Polkovnik Edvard M.Hauz Vudro Vilsonun prezidentliyi dövründə ölkənin
daxili və xarici işlərində çox böyük təsirə malik idi.
Vilson məxfi məsləhətlər və tövsiyələr üçün öz kabinetinin üzvlərindənsə
polkovnik Hauza müraciət edirdi.
Prezidentə təsir göstərmək üçün polkovnik hansı metodlardan istifadə
edirdi? Xoşbəxtlikdən, biz bunu polkovnik Hauzun öz sözlərindən bilirik. Hauz öz
sirrini, onun danışdıqlarını “Seterdey İvninq Post” qəzetinin səhifələrində dərc
etdirmiş Artur D.Smitə açmışdı.
“Mən prezidentlə yaxşı tanış olandan sonra başa düşdüm ki, onun diqqətini
hər hansı bir ideyaya cəlb etməyin ən yaxşı üsulu həmin ideyanı yolüstü,
saymazyanalıqla ortaya atmaq, və etmək ki, bu ideya onu maraqlandırsın,
bundan öz ideyası kimi yapışsın. Birinci dəfə bu, təsadüfən baş vermişdi.
Prezidentlə Ağ Evdə görüşəndə ona, mənə belə gəlir ki, prezident tərəfindən
bəyənilməyən müəyyən bir siyasi xətt təklif etdim. Lakin üstündən bir necə gün
keçəndən sonra, prezidentin yanında naharın gedişində fikir verdim ki, o, mənim
ideyamı öz şəxsi ideyası kimi yeridir”.
Düşünürsünüz ki, Hauz onu dayandırdı və dedi: “Bu, sizin ideyanız deyil,
mənimdir?!”
Əlbəttə, yox. Bunu istənilən başqa adam deyərdi, bircə Hauz yox. O, həddən
artıq ağıllı adam idi.
Müəlliflik hüququnun öz adına yazılmayacağı onu narahat etmirdi. Ona
nəticələr lazım idi. Buna görə də o, Vilsonda bu fikri saxladı ki, ideya ona –
Vilsona məxsusdur. Hauz hətta bundan da artığını elədi: o, Vilsonun ideyasını
ictimaiyyət qarşısında təriflədi.
Unutmayaq ki, sabah iş görməli olacağımız adamlar da Vudro Vilson kimi
insani keyfiyyətlərə malikdirlər. Beləliklə, biz polkovnik Hauzun metodundan
istifadə edəcəyik.
Nyu-Brasuikdən olan bir işbaz mənə münasibətdə analoji hərəkət etmiş və
öz məqsədinə nail olmuşdu. Bir dəfə könlümə balıq tutmaq və Brasuik
yaxınlığında baydarkada üzmək düşmüşdü. Mən informasiya üçün turizm
bürosuna müraciət etdim.
Mənim adım və mənim ünvanım, görünür, hansı isə siyahıda qeyd
olunmuşdu və tezliklə çoxlu sayda məktub, broşüra, reklam vərəqləri leysan kimi
üstümə töküldü. Mən başımı itirmişdim və nəyi seçməli olduğumu bilmirdim.
Lakin bu vaxt düşərgələrdən birinin mülkiyyətçisi çox ağıllı bir iş tutdu. O, mənə
onların xidmətlərindən istifadə etmiş Nyu-York sakinlərindən bir neçə nəfərinin
adını və telefon nömrələrini göndərdi və onun düşərgəsində nə gözləyə
biləcəyimi özümün həmin adamlardan soruşmağımı təklif etdi.
Öz heyrətimə rəğmən aşkar etdim ki, göndərilən siyahıda tanışım olan bir
nəfərin də adı var. Mən ona zəng etdim, düşərgə barədə sorğu-suala tutdum və
düşərgəyə gələcəyim tarixi teleqrafla ora göndərdim, yola düşdüm.
Beləcə, əgər siz öz nöqteyi-nəzərinizə inandırmaq istəyirsinizsə, qayda 7-dən
istifadə edin:
Qoy sizin həmsöhbətiniz hiss eləsin ki, ideya onun özünə məxsusdur.
İyirmi beş əsr əvvəl Çin filosofu Lao-Tzı bu kitabın oxucularının bu gün də
istifadə edə biləcəkləri sözləri demişdir:
downloaded from KitabYurdu.org
“Dağların yüzlərlə bulağının çaylara və dənizlərə axıb tökülməsinin səbəbi
budur ki, çaylar və dənizlər dağlardan aşağıda yerləşir. Buna görə də onlar
dağlardan axan suların hamısı üzərində hökmranlıq etmək iqtidarındadır. Eləcə
də insanların üzərində olmağı arzulayan müdrik onlardan aşağıda, insanlardan
qabaqda olmağı arzulayanda onlardan geridə durur. Buna görə onun yeri
insanların üzərində olsa da, onlar bunun ağırlığını hiss eləmir, onun yeri onların
qabağında olsa da, onlar bunun ədalətsiz olduğunu hesab eləmirlər”.
Səkkizinci fəsil
Sizin üçün möcüzələr
yaradacaq formula
Unutmayın ki, başqa adam tamamilə haqsız ola bilər. Lakin o, belə fikir-
ləşmir. Onu mühakimə etməyin. Yalnız ağıllı, istedadlı insanlar, deyə bilərik ki,
yalnız istisna təşkil edən adamlar bunu etməyə çalışırlar.
Hər bir adam müəyyən səbəblərin təsirindən bu və ya başqa cür fikirləşir və
ya hərəkət edir. Həmin gizli səbəbləri aydınlaşdırmağa çalışın və siz onun
davranışlarına və ola da bilsin ki, onun şəxsiyyətinə açar əldə etmiş olacaqsınız.
Özünüzü səmimi surətdə onun yerinə qoymağa çalışın.
Əgər siz özünüzə “Onun dərisində olsaydım, mən necə davranar, özümü necə
hiss edərdim” sualını verərsinizsə, onda siz bolluca vaxt və vəsaitə qənaət etmiş
olacaqsınız, çünki:
“Səbəbi başa düşəndə biz nəticəni inkar etməyə daha az meyilli oluruq”.
“Bir dəqiqəlik dayanın, – deyə Kennet N.Qud özünün “İnsanları təmiz qızıla
necə çevirməli” kitabında yazır, – və öz işlərinizlə bağlı qızğın marağınızı qalan
bütün hər şeylə bağlı çox sərin münasibətinizlə müqayisə edin”.
Yadda saxlayın ki, dünyada hamı məhz elə bu cür hiss edir! Bunu başa
düşdükdə siz Linkoln və Ruzveltlə yanaşı, istənilən vəzifədə, həbsxana rəisi postu
istisna olmaqla, uğur qazanacağınıza yeganə möhkəm əsas əldə etmiş
olacaqsınız. Həmin əsas isə budur: insanlarla münasibətlərdə uğur başqa adamın
nöqteyi-nəzərinə şərikliklə yanaşmaqla müəyyən olunur.
Mən uzun illər ərzində öz vaxtımın, sərbəst vaxtımın böyük hissəsini piyada
və ya atda gəzməklə keçirirdim. Qədim yunanların druidləri
25
kimi mən palıd
ağaclarının qarşısında, deyə bilərəm ki, səcdə edirəm. Odur ki, cavan ağacların və
kolların alovla məhv edilməsi vaxt ötdükcə məni daha çox məyus edirdi.
Yanğınlar ehtiyatsız siqaret çəkənlərin ucbatından baş verirdi. Onların, demək
olar, hamısı parka hindu-hindu oynamağa gələn, sosiska və ya yumurta bişirmək
üçün ağacların altında ocaq qalayan uşaqlara görə baş verirdi. Bəzən alov elə
bərk qızışırdı ki, yanğınsöndürən komanda çağırmaq lazım gəlirdi.
Parkın kənarında asılan plakatda deyilirdi ki, parkda ocaq qalayan hər kəsi
cərimə, yaxud həbsxana gözləyir. Lakin plakat parkın az işıqlandırılan hissəsində
idi və oğlan uşaqlarından çox azı onu görürdü. Parkın mühafizəsi süvari polisə
tapşırılmışdı, lakin o, öz vəzifəsinə o qədər də ciddi yanaşmırdı. Və ocaqlar
yanmaqda davam edirdi.
Bir dəfə mən atı çaparaq polismenin yanına gəldim və dedim ki, alov parkda
çox sürətlə irəliləyir, yanğınsöndürən komandanı çağırmaq lazımdır.
Lakin o, sakitcə etiraz elədi ki, bu, onun işi deyil, çünki yanğın onun
ərazisində baş vermir. Mən naümid vəziyyətdə idim və bundan sonra ictimai
downloaded from KitabYurdu.org