Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə205/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   200   201   202   203   204   205   206   207   208

fikirləşir və öz günümü daha yaxşı planlaşdırıram, elə planlaşdırıram ki, işləri

onların vacibliyi ardıcıllığı ilə görüm”.

Amerikanın ən çox uğur qazanan sığorta agentlərindən biri, Franklin Bettcer

öz gününü planlaşdırmaq üçün səhər saat beşə qədər gözləmir. O, bunu sabahkı

gündən əvvəl axşam vaxtında edir: öz qarşısına müəyyən məqsəd qoyur –

növbəti gün müəyyən sayda sığorta polisi satmaq. Planını tam şəkildə yerinə

yetirmək ona müyəssər olmursa, satılmayan polisləri növbəti gün satmalı olduğu

polislərin üzərinə əlavə edir və ilaxir.

Çoxillik təcrübəm əsasında bilirəm ki, işləri onların vacibliyi ardıcıllığı ilə

həll etmək həmişə müyəssər olmur, lakin həm də bunu bilirəm ki, işləri görə-

görə improvizə etməklə müqayisədə işlərin növbəliliyinin heç olmasa təqribi

planlaşdırılması sonsuz qədər daha faydalıdır.

Əgər Corc Bernard Şou möhkəm qaydaya – ilk növbədə ən vacib işləri

görmək qaydasına əməl etməsəydi, o, ola bilsin, yazıçı ola bilməz və ömürlük

bank xəzinədarı qalardı. Onun planına uyğun olaraq, hər gün beş səhifə yazmaq

tələb olunurdu. Bu plan və qarşısına qoyduğu vəzifənin yerinə yetirilməsində

inadkarlığı onu xilas etdi. Bu plan onu ruhlandırdı: işıq ucu görünməyən doqquz

il ərzində hər gün, heç nəyə baxmayaraq, beş səhifə yazmaq. Hərçənd o, bu

doqquz il ərzində cəmi otuz dollar qazanmışdı – hər gününə təqribən bir penni.

Yaxşı əmək vərdişi – № 3: Qarşınızda problem meydana çıxanda, əgər qərar

qəbul etmək üçün sərəncamınızda zəruri faktlar varsa, onu dərhal həll edin. Həlli

təxirə salmayın.

Keçmiş dinləyicilərimdən biri, mərhum H.P.Hauell mənə danışmışdı ki, o,

“Y.S.Stil” poladtökmə kompaniyasının idarə heyətinin üzvü olanda idarə

heyətinin iclasları tez-tez uzanırdı. İclaslarda çoxlu problem müzakirə olunur və

az qərar qəbul edilirdi. Nəticədə idarə heyətinin üzvləri hər gün evə bir qalaq

sənəd aparmalı olurdular ki, onları öyrənə bilsinlər.

Əvvəl-axır cənab Hauell idarə heyətinin üzvlərini hər dəfə yalnız bir

problemi nəzərdən keçirməyə və onu həll etməyə inandıra bildi. Hər hansı bir

problemlə bağlı həll əlavə faktların axtarışından asılı ola bilərdi; hansısa

hərəkətlər nəzərdə tutula və ya ümumiyyətlə, heç bir tədbir görülməyə bilərdi.

Lakin növbəti problem ondan əvvəlki həll olunmadan nəzərdən keçirilmirdi.

cənab Houell danışırdı ki, nəticələr heyrətamiz və məhsuldar idi: iclasın

gündəliyi baxılıb başa çatdırılırdı. Yubadılmış işlər yox idi. İdarə heyətinin üzvləri

evə qucaq-qucaq sənəd aparmırdılar. Və idarə heyətinin üzvləri həll olunmayan

problemlərə görə onları təqib edən narahatlıq hissindən azad oldular.

Bu yalnız “Y.S.Stil” kompaniyasının idarə heyəti üçün yox, həm də sizin və

mənim üçün yaxşı qaydadır.

Yaxşı əmək vərdişi – № 4: İşi təşkil etməyi, məsuliyyəti başqasına ötürməyi

və nəzarəti həyata keçirməyi öyrənin.

İşgüzar adamların bir çoxu özlərini vaxtından əvvəl məzara ona görə çatdırır

ki, vəzifələri başqalarına ötürməyi eləcə öyrənə bilməyib, özləri hər şeyi etməyə

can atırlar. Nəticə? Adam xırdalıqların içində itib-batır, dolaşıqlıq yaranır. Onu

daima tələsmək hissi, narahatlıq, həyəcan və gərginlik bürüyür. Vəzifələri və

məsuliyyəti ötürmək çətindir, mən bunu bilirəm. Mənim üçün bu, açıq-aşkar

çətindir, dəhşətli dərəcədə çətindir. Öz təcrübəmdən həm də bunu bilirəm ki,

downloaded from KitabYurdu.org



məsuliyyəti bu iş üçün yaramayan adama ötürməklə nə kimi fəlakətlər baş verə

bilər. Lakin məsuliyyəti başqa adama ötürmək nə qədər çətin olsa da, inzibatçı

bunu etməlidir, əgər o, narahatlıqdan, gərginlikdən və yorğunluqdan qaçmaq

istəyirsə.

İri müəssisə yaradan və onun fəaliyyətini təşkil etməyi, məsuliyyəti ötürməyi

və nəzarəti həyata keçirməyi öyrənməyən adam əlli-altmış beş yaşlarında

gərginlik və narahatlığın doğurduğu hansısa ürək xəstəliyi qazanır, adətən.

Konkret nümunə lazımdır? Yerli qəzetinizdə verilən başsağlıqlarını oxuyun.

İyirmi altıncı fəsil

Yorğunluq, narahatlıq və

incikliyi doğuran darıxmaq hissini

necə aradan qaldırmalı

Yorğunluğun əsas səbəblərindən biri darıxmaqdır. Bunu sizin küçənizdə

yaşayan Alisanın nümunəsində aydınlaşdırmaq olar. Alisa bir dəfə işdən evə

tamamilə əldən düşmüş halda qayıtmışdı. Belə görünürdü ki, o, yorğunluqdan

heç ayaq üstə dayana bilmir. Və Alisa, həqiqətən də, yorğun idi. Onun başı

ağrıyırdı. Beli ağrıyırdı. Onun bircə arzusu var idi: şam yeməyini gözləmədən

uzanıb yatmaq. Anası ona yalvarırdı... Alisa stolun arxasına əyləşdi. Birdən

telefon zəng çaldı. Zəng edən onun dostu idi. Rəqs meydançasına getməyə dəvət

edirdi. Alisanın gözləri parladı. Onun əhvali-ruhiyyəsi dərhal yüksəldi. O qaçaraq

yuxarı, öz otağına qalxdı, ecazkar mavi paltarını geyindi və səhər saat üçə qədər

rəqs etdi; o, evə qayıdanda isə qətiyyən əldən düşmüş kimi görünmürdü. O,

sevincdən elə cuşa gəlmişdi ki, heç yuxuya da gedə bilmirdi. Səkkiz saat əvvəl

Alisa əldən düşmüş kimi görünəndə və özünü müvafiq surətdə aparanda o,

həqiqətənmi, yorğun idi? Şübhəsiz. Alisa ona görə həqiqətən əldən düşmüşdü ki,

iş, ola da bilsin, həyat onu darıxdırıb. Belə Alisalar milyonlarladır. Ola bilsin, siz

də onlardan birisiniz.

Hamı bilir ki, bizim emosional əhvali-ruhiyyəmizi fiziki gərginlikdən çox

yorğunluq doğurur. Bir neçə il əvvəl Cozef E.Barmak “Psixoloji arxivlər”

jurnalında özünün keçirdiyi, darıxmanın yorğunluğu necə doğurduğunu göstərən

bəzi eksperimentləriylə bağlı hesabat dərc etdirmişdi. Doktor Barmak bir qrup

tələbəyə bir sıra testi yerinə yetirməyi təklif etmişdi ki, həmin testlər tələbələri

maraqlandıra bilməzdi – bunu doktor Barmak özü də bilirdi. Nəticə? Tələbələr

yorğunluq və yuxusuzluqdan, başağrısından və gözlərinin yorulduğundan

şikayət etməyə başladılar, əsəbi oldular. Bəzilərində hətta mədə pozuntusu da

müşahidə olunurdu. Bütün bunlar “təxəyyülün işi” idi? Xeyr. Həmin tələbələrin

metabolizmi tədqiq olunmuşdu. Nəticələr göstərdi ki, adam darıxanda

orqanizmdə qanın təzyiqi və qanın oksigen təminatı, həqiqətən də, aşağı düşür.

Lakin adam işə maraq hiss edən və ondan həzz almağa başlayan kimi orqanizm-

də bütün maddələr mübadiləsi ani olaraq yaxşılaşır.

Maraqlı və əyləncəli nə iləsə məşğul olanda biz nadir hallarda yoruluruq.

Məsələn, bu yaxınlarda mən Kanadada, Qayalıq Dağlarda Luiz gölünün

yaxınlığında dincəlirdim. Bir neçə gün Korral-Krik bulağında alabalıq (forel)

tuturdum. Boyumdan hündür kol-kosluqdan keçməli, yıxılmış ağacların

gövdələrini adlamalı olurdum və bununla belə, səkkiz saatlıq səyahətdən sonra

yorulmurdum. Nə üçün? Ona görə ki yaxşı əhvali-ruhiyyədə idim, günümü yaxşı

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə