Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə172/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   167   168   169   170   171   172   173   174   175

596

Bir masanın üstündən örtüyü götüıüb, mənim çiyinlərimə atarkən, ona sarıldım. Qucaqlaşaraq, dərdli-

dərdli, aciz halda ətrafda baş verənlərə baxırdıq.

İnsanlar başılovlu hara gəldi qaçırdılar, kimiləri dolama nərdivanla əliboş yuxarı qalxır, üst mərtəbəyə

axmaq bir maraq üzündən çıxıb, indi su daşımağa qab axtarmaq üçün aşağıya enən başqa əliboş adamlarla

toqquşurdular. Nisbətən diribaş olanlar lap əvvəldən qazan və tayqulplar götürür, yalnız bundan sonra

mətbəxdə kifayət qədər su olmadığını görürdülər. Birdən böyük zala su dolu küplər daşıyan qatırlar girdi.

Qatırlar vurnuxur, şıllaq atırdı, çobanlar onları sakitləşdirib küpləri endirdilər və suyu yanğın yerinə

daşımağa cəhd etdilər. Lakin yazı zalına necə çıxacaqlarını bilmirdilər; mirzələrin bəzilərindən yolu

öyrənmək üçün əlavə vaxt itirildi. Sonra, pilləkənlə yuxarı çıxarkən, dəhşət içində aşağı qaçanlarla

toqquşdular. Basabas yarandı, küplərin bir neçəsi sındı, su yerə dağıldı. Bəzi küplər könüllülər tərəfindən

əldən-ələ ötürülərək, pilləkənin yuxansına çıxarıldı. Onların dalınca qaçdım, amma yazı zalından o tərəfə

keçə bilmədim. Kitabxanaya qalxan pilləkəni qatı tüstü bürümüşdü, şərq qülləsinə çıxmağa çalışan son

adamlar da gözləri qıpqırmızı, öskürəkdən boğularaq geri çəkilir və bu cəhənnəmə girməyin artıq mümkün

olmadığını deyirdilər.

Bu zaman Bensionu gördüm. Üzü əyilmiş, böyük bir küpün ağırlığı altında canfəşanlıq edərək yuxarı

tələsirdi. Aşağı enənlərin acı sözlərini eşidib, onların üstünə qışqırdı: “Cəhənnəm hamınızı udacaq,

qorxaqlar!”. Sonra yardım axtarırcasına ətrafına baxıb məni gördü. “Adso, - deyə hönkürdü, - kitabxana...

kitabxana!”. Cavabımı gözləmədi. Küpü pilləkənin yanma apardı və çiyinlərinə qoyub, tüstünün içinə

girdi. Onu daha heç zaman görmədim.

Yuxarıdan gələn çatırtı səsləri eşitdim.Yazı zalının tirlərindən qumla qarışıq daş parçaları tökülürdü.

Tirin gül şəklində yonulmuş kilid daşı qopub, məndən bir neçə addım aralı düşdü. Labirintin döşəməsi

çökməyə başlamışdı.



597

Aşağıya qaçıb həyətə çıxdım. Ən qeyrətli xidmətçilər qatlama nərdivanlar gətirmişdilər, yuxarı

mərtəbənin pəncərələrinə qalxaraq, bu yolla suyu içəri daşımağa çalışırdılar. Amma ən uzun nərdivanlar

belə yazı zalının pəncərələrinə zorla çatırdı, oraya çıxmağı bacaranlar da, pəncərələri çöldən aça

bilmirdilər. Onları içəridən açmaq üçün xəbər göndərdilər, amma heç kim ikinci mərtəbəyə qalxmağa

cürət etmədi.

Bu əsnada üçüncü mərtəbənin pəncərələrinə baxırdım. Görünür, bütün kitabxana artıq tüstülənən

manqala çevrilmişdi, indi yanğın minlərcə quru səhifələrə sıçrayaraq, otaqdan-otağa sürətlə yayılırdı.

Bütün pəncərələr işıqlanmışdı, damdan qara tüstü yüksəlirdi: yəqin ki, alov çardağın tirlərini də

bürümüşdü. Həmişə etibarlı və möhkəm görünən Binanın, indi kövrəkliyi, dayanıqsızlığı, çatlaqları,

içəridən deşilmiş divarları, alovların harda olursa olsun, taxta çərçivələrə maneəsiz çatmasına imkan verən

ovulmuş daşları gözə çarpırdı.

Birdən pəncərələrin bəzisi cingilti ilə sınıb töküldü sanki içəridən naməlum qüvvənin təzyiqinə məruz

qalmışdı. Qığılcımlar gecənin qaranlığında parıldayan işıldaquşlar kimi dəstə ilə çölə sıçradı. Külək

istiqamətini dəyişərək zəifləmişdi, bu da bir talesizlik idi, çünki güclü külək, bəlkə də qığılcımları söndürə

bilərdi, amma zəif külək onları körükləyir və uçururdu. Qığılcımlarla birlikdə istilikdən incəlmiş

perqament parçaları da havada fırlanır, uçuşurdu. Bu an dəhşətli gurultu qopdu; labirintin döşəməsi bir

neçə yerdən dağılmış, alov saçan tirlər aşağı mərtəbəyə düşmüşdü; rəflərə və masaların üstünə yığılmış,

hər an acgöz yanğının dəvətini gözləyən kitablarla və müxtəlif kağızlarla dolu olan yazı zalında da alov

dillərinin yüksəldiyini gördüm... Bir az aralıda dayanmış mirzələrin dodaqlarından qopan çarəsiz

fəryadları eşitdim; bəziləri saçlarını yolur, sevimli perqamentlərini xilas etmək üçün yuxarı çıxmağa cəhd

edirdilər. Əbəs yerə... Mətbəx və yeməkxana müxtəlif tərəflərə qaçan, toqquşan və bir-birinə mane olan

lənətlənmiş ruhların sığınacağını xatırladırdı. İnsanlar bir-birinə ilişib yerə yıxılır, su daşıyanlar qiymətli

mayeni yerə dağıdırdılar; mətbəxə girmiş




598

qatırlar isə alovun yaxınlaşdığını hiss edib, ürkərək çıxışa doğru qaçır, qorxmuş insanları, hətta öz

mehtərlərini də təpikləyirdi. Nə olursa olsun, avamlar və ağalardan - savadlı, amma çox bacarıqsız

adamlardan ibarət başsız kütlənin öz-özünə mane olduğu və hələ söndürülməsi mümkün olan yanğını

söndürə bilmədiyi açıq-aşkar görünürdü.

Bütün monastır dəhşət içindəydi. Lakin bu, fəlakətin hələ başlanğıcı idi. Od içində olan Binanın dam

və pəncərələrindən qalxan təntənəli, uğultulu alov buludu küləyin yardımı ilə hər yana yayılır və kilsənin

çatısına düşürdü. Neçə-neçə möhtəşəm kilsənin yanıb külə döndüyünü kim bilmir! Zira Tanrının evi gözəl

görünsə də və səmavi Yerusəlim kimi öyündüyü daş təbəqələrlə qorunsa da, divarları və tavanları gözəl,

amma zəif taxta çərçivələr üzərində dayanır. Kilsə daşdan tikilsə də və tirlərə bağlanmış, yüzillik palıdlar

kimi möhtəşəm sütunları ilə qəşəng bir meşəni xatırlatsa da, onun təməlinin bir hissəsi, doğrudan da, palıd

ağaclarından ibarətdir, üstəlik daxili bəzəkləri də taxtadandır: mehrablar, xor yerləri, boyalı lövhələr,

oturacaqlar, kürsülər, qəndillər... Misilsiz qapısı ilə məni ilk gündən heyrətə salmış monastır kilsəsi də

belə idi. Və o, sayılı dəqiqələr ərzində od tutub yanmağa başladı. Rahiblər və monastırdan kənarda yaşayan

yerli sakinlər abbadığın mövcudluğunun təhlükəyə düşdüyünü o zaman anladılar və bu fəlakətin qarşısını

almaq üçün daha qətiyyətlə və fərasətsizliklə irəli atıldılar.

Əlbəttə, kilsəyə daha asanlıqla girmək olurdu, buna görə də onu müdafiə etmək, kitabxanaya nisbətən

daha asan idi. Kitabxana ilk dəqiqələrdən öz anlaşılmazlığının, onu uzun illər qoruyan gizliliyinin və

girilmozliyinin qurbanı olmuşdu. Amma dua vaxtlarında hər kəsə ana kimi qucaq açan kilsə, köməyə

ehtiyacı olanda da hər kəsə açıq idi. Lakin abbadıqda su qalmamışdı, daha doğrusu, çox az idi. Su

ehtiyatları tükənmiş, ya da tükənmək üzrəydi, quyulardan isə, müntəzəm də olsa, çox az miqdarda su əldə

etmək olurdu. Təbiət öz laqeyd ləngliyi ilə həmin anın tələblərinə uyğunlaşmaq istəmirdi. Kilsədəki

yanğını söndürmək olardı, amma necə başlamağı, necə hərəkət etməyi artıq heç kim anlamırdı. Üstəlik

alov yuxandan aşağıya doğru yayılırdı. Alovu söndürmək, onu torpaqla, ya da əsgi parçalan ilə boğmaq

üçün yuxarıya necə çıxmağı heç kim bilmirdi. Alov aşağıya gəlib çatanda isə onun üstünə torpaq və əski

parçaları atmağın faydası olmadı, çünki o zaman tavan çökdü və yanğınla mübarizə aparanlann çoxu onun

altında qalıb həlak oldu.

Beləcə, ecazkar zənginliyə yas tutan nalələrə ağrıdan qopan fəryadlar da qarışdı. Çoxlarının üzü

yanmış, sümükləri sınmışdı, neçə-neçə insan çökən tirlərin daş yağmuru altında əbədi olaraq yox olmuşdu.

Külək yenə coşmuş və fəlakət yenə şiddətlə talesiz monastırın üstünə hücum çəkmişdi. Kilsədən dərhal

sonra tövlələr və pəyələr də yandı. Ürkmüş heyvanlar iplərini qırıb, tövlələri alt-üst edib, qapıları aşırıb

dəhşətdən kişnəyərək, böyürərək, mələyərək, xortuldayaraq həyətə yayıldı. Havada uçuşan qığılcımlar bir

neçə atın yalını alışdırdı və hələ görə bilənlərin gözlərinə cəhənnəm məxluqları göründü: heç bir məqsəd

güdmədən, heç bir sərhəd tanımadan, düzlükdə dəlicəsinə qaçan, alov saçan atlar qarşılarına çıxanı yıxıb

keçirdi. Bu qarışıqlıqda möcüzəvi şəkildə sağ qalmış Alinardonun dayanıb baxdığını və baş verənləri

anlamadığını gördüm. Alova bürünmüş o möhtəşəm Kəhər qocanı yıxıb tapdaladı. Zavallı qoca biçimsiz

cisim kimi yerdə uzanıb qaldı. Amma onun köməyinə qaçmağa, ya da yasını tutmağa nə imkanım, nə də

vaxtım vardı, çünki belə dəhşətli səhnələr hər tərəfimi əhatəyə almışdı.

Od tutmuş atlar alovu küləyin hələ aparmadığı yerlərə do daşıdılar. İndi dəmirçixana və müridlərin evi



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə