Gecə növbəsinin fəhlələri gələndə onlar “6”-nı görürlər və bunun nə demək
olduğunu soruşurlar.
“Bu gün əsas boss burada idi, – deyə birinci növbənin fəhləsi cavab verir, – o,
neçə partiya əritdiyimizlə maraqlandı və biz dedik – altı. O, bunu döşəmədə
yazdı”.
Növbəti gün səhər Şvab yenə də sexə gəlir. Gecə növbəsi “6” rəqəmini böyük
“7” ilə əvəzləmişdi.
Gündüz növbəsinin işçiləri gələndə onlar döşəmədə böyük “7” gördülər.
“Deməli, gecə növbəsi hesab edir ki, gündüz növbəsindən yaxşıdır? Hə, indi
baxarıq. Biz onlara bunun elə olmadığını göstərərik”. Onlar entuziazmla işə
girişdilər və axşam işdən gedəndə döşəmədə çox böyük lovğa “10” qoydular. İş
qızışmağa başladı.
Tezliklə bu geri qalan sex zavodda digər sexlərdən yaxşı işləməyə başladı.
Baş verənin mahiyyəti nədədir?
Qoy bu variantı Çarlz Şvab öz sözləri ilə ifadə etsin.
“Çətin işin yerinə yetirilməsinə nail olmaq üçün, – deyir o, – yarış ruhunu
oyatmaq lazımdır. Mən miskin – daha çox qazanmaq məqsədilə bağlı yox, öz
üstünlüyünü sübuta yetirmək istəyindən irəli gələn yarışı nəzərdə tuturam”.
Üstün olmaq hərisliyi! Çağırış! Əlcək atılıb – mərd insanların ürəyinə
qarşısıalınmaz yoldur.
Teodor Ruzvelt, əgər ona çağırış edilməsəydi, heç vaxt ABŞ-ın prezidenti
olmayacaqdı.
Lap indicə Kubadan qayıtmış “Comərd çapar” öz namizədliyini Nyu-York
ştatının qubernatoru postuna irəli sürmüşdü. Müxalifət öyrəndi ki, o, indi həmin
ştatın səlahiyyətli nümayəndəsi deyil. Bundan qorxuya düşən Ruzvelt öz
namizədliyini geri götürmək istəyirdi. Onda Tomas Kolye Platt ona çağırış etdi. O,
kəskin surətdə Ruzveltə tərəf dönərək cingiltili səslə qışqırdı:
“San-Xuan təpəsinin qəhrəmanı – qorxaqdır?”
Ruzvelt döyüşdə qaldı – qalan hər şey isə tarixə məxsusdur. Onun arxasınca
atılan çağırış yalnız onun qalan bütün həyatını dəyişmədi, bu, Amerikanın
tarixində əhəmiyyətli rol oynadı.
Çarlz Şvab çağırışın qüdrətli gücünü bilirdi. Bunu Tomas Platt da bilirdi.
Bunu El Smit də bilirdi. El Smit Nyu-York ştatının qubernatoru olanda bundan
istifadə etdi.
Sinq-Sinq – bu, Şeytan adasından qərbdə olan ən məşhur katorqa həbsxa-
nasının rəisi yox idi. Həbsxananın divarlarından içəridə baş verən biabırçılıqlar
barədə qalmaqallı şayiələr sızıb keçirdi. Həbsxananı idarə etmək üçün Smitə
güclü, dəmir insan lazım idi. Bəs kim? O, Nyu-Gempşirdən olan Lyuis K.Losun
arxasınca adam göndərdi.
“Siz Sinq-Sinqi öz üzərinizə götürmək məsələsinə necə baxırsınız? – deyə o,
Losdan soruşdu. – Orada təcrübəsi olan adam tələb olunur”. Los özünü itirmişdi.
O, Sinq-Sinqin nə qədər təhlükəli olduğunu bilirdi. Bu, siyasi konyunkturanın
şıltaqlıqlarından asılı olan siyasi təyinat idi. Həbsxananın rəisləri gəlir və
gedirdilər – biri cəmi üç həftə duruş gətirə bilmişdi. Los öz karyerası ilə
hesablaşmalı idi. Risk etməyinə dəyərdimi?
downloaded from KitabYurdu.org
Onun tərəddüd etdiyini görən Smit kreslosunun söykənəcəyinə yayıldı və
gülümsündü:
“Cavan oğlan, – dedi o, – sizin qorxduğunuza görə mən sizi mühakimə
etmirəm. Burada işdən yapışmaq və mərdliklə duruş gətirmək üçün qeyri-adi,
kifayət edəcək qədər bacarıqlı adam tələb olunur”.
Smit Losa çağırış etdi, elə deyilmi? Mərdlik və sıravi olmayan bacarıq tələb
edən işdən yapışmaq təklifi Losu şirnikləndirdi.
O razı oldu. Və dözüb dayandı. Dözüb dayandı ki, indi sağ olan həbsxana
rəisləri arasında ən məşhuru olsun. Onun “Sinq-Sinqdə 20 000 il” kitabı yüz
minlərlə nüsxədə satıldı. O, radioverilişlərdə çıxış edirdi, onun həbsxana həyatı
haqqında hekayələrindən onlarla film doğuldu; cinayətkarların
“insanlaşdırılması” ilə bağlı onun metodları isə islah müəssisələrinin işində əsl
möcüzə yaratdı.
“Mən heç vaxt hesab etməmişəm ki, – deyirdi ən iri kompaniyanın əsasını
qoyan Harri S.Fayrston, – insanları yalnız və yalnız əməkhaqqı cəlb edə,
birləşdirə və iş yerində saxlaya bilər. Mən zənn edirəm ki, burada məsələ
oyundadır”.
Oyun! Bax hər bir uğurlu adamın sevdiyi budur! Özünüifadə imkanı. Üstün
olduğunu sübut eləmək, udmaq və qalib olmaq imkanı.
Məhz bu niyyət yeriməkdə və pirojkiləri yeməkdə yarışları meydana çıxarır.
Üstün olmaq istəyi. Özünün əhəmiyyət kəsb etdiyini hiss eləmək arzusu.
Beləliklə, əgər siz mərd adamları, xarakterli adamları öz nöqteyi-nəzərinizə
çəkmək istəyirsinizsə, qayda 12-ni həyata keçirin:
Çağırış edin!
Xülasə
Öz nöqteyi-nəzərinizə inandırmağın on iki üsulu
Qayda 1: Mübahisədə ən yaxşı nəticəyə nail olmağın yeganə üsulu
– bu, mübahisədən yayınmaqdır.
Qayda 2: Başqasının rəyinə hörmətlə yanaşdığınızı göstərin, heç vaxt
kimsəyə deməyin ki, o səhv edir.
Qayda 3: Əgər siz haqlı deyilsinizsə, bunu düzgünlüklə və sidqi-ürəklə etiraf
edin.
Qayda 4: Əvvəl özünüzün dostcanlı münasibətinizi göstərin.
Qayda 5: Qoy həmsöhbətiniz lap başlanğıcdan sizə “hə, hə” deyə cavab
versin.
Qayda 6: İmkan verin həmsöhbətiniz ürəyini boşaltsın.
Qayda 7: Qoy həmsöhbətiniz hiss eləsin ki, ideya ona məxsusdur.
Qayda 8: Şeyləri başqasının nöqteyi-nəzərindən görməyə düzgünlüklə
çalışın.
Qayda 9: Başqa adamların fikirlərinə və arzularına şərik olduğunuzu büruzə
verin.
Qayda 10: Nəcib hisslərə toxunun.
Qayda 11: Öz ideyalarınıza əyanilik verin, onları səhnələşdirin.
Qayda 12: Çağırış edin!
20 İngiltərənin dövlət bayrağı
21 Bostonda nəşr olunan qəzet
downloaded from KitabYurdu.org
22 Matfeydən Yevangeliya, fəs. 5, şeir 25
23 Ahtoy-Heti – Orta Şahlığın IX sülaləsinin əsasını qoyan
24 Mafusail – 1. İncildə 969 il yaşaması ilə şöhrətlənən, bəşəriyyətin
əcdadlarından biri. 2. Yerdə ən qədim ağaclardan biri, toxumdan cücərdiyi vaxt
təqribən bizim eradan əvvəl 2831-ci il hesab olunur. Bu hesabla 2012-ci ildə
onun yaşı 4843 ildir.
25 Druid – qədim kelylətrdə: kahin
IV Hissə
İNSANI İNCİTMƏDƏN, ONDA HİDDƏT DOĞURMADAN ONA TƏSİR
GÖSTƏRMƏYİN DOQQUZ ÜSULU
Birinci fəsil
Əgər siz adama onun səhvini göstərməlisinizsə, buna aşağıda deyilən kimi
başlayın
Kelvin Kulidcin prezidentliyi dövründə mənim ən yaxşı dostlarımdan biri Ağ
Evə dəvət olunmuşdu. O, necə olursa, prezidentin kabinetinin yanında olanda
Kulidcin öz katibələrindən birinə bunu dediyini eşidir: “Bu gün sizin əyninizdə
ecazkar paltar var, siz bu paltarda çox cazibədarsınız”.
Bu, susqun Kelvinin ömründə öz katibələrindən hansınasa bəxş etdiyi, çox
güman, ən səxavətli tərif idi. Bu, o qədər qeyri-adi və gözlənilməz olur ki, qız
hətta qızarır. Onda Kulidc deyir: “Həyəcanlanmayın. Mən bunu elə belə, sizi
şənləndirmək üçün dedim. Və mən istəyərdim ki, bundan sonra siz durğu
işarələrini qoyanda daha diqqətli olasınız”.
Onun metodu, çox güman, bir qədər primitiv olsa da, psixoloji cəhətdən
möhtəşəm idi. Nöqsanlarımızı bizi tərifləyəndən sonra eşitmək bizə həmişə daha
asandır.
Bərbər üzü taraş etməzdən əvvəl sabunlayır. Mak-Kinli 1826-cı ildə
dəqiqliklə bu cür hərəkət etmişdi. Həmin vaxt o, prezidentliyə namizəd qismində
seçki kampaniyasını aparırdı. Görkəmli respublikaçılardan biri nitq yazmışdı və
hesab edirdi ki, bu, Siseronun, Patrik Henrinin və Daniel Vebsterin birlikdə yaza
biləcəklərindən azacıq da olsa yaxşı yazılıb.
O, bu kiçik, yazdığı ölməz nitqini böyük pafosla və ruh yüksəkliyi ilə Mak-
Kinliyə hündürdən oxudu.
Nitqdə yaxşı yerlər, həqiqətən də, var idi, lakin bütövlükdə yaramırdı. Mak-
Kinli müəllifin hisslərini zədələmək istəmirdi. Ona lazım idi ki, qızğın entuziazmı
öldürməsin və eyni zamanda da “yox” desin. Baxın o, bunu necə məharətlə etdi.
“Mənim dostum, bu, əla nitqdir, – dedi Mak-Kinli. – Heç kim bunu sizdən
yaxşı yaza bilməzdi. Bir çox hallarda məhz elə bu cür də demək olardı, amma
mövcud vəziyyətdə bu, yerinə düşürmü? Nitq nə qədər ağıllı görünsə də, mən
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |