Ağ Evdə musiqi gecəsi təşkil etmişdik və orada xanım Taftı və məni birinci
salamlayan həmin ər və onun xanımı oldu, hərçənd indicə o, ölüm ayağında idi”.
Solomon Yurok ABŞ-da, çox güman, bir nömrəli musiqi antrepreneridir. O,
iyirmi il ərzində Aysedora Dunkan, Anna Pavlova kimi dünya şöhrətli artistlərlə
işləmişdi. Cənab Yurok mənə deyirdi ki, ilk dərslərindən birini o, özünün
temperamentli ulduzlarından alıb. Bu dərs ondan ibarət idi ki, onların
xarakterindəki hər bir səciyyəvi cizgiyə münasibətdə şəriklik, şəriklik və bir daha
şəriklik büruzə vermək zəruridir.
Yurok üç il ərzində Fyodr Şalyapinin – Metropoliten-Operanın lojalarında
məftunluq doğuran ən qüdrətli boslardan birinin impressariosu olmuşdu. O
özünü ərköyün uşaq kimi aparırdı. Yurokun öz sözlərinə görə, “Şalyapinlə hər
dəfə olmazın əzablar çəkirəm”.
Məsələn, Şalyapin oxumalı olduğu gün günorta Yuroka zəng edir və bildirir:
“Sol, mən özümü dəhşətli dərəcədə pis hiss edirəm. Mənim boğazım döyülmüş
şnitsel kimidir. Mən bu gün axşam çıxış edə bilmərəm”. Cənab Yurok mübahisə
etməyə başlayır? Əsla yox! O bilir ki, antreprener artistlə bu cür rəftar
etməməlidir. O, dərdəşəriklik hissini başdan-ayağa qədər özünə hopduraraq
əlimyandıda Şalyapinin yanına, hotelə cumur. “Səd heyif! – deyə o şikayət edir. –
Nə böyük məyusluq! Mənim yazıq dostum! Əlbəttə, siz oxuya bilməzsiniz! Mən
indicə kontraktı ləğv edərəm. Doğrudur, bu, sizə bir-iki min dollara başa
gələcəkdir, lakin bu, sizin reputasiyanızla müqayisədə boş şeydir!”
Şalyapin köksünü ötürür və deyir: “Mənə bir az gec baş çəkə bilərsinizmi?
Saat beşdə gəlin. Baxaq mən özümü necə hiss edəcəyəm”. Saat beşdə cənab
Yurok hotelə soxulur və onu dərdəşəriklik dalğalarında batırır. Yenə də kontraktı
ləğv etməkdə təkid edir. Və Şalyapin yenə də köksünü ötürür və deyir: “Bəlkə siz
bir dəfə də gələsiniz? Bir-iki saatdan sonra bəlkə yüngülləşdim?”
Saat 19.30-da oxumağa razı olur, lakin şərt irəli sürür ki, əvvəl cənab Yurok
Metropoliten-Operada səhnəyə çıxmalı və xəbərdar etməlidir ki, Şalyapin bərk
soyuqlayıb, onun səsi bu gün yerində deyil. Cənab Yurok bu şərti yerinə
yetirəcəyini söz verərək yalan danışır. O bilir ki, bu, Şalyapini səhnəyə çıxarmaq
üçün yeganə üsuldur.
Doktor Artur İ.Geyte özünün yazdığı “Tərbiyənin psixologiyası” kitabında
deyir: “İnsan varlığı dərdəşərikliyi ehtirasla arzulayır. Uşaq özünə münasibətdə
qızğın dərdəşəriklik doğurmaq üçün yarasını həvəslə göstərir və ya bilə-bilə əlini
qanadır, yaralayır. Eyni məqsədlə də yaşlılar... öz yaralarını nümayiş etdirirlər,
başlarına gələn bədbəxt hadisələr, düçar olduqları xəstəliklər, xüsusilə də
təfərrüatlı şəkildə məruz qaldıqları cərrahiyyə əməliyyatları haqqında
danışırlar”.
Gerçək və ya təsəvvür olunan bəlalarla bağlı özünün özünə yazığı gəlmək –
bu, az və ya çox dərəcədə hər kəsin keçirdiyi hissdir.
Beləliklə, əgər siz öz nöqteyi-nəzərinizə inandırmaq istəyirsinizsə, 9-cu
qaydadan istifadə edin:
Başqalarının fikirlərinə və arzularına şərik olduğunuzu göstərin.
Onuncu fəsil
Hər kəsin qəlbində
əks-səda tapan çağırış
downloaded from KitabYurdu.org
Mən Missuri ştatının sərhədində, Ceyms Cessin vətənində doğulmuşam və
bir dəfə Cessin Kirnidə yerləşən, indi onun oğlunun yaşadığı fermasına
getmişəm.
Cessin həyat yoldaşı mənə onun qatarları necə qarət etdiyi, banklara necə
basqınlar həyata keçirdiyi, sonra isə qarət etdiyi pulları öz ev-eşiklərini girov
qoyub aldıqları borcları qaytarmaları üçün qonşu fermerlərə payladığını danışdı.
Ceyms Cess qəlbində özünü, görünür, idealist hesab edirdi. Elə lap iki nəsil sonra
hollandiyalı Şults, Krouli – “İki naqan” və Al Kaponenin özlərini idealist hesab
etdikləri kimi. Məsələ bundan ibarətdir ki, rastlaşdığınız hər bir kəs, hətta sizin
güzgüdə gördüyünüz adam da özünə çox dərin hörmətlə yanaşır və özünə gözəl
və təmənnasız şəxsiyyət kimi baxmağı sevir.
C.Pirpont Morqan özünün poetik intermediyalarından birində qeyd etmişdir
ki, hər bir insanda öz hərəkətləri üçün iki səbəb olur: əsl səbəb və gözəl səslənən
səbəb.
İnsan özü əsl olan səbəbi rəhbər tutur hərəkətlərində. Bunu qeyd etməyə
ehtiyac da yoxdur. Lakin biz hamımız qəlbimizdə idealist olaraq öz ayağımıza
nəcib niyyətlər yazmağa üstünlük veririk. Buna görə də, əgər siz adamlara təsir
göstərmək istəyirsinizsə, onların nəcib hisslərinə müraciət edin.
Bu, işgüzar münasibətlərdə həddən ziyadə idealist yanaşma deyilmi? Gəlin
baxaq.
Məsələn, götürək Pensilvaniya ştatı, Qlensldene şəhərində Mitçel-Farel
kompaniyasından olan Hamilton C.Farellə bağlı hadisəni. Ondan mənzil kirayə
götürən sakinlərdən biri nədənsə hirslənmişdi və köçəcəyi ilə hədələyirdi.
Sakinin ayda 55 dollar ödədiyi kirayə haqqında müqavilənin müddəti dörd aydan
sonra bitirdi. Bununla belə, sakin bildirmişdi ki, müqaviləyə baxmayaraq, dərhal
köçəcəkdir.
“Bu ailə məndə bütün qışı yaşamışdı, – deyə cənab Farrel bizim siniflərin
birində danışırdı, – və mən bilirdim ki, mənzili payıza qədər kirayə vermək çox
çətin olacaqdır. Mən 250 dolların cibimdən necə sürüşüb getdiyini artıq gözlərim
önünə gətirirdim. Və mənə inana bilərsiniz ki, bərk hiddətlənmişdim. Həmişəki
üsulla hərəkət edərək mən mütləq bu kirayənişinin üstünə atılar, ondan qanunu
təkrar oxumağı tələb edərdim və onu başa salardım ki, əgər köçərsə, onda mənzil
haqqını tam həcmdə ödəməli olacaq. Mən buna nail ola bilərəm, nail olacağam
da.
Lakin özümdən çıxmaq və tamaşa qurmaq əvəzinə, başqa taktika tətbiq
eləməyi qərara aldım. Buna görə də işə bax belə girişdim: “Cənab Dou, – dedim, –
mən sizi dinlədim və bununla belə, sizin köçmək niyyətində olduğunuza
inanmıram. Mənzilləri uzun illər ərzində kirayə verdiyimdən mən insan təbiəti
ilə bağlı bəzi şeyləri öyrənə bilmişəm və özüm üçün sizin barənizdə ilk növbədə
öz sözünün ağası olan adam rəyi çıxarmışam. Və buna elə əminəm ki, hətta riskə
getməyə də hazıram. Baxın mən nə təklif edirəm. Öz qərarınızı bir neçə günlük
təxirə salın və fikirləşin. Əgər siz mənim yanıma ayın birinə – mənzil haqqını
ödəməli olduğunuz günə qədər gəlsəniz və bildirsəniz ki, hələ də köçmək niyyə-
tindəsiniz, söz verirəm, qərarınızın qəti olduğunu hesab edəcəyəm, sizi öh-
dəliklərinizdən azad edəcəyəm və etiraf etməli olacağam ki, sizinlə bağlı fikrimdə
downloaded from KitabYurdu.org