Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə3/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   2   3   4   5   6   7   8   9   ...   175

1 0

ədəbiyyatların üslubundan bəhrələnmiş bir rahib kimi düşünüb-danışır. Buna görə də onun povesti

(əlbəttə ki, Adsonun tərəddüdlə bəhs etdiyi və yalnız eşitdiklərini anlatdığı XIV əsrin reallıqlarını nəzərə

almasaq), dili və sitatları baxımından həm XII, həm də XIII əsrə aid ola bilərdi.

Bundan başqa, öz tərcüməsini neoqotik fransızcada yaradan Balle, şübhəsiz ki, orijinalla sərbəstcə

davranmışdı - həm də yalnız üslub baxımından deyil. Məsələn, qəhrəmanlar otlarla müalicə barədə söhbət

edərkən “Böyük Albertin sirlər kitabı”

10

adlanan və məzmunu, məlum olduğu kimi, çoxlu dəyişikliklərə



məruz qalan kitaba istinad edirlər. Adso, XIV əsrdə mövcud olan siyahılardan yalnız sitat gətirə bilərdi,

həm də bu zaman bəzi ifadələr Paraselsin

11

 formulları ilə, yaxud elə Albertin otlar haqqında olan həmin



kitabının daha sonralar, yəni Tüdorlarm dövründə nəşr olunan variantının

12

 mətni ilə şübhəli dərəcədə üst-



üstə düşür. Digər tərəfdən, aydınlaşdıra bildim ki, abbat Balle Adsonun xatirələrinin üzünü köçürən (belə

idimi?) zamanlarda, mətnləri tamamilə təhrif edilmiş  şəkildə XVIII əsrdə nəşr olunmuş “Böyük” və

“Kiçik” Albertlərə Parisdə rast gəlmək mümkün idi

13

. Lakin Adsonun və digər rahiblərin əldə etdiyi



siyahılarda qlosslar

14

, sxoliyalar



15

 və digər əlavələr içində itib

10

 Böyük Albert (Bolştedtli qraf Albert, 1193-1280-cı illərə yaxın) - görkəmli teoloq və filosof, dominikanlı



11

Parasels (təxəllüs; əsl adı - Filipp Aureol Teofrast Bombast fon Hogenheym, 1493-1541) - məşhur həkim və kimyagər

12

 

Liber aggregationis seu liber secretonim Alberii Maqni, londinium, juxta pontem qui vulgariter dicitur Fletebrigge,



MCCCCLXXXV.

13

 Les admirables secrels d'Atbert ie Grand, A Lyon, Ches les Heritiers Beringos, Fratres, a l'Enseigne d'Agrippa, MDCCLXXV;



Secrets merveilleux de la Magie Naturelle et Cabalislique du Petit Albert, A.Lyon, ibidem. MDCCXXIX.

14

 Sətirlərin arasında yazılan şərhlər (əvvəllər Bibliya mətnlərinə aid edilirdi)



15

 Sxoliya (yunanca) - şərhlər, izahatlar




1 1

batmış, amma sonrakı nəsil alimlərin istifadə etdikləri variantlar da mövcud ola bilərdi.

Nəhayət, daha bir problem vardı: abbat Ballenin bəlkə də dövrün ab-havasını saxlamaq məqsədi ilə

fransızcaya çevirmədiyi fraqmentləri latınca saxlamalıydımmı? Bu halda yersiz görünən akademik

vicdanlılıq xatirinə onun kimi etməyə bir əsas yox idi. Bayağılıqdan qaçdım, amma yenə də latınca

ifadələrin bəzisini saxladım və indi qorxuram ki, bu, “parbleu!” ya da “la femme, ah! la femme!” deməyə

məcbur olan fransız qəhrəmanı təsvir edən ucuz romanlardakı kimi olsun.

Nəticədə, tam bir aşkarsızlıq... İçim şübhələrlə dolu... Hətta cəsarətimi toplayıb, oxucuları Melkli

Adsonun hekayəsinə nə üçün inandırmaq istədiyimi də bilmirəm. Buna sevginin qəribəliyi, ya da

istərsəniz, zəhləmi tökən fikirlərdən qurtulmaq cəhdi deyək.

Hekayəni yenidən yazarkən, müasirliyi saxlamaq qayğısı içində olmadım. Tale mənə abbat Ballenin

kitabını göndərən zamanlarda belə bir fikir hökm sürürdü ki, yalnız müasirliyi hədəf almaqla və dünyanı

dəyişmək niyyəti ilə yazmaq olar. Aradan on il keçdi və yazıçının sadəcə yazı prosesinə olan sevgisi

üzündən yazmaq hüququnun olduğunu etiraf edərək, hamı sakitləşdi. Bu, mənə Melkli Adsonun

hekayəsini tam sərbəstcə, sadəcə zövq almaq xatirinə danışmağa imkan verir. Və bu hekayənin,

şüurumuzun yuxu içində olan zamanlarda yaratdığı əcaibliklərdən təmizləndiyi müasir dünyamızdan nə

qədər uzaq olduğunu düşünmək həm təsəlliverici, həm də xoşdur. Burada günümüzlə, onun qayğıları və

həyəcanlan ilə heç bir əlaqə yoxdur.

Çünki bu, gündəlik qayğıların deyil, kitabların hekayəsidir və bunu oxumaq bizə böyük təqlidçi

Kempli


16

 ilə birlikdə “Mən sakitliyi hər yerdə axtardım və onu yalnız bir yerdə - küncdə, kitabla birlikdə

tapdım” deməyə imkan verir.

5 yanvar 1980-cı il.

16

 Kempli (Kempli Tommaso, 1379-1471) - benediktin ordeninin sxolast-yazıçısı, təvazökarlığı və itaəti təbliğ edən “Məsihin təqlidi”



adlı xristian həqiqətləri barədə toplunun müəllifi.


MÜƏL LİFİ N QE YDLƏ Rİ

Adsonun olyazması günlərin sayına görə yeddi başlığa, hər bir gün isə ibadət saatlarına uyğun gələn

epizodlara bölünmüşdür. Üçüncü şəxsin dilindən yazılmış alt başlıqlar, ehtimal ki, cənab Balle tərəfindən

əlavə edilmişdir. Amma, bu alt başlıqlar oxucunu istiqamətləndirmək baxımından yararlı olduğu və o

dönəmin italyandilli yazı ənənəsindən fərqlənmədiyi üçün onları saxlamağı qərara aldım.

Adsonun günü ibadət saatlarına bölməsi, müəyyən çətinliklər yaradırdı; birincisi, məlumdur ki, bu

saatlar fəsillərdən və monastırın yerləşdiyi məkanlardan asılı olaraq dəyişilir; ikincisi isə Müqəddəs

Benediktin yazdığı qaydalara XIV əsrdə də indiki kimi riayət edilməsi məlum deyildir.

Bununla belə, oxucuya kömək etmək üçün kanonik və astronomik saatların münasibətini göstərən

aşağıdakı cədvəli tərtib etdim. Bunun bəzi hissələrini mətndən çıxardım, bəzi hissələrini isə, Eduard

Şnayderin “Benediktinlərin saatı”

17

 kitabındakı ibadət cədvəli ilə Müqəddəs Benediktin yazdığı qaydalan



müqayisə etməklə yazdım:

G e c ə y a r ı s ı

(Adso daha qədim olan “Sayıqlıq” terminindən də istifadə edir) -

gecə saat 2.30-dan 3.00-a qədər.

17

 Schneider Edouard. Les heures Benedictines. Paris, Grasset, 1925



12


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə