Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə164/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   160   161   162   163   164   165   166   167   ...   175

571

etdiyin kitabı tapa bilmədi, çünki bu zaman kelar içəri girdi. Belə olmuşdurmu?”

“Az-çox”.

“Amma Malaxianın ölməsini istəmirdin. Məncə o, Afrikanın sərhədində olan kitablara bir dəfə do olsun

toxunmamışdı. O, sənə inanır və qoyduğun qadağalara boyun əyirdi. Gizlicə içəri girmək istəyənləri

qorxutmaq üçün hər gecə məstedici otlar yandırırdı. Otları Scverindən alırdı. Məhz buna görə Severin

laboratoriyanın qapısını Malaxiaya açmışdı. Bunu abbatın xüsusi əmri ilə hər gün hazırladığı otları

aparmaq üçün oraya gələn Malaxianın gündəlik ziyarəti hesab etmişdi. Təxminim doğrudurmu?”

“Doğrudur. Malaxianın ölməyini istəmirdim. Ona tapşırdım ki, nəyin bahasına olursa olsun, kitabı

tapıb, onu açmadan buraya gətirsin. Kitabda minlərlə  əqrəbin gücünün olduğunu söylədim. Lakin bu

kəmağıl ömründə ilk dəfə öz bildiyi kimi davrandı. Ölümünü istəmirdim. Güvənirdim ona, dediklərimi

sözsüz yerinə yetirirdi. Daha bəsdir. Sənin təxminlərini eşitmək istəmirəm. Sənin bildiyini, mən də

bilirəm. Sənin lovğalığını daha tərifləmək istəmirəm. Bu səhər yazı zalında Bensiodan “Kipriani ziyafəti”

haqqında soruşduğunu eşitdim. Anladım ki, həqiqətin bir addımlığındasan. Güzgünün sirrini necə açdığını

bilmirəm. Amma abbat sənin Afrikanın sərhədi haqqında danışdığını deyincə, tezliklə buraya gələcəyini

anladım. Ona görə də səni gözləmək qərarına gəldim. İndi de, nə istəyirsən?”

“İçində bir ərəbcə, bir süryanicə mətn və “Kipriani ziyafətinin latınca şərhi, ya da şeirlə ifadəsi olan

cildin son əlyazmasını görmək istəyirəm. Bəlkə do bir ərəb, ya da bir ispan tərəfindən çevrilmiş yunanca

nüsxəsini görmək istəyirəm; Riminili Paolonun köməkçisi olarkən, Leon və Kastiliya krallıqlarının ən

yaxşı İncillorini gətirmək üçün vətəninə göndərildin və bu nüsxəni orada tapdın; gətirdiyin xəzinə sənə

monastırda şöhrət qazandırdı və bundan sonra, səndən on il yaşlı Alinardoya verilməli olan kitabxanaçı

vəzifəsini ələ keçirdin. O dövrdə çox az tapılan və sənin doğma şəhərində, Burqos yaxınlığındakı Silosda




572

hazırlanan pambıq kağız üzərində yazılmış bu yunanca nüsxəni görmək istəyirəm. Oxuduqdan sonra,

başqa birinin oxumaması üçün özünlə gətirdiyin o kitabı görmək istəyirəm. Onu burada gizlədin, səylə

qorudun, amma məhv etmədin. Çünki sənin kimi insanlar kitab məhv etməz, yalnız onu gizlədər və

başqalarının ona toxunmamasına nəzarət edər. Mən Aristotelin “Poetika”sının ikinci hissəsini görmək

istəyirəm. İtirilmiş, ya da ümumiyyətlə yazılmamış hesab edilən hissəsini. Bəlkə də dünyada yeganə

nüsxəsi sənin əlində olan kitabı”.

“Səndən nə gözəl kitabxanaçı çıxardı, Vilhelm, - Xorxe heyranlıqla, amma eyni zamanda məyus-məyus

dedi. - Demək, hər şeyi bilirsən. Bura gəl. Masanın o tərəfində kətil olmalıdır. Otur. Budur sənin

mükafatın”.

Vilhelm oturdu və çırağı məndən alıb, yanma qoydu. İşıq Xorxenin üzünə aşağıdan düşürdü. Qoca

qarşısındakı kitabı götürüb Vilhelmə uzatdı. Cildindən tanıdım: laboratoriyada açdığım və  ərəbcə

yazıldığını zənn edib dərhal örtdüyüm həmin kitab idi.

“Oxu, hə, vərəqləsənə, Vilhelm, - deyə Xorxe təkid etdi. - Sən qalib gəldin”.

Vilhelm kitaba baxdı, amma ona toxunmadı. Cübbəsindən bir cüt əlcək çıxardı. Lakin bunlar, barmaq

ucları açıq olan öz əlcəkləri deyildi, öldürülmüş Severinin əllərindən çıxardığı başqa əlcəklər idi.

Köhnəlmiş, sürtülüb yeyilmiş cildi ehtiyatla açdı. Yaxınlaşıb, çiyninin üstündən əyildim. Xorxe özünün

qeyri-adi eşitməsi ilə hərəkət etdiyimi duydu və dedi: “Övladım, sən də buradasan? Sənə də

göstərəcəyəm... Sonra...”

Vilhelm ilk səhifələrə cəld göz atdı. “Kataloqda yazıldığına görə bu bəzi axmaqların sözlərinə aid

ərəbcə əlyazmasıdır, - o dedi. - Nə haqqındadır bu?”

“Eh, cəfəngiyat. Kafirlərin boşboğazlığıdır. Burada deyilir ki, guya axmaqlar da ruhaniləri ələ salmaq

və xəlifələri mat qoymaq üçün ağıllı sözlər danışa bilər”.

“İkinci əlyazması süryanicədir, amma kataloqda əlkimya haqqında Misir kitabçası kimi qeydə alınıb.

Nə üçün bu cildə salınıb?”



573

“Bu,  bizim  eranın  üçüncü  əsrinə aid  Misir  əsəridir.  Özündən  sonrakı əsərlə  eyni  mövzudadır,  amma

onun kimi təhlükəli deyil. Afrikalı kimyagərin sayıqlamalarına heç kim diqqət yetirməz. O yazır ki, dünya

ilahi gülüşdən yaranmışdır”. Xopce üzünü yuxarı qaldırdı və görmə qabiliyyətini hələ itirmədiyi vaxtlarda

oxuduğu şeyləri qırx ildir təkrarlayan bir qiraətçi kimi öz dahiyanə və sehrli yaddaşını, demək olar ki,

çətinə salmadan, əzbərdən oxumağa başladı: “Tanrı gülər-gülməz yeddi ilah doğuldu və dünyanı idarə

etdi; qəhqəhələrlə gülüncə işıq yarandı; sonrakı gülüşündə su oldu, yeddinci gün Tanrı gülüşündən ruh

yarandı... Cəfəngiyatdır. Bundan sonrakı yazılar da “Ziyafəti” şərh edən sonsuz sayda axmaqlardan birinin

əsəridir. Lakin səni bunlar maraqlandırmır”.

Vilhelm, doğrudan da, ilk əlyazmaları tezcə vərəqləyib, yunan dilindəki mətni açmağa tələsdi. Dərhal

görünürdü ki, vərəqlər başqa, daha yumşaq xammaldan hazırlanıb. İlk səhifəsi cırılmış, kənarları yeyilib

tökülmüşdü, kitablarda adətən köhnəlikdən və nəmdən əmələ gələn bozumtul ləkələrlə dolu idi. Vilhelm

ilk sətirləri yunanca oxudu, sonra latıncaya çevirdi və daha sonra latınca oxumağa davam etdi ki, bu

uğursuz kitabın əvvəlindəki fikirləri mən də anlaya bilim.

“Birinci hissədə faciə haqqında danışmışdıq, onun mərhəmət və qorxu aşılayaraq, belə hisslərdən necə

arındırdığını görmüşdük. İndi isə, vəd etdiyimiz kimi, məzhəkə haqqında (həmçinin həcv və məsxərə

barədə) danışacaq və gülünc olandan zövq almaq yolu ilə, onun belə hisslərdən necə azad etdiyini

görəcəyik. Bu ehtirasın - canlılar arasında yalnız insan oğlunun gülmək qabiliyyətinə malik olması

baxımından diqqətəlayiq olduğunu, daha öncə ruh barədə yazılmış kitabda söyləmişdik. İndi məzhəkənin

hansı növ hərəkətləri yamsıladığını müəyyən edəcəyik, sonra da məzhəkənin hansı vasitələrlə gülüş

doğurduğuna baxacağıq; bu vasitələr hərəkət və nitqdir. Hərəkətlərdə gülünclüyün, yaxşmın pisə

bənzədilməsindən, ya da əksinə, pisin yaxşıya bənzədilməsindən, gözlənilməz yalandan, mümkün olma-

yan və təbiət qanunlarına zidd şeylərdən, əhəmiyyətsiz və məntiqsiz



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə