Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə7/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   2   3   4   5   6   7   8   9   10   ...   175

2 2

fransiskanlar bəsit və savadsız adamlar idilər. Mən Vilhelmə onun biliyindən heyrətə düşdüyümü dedim.

O, gülə-gülə cavab verdi: “Bizim adanın fransiskanları başqa qəlibdən tökülmüşdür. Rogir Bekon

37

  -



bizim möhtərəm ustadımız - bir gün ilahi sənətin mexanizmlərə, təbii və müqəddəs sehrkarlığın bu alətlərə

yönələcəyini deyirdi. Gün gələcək, təbiətin gücündən yararlanaraq, yelkənli, ya da kürəklərlə hərəkət edən

gəmilərdən daha sürətli, həm də bir adamın idarə etdiyi gəmilər yaradılacaq. Elə arabalar olacaq ki, “hey-

vanlar tərəfindən hərəkət etdirilməyəcək və içində oturan bir adam əlini toxunduran kimi uçan

quşlarsayağı süni qanadlarını havada çırparaq uçacaq. Ağır yükləri qaldıra bilən kiçik alətlər, dənizin

dibində gedən arabalar olacaq”.



37

Bekon Rocer (təx.1214-1292) - təbiət elmlərinin empirik tədqiqini birinci dərəcəli hesab edən ffansiskan filosofu;

əfsanəyə görə teleskopun, barıtın, eynəyin ixtiraçısı




2 3

Bu alətlərin harada olduğunu soruşduğum zaman, mənə bunların qədim zamanlarda düzəldildiyini,

bəzilərinin isə bizim dövrümüzdə hazırlandığını dedi: “Havada üzən araba bir yana qalsın, onu heç

görmədim, onu görəni də görmədim. Fəqət belə arabanı hazırlamaq üstündə baş sındıran bir alim

tanıyıram. Çayların üstündə sütun və başqa dayaqlar olmadan körpülər də tikmək olar. Adını

eşitmədiyimiz başqa alətləri də hazırlamaq olar. Amma bunlar hələlik ortada yoxdursa, sən narahat olma-

malısan; çünki bu, onların irəlidə mövcud olmayacağı mənasına gəlməz. Sənə deyirəm: Tanrı onların var

olmasını istəyir, şübhəsiz, bunlar indidən Onun zehnində vardır, Okkamlı dostum buna oxşar fikirlərin

movcudolma ehtimalını inkar etsə də, bu belədir. Ona görə inkar etmir ki, ilahi zehniyyəti əvvəlcədən

bilməyə çalışmaq günahdır, əksinə, cavabların sayı sonsuzdur”. Bu, ondan eşitdiyim tək ziddiyyətli fikir

deyildi. Bu gün daha yaşlı və daha ağıllı olmağıma baxmayaraq, onun nə üçün Okkamlı dostunun

fikirlərini bu qədər qiymətləndirməklə yanaşı, eyni zamanda Bekonun doktrinaları önündə baş əydiyini

anlaya bilmirəm. Amma etiraf etmək lazımdır ki, o qaranlıq zamanlarda müdrik bir insan bir-birinə zidd

olan şeylər haqqında düşünməyə məcbur idi.

Bax rahib Vilhelm haqqında, qırıq-qırıq da olsa, bu qədər danışa bildim. Hekayəmin əvvəlində

abbatlığa gedən yol boyunca müşahidə etdiklərimi bir yerə toplamaq istədim. Əziz oxucum, Vilhelmin

kim olduğunu və nə ilə maraqlandığını, onun monastırda gördüyü işlərdən özün anlasan, daha yaxşı olar.

Sizə müfəssəl və mükəmməl bir təsəvvür vəd etməmişdim, indi də etmirəm. Yalnız faktları, əlbəttə ki,

fövqəladə və qorxunc olan faktları sizə söyləyə bilərəm.

Beləcə, ustadımı gündən-günə daha yaxşı tanıya-tanıya yolçuluğumuz boyunca uzun-uzadı söhbətlər

(yeri gəldikcə, onlardan bəhs edəcəyəm) etdikdən sonra monastırın yerləşdiyi təpənin ətəyinə çatdıq.

Hekayəmin də monastıra girmə vaxtı gəldi; baş verənləri anlatmağa hazırlaşarkən Allahdan diləyirəm ki,

qələmim titrəməsin.



2 8

B İ R İ N C İ   G Ü N

S Ü B H   Ç A Ğ I ,

Monastırın kənarına gəlib çatırıq;

Vilhelm öz fərasətini göstərir

Noyabrın sonlarında gözol bir səhərdi. Gecə boyunca az qar yağmışdı və torpaq üç barmaq qalınlığında

soyuq, ağ yorğanla örtülmüşdü. Qaranlıqda mədhiyyələrin ardından vadidəki bir kənddə messanı’

dinlədik. Sonra günəş doğunca dağlara doğru yola düşdük.

Dağın ətrafına dolanan cığırla qalxırdıq. Birdən abbatliq göründü. Məni heyrətə salan divarların

qalınlığı deyildi - bütün xristian aləmində monastırlar belə divarlarla əhatə olunmuşdur; sonralar,



Aedifıcium

38 39

 olduğunu öyrəndiyim binanın nəhəngliyindən çaşıb qalmışdım. Səkkizguşəli tikililər

yandan dördguşəli (Müqəddəs Şəhərin möhkəmliyini və alınmazlığını göstərən mükəmməl fiqur) kimi

görünürdü. Cənub divarları abbadığın yerləşdiyi düzənlikdə ucalır, şimal divarları isə dağın qıvrımları

içindən çıxırmış ki, uçurumun kənarından yüksəlirdi. Aşağıda bir neçə nöqtədən baxdıqda tikili kimi

görünmürdü, sanki göyə ucalmış daş qaya rəngini, cismini dəyişmədən qülləyə çevrilirdi: həm yer üzünü,

həm də göy üzünü yaxından tanıyan nəhənglərin əsəriydi bu. Üç sıra pəncərə, onun yüksəkliyinin üçlü

ritmindən xəbər verirdi. Belə ki, yerdə dördguşəli olan bina, göydə spiritual üçbucaq yaradırdı.

Yaxınlaşdıqca gördüm ki, dördguşəli əsasın hər birinin küncündə beş tərəfi xaricdən görünən

38

Katolik ibadətlərindən birinin adı və bu ibadət zamanı çalınan musiqi



39

Aedifıcium - latinca bina, tikili deməkdir. Burada, monastırın bütün tikililəri içində yer alan Aedifıciumun birinci

mərtəbəsində mətbəx və yeməkxana, onun üstündəki iki mərtəbədə də yazı zalı ilə kitabxana yerləşir. Bundan sonra Bina

adlandırılacaqdır




2 9

yedduguşəli qüllə ucalıb, yəni, böyük səkkizguşəlinin dörd tərəfi xaricdən beşguşəli kimi görünən dörd

kiçik ycddiguşəliyə çevrilib. Beləcə, hər biri incə bir dini məna daşıyan bu qədər müqəddəs rəqəmə heç

kim laqeyd qala bilməzdi. Səkkiz - hər kvadratın mükəmməllik ədədi, dörd - İncillərin sayı, beş - göy

təbəqələrinin sayı, yeddi - Ruhül-Qüdsün fəzilətlərinin sayıdır. Bina böyüklüyünə və planına görə sonralar

İtaliyanın cənubunda gördüyüm Ursino və Dal Monte qəsrlərinə oxşayır, amma daha da əlçatmaz görünür

və abbatlığa gedən hər bir yolçuya qorxu aşılayırdı. Aydın bir qış sabahıydı, buna görə də Binanın

görünüşü fırtınalı havadakı kimi tutqun deyildi.

Amma insanda xoş duyğular oyatdığını da demək olmazdı. Qorxu və xoşagəlməz hisslər bürüdü məni.

Tanrı şahiddir ki, bunlar mənim yetkin olmayan ruhumun sərsəmliyindən deyildi; nəhənglərin dövründən

qalan qədim daşların üstündəki pis əlamətləri açıq-aşkar oxumaq olurdu. Bu əlamətlər inadkar rahiblərin

Allah kəlamını qorumaq üçün lənətlənmiş daşlarla məbəd tikdikləri vaxtdan çox-çox əvvəllər mövcud idi.

Qatırlarımız son döngəni çıxırdı. Buradan üç cığır ayrılırdı. Birdən ustadım dayanıb ətrafa baxdı,

baxışlarını yola, yolun kənarlarına və üstünə qar yağdığından təbii çardağa oxşayan şam ağaclarına

yönəltdi.

“Zəngin abbatliqdir, - o dedi. - Baş rahib insanlara yaxşı görünməkdən xoşlanır”.

Onun gözlənilməz fikirlərinə alışdığımdan təəccüblənmədim və heç nə soruşmadım. Buna vaxt da

olmadı: döngədə qışqırıqlar eşidildi, qarşımıza rahiblərdən və nökərlərdən ibarət qələbəlik çıxdı. Onlardan

biri bizi görüb ayrıldı və yaxınlaşıb nəzakətlə salam verdi:

“Xoş gəldiniz, mənim atam, - o dedi, - sizi tanıdığıma görə təəccüblənməyin, zira ziyarətinizdən

xəbərimiz var. Mən - bu monastırın keları

40

 Varaginli Remigioyam. Əgər siz də, sandığım kimi, Baskavilli



rahib Vilhelmsinizsə, abbata xəbər vermək lazımdır. Sən, - o, yanındakılardan birinə dedi, - yuxarı çıx və

onlara qonağımızın içəri girməkdə olduğunu söylə!”

“Təşəkkür edirəm, kelar ata, - ustadım ehtiramla cavab verdi, - məni qarşılamaq üçün təqibi də

dayandırdınız. Bundan çox mütəəssir oldum. Amma qəm yeməyin. At buradan keçib, sağ tərəfdəki yola

döndü. Çox uzağa gedə bilməz. Zibilxanaya çatınca dayanacaq. Yamacdan atılmayacaq - çox zəkidir”.

“Siz onu nə zaman gördünüz?” - kelar soruşdu.

“Biz onu görmədik, elə deyilmi, Adso? - Vilhelm mənə baxıb, hiyləgərcəsinə gülümsədi. - Amma bu

mühüm deyildir, sizin Kəhəriniz mən dediyim yerdədir”.

Kelar çaşıb-qaldı; gah Vilhelmə, gah da yola baxdı və nəhayət: “Kəhərmi? Onun adını haradan

bildiniz?” - deyə soruşdu.

“Yaxşı,  yaxşı,  -  Vilhelm  cavab  verdi.  -  Açıq-aşkar  Kəhəri  axtarırsınız,  baş  rahibin  sevimli  atını,

tövlənizdə  ən yaxşı dördnala çapan atı; hündürlüyü bir sajından səkkiz gireh əskikdir, yəni beş futdur;

rəngi qaradır, gur quyruğu vardır, dırnaqları kiçik və yumrudur, amma yaxşı çapır. Başı böyük deyil,

40

 Təsərrüfat işlərinə baxan rahib




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə