Az Book Library downloaded from KitabYurdu org Deyl Karnegi



Yüklə 4,35 Mb.
Pdf görüntüsü
səhifə208/208
tarix14.09.2018
ölçüsü4,35 Mb.
#68593
1   ...   200   201   202   203   204   205   206   207   208

deyirdi: “Amerikalı... amerikalı...” Ardınca şlyapasını çıxarır və içəridən

yapışdırılmış gözəl fransız dilində mətni göstərirdi. Evin qadını ürəkdən gülür, o

özü də gülürdü və ona başqa şəkilləri göstərirdi. Bu haqda danışaraq

H.B.Kaltenborn etiraf etdi ki, onun işi heç da yüngül deyildi. Lakin ona bir

keyfiyyəti kömək etdi: öz işini maraqlı etmək qətiyyəti. Hər səhər işə

yollanmazdan qabaq o, güzgüyə baxır və özünü bu sözlərlə ruhlandırırdı:

“Kaltenborn, əgər sən yemək istəyirsənsə, bu işi yerinə yetirməlisən. Sən bu işi

yerinə yetirmək məcburiyyətində olduğundan niyə də onu xoş və maraqlı

eləməyəsən? Sən hər dəfə qapının zəngini vuranda özünü tamaşaçıların baxdığı

aktyor kimi təsəvvür edə bilərsən. Axı sənin elədiyin, əvvəl-axır, səhnədə edilən

hansısa bir hərəkət kimi gülməlidir. Belədirsə, öz oyununu ilham və fəhmlə niyə

də yerinə yetirməyəsən?”

Mister Kaltenborn mənə danışdı ki, hər gün özü ilə bu cür ruhlandırıcı

söhbət etmək ona başlanğıcda nifrət və qorxu doğuran işi xoşuna gələn və çoxlu

gəlir gətirən işə çevirməyə kömək etdi.

Mən cənab Kaltenborndan həyatda uğur qazanmaq yanğısı ilə yaşayan gənc

amerikalılara hansısa məsləhət verə bilib-bilməyəcəyini soruşanda o dedi: “Hər

səhər öz üzərinizdə işləyin. Biz çoxlarının düşüb qaldığı yarıyuxulu vəziyyətdən

çıxaran fiziki məşqlərin vacibliyi barədə çox danışırıq. Amma biz bundan da çox

özümüzü hər səhər fəaliyyətə stimullaşdıran mənəvi və ruhi məşqlərə möhtacıq.

Özünüzə ruhlandırıcı sözlər deməyi unutmayın”.

Öz-özünlə hər gün etdiyin ruhlandırıcı söhbət yüngülxasiyyətlik, axmaqlıq və

uşaqlıq kimi görünür? Xeyr, əksinə, sağlam psixologiyanın mahiyyətinin özü

məhz elə bundadır. “Bizim həyatımız – bizim onun haqda nə düşündüyümüzdür”.

Bu sözlər Mark Avreli onları “Düşüncələr” kitabında yazdığı on səkkiz əsr əvvəl

olduğu kimi, bizim vaxtımızda da doğrudur: “Bizim həyatımız – bizim onun

haqda nə düşündüyümüzdür”.

Günün hər bir saatında özünüzlə danışmaqla siz öz fikirlərinizi idarə etməyi

öyrənə bilərsiniz. Mərdlik və xoşbəxtlik, qüvvə və rahatlıq haqda fikirləşin.

Minnətdar olmalı olduğunuz şeylər haqda özünüzlə danışaraq siz

ruhlanacaqsınız və qəlbiniz mahnı oxuyacaq.

Fikirlərinizi müsbət nota kökləyin və istənilən iş sizə daha az xoşagəlməz

görünəcək. Müdiriniz istəyir ki, siz işinizə maraq göstərəsiniz, çünki onun gəliri

bundan asılıdır. Lakin müdirin nə istədiyini yaddan çıxaraq. Yalnız bu haqda

fikirləşin ki, özünüzdə işinizə maraq yaratmaqla nə əldə edəcəksiniz. Özünüzə

xatırladın ki, siz həyat sevincini ikiqat artıq duyacaqsınız, çünki öz fəal

həyatınızın yarısına qədərini işdə keçirirsiniz. Buna görə də, əgər işiniz sizə

sevinc gətirməsə, onda siz sevinci, ola bilsin, heç vaxt heç yerdə tapmayacaqsınız.

Özünüzə xatırladın ki, işinizə maraq göstərməyiniz sizi narahatlıqdan xilas

edəcək və son nəticədə sizi, çox ola bilsin, vəzifədə yüksəliş və əməkhaqqının

artırılması gözləyir. Hətta əgər bu baş verməsə də, işə olan maraq

yorğunluğunuzu azaldacaq və boş vaxtlarınızdan zövq almaqda sizə kömək

edəcək.

İyirmi yeddinci fəsil



Yuxusuzluğa görə narahatlıqdan

necə yaxa qurtarmalı

downloaded from KitabYurdu.org



Pis yatanda narahat olursunuzmu? Onda sizə bunu bilmək, ola bilsin, maraqlı

olacaqdır ki, bütün dünyada məşhur olan hüquqşünas Semyuel Uentermeyer

ömründə bir dəfə də olsun normal yatmayıb.

Sem Uentermeyer kollecə daxil olanda onu iki azar narahat edirdi: astma və

yuxusuzluq. O, hər şeydən göründüyü kimi, bunlardan heç birini müalicə edə

bilmədi, ona görə də bunu kompensasiya edə biləcək nə isə – oyaq qalmağından

fayda hasil etməyi qərara aldı. Bütün gecəni yataqda bir böyründən o biri böyrü

üstə vurnuxmağın və özünü əsəb pozuntusu halına çatdırmağın yerinə, o ayağa

qalxır və məşğul olurdu. Nəticəsi? O, fənlərin hamısı üzrə parlayırdı və onu Nyu-

York şəhər kollecinin dühalarından biri hesab edirdilər.

Hətta hüquqşünas praktikasına başlayandan sonra da o, yuxusuzluqdan

canını qurtara bilmədi. Lakin Untermeyer ruhdan düşmürdü. “Təbiət, – deyirdi o,

– mənim qeydimə qalacaq”. Təbiət onun qeydinə qalırdı. Yuxunun çatışmazlığına

baxmayaraq, onun sağlamlığı pisləşmirdi və o, Nyu-York advokaturasının

istənilən cavan hüquqşünası kimi inadkarcasına işləyə bilirdi. O hətta onlardan

da çox işləyirdi. Axı onlar yatanda o zəhmət çəkirdi.

İyirmi bir yaşında olanda Sem Untermeyer ildə yetmiş beş min dollar

qazanırdı; digər cavan vəkillər onun metodlarını öyrənmək üçün Semin çıxış

etdiyi məhkəmələrə gəlirdilər. 1931-ci ildə bir işi aparmaq üçün ona bütün tarix

ərzində vəkilə ödənilən ən yüksək qonorar – bir milyon dollar ödəmişdilər, özü

də nağd pulla.

Amma yata bilməmək onda əvvəlki kimi qalırdı. O, adətən, gecənin yarısını

mütaliə edirdi, sonra isə səhər saat beşdə ayağa qalxır və məktubları diktə

etməyə başlayırdı. Adamların əksəriyyəti öz iş gününü yenicə başladığı vaxt onun

gündəlik işinin, demək olar, yarısı yerinə yetirilmiş olurdu. Bu adam səksən bir

yaşına qədər yaşadı, hərçənd heç vaxt normal yatmamışdı. Amma o, yuxuya gedə

bilmədiyinə görə əsəbiləşsə və həyəcan keçirsəydi, onda öz həyatını, ola bilsin,

məhv etmiş olardı.

Biz həyatımızın üçdəbirini yuxuda keçiririk. Lakin yuxunun özü ilə nə

təcəssüm etdirdiyini heç kim bilmir. Biz bilirik ki, bu, vərdiş və dincəlmək halıdır

və bunu da bilirik ki, təbiət bununla qayğıların bizə vurduğu ziyanı

kompensasiya edir. Lakin biz hər bir adama nə qədər yuxu lazım olduğunu

bilmirik. Biz heç bunu da bilmirik ki, ümumiyyətlə, yuxu bizə lazımdırmı?

Fantastikadır? Deməli, baxın, Birinci Dünya müharibəsində güllə macar

əsgəri Paul Kernin alın nahiyəsini zədələmişdi. O yaralanandan sonra yaxşılaşdı,

lakin çox maraqlı olan budur ki, o, heç cür yuxuya gedə bilmirdi. Həkimlər nə

etsələr də – onlar isə sedativ və narkoloji preparatların hamısını və hətta

hipnozu da istifadə etmişdilər – Paul Kerni yuxuya vermək və ya heç olmasa

mürgülü hala salmaq qeyri-mümkün idi.

Həkimlər dedilər ki, onun günləri say hesabı qalıb. Lakin Paul Kern onları

aldatdı. O, işləməyə başladı və uzun illər ərzində özünü əla hiss edirdi. Adətən, o,

yatağa uzanır, gözlərini yumur və dincəlirdi, lakin yatmırdı. Paul Kernlə bağlı bu

hadisə həkimlər üçün eləcə sirr olaraq qaldı.

Bəzi adamlara başqaları ilə müqayisədə çox yatmaq zəruridir. Toskanini

üçün sutkada beş saat yuxu kifayət edirdi, lakin Kelvin Kulidc, demək olar, iki

dəfə çox yatırdı. Kulidc hər iyirmi dörd saatdan on birini yatırdı. Başqa sözlə,

downloaded from KitabYurdu.org



Toskanini öz ömrünün təqribən beşdəbirini, Kulidc isə, demək olar, yarısını

yatıb.


Yuxuya gedə bilməməklə bağlı narahatlıq sizə yuxusuzluğun özündən qat-

qat çox ziyan vurar. Məsələn, mənim dinləyicilərimdən biri – Aira Sendner

xroniki yuxusuzluq üzündən intihar həddinə çatmışdı.

“Mən, həqiqətən də, fikirləşirdim ki, dəli oluram, – deyə Aira Sendner mənə

hekayət edirdi. – Bəla bunda idi ki, lap başlanğıcda mən həddən artıq möhkəm

yatırdım. Zəngli saat zəng çalanda mən oyana bilmirdim və buna görə də səhərlər

işə gecikirdim. Mən buna görə fikir edirdim. Və üstəlik də rəisim mənə işə mütləq

vaxtında gəlməyim barədə xəbərdarlıq etmişdi. Bilirdim ki, əgər əvvəlki kimi

yatıb qalsam, məni işdən çıxaracaqlar.

Bu haqda dostlarıma danışdım və onlardan biri mənə yatmağa uzananda

diqqətimi zəngli saatın üzərində cəmləməyi məsləhət gördü. Bununla da mənim

yuxusuzluğum başlandı! Lənətə gəlmiş zəngli saatın sonsuz çıqqıltısı məni daima

təqib edirdi. Yuxumu itirdim və bütün gecəni yatağımda vurnuxurdum. Səhər isə

özümü, demək olar, xəstə kimi hiss edirdim. Yorğunluq və narahatlıq məni əldən

salırdı. Bu, səkkiz həftə davam elədi. Əzablarımın hamısını sözlərlə ifadə etmək

qeyri-mümkündür. Əmin idim ki, dəli oluram. Hərdən elə olurdu ki, uzun müddət

otaqda dala və qabağa var-gəl edir və bütün bunlardan canımı birdəfəlik

qurtarmaq üçün özümü pəncərədən atmaq barədə tam ciddi surətdə

fikirləşməyə başlayırdım!

Nəhayət, bütün ömrüm boyu tanıdığım bir həkimə müraciət etdim. O dedi:

“Aira, sənə kömək etmək mənim gücüm xaricindədir. Sənə heç kim kömək edə

bilməz, çünki özünü bu hala sən özün gətirib çıxarmısan. Bu gün gecə yatağına

sakitcə uzan, əgər yuxuya gedə bilməsən, bunu yadından çıxart. Sadəcə olaraq,

özünə de: “Əgər mən yuxuya getməsəm, bu, məni azacıq da olsa narahat etmir.

Mən razıyam, səhərə qədər oyaq qalacağam”. Gözlərini yumaraq uzan və de: “Nə

qədər ki sakitcə uzanmışam və əsəbiləşmirəm, mən bu və ya digər şəkildə

dincəlirəm”.

“Mən onun məsləhətinə əməl etdim, – deyir Sendner, – və iki həftədən sonra

yatmağa başladım. Heç bir ay da keçmədi, səkkiz saat yatmağa başladım və

əsəblərim sakitləşdi”.

Aira Sendneri özünü intihar etmək dərəcəsinə gətirib çıxaran yuxusuzluq

yox, yuxunun olmaması ilə bağlı keçirdiyi narahatlıq idi.

Yuxu problemini yer üzərində heç kim Çikaqo Universitetinin professoru,

doktor Nataniel Kleytman qədər dərin öyrənməyib. O, yuxu üzrə dünyada ən

böyük mütəxəssislərdən biridir. O bildirir ki, indiyə qədər hələ heç kim

yuxusuzluqdan ölməyib. Gerçəklikdə isə, adam yuxusuzluğa görə elə narahat ola

bilər ki, onda orqanizmin müqavimət qabiliyyəti azalır və o, mikrobların

qarşısında aciz qalır. Lakin bu ziyanı yuxusuzluq yox, narahatlıq gətirir.

Doktor Kleytman həmçinin bunu da bildirir ki, yuxusuzluqdan şikayət edən

adamlar, adətən, özləri bunu təsəvvür etdiklərindən çox yatırlar. Çox vaxt, ola

bilsin ki, bütün gecəni heç gözünü də yummadığına and içən adam özü də

bundan şübhələnməyərək bir neçə saat yatıb. Məsələn, on doqquzuncu əsrin ən

məşhur fikir dühalarından biri olan Herbert Spenser subay qoca idi və pansionda

yaşayırdı. O, yuxusuzluğu ilə bağlı şikayətlərlə hamını təngə gətirmişdi. O hətta

downloaded from KitabYurdu.org



səs-küydən özünü qorumaq və əsəblərini sakitləşdirmək üçün qulaqlarına

pambıq da tıxayırdı. Hərdən yuxusunun gəlməsi üçün tiryək qəbul edirdi. Bir

dəfə o, Oksfordun professoru Seyslə bir nömrədə gecələməli olmuşdu. Səhər

Spenser bildirirdi ki, bütün gecəni heç gözünü də yummayıb. Əslində isə bütün

gecəni professor Seys gözünü yummamışdı. O yuxuya gedə bilmirdi, çünki

Spenser xoruldayırdı.

Yaxşı yuxu üçün birinci şərt təhlükəsizlik hissidir.

Həm də fiziki tədbirlərin köməyi ilə süstləşməyi öyrənin. “Əsəb

gərginliyindən xilas olmaq” kitabının müəllifi, doktor Devid Harold Fink hesab

edir ki, bunun üçün ən yaxşı üsul – öz bədəninlə söhbət etməkdir. Doktor Finkin

dediyinə görə, sözlər hər növ hipnozun açarıdır və əgər siz sistematik olaraq yata

bilmirsinizsə, deməli, özünüzə təlqin etmisiniz ki, sizdə yuxusuzluq var. Bundan

xilas olmaq üçün özünü dehipnozlaşdırmaq lazımdır və bunu siz bədəninizin

əzələlərinə belə deməklə edə bilərsiniz: “Sakitləşin, sakitləşin – süstləşin və

dincəlin”. Biz artıq bilirik ki, əgər əzələlərimiz gərilmiş vəziyyətdədirsə, onda

beynimiz və əsəblərimiz süstləşə bilmir. Buna görə də, əgər siz yuxuya getmək

istəyirsinizsə, əzələlərinizdən başlayın. Doktor Fink tövsiyə edir ki (və bu,

praktikada kömək edir), ayaqların gərginliyini azaltmaq üçün bir balışı dizlərin

altına və iki balaca balışı eyni səbəbə görə əllərin altına qoymaq lazımdır. Sonra

isə öz çənələrinizə bir-birindən ayrılmalarını, gözlərinizə, əllərinizə və

ayaqlarınıza isə süstləşməli olduqlarını deyə-deyə, heç özünüz də bunu

bilmədən, nəhayət, yuxuya gedəcəksiniz. Əgər yuxunuz pisdirsə, doktor Finkin,

haqqında artıq danışdığım “Əsəb gərginliyindən xilas olmaq” kitabını oxuyun. Bu,

mənim bildiyim yeganə kitabdır ki, özü ilə həm maraqlı mütaliə, həm də

yuxusuzluqdan dərman təcəssüm etdirir.

Yuxusuzluğa qarşı ən yaxşı vasitə bağçada işdən, tennis və qolf oynamaqdan,

xizək sürməkdən və sadəcə olaraq, taqətdən salan fiziki işdən yaranan fiziki

yorğunluqdur. Teodor Drayzer məhz elə bu cür edirdi. O, ədəbiyyata özünə yol

açanda yuxusuzluq ona əziyyət verirdi. Onda o, Nyu-York mərkəzi dəmir yoluna

fəhlə işinə getdi; bütün günü rels mismarlarını vurandan və bellə çınqıl tökəndən

sonra isə o, elə əldən düşmüş olurdu ki, şam yeməyini gözləyənə qədər

yatmamaq üçün bütün gücünü toplayıb yuxu ilə mübarizə aparmalı olurdu.

Əgər biz kifayət qədər yorulmuşuqsa, onda təbiət bizi hətta yeriyə-yeriyə də

yatmağa məcbur edəcək. Mən bunu öz təcrübəmdə sınamışam. On üç yaşım

olanda atam yaxşıca kökəldilmiş donuzları vaqonla Missuri ştatının Sent-Co

şəhərinə göndərirdi. Ona dəmir yolu ilə pulsuz gediş üçün iki talon verildiyindən

məni də özü ilə apardı. Bu səfərə qədər mən sakinlərinin sayı dörd mindən çox

olan şəhərdə heç vaxt olmamışdım. Mən Sent-Coda – altmış min əhalisi olan

şəhərdə olanda çox coşqun hala düşdüm. Mən altımərtəbəli göydələnlər və –

möcüzənin möcüzəsi – tramvay gördüm. Və hətta indinin özündə də gözlərimi

yummağa bəndəm ki, həmin tramvayı həm görür, həm də eşidirəm. Həyatımın ən

möcüzəli və həyəcanlı günündən sonra biz atamla qatarda geri, Reyvenvuda

qayıtdıq. Biz ora səhər saat ikidə çatdıq və fermamıza yetişmək üçün dörd mil

məsafə qət etməli olduq. Və bu əhvalatın məğzi görün nədir. Heydən elə

düşmüşdüm ki, yeriyə-yeriyə məni yuxu apardı və hətta yuxu da gördüm. Atın

downloaded from KitabYurdu.org




belində yatmağım da nadir hal deyildi. Gördüyünüz kimi, mən sağ-salamatam və

sizə bu haqda danışa bilirəm...

Tamamilə əldən düşmüş adamlar topların gurultusu və müharibənin dəhşət

və təhlükələrinə baxmayaraq, yatırlar. Məşhur nevroloq, doktor Foster Kennedi

mənə danışmışdı ki, 1918-ci ildə 5-ci Britaniya ordusu geri çəkilən vaxt o, əldən

düşmüş o qədər əsgər görmüşdü ki, onlar harada dayanırdılarsa, elə oradaca

yerə yıxılır və komaya bənzər surətdə bərk yuxuya gedirdilər. Bu əsgərlər heç

doktor Kennedi onların göz qapaqlarını barmaqları ilə qaldıranda da

oyanmırdılar. O həm də deyirdi ki, onların bəbəkləri həmişə mütləq yuxarı

zillənmiş olurdu. “Bundan sonra, – deyə doktor Kennedi danışırdı, – özümün

yuxum pozulanda göz almacığımı elə hərlədirdim ki, bəbəklərim eyni vəziyyətdə

olsun. Adətən, bir neçə saniyədən sonra əsnəməyə başlayır və yuxuladığımı hiss

edirdim. Məndə avtomatik refleks yaranmışdı ki, onu idarə etmək iqtidarında

deyildim”.

İndiyədək hələ heç kim yuxudan imtina etməklə həyatını intiharla başa

vurmayıb və bunu heç kim etməyəcək də. Təbiət insanı onun iradəsinin nə qədər

güclü olmasına baxmayaraq, yatmağa məcbur edəcək. Təbiət bizə qidasız və

susuz qalmağa yuxusuz qalmaqdan qat-qat çox izin verir.

İntihar barədə danışarkən yadıma doktor Henri S.Linkin “İnsanın ikinci dəfə

kəşf olunması” kitabında təsvir etdiyi hadisə düşdü. Doktor Link Psixoloji

Korporasiyanın vitse-prezidentidir və o, narahatlıqdan və depressiyadan əziyyət

çəkən bir çox adamla söhbət edib. O, “Qorxuların və narahatlığın aradan

qaldırılması haqqında” fəsildə öz həyatını intiharla başa vurmaq istəyən bir

pasient barədə danışır. Doktor Link bilirdi ki, xəstə ilə mübahisə etməyin heç bir

faydası yoxdur, bundan onun halı yalnız pisləşə bilərdi. Və o, öz pasientinə dedi:

“Əgər siz həyatınızı istənilən halda intiharla başa vurmaq istəyirsinizsə, heç

olmasa özünüzü qəhrəmancasına apara bilərdiniz. Canınız çıxıb yıxılana qədər

kvartalın ətrafında qaçın”.

Pasient bunu özü də bir dəfə yox, bir neçə dəfə etməyə cəhd elədi və hər dəfə

də özünü fiziki cəhətdən olmasa da, psixiki cəhətdən nisbətən daha yaxşı hiss

edirdi. Üçüncü axşamda doktor Linkin ilk növbədə nail olmaq istədiyi nəticə əldə

olundu. Xəstə fiziki cəhətdən o qədər yoruldu ki (və fiziki cəhətdən o qədər

süstləşdi ki), ölü kimi yatdı. Sonralar o, atlet klubuna yazıldı və idman

yarışlarında iştirak etməyə başladı. Tezliklə özünü o qədər yaxşı hiss eləməyə

başladı ki, əbədi yaşamaq arzusuna düşdü.

Beləliklə, yuxusuzluqla bağlı narahatlıqdan yaxa qurtarmaq üçün mən sizə

dörd qaydanı təklif edirəm:

1. Əgər siz yata bilmirsinizsə, Semyuel Uentermeyerin nümunəsini təkrar

edin. Qalxın və yuxunuz gəldiyini hiss edənə qədər mütaliə edin.

2. Yadda saxlayın ki, yuxu çatışmazlığından indiyə qədər hələ heç kim

ölməyib. Yuxusuzluğa görə narahatlıq, adətən, yuxusuzluğun özündən çox ziyan

gətirir.


3. Öz bədəninizi süstləşdirin. “Əsəb gərginliyindən azad olmaq” kitabını

oxuyun.


4. Fiziki məşqlər edin. Özünüzü elə bir fiziki yorğunluq vəziyyətinə çatdırın

ki, oyaq qalmağa halınız olmasın.

downloaded from KitabYurdu.org



Xülasə

Qayda 1: Nə vaxt yorulacağınızı gözləmədən dincəlin.

Qayda 2: İşdə özünüzü süstləşdirməyi öyrənin.

Qayda 3: Əgər siz evdar qadınsınızsa, evdə özünüzü süstləşdirməklə

sağlamlığınızı və xarici görkəminizi qoruyun.

Qayda 4: Bu dörd yaxşı əmək vərdişini tətbiq edin:

a. Yazı stolunuzu hazırda həll olunan problemə dəxli olmayan kağızların

hamısından azad edin.

b. İşləri onların vaciblik ardıcıllığı üzrə həll edin.

c. Qarşınızda problem duranda, əgər sərəncamınızda qərar qəbul etmək

üçün zəruri olan faktlar vardırsa, onu dərhal həll edin.

d. İşi təşkil etməyi, vəzifələri, məsuliyyəti başqasının ixtiyarına verməyi və

nəzarəti həyata keçirməyi öyrənin.

Qayda 5: Narahatçılığın və yorğunluğun qarşısını almaq üçün entuziazmla

işləməyə çalışın.

Qayda 6: Yadda saxlayın ki, yuxu çatışmazlığından indiyədək hələ heç kim

ölməyib. Yuxusuzluq üzündən narahatlıq yuxusuzluğun özündən qat-qat çox

ziyanlıdır.

84 Astenopiya (tibb.) – gözlərin tez yorulması

85 İnterlüdiya – bir musiqi əsərinin hissələri arasında çalınan başqa kiçik

musiqi pyesi

downloaded from KitabYurdu.org



Yüklə 4,35 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə