Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə16/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   12   13   14   15   16   17   18   19   ...   91

 
50 
Camal  bəy  Cavanşir  yazır:  «Elçilər  qayıdıb  (yerlərinə)  çatdıqdan 
sonra  Fətəli  xan,  Azərbaycan,  Urmiya  və  başqa  vilayətlərin  əhali-
sindən çoxlu qoşun toplayıb qalanı almaq, Qarabağı ələ keçirmək və 
Pənah xanı aradan qaldırmaq məqsədilə Şuşa qalasına gəlib qalanın 
bir ağaclığında düşərgə qurdu»
25
.  
Mirzə  Məhəmmədcəfər  İmanlı  qayıdıb  əhvalatı  Azərbaycan 
hakiminə  bildirdi.  1759-cu  ildə  Fətəli  xan  Araşlı-Avşar  çoxsaylı 
qoşunla  Pənahəli  xanın  üstünə  gəldi.  Öncə  bir  neçə  mahalı  ələ 
keçirdi.  Qiyamçı  məliklər,  Çiləbörd  məliyi  Məlik  Hətəm  və  Talış 
məliyi  Məlik  Yusif  Fətəli  xanla  birləşdilər.  Fətəli  xanın  qoşunu 
Şuşaya yaxınlaşdı. Gecə basqınlarından qorunmaq və qəfil hücum-
lardan  müdafiə  olunmaq  üçün  səngər-sipər  hazırladılar.  Tarixçi 
Hüseyn  Dəlili  yazır:  «Şəhər  əhalisinin  qəhrəmancasına  müqavimət 
göstərməsinə  baxmayaraq,  Fətəli  xanın  qoşunları  gündən-günə 
qalaya  doğru  irəliləyirdilər.  Şuşaya  gedən  yollar  bağlandığı  üçün 
orada  azuqə,  hərbi  sursat  get-gedə  azalır  və  yeni-yeni  çətinliklər 
meydana  çıxırdı.  Müharibənin  son  günlərində  Avşar  döyüşçüləri 
artıq qala divarı ətrafında döyüşürdülər. Şəhər süqut etmək təhlükəsi 
qarşısında  idi.  Yaranmış  vəziyyətlə  əlaqədar  olaraq  Pənahəli  xan 
Fətəli xanla zahiri olsa da sazişə gəlməyə məcbur oldu
26
.  
Qarabağda son dövrə kimi «Fətəlixan səngəri» adlı yer vardı. 
Bu yer qəhrəman avşar oğlunun nişanəsidir. 
Qarabağ qoşunları Fətəli xanın ordusuna qarşı yaxşı vuruşsa, 
da nəticə effektli olmadı. Mirzə Camal bəy qələbənin Qarabağ tərəf-
də olduğunu yazır. Bildirir ki, Fətəli xan İbrahimxəlil ağanı barışıq 
bağlamağa gələrkən xaincəsinə aparıbmış. Tarixçi yazır: «Bu hadi-
sədən sonra Fətəli xan Avşar, qoşunun məğlub olması və qış fəsli-
nin  yaxınlaşmasına  görə,  sülh  və  barışıq  təklif  etdi.  Mahir  elçilər 
göndərib, and-aman içərək belə vədə verdi: «Əgər Pənah xan, qoşu-
numdan  aldığı  əsirləri  geri  qaytarsa,  mənlə  ittifaq  və  dostuq  etsə, 
qızımın kəbinini onun böyük oğlu İbrahimxəlil ağaya kəsdirəcəyəm. 
Beləliklə  də  biz  əbədi  qohum  və  dost  olacağıq.  Bir  şərtlə  ki, 
                                                 
25 
Qarabağnamələr, 1-ci kitab, Bakı, «Yazıçı», 1989, səh.117. 
26
 H.Ə.Dəlili. Azərbaycanın cənub xanlıqları. Bakı. 1979. səh.118. 


 
51 
İbrahimxəlil  ağanı  mənim  yanıma  göndərsin.  O  isə  orduda  şirni 
içilib,  kəbin  kəsildikdən  və  iki-üç  gün  burada  (qonaq)  qaldığından 
sonra geri qayıtsın»
27
.  
Tarixçi  Molla  Məhəmməd  əl-Cari  bu  olay  haqqına  yazır: 
«Sonra  Sərdar  (Fətəli  xan  –  Ə.Ç.)  düşmənlərindən  qorxduğu  üçün 
öz diyarına qayıdır.  İrakli  xan ona  gürcü  qoşunu,  Şahverdi  xanı  və 
Hacı  (Çələbi)  xanın  oğlu  (nəvəsi,  Həsən  ağanın  oğlu  –  Ə.Ç.)  Hü-
seyn xanı götürməyə icazə verir, yalnız onun yanına sülh bağlamağa 
gəlmiş  Pənah  xanın  oğlundan  başqa.  O  (Pənah  xanın  oğlu),  ondan 
və atası Pənah xandan icazəsiz gedir»
28

Lakin tarixçi Abbasqulu  ağa  Bakıxanov bu tarixçilərin əksini 
düşünür.  Abbasqulu  ağa  yazır:  «...Hicri  1175-ci  (1762)  ildə  (tarix 
düz  deyil. Əslində 1759-cu  ildə  –  Ə.Ç.) Nadir şahın  böyük əmirlə-
rindən  Fətəli  şah  Əfşar  Azərbaycanı  aldı,  hökmranlıq  iddiası  ilə 
Gəncə  və  Qarabağa  hərəkət  etdi.  Pənah  xan  onunla  zahirən  itaət 
edər kimi sazişə girdi, oğlu İbrahimxəlil ağanı ona girov verdi…»
29.
  
Tarixçi Əbdürrəzzaq bəy Dünbili həmin hadisəylə bağlı yazır: 
«Padşahlıq  iddiasında  olan,  Azərbaycandan  başqa  İrəvan,  Qarabağ 
və  Şəkini  istila  edən  Urmiya  hökmdarı  Fətəli  xan  Hacı  Çələbinin 
nəvəsi, Həsən  ağanın oğlu Hüseyn bəyi xanlıq titulu ilə təltif etdi. 
Lakin  Qarabağlı  Pənahəli  xanın  oğlu  İbrahimxəlil  xanı  öz  yanında 
girov saxladı»
30
.  
Kərim  xan  Zənd  güclənib,  Fətəli  xanın  üstünə  gəldi.  Təbriz 
əhlindən bir neçə nəfəri danışıq üçün onun yanına göndərdi. Fətəli 
xan elçiləri yamanlayıb, geri göndərdi. Təbrizə çəkilib, möhkəmlən-
məyə başladı. Xoya və Urmiyaya xəbər göndərib, möhkəmlənmək-
lərinə göstəriş verdi. Dərilməmiş məhsulları tələf etməyi tapşırdı. 
                                                 
27
 Qarabağnamələr, 1-ci kitab, Bakı, 1989, «Yazıçı», səh.117-118. 
28
 Molla Məhəmməd əl-Cari, Car salnaməsi, Bakı, «Səda», 1997, səh.59 
29 
A. Bakıxanov, Gülistani-İrəm, Bakı, 2001, səh.188.
 
30
  Dünbülü  Əbdürrəzaq  Məftun,  Təcrübətül-Əhrar  və  təsliyətül-əbrar».  Hüseyn 
Qazi  Təbətəbainin  düzəlişi  və  əlavəsi  ilə.  Təbriz,  İran  mədəniyyətinin  tarixi, 
1349, səh.188 


 
52 
Kərim  xan  öncə  Marağaya  hücum  edib,  oranı  dava-dalaşsız 
ələ  keçirdi.  Qarətçi,  quldur  hesab  etdiyi  Şahsevən,  Şəqaqi  ellərini 
tənbeh edib, yola gətirdi. Özünə tabe etdi. 
Kərim xan Mirzə Ələkbər Mollabaşını Fətəli xanın yanına elçi 
göndərdi. Tabe olmasını tələb etdi. Fətəli xan yenidən rədd cavabı 
verdi. 
Kərim  xan  özü  ilə  top  gətirmədiyindən  çəkilib  getdi.  Fətəli 
xan bu mərəkədən nicat tapdı. 
Fətəli  xan  daha  iki  il  də  Azərbaycana  müstəqil  başçılıq  etdi. 
Savaşa hazırlaşmağa başladı. Kərim xan Zəndlə müharibə qaçılmaz 
idi.  Tabeliyində  olduğu  Qaradağdan,  Qarabağdan,  Naxçıvandan, 
Ərdəbildən 12 min nəfərlik qoşun topladı. Ətrafına 300 nəfər əfqan 
yığdı. 
Kərim xan Zənd də boş oturmadı. Fətəli xanı özünə tabe etdir-
məkdən  ötrü  xeyli  qoşun  yığdı.  Toplar  tökdürdü.  Müttəfiqlər  ax-
tardı.  1762-ci  ildə  Kərim  xan  Zənd  Qarabağ  hakimi  Pənahəli  xan 
Cavanşirə  məktub  göndərdi.  Məktubda  yazılırdı:  «Fitnə  və  fəsad 
sahibi Fətəli xan indi bizimlə qan düşməni olmuşdur. Sizinlə də pis 
xasiyyətli  bir  düşməndir.  Verdiyi  sözə  və  içdiyi  andın  əksinə 
hərəkət  etmişdir.  İbrahimxəlil ağanı  apararaq, sizi  dərd və qüssəyə 
salmışdır.  Hər  an  bir  fikirdə  və  hər  gün  də  bir  əmirlə  hərb  etmək-
dədir.  Mən  də:  «Ey  ağıl  sahibləri,  sizin  üçün  qisas  almaqda  həyat 
vardır»  ayəsinin  məzmununa  əsasən  intiqam  almağı  və  ədavət 
qılıncını qınından çəkib hərbə girişməyi qərara almışam. Buna görə 
cənabınızdan bir dost kimi xahiş edirəm ki, təcili surətdə durmadan 
və  təxir  etmədən,  hökmünüz  altında  olan  qalib  qoşunlarınızla  bizə 
yoldaşlıq edəsiniz; çünki, əsas məqsədim və günəş kimi işıqlı olan 
fikrim  budur  ki,  həm  də  oğlunuzu  xilas  edim,  həm  də  qardaşımın 
qanını alım»
31
.  Pənahəli xan Kərim xanın çağırışını cavablayıb, qo-
şunla  Təbrizə  yürüş  etməyə  söz  verdi.  Bu  iş  üçün  3  ay  hazırlıq 
gördü. 
Tarixçilər yazırlar: «Bu zaman Kərim xan Zənd İranın bir çox 
məntəqəsini tutmuşdu. O, Azərbaycanı  tutmaq istəyirdi.  Fətəli xan 
                                                 
31 
Qarabağnamələr, 1-ci kitab, Bakı, “Yazıçı”, 1989, səh.46.
 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə