Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə11/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   7   8   9   10   11   12   13   14   ...   175

4 1

və bəzən də eyhamlarla danışırdı. Bir neçə gün əvvəl baş verən hadisə abbadığın rahiblərini qorxuya

salmışdı. Baş rahib dedi ki, Vilhelmi insan ruhuna və şeytan hiylələrinə bələd olan bir adam kimi tanıyır

və qonağının dəyərli vaxtını üzücü bir müəmmaya işıq salmaq üçün ayıracağına ümid edir. Vaqeə belə

idi: mahir miniatür ustası kimi şöhrət qazanmasına baxmayaraq, hələ gənc bir rahib olan Otrantolu

Adelmo bir gün sübh vaxtı Binanın şərq qülləsinin altında, uçurumun dibində keçiotaran tərəfindən ölü

tapılmışdı. Rahiblər onu axşam duasında xorda görmüşdülər, amma gecəyarısı duasına gəlmədiyi üçün

gecənin ən qaranlıq saatlarında uçuruma düşdüyü zənn edilirdi. O gecə güclü qar fırtınası vardı; adamı

bıçaq kimi kəsən qudurmuş cənub küləyi qar dənələrini göyə sovururdu. Qar gah əriyir, gah da yenidən

donurdu. Cəsəd uçurumun dibində tapıldı; düşərkən qayalara çırpılaraq əzilmiş və parçalanmışdı. Zavallı,

fani məxluq; Allah ona rəhmət etsin. Cəsəd qayalara dəyərək bir neçə dəfə istiqamətini dəyişmişdi və

məhz hansı nöqtədən düşdüyünü demək çətin idi: yəni, qüllənin uçuruma baxan dörd tərəfindəki üç sıra

pəncərənin məhz hansından düşdüyü bəlli deyildi.

“Zavallı cəsədi harada dəfn etdiniz?” - Vilhelm soruşdu.

“Əlbəttə ki, məzarlıqda, - abbat cavab verdi. - Bəlkə də görmüsünüz, məzarlıq kilsənin şimal tərəfi ilə

Binanın yanındakı bağça arasında yerləşir”.

“Aydındır,  -  Vilhelm  dedi.  -  Məsələniz  də  aydındır.  -  O  talesiz  gənc,  Tanrı  qorusun,  canına  qıymış

olsaydı (qəza nəticəsində yıxıldığı istisna edilirdi), səhəri gün pəncərələrdən birinin açıq olduğunu

görərdiniz. Amma hamısı bağlı idi; üstəlik heç birinin dibi islanmamışdı”.

Baş rahib, daha öncə dediyim kimi, siyasətçi və çox təmkinli adam idi; amma bu dəfə heyrətdən çaşqın

halda Aristotelə görə mühüm və genişürəkli insanlara xas olan natiqliyini itirərək soruşdu: “Bunu sizə kim

dedi?”


“Siz, - Vilhelm cavab verdi. - Əgər pəncərə açıq olsaydı, onun özünü pəncərədən atdığını düşünərdiniz.

Bayırdan baxarkən gördüm ki, bunlar tutqun şüşələrdən olan böyük pəncərələrdir.




4 2

Belə böyük binalarda bu cür pəncərələr, adətən, insan boyundan yuxarıda qoyulur. Deməli, zərərçəkənin

pəncərədən baxarkən müvazinətini itirib təsadüfən yıxılması tamamilə istisnadır. Buna görə də pəncərənin

açıq olması birbaşa intiharı göstərərdi. Bu halda onun müqəddəs torpağa gömülməsinə icazə verməzdiniz.

Amma o, bir xristian kimi dəfn edilib. Bu isə pəncərələrin bağlı olduğunu təsdiqləyir. Pəncərələr bağlı

olduğundan və hətta cadugərlərin ittiham edildiyi məhkəmə işlərində də bir ölünün Tanrının, yaxud

şeytanın köməyi ilə işlədiyi cinayətin izlərini itirmək üçün uçurumun dibindən qalxmasına rast

gəlmədiyimə görə, bu adamı uçuruma insan əlinin, ya da sizin xoşladığınız kimi desəm, şeytan əlinin

itələməsi açıq-aşkardır. Siz indi onu pəncərədən itələməsə belə, pəncərə qarşısına sıxışdıranın kim

olduğunu düşünürsünüz. Əlbəttə ki, narahatsınız, çünki abbadıqda təbii yaxud, fövqəltəbii - bunun fərqi

yoxdur sərbəstcə dolaşan şər qüvvə vardır...”

“Hə-hə, - abbat dedi, amma Vilhelmin sözləri ilə razılaşdığını, yoxsa Vilhelmin heyrətamiz şəkildə

ortaya qoyduğu dəlilləri öz-özünə götür-qoy etdiyini anlamadım. - Hə. Amma siz haradan bilirsiniz ki,

pəncərələrin heç birinin aşağısı islanmamışdır?”

“Sizdən. Mənə küləyin cənubdan əsdiyini dediniz. Bu halda yağmurun şərqə tərəf baxan pəncərələrə

çırpılması mümkün deyil”.

“Sizin ağlınız haqqında mənə az danışıblar, - baş rahib dedi. - Haqlısınız. Hər şey siz dediyiniz kimi

idi, pəncərələrin aşağısı islanmamışdı. Bunun səbəbini indi anlayıram. Mənim də narahatlığımı başa

düşün. Rahiblərimdən birinin ruhunu iyrənc intihar günahıyla ləkələmiş olması mənim üçün çox ağır

olardı. Amma onlardan birinin eyni ölçüdə qorxunc bir günah işlədiyini düşünməyim üçün də səbəblər

var. Kaş ki, bununla bitsəydi...” “Hər şeydən öncə, bəs nə üçün rahiblərdən biri? Monastırda çox insan

var - mehtərlər, keçiotaranlar, xidmətçilər...”

“Bəli, bizim monastır kiçik də olsa, zəngindir, - deyə, abbat təsdiqlədi. - Altmış rahibə yüz əlli nökər

xidmət edir. Amma




1

43

ımətçilər bunu edo bilməzdi. Cinayət Binada törədilib. Binanın quruluşu, yəqin ki, artıq sizə



məlumdur: birinci mərtəbədə mətbəx və yeməkxana, üstdəki iki mərtəbədə isə yazı zalı və kitabxana var.

Axşam yeməyindən sonra Bina kilidlənir və heç  kimin içəri girməsinə qəti şəkildə izn verilmir... - Bu

zaman Vılhelm, görünür, nəsə soruşmaq istəyirdi, çünki abbat onun sözünü kəsib könülsüz-könülsüz əlavə

etdi, - əlbəttə ki, rahiblərin də, amma...”

"Amma nə?”

"Amma... bir xidmətçinin gecənin ortasında Binaya girməyə cəsarət etməsi qətiyyən, başa düşürsünüz,

qətiyyən mümkün deyildir... - Bu zaman abbatın çöhrəsinə ani və lovğa bir təbəssüm qondu, amma axıb

gedən bir ulduz kimi tezcə də yoxa çıxdı. - Ola bilməz! Onlar bundan çox qorxurlar. Bilirsiniz, bəsit

inamlardan nəyisə qorumaq lazımdırsa, qadağanı təhdidlərlə güc birləşdirmək gərəkdir: onları inandırmaq

lazımdır ki, bu qadağanı pozanların başına dəhşətli, hətta fövqəltəbii bir iş gələcəkdir. bəsit adamlar buna

inanırlar, rahiblər isə...”

“Aydındır”.

“Üstəlik, bir rahibin yasaq edilmiş yerə girməsinə başqa səbəblər də ola bilər. Demək istəyirəm ki,

qanunsuz da olsa, anlaşılan səbəblər...”

Vilhelm gördü ki, abbat sözünə necə davam etməsini bilmir, əna görə də başqa bir sual verdi, amma

bu, həmsöhbətini daha da təşvişə saldı.

“Ehtimal olunan qətl haqqında danışarkən “kaş ki, bununla eşitsəydi...” dediniz. Daha nəyi nəzərdə

tuturdunuz?

“Mən beləmi dedim? Hə... Heç kim səbəbsiz cinayət törətməz, səbəbi nə qədər iyrənc olursa olsun.

Bir rahibi öz rahib qardaşını öldürməyə sürükləyə biləcək səbəblərin iyrəndiyini düşünəndə dəhşətə

gəlirəm. Vəssalam.”

“Başqa bir şey yoxdur?”

“Yox, mənim deyəcəyim bu qədər”.

“Yəni, yalnız bunları deməyə səlahiyyətiniz çatır?”




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə