onu partiyanın nöqteyi-nəzərindən qiymətləndirməliyəm. Xahiş edirəm, qayıdın
evinizə və mənim göstərişlərimə uyğun nitq yazın. Və nüsxəsini mənə gətirin”.
O, tapşırığı yerinə yetirdi. Mak-Kinli nitqi redaktə etdi və ikinci nitqinin son
variantını başa çatdırmaqda ona kömək elədi. O, həmin seçki kampaniyasında ən
nüfuzlu natiqlərdən biri oldu.
Budur, Avraam Linkolnun ikinci, ən çox tanınmış məktubu.
26
Linkoln onu,
çox güman, beş dəqiqəyə yazmışdı. Bununla belə, məktub 1926-cı ildə auksionda
12 000 dollara satıldı. Bu məbləğ Linkolnun yarım yüzillik ərzində ağır iş
hesabına yığa bildiyindən çox idi.
Məktub 1863-cü il aprelin 26-da, Vətəndaş müharibəsinin ən ağır mərhə-
lələrindən birində yazılmışdı. Linkolnun generalları İttifaqın ordusunu 10 ay
ərzində bir məğlubiyyətdən o birinə aparırdılar. Adamlar mənasız, boş-boşuna
qırğına gedirdilər. Xalq dəhşətə gəlmişdi. Minlərlə əsgər ordudan fərarilik
etmişdi və hətta senatın respublikaçı üzvləri də qiyam qaldırmışdı. Onlar
Linkolnu Ağ Evi tərk etməyə məcbur etmək istəyirdilər. “Biz indi məhvin
astanasındayıq, – demişdi Linkoln, – mənə belə gəlir ki, hətta Yaradan da bizim
əleyhimizədir. Mən ümid şüasını çətinliklə görürəm”. Bu məktubun yazıldığı
zülmət, dərd-bəla, dəhşət dövrü bax bu cür idi.
Mən həmin məktubu burada ona görə verirəm ki, məktub Linkolnun bir ipə-
sapa yatmayan generalı millətin taleyi ondan asılı olan anda inandırmağa necə
çalışdığını göstərir.
Bu, Avraam Linkolnun prezident olandan sonra yazdığı, bəlkə də ən kəskin
məktubudur. Bununla belə, siz görəcəksiniz ki, o, ciddi səhvlərdən danışmazdan
əvvəl general Hukeri tərifləyirdi.
Bəli, bunlar çox ağır səhvlər idi, lakin Linkoln onları belə adlandırmırdı. O
daha mühafizəkar, daha diplomatik idi. Linkoln yazmışdı: “Sizdən tam məmnun
qalmağıma imkan verməyən faktlar mövcuddur”.
Bundan sonra ədəb-ərkan və diplomatiya haqqında danışın da!
Budur, Linkolnun məktubu:
“Mən sizi Potomak ordusunun başında qoydum. Mən bunu, əlbəttə, kifayət
edəcək qədər səbəblərin əsasında etmişəm. Bununla belə, bilməlisiniz ki, sizdən
tam məmnun qalmağıma imkan verməyən faktlar mövcuddur.
İnanıram ki, siz cəsur, məharətli əsgərsiniz və aydın məsələdir ki, bunu
qiymətləndirirəm.
Buna da inanıram ki, siz siyasəti öz peşənizə qarışdırmırsınız. Və düzgün də
edirsiniz. Siz özünüzə əminsiniz – bu, qiymətli, əgər deməsək ki, zəruri
keyfiyyətdir.
Siz şöhrətpərəstsiniz ki, dərrakəli hədlərdə bu, ziyandan çox xeyir gətirir.
Lakin düşünürəm ki, siz general Berisayd orduya komandanlıq edən dövrdə
şöhrətpərəstliyinizə özünüzə üstün gəlməyə imkan verdiniz və onu bacardığınız
qədər gözdən salmısınız. Bununla siz ölkəyə və layiqli həmqardaşınız zabitə
böyük pislik etmisiniz.
Mən belə bir söhbət də, özü də bunu elə formada eşitmişəm ki, buna
inanmaq olar, guya siz orduya və hökumətə diktator tələb olunduğunu demisiniz.
Mən, əlbəttə, buna görə yox, buna baxmayaraq, sizə komandanlığı həvalə
etmişəm.
downloaded from KitabYurdu.org
Diktator yalnız o generallar olur ki, onlar uğura nail olurlar.
Mən sizdən indi nəyə nail olmaq istəyirəmsə – bu, onun naminə hətta
diktatorluğun mümkünlüyü ilə də risk edilən hərbi qələbədir.
Hökumət sizi hər bir işdə, nəyə imkanı olarsa, dəstəkləyəcək və bu, onun
istənilən komandan üçün etdiyindən və edəcəyindən nə az, nə də çoxdur. Çox
qorxuram ki, komandanın tənqid edilməsi, ona inamsızlıq yaradılması sayəsində
orduda meydana çıxan ruhi vəziyyət indi də sizin özünüzə qarşı çevrilsin. Mən
sizə bunu adlayıb keçməyə öz imkanlarım çatan qədər kömək edəcəyəm.
Nə siz, nə Napoleon, əgər o dirilsəydi, belə bir ruhun hökm sürdüyü ordu ilə
heç nəyə nail ola bilməz və elə ona görə də indi başısoyuqluqdan qorxun.
Başısoyuqluqdan qorxun, lakin enerji ilə və yuxusuz sayıqlıqla irəli gedin, bizə
qələbə gətirin”.
Siz nə Kulidcsiniz, nə də Mak-Kinli və ya Linkoln. Siz bilmək istəyirsiniz ki, bu
fəlsəfə işgüzar kontaktlarınızda sizə kömək edəcəkmi? Baxaq. Götürək “Buk
kompani” firmasından V.P.Qou ilə bağlı hadisəni. Cənab Qou sizin və mənim kimi
bir adamdır. O, mənim Filadelfiyada dediyim kursların bir qrupunun
dinləyicilərindən biri idi və bu hadisə haqqında auditoriya qarşısında
çıxışlarından birində danışmışdı.
“Buk kompani” kontrakt üzrə Filadelfiyada böyük inzibati binanı tikməyi,
avadanlıq və mebelləri quraşdırmağı öhdəsinə götürmüşdü.
Hər şey plana uyğun gedirdi. Bina, demək olar, hazır idi ki, bu vaxt fasad
üçün ornamental bürünc bəzəkləri hazırlayan subpodratçı sifarişi vaxtında
yerinə yetirə bilməyəcəyini bildirdi. Bu, kimin ağlına gələrdi! Bütün iş ləngiyir!
Böyük məbləğdə cərimələr! Sarsıdıcı ziyan perspektivi! Və bütün bunlar bir
nəfərə görə!
Şəhərlərarası telefon danışıqları heç nəyi həll etmədi. Onda cənab Qou
bürünc şirlə onun yuvasında döyüşə girmək üçün Nyu-Yorka göndərildi.
“Bilirsinizmi ki, siz Bruklində bu familiyalı yeganə adamsınız? – deyə cənab
Qou kompaniyanın prezidentinin kabinetinə daxil olanda soruşdu.
Prezident heyrətlənmişdi: “Yox, mən bunu bilmirdim”.
“Bəli, – dedi cənab Qou, – mən bu gün səhər qatardan düşəndə sizin ünvanı
öyrənmək üçün telefon kitabına baxanda gördüm ki, siz Bruklin telefon kitabında
bu familiyalı yeganə adamsınız”.
“Mən bu barədə heç nə bilmirdim, – deyə prezident maraqla telefon kitabını
gözdən keçirməyə başladı.
“Bəli, bu, qeyri-adi addır, – o, qürurla səsləndi, – mənim ailəm Hollandiyadan
gəlib və Nyu-Yorkda, demək olar, iki yüz il əvvəl məskunlaşıb”.
O, bir neçə dəqiqə ərzində öz ailəsi və əcdadları haqqında ətraflı danışdı. O,
söhbətini başa çatdıranda cənab Qou onu belə böyük müəssisəsinin olması
münasibətilə təbrik etdi və bu müəssisənin özünün indiyə qədər olduğu bir çox
belə müəssisələr qarşısında üstünlüklərini qeyd elədi.
“Bu, mənim nə vaxtsa gördüyüm bürüncdən əşyalar istehsal edən fabriklərin
arasında ən təmizlərindən biridir”, – dedi Qou.
“Mən bu işin yaradılmasına, demək olar, bütün həyatımı sərf etmişəm, – dedi
prezident, – və bununla fəxr edirəm. Siz bütün fabrikə baxmaq istəməzdinizmi?”
downloaded from KitabYurdu.org