişdi. 
Məsuməli  xan  1747-ci  ildən  sonra  Urmiya  xanlığının  ünlü 
sərkərdələrindən biri idi. 
 


 
58 
Əli xan Araşlı-Avşar 
 
Əli xan Əlimərdan xan oğlu Urmiya şəhərində anadan olmuş-
du. Mədrəsə təhsili almışdı. Nadir şah Qırxlı-Avşara xidmət etmiş-
di.  1746-cı  ildə  şah  onu  qardaşları  ilə  bərabər  Farsa  göndərmişdi. 
Nadir şahın ölümündən sonra Bayat əmirlərinin basqısı nəticəsində 
Farsı tərk edib, Urmiyaya gəlmişdi. 
Əli xan 1747-ci ildən sonra Urmiya xanlığının ünlü sərkərdə-
lərindən biri idi. Qardaşının yanında xidmət etmişdi. 
Bir müddət Mehdi xan Qasımlının zindanında yatmışdı. Sonra 
buraxılmışdı. 
 
 
İbrahim xan Araşlı-Avşar 
 
İbrahim xan Əlimərdan xan oğlu Urmiya civarında anadan ol-
muşdu. Mədrəsə təhsili almışdı. Nadir şaha xidmət etmişdi. 1747-ci 
ildə  vətənə  qayıtmışdı.  Fətəli  xanın  qardaşı,  Urmiya  xanlığının 
sərkərdələrindən idi. 
İbrahim xan İmamqulu xan Qasımlı-Avşarın xanlığı dönəmin-
də divanbəyi və qoşunun baş sərkərdəsi olmuşdu. 
Əmiraslan  xan  Araşlı  Urmiyada  hakim  olandan  sonra  Əlirza 
xan  Qasımlı-Avşarın  azyaşlı  bacısı  ilə  evlənmişdi.  Zifaf  gecəsinin 
sabahı  divanxanada  qız  haqqında  qabiliyyətsiz  söz  işlətdi.  Əlirza 
xan avşar içində xar oldu. Əmiraslan xanın bu hərəkəti Avşar ağsaq-
qallarının  xətrinə  dəydi.  İbrahim  xan  divanbəyi  bu  sözü  qeyrətinə 
sığışdırmayıb,  Əmiraslan  xana  ağzına  gələni  deyib,  divanxanadan 
çıxdı.  Ağsaqqalları  ətrafına  toplayıb,  Qərəni  ağa  Balbası  yardıma 
çağırdı. Balbaslar yetişincə avşarlar artıq birləşmişdilər. Qərəni ağa 
da 1000 atlı ilə özünü  yetirdi. İbrahim xan daha artıq cəsarətlənib, 
divanxananı  mühasirə  etdi.  Əmiraslan  xana  güllə  atıb,  ordan 
çıxmasını gözlədi. Əmiraslan xan qorxuya düşüb aman istədi. Aman 
alıb  divanxananı  tərk  etdi.  Qərəni  ağa  onu  soyundurub,  Əlimurad 
xan  Zəndin  yanına  göndərmək  istədi.  İbrahim  xanın  Avşar  damarı 


 
59 
tutdu.  Qeyrəti  ona  imkan  vermədi  ki,  avşar  oğlunu  kürd  soyun-
dursun. 
İbrahim  xan  Qərəni  ağanı  danlayıb  fikrindən  çəkindirdi.  Av-
şar  ağsaqqallarını  toplayıb  məşvərət  etdi.  Məsləhət  şurasına  top-
laşan Urmiya  əmirləri:  Qərəni  ağa  Balbas,  Vəkil  Mirzə Əbülhəsən 
Əbdülməlik-İmanlı, Mustovfi Mirzə Mustafa Səidli, Məhəmmədxan 
bəy Qasımlı, Hüseynqulu bəy Araşlı, Sayınqala avşarlarının başçısı 
Mahmud xan Qasımlı, Əmiraxur Əsgər xan Əbdülməliki-İmanlı və 
başqaları.  Onlar  qərara  gəldilər  ki,  Salmasda  Əhməd  xan  Dünbili 
tərəfindən  saxlanılan  Məhəmmədqulu  xanı  Urmiyaya  gətirib  taxta 
əyləşdirsinlər.  Bu  qərarı  icra  etmək  üçün  Divanbəyi  İbrahim  xan, 
Vəkil  Mirzə  Əbülhəsən  və  Qasımlı  oymağının  ağsaqqalı  Məhəm-
mədxan bəy Əhməd xanla görüşə  getdilər. Əhməd xana istəklərini 
bildirdilər. Əhməd xan onları məzəmmət edib dedi: 
-Avşar elindən başqa heç kim belə cəsarət  yiyəsi ola bilməz! 
Bəyəm siz Əlimurad xandan qorxmursunuz? Onun fikrini öyrənmək 
istəmirsiniz? 
İbrahim  xan  kimi  qəhrəman  adam  Əhməd  xanın  sözündən 
əsəbləşdi: 
-Allahın  gücü  ilə  biz  nə  Əlimurad  xandan  qorxuruq,  nə  də 
biqeyrət olmaq istəmirik. 
İbrahim xanın cavabından çəkinən Əhməd xan yumşaldı: 
-Siz  bu  gecəlik  mənim  qonağımsınız,  sabah  adam  yollaram, 
Məhəmmədqulu xanı Salmasdan gətirərlər. 
İbrahim xan əsəbi halda dilləndi: 
-Bizim nə sənin  himayənə, nə sənin  əmrinə ehtiyacımız  yox-
dur.  Allaha  təvəkkül!-deyib  yoldaşlarını  durğuzdu.  Ordan  tuşlan-
dılar Salmasa. İbrahim xan Salmasın Dilməqan məhəlləsində saxla-
nılan Məhəmmədqulu xanı gözətçilərin əlindən xilas edib Urmiyaya 
qayıtdı. 
İbrahim  xan  divanbəyi  vəzifəsində  qalmaqla  bərabər,  bütün 
avşar qoşununun komandanı idi. 
Atasının ölümündən sonra taxta çıxan Təbriz hakimi Xudadad 
xan Dünbili xalqa zülm etməyə başlamışdı. Xalqın narazılığını eşi-


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə