Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə206/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   200   201   202   203   204   205   206   207   208

keçirdiyimi hiss edirdim: axı mən altı çox böyük alabalıq tutmuşdum. Amma

balıq ovunu darıxdırıcı iş hesab etsəydim, onda bu, necə düşünürsünüz, mənim

fiziki halımda nə cür əks olunardı? Özümü yeddi min fut yüksəklikdə gərgin

işdən əldən düşmüş halda hiss edərdim.

Hətta alpinizm kimi çətin idman növü ilə məşğul olan adamlarda da

darıxmaq əhəmiyyətli dərəcədə böyük fiziki səylərdən çox yorğunluq doğura

bilər. Məsələn, Minneapolis şəhərində Fermerlərin və Mexaniklərin Əmanət

Bankının prezidenti cənab S.H.Kinqmen mənə bu tezis üçün əla illüstrasiya olan

bir hadisə haqqında danışmışdı. 1943-cü ilin iyulunda Kanada hökuməti Kanada

alpinistlər klubuna müraciət edərək “Uels şahzadəsi adına diversiya-kəşfiyyat

alayı”nın alpinizm üzrə məşqlər keçməsi üçün bələdçilər ayırmasını xahiş

etmişdi. Həmin əsgərlərlə məşqlərin keçirilməsi tapşırılan bələdçilərin sırasında

cənab Kinqmen də var idi. cənab Kinqmen danışırdı ki, özü və qırx iki yaşdan əlli

doqquz yaşa qədər digər bələdçi-kişilər cavan əsgərlər üçün buzlaqlardan və qar

çöllərindən uzunmüddətli keçidlər təşkil edir, onlar kəndirlərin və ayaqlar üçün

xırdaca və əllər üçün etibarsız dayaqların köməyi ilə qırx fut hündürlüyündə

sıldırım qayalara dırmaşırdılar.

Onlar Kanadanın Qayalıq Dağlarındakı Littl-Yoho dərəsində Maykl pikinə,

Vitse-prezident pikinə və digər adsız zirvələrə dırmaşırdılar. Əla fiziki formada

olan həmin cavan adamlar (onlar lap bu yaxınlarda diversiya-desant qoşunları

döyüşçülərinin hazırlığı üzrə altıhəftəlik heç də asan olmayan kursları

bitirmişdilər) on beş saat ərzində bu dağlara dırmaşandan sonra tamamilə

heydən düşmüş vəziyyətdə olurdular.

Onların yorğunluğunu doğuran bu idi ki, hazırlıq kurslarında məşq

etdirilməyən əzələlərini istifadə edirdilər? Diversiya-desant qoşunları düşər-

gəsində hazırlıq keçmiş istənilən əsgər bu cür sarsaq suala bərkdən gülərdi. Xeyr,

əsgərlər yalnız buna görə heydən düşmüşdülər ki, dağ yamacları ilə dırmaşmaq

onlar üçün darıxdırıcı idi. Onlar elə yorulmuşdular ki, əksəriyyəti heç şam

yeməyini gözləmədən yuxuya getmişdi. Bəs bələdçilər özlərini necə hiss

edirdilər? Axı onlar əsgərlərdən iki və hətta üç dəfə yaşlı idilər. Onlar

yorulmuşdular? Bəli, yorulmuşdular, amma heydən düşməmişdilər. Onlar şam

yeməyini yedikdən sonra gün ərzində baş verənləri hələ bir neçə saat da

müzakirə etmişdilər. Bələdçilər buna görə yorğunluq hiss etmirdilər ki, onlara

maraqlı idi.

Kolumbiya Universitetindən doktor Edvard Torndayk yorğunluğun

öyrənilməsi üzrə eksperiment keçirəndə cavan adamlara fövqəladə dərəcədə

maraqlı iş tapşıraraq, onlara, demək olar, bir həftə ərzində yatmağa imkan

vermirdi. Uzun tədqiqatlardan sonra doktor Torndayk, bildirildiyi kimi, bu

qənaətə gəldi: “İş qabiliyyətinin aşağı düşməsinin yeganə əsl səbəbi

darıxmaqdır”.

Əgər siz əqli əməklə məşğulsunuzsa, onda görülmüş işin həcmindən nadir

hallarda yorulursunuz. Siz yerinə yetirməyi çatdırmadığınız işdən yorula

bilərsiniz. Məsələn, yəqin, yadınızdadır ki, keçən həftə sizi işdən daim ayırırdılar.

Siz məktublara cavab vermədiniz. Təyin olunmuş görüşlər baş tutmadı. Orada və

burada xoşagəlməz hallar. Həmin gün hər şey kəlləmayallaq getdi. Siz heç nəyi

çatdırmadınız, amma evə haldan düşmüş vəziyyətdə və başağrısı ilə getdiniz.

downloaded from KitabYurdu.org



Növbəti gün kontorda hər şey yağ kimi gedirdi. Siz əvvəlki günlə müqayisədə

qırx dəfə çox iş görməyə müyəssər oldunuz. Evə qıvraq qayıtdınız və

görkəminizdən yorğun olduğunuzu qətiyyən demək olmazdı. Sizdə belə olubmu?

Məndə də olub.

Bundan nə kimi dərs hasil olur? Yalnız bir: çox vaxt yorğunluğu doğuran iş

yox, narahatlıq, əlacsızlıq və inciklik hissidir.

Bu fəslin üzərində işlədiyim mərhələdə mən Cerom Kernin “Üzən teatr”

məftunedici musiqili komediyasının quruluşuna baxmağa getdim. Kapitan Endi –

“Pambıq kolunun zaman gəmisinin kapitanı” öz fəlsəfi

interlüdiyalarından

85

birində deyir: “Yalnız o adamlar xoşbəxtdirlər ki, onlar



özlərinə zövq verən işlə məşğul ola bilirlər”. Bu adamlar ona görə xoşbəxtdirlər

ki, onlarda enerji daha çoxdur, daha xoşbəxtdirlər, az narahatdırlar və az

yorulurlar. Maraqlarımız hara yönəlibsə, bizim enerjimiz də ora

istiqamətlənibdir. Sizə valeh olan sevgilinizlə on mil məsafəni getmək deyingən

həyat yoldaşı ilə on kvartalı keçməkdən az yorucu ola bilər.

Hə, nə olsun ki? Siz bununla bağlı nə edə bilərsiniz? Oklahoma ştatı, Talsa

şəhərində yerləşən bir neft firmasında işləyən stenoqrafçı xanım bax belə

etmişdi. Hər ay bir neçə gün ərzində ona təsəvvür edilməsi mümkün olan ən

darıxdırıcı işlərdən birini etmək lazım gəlirdi: neft yataqlarının icarəyə

götürülməsi haqda çap olunmuş müqavilələri, rəqəmləri və statistik məlumatları

yerinə qoyaraq doldurmaq. İş elə bir dərəcədə darıxdırıcı idi ki, o, bu işi

özünümüdafiə qismində maraqlı etməyi qərara aldı.

Necə? Qız hər gün öz-özü ilə yarışırdı. Hər səhər doldurduğu blankları sayır,

sonra isə gün ərzində bundan çox doldurmağa çalışırdı. Günün axırında o,

doldurduğu sənədləri yenə də sayır və növbəti gün bundan da çox yerinə

yetirməyə çalışırdı. Nəticə? Tezliklə o, bu darıxdırıcı blankları öz şöbəsində

işləyən istənilən stenoqrafçı qızdan çox doldururdu. O, bunun müqabilində nə

qazandı? Tərif? Xeyr... Təşəkkür? Xeyr... Lakin o, darıxmaqdan doğan

yorğunluqdan yaxasını qurtara bildi. Onun psixiki stimulyatoru meydana çıxdı.

Darıxdırıcı işi maraqlı etmək istəyi qıza enerji və entuziazm gətirdi.

O, boş vaxtlarında qat-qat çox sevinc alırdı. Təsadüfən belə alınıb ki, bu

hadisənin doğru olduğu mənə bəllidir – axı mən həmin qızla evlənmişəm.

Bu isə başqa bir stenoqrafçı qızın əhvalatıdır ki, o, işinin guya maraqlı olduğu

kimi fəaliyyət göstərməyin məna kəsb etdiyinə əmin olub. Keçmişdə o, işini

yerinə yetirmək üçün çox böyük səy göstərməli olurdu. Lakin indi vəziyyət

dəyişib. Onun adı xanım Velli C.Qoldendir. O, mənə bax bunu yazıb:

“Kontorumuzda dörd stenoqrafçı qız işləyir və bizdən hər birimizə bir neçə

əməkdaşın məktublarını yazmaq tapşırılır. Bəzən elə olur ki, biz bu cür

tapşırıqların altında itib-batırıq. Bir dəfə, şöbəmizin müdir müavini uzun

məktubu yenidən çap etməyimi təkid edəndə hiddətləndim. Onu inandırmağa

çalışırdım ki, təkrar çap etmək tələb olunmur və məktuba bunsuz da düzəliş

etmək olar. Müdir müavini cavab verdi ki, əgər mən bundan imtina etsəm, onda

o, bu işi etməyə razı olan başqa bir adam tapacaq! Qəzəbdən özümdən

çıxmışdım. Lakin mən həmin məktubu yenidən çap etməyə başlayanda qəfildən

başa düşdüm ki, çoxları özünü xoşbəxt hesab edərdi, əgər mənim etdiyim işi ala

bilsəydi. Və üstəlik də mənə məhz bu işə görə maaş verirdilər. Əhvali-ruhiyyəm

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə