Avropa Universitetləri Birliyinin və Vahid Avropa Məkanının yaradılması ideyaları bütün Avropada vo Bolonya (İtaliya) şəhərində olan qədim Bolonya Univer



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə11/91
tarix07.07.2018
ölçüsü3,61 Mb.
#53635
1   ...   7   8   9   10   11   12   13   14   ...   91

 
34 
şahzadə Heydər həmin səhər ona, qoşunlara qapıları açmaq əmrini 
verərsə,  Kermanın  idarəsini  və  qorçubaşı  vəzifəsini  təklif  etmişdi. 
Vəli bəy qapılara qədər getdikdən sonra şahzadənin yanına qayıtmış 
və demişdi ki, «vicdansız» qorçular heç kimin nə saraya girməsinə, 
nə saraydan çıxmasına razı deyillər. 
II Şah  İsmayıl 1576-cı ildə taxta əyləşəndən sonra avşarların 
zəhmətini dəyərləndirdi. Vəli bəyə xan ünvanı verib, Kermana bəy-
lərbəyi  yolladı.  Onun  əmisioğlu,  Kerman  hakimi  Məhəmmədqulu 
bəyə isə xan ünvanı verib, qorçubaşı təyin etdi. 
Vəli  xan  1578-ci  ilin  fevralın  13-də  Şah  Məhəmməd  Xuda-
bəndənin  fərmanı  ilə  Kerman  əyalətinə  yenidən  bəylərbəyi  təyin 
edildi.  O,  Sultan  Məhəmməd  Xudabəndənin  əmri  ilə  1583-cü  ildə 
Abbas mirzəni dəstəkləyən Xorasan əmirlərinə qarşı savaş açdı. Üs-
yançılar Qulu bəy Avşarın sayəsində cəzalarına çatmadılar. 
Vəli xan 1588-ci ilədək həmin əyalətə başçılıq etdi. 
Vəli  xan  1588-ci  ildən  1589-cu  ilədək  qorçubaşı  vəzifəsində 
çalışmışdır. 
Vəli xan Avşar 1589-cu ildə I Şah Abbasın göstərişi ilə Yusif 
xanı  vəzifəsindən  kənarlaşdırıb,  qorçubaşı  İsmayıl  xan  Alplı-Av-
şarla birgə Kermanı idarə etməyə başladı. 
Vəli xan ikinci dəfə Kermanı 1592-ci ilədək idarə etdi. Sonra 
Şah Abbas onu qocalığı ilə bağlı təqaüdə göndərdi. Kerman əyalə-
tini  ona  tiyul  kimi  verdi  ki,  bir  guşədə  əyləşib,  əbədi  dövlətə  dua 
etməklə məşğul olsun. 
Vəli xanın Bəktaş xan adlı oğlu vardı. 
 
 
Bəktaş xan Araşlı-Avşar 
 
Bəktaş  xan  Vəli  xan  oğlu  1588-ci  ildə  atasından  sonra  Ker-
man  əyalətinin  bəylərbəyi  oldu.  «Qızılbaşlar  tarixi»nin  anonim 
müəllifi yazır: «Xacə İxtiyarəddin Əbdülqadir Kermaninin saxtakar-
lıqla  əldə  edilmiş  dövlətinin  və  Ağa  Kamalinin  oğlu  Ağa  Zeynəd-
dinin əmlakının ələ keçirilməsi Vəli sultanın oğlu Bəktaş bəyə hə-


 
35 
valə edildi. Bəktaş bəy bacarıqlı və hiyləgər adam olduğu üçün əlin-
dən  gələn  üsullarla  Xacə  Əbdülqadirin  qızını  aldı.  Xacə  və  onun 
ağıllı, dəyənətli,  cavan oğlu  Mirzə Məhəmməd  Müzəffər bu itkiyə 
dözməyib, Kəbəni ziyarət etmək bəhanəsiylə çıxıb getdilər. 
Bəktaş bəy onların hər il on min tümən gəlir verən mülklərini, 
Kermanın digər zadəganlarını və sultanlarının əmlakı ilə birlikdə öz 
əlinə  keçirdi  və  atasına  sultanlıqdan  yalnız  quru  ad  qaldı  və  get-
gedə işi o yerə çatdırdı ki, seyidlər seyidi və səadət mənbəyi, islam 
məmləkətlərinin  seçilmişi  və  insan  tayfaların  yolgöstərəni  Əmir 
Qiyasəddin  Mirmiranın  qızına  evləndi  və  Yəzdi  (də)  əlinə  keçirib, 
özünü xan və sultan adlandırdı»
17.
  
İran  tarixçisi  Mahmud  Hümmət  «Kerman  tarixi»  kitabında 
yazır ki, I Şah Abbasın Bəktaş xanla ədavəti vardı. O, anasının ölü-
mündə  Bəktaş  xandan  da  şübhələnirdi.  Bu  faktın  dəqiqliyini  bil-
mirik. Onu bilirik ki, I Şah Abbas doğrudan da Bəktaş xanın əlindən 
yanıqlı  idi.  Onun  özbaşınalığına  dözə  bilmirdi.  Ona  görə  də  Fars 
əyalətinə bəylərbəyi təyin etdiyi Yaqub xan Zülqədəri öyrətmişdi ki
Bəktaş xanı aradan götürsün. «Qızılbaşlar tarixi»ndə yazılır: «I Şah 
Abbas  İbrahim  xan Zülqədərin  oğlu  Yaqub  xanı Farsa  hakim təyin 
etdikdən sonra (Yaqub xan yola düşüb) Yəzdə çatdıqda, Bəktaş xan 
onu  və  söhbət  zamanı  mülazimləri  ilə  birgə  həbs  etsin.  O,  (Yaqub 
xan)  onların  istəyindən  duyuq  düşüb,  yorğunluğunu  bəhanə 
gətirərək,  Əhəristanda  yerləşən  Baği-Gülşəndə  dayandı,  həmin 
günün  axşamı  icazəsiz  və  vidalaşmadan  Farsa  yollandı.  Orada 
müstəqil  olan  kimi  qoşun  toplayıb,  10-12  min  nəfərlə  Yəzdə  tərəf 
yeridi. Bəktaş xan yanında olan süvari və piyadaları cəm edib, min 
nəfərlə  onun  qarşısına  çıxdı  və  Yəzdin  4  fərsəxliyində  yerləşən 
Cəmtəft düzənliyində düşmən qoşunlar üz-üzə gəldilər. Bəktaş xan 
mərdliklə vuruşsa da, bəxti müsaid olmadığı üçün məğlub oldu və 
geri qayıtdı. Yaqub xan onu təqib etdi. O, (Bəktaş xan) Mirmiranın 
(Əmir Qiyasəddinin) hündür hasarları olan evində gizləndi. Yaqub 
xan  Əhəristanda  düşərgə  saldı  və  bir  neçə  nəfəri  onu  gözətləməyə 
saxladı. O, (Bəktaş xan) gecə istədi ki, evin arxasında olan qapıdan 
                                                 
17 
Qızılbaşlar tarixi, Bakı, 1993, səh.33. 


 
36 
çıxıb, Kermana getsin. Onu gözətləyən İbrahim bəy Alıcı Zülqədər 
onunla rastlaşıb, tanıdı və istədi ki, onu tutub (Yaqub) xanın yanına 
aparsın. Bəktaş  xan qəzəblənib, o qədər vuruşdu  ki, (axırda) həlak 
oldu»
18. 
 
 
 
Abbas sultan Araşlı-Avşar 
 
Abbas sultan Vəli xanın qardaşıdır. İsgəndər bəy Münşi yazır: 
“Yaqub xan onları təqib edərək Yəzdə gəlib çatdıqda onların hərə-
kətlərində kin və ziddiyyət olduğunu öyrəndi və tutulan ağaları geri 
qaytarmaq haqda danışığa başladı, elə o dəm Yəzddən çıxaraq Şiraz 
yolunu önə tutdu. Bəktaş xan onun ardınca bir dəstə adam yolladısa 
da,  onlar  heç  onun  tozuna  belə  çata  bilmədilər.  Yaqub  xan  Şiraza 
çatan  kimi  Bəktaş  xana  imdad  edən  zülqədər  tayfasının  fəsadlı 
adamlarına  qarşı  çıxdı,  istədi  ki,  Bəktaş  xanın  şan-şöhrətini  aşağı 
salsın, onun iqtitar şöləsini tədbir zülalı ilə elə söndürsün ki, o, bir 
daha zülqədərlərdən kömək ala bilməsin. 
Şah tərəfindən ona Fars vilayətinin tənzimlənməsi üçün, özü-
nün  məsləhət  bildiyi  işləri  icra  etmək  tapşırıldığından,  əlahəzrət 
hümayun  padşahın  təhrikini  Bəktaş  xanın  əmisi  Abbas  sultan  Av-
şara  çatdırdı  və  Kermandakı  Avşar  tayfasına  elan  etdi  ki,  Abbas 
sultanın ətrafına yığışsınlar, çünki nəvvab şah Bəktaş xanı düz işlər-
dən sapdığına və özbaşına hərəkətlərinə görə həmin vilayəti Abbas 
sultana  vermişdir.  Həmişə  bu  arzuda  olan  Abbas  sultan  bu  təklifi 
bərk  şadyanalıqla  qarşıladı,  həmin  əyalət  və  mülklərin  idarə  olun-
ması tədbirlərini hazırladı və özünün zəbt əlini divan mallarına tərəf 
uzatdı. Nəqdi faydasız yerə nisyə ilə əvəz etməyin ziyan olduğunu 
düşünən  o  vilayətin  bütün  döyüşçüləri  ənamlar  almaq  və  münasib 
mənsəblərə çatmaq ümüdiylə onun başına toplaşdılar, Abbas xan da 
vilayətin idarə olunması ilə məşğul olmağa başladı. Bu xəbər Yəzdə 
                                                 
18
 Qızılbaşlar tarixi, Bakı, 1993, səh.33-34. 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə