Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə171/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   167   168   169   170   171   172   173   174   175

593

olan dillər çölə çıxmışdı; üstəlik, masanın üstündə Malaxianın (bir neçə gün köməkçisiz qalan) yerinə

qoymağa macal tapmadığı çox sayda müxtəlif əlyazmalar yığılıb qalmışdı. Beləcə, otaq Xorxenin törətdiyi

dağıntıdan sonra, hava ilə birləşməyi gözləyən perqamentlərlə dolmuşdu.

Əlqərəz, artıq bura otaq yox, tava, ya da yanan çırpı topası idi. Dolablar da öz həlaklarına can ataraq,

yüngülcə çatırdamağa başlamışdı. Birdən bütün labirintin ilk qığılcımı gözləyən, səliqə ilə yığılmış, böyük

bir qurban tonqalından başqa bir şey olmadığını düşündüm.

“Su lazımdır, su!” - deyə Vilhelm qışqırdı. Sonra da əlavə etdi: “Amma bu cəhənnəmdə suyu

haradan tapmaq olar?” “Mətbəxdə, aşağıda, mətbəxdə”, - deyə bağırdım.

Vilhelm çaşqınlıqla mənə baxdı, üzü şiddətli parıltıdan qızarmışdı. “Hə, amma biz aşağıya enib, sonra

yuxarıya çıxmcaya qədər... cəhənnəm olsun! - birdən bağırdı. - Artıq bu otaq batdı, yəqin ki, qonşu otaq

da. Tez aşağıya qaçaq, mən su axtarım, sənsə hamıya xəbər ver. Çox adama ehtiyac var!”

Pilləkənə gedən yolu birtəhər tapdıq. Yanğın qonşu otaqları da işıqlandırırdı, amma uzaqlaşdıqca

qaranlığa girirdik, sonuncu otaqlarda, demək olar ki, əlimizlə divarlara toxuna-toxuna yolu tapdıq. İkinci

mərtəbədə sakitlik idi. Tutqun ay işığı yazı zalına zəif işıq salmışdı. Biz aşağıya, yeməkxanaya endik.

Vilhelm su dalınca mətbəxə, mənsə qapını açmağa qaçdım. Sürgünün necə çəkildiyini düşünə bilmədən,

onu silkələməyə başladım. Həyəcandan başımı itirmişdim, əllərim sözümə baxmırdı, sürgünü çəkməyə

çox vaxt sərf etdim. Nəhayət, bunu bacarıb qapını açdım və həyətə çıxdım, yataqxanalara tərəf

qaçacaqdım ki, birdən rahibləri növbə ilə oyatmağın çox vaxt aparacağını anladım. Beynimdə yenidən bir

fikir şimşək kimi çaxdı və mən kilsəyə tərəf qaça-qaça, zəng qülləsinə hansı pilləkənlə çıxıldığını

xatırlamağa çalışdım. Tövşüyə-tövşüyə zəng qülləsinə qalxdım və dərhal bütün zənglərin ipini tutaraq

çəkməyə başladım. Elə möhkəm dartdım ki, böyük zəngin ipi yellənərək, məni də havaya qaldırdı.

Kitabxanada əllərimin arxasını yandırmışdım.



594

Ovuclarıma heç nə olmamışdı. Onları indi yaraladım, ipləri elə bərk dartırdım ki, əllərimin dərisi

soyulmuşdu, buna görə də, onları buraxmağa məcbur oldum.

Amma yetərincə səs-küy salmışdım. Yenə pilləkənlə aşağı qaçdım, elə bu an ilk rahiblərin

yataqxanalardan çıxdıqlarını gördüm. Uzaqdan qapıların yanında dayanmış xidmətçilərin səsləri

eşidilirdi. Mənə yaxınlaşır, məndən soruşurdular, amma bütün sözləri unutmuşdum və danışa bilmirdim,

dilimin ucuna gələn sözlər isə, nədənsə, ana dilimdə idi. Qanayan əlimlə Binanın cənub qanadını, gips

pəncərələr arxasında ləpələnən qeyri-adi parlaqlığı göstərdim. İşıqlanmanm gücündən, aşağı enib zəngləri

çalana qədər keçən müddətdə, alovun başqa otaqlara da yayıldığını təxmin etdim. Afrikanın bütün

pəncərələri və cənub qülləsi ilə şərq qülləsi arasındakı keçid tamamilə qırmızı parıltılarla işıqlanmışdı.

“Su gətirin, su!” - deyə qışqırdım.

Əvvəlcə heç kim məni anlamadı. Rahiblər kitabxananı müqəddəs və girilməz yer olaraq düşünməyə

elə alışmışdılar ki, onun adi bir kənd evini təhdid edən təhlükəyə düşəcəyini anlamırdılar. Gözlərini

Binanın pəncərələrinə tərəf ilk qaldıranlar xaç vurub, dodaqlarının altında nəsə mızıldandılar. Onların yeni

əlamətlərə inandıqlarını anladım. Libaslarından, çiyinlərindən yapışıb silkələdim, nə olduğunu anlasınlar

deyə yalvardım. Nəhayət, biri hıçqırıqlarımı insan dilinə çevirdi.

Bu, Morimundlu Nikola idi. “Kitabxana yanır!”, dedi.

“Hə, yanır”, - üzgün halda yerə yıxılaraq, mızıldandım.

Nikola böyük səy göstərdi, xidmətçilərə  əmrlər verdi, hər bir rahibin nə etməli olduğunu söylədi,

kimisə Binanın ikinci qapısını açmağa, kimisə səhəng, qab, su daşımaq üçün əllərinə nə keçərsə, gətirməyə

göndərdi. Onlara monastırın daxilindəki bütün su quyularının və hovuzların yerini bildirdi. Çobanlara

bütün qatır və eşşəklərə su küplərini yükləməyi tapşırdı... Əgər bu əmrləri səlahiyyət sahibi olan biri

versəydi, onları dərhal yerinə yetirərdilər. Amma xidmətçilər Remigionun, mirzələr



595

Malaxianın, bütün rahiblər isə - abbatm əmrlərinə boyun əyməyə alışmışdılar. Əfsus ki, üçü də yoxdu.

Rahiblər təsəlli və buyruq almaq üçün gözləri ilə abbatı axtarır, amma tapmırdılar; onun bu anlarda bir

sobaya, bir Phalaris öküzünə çevrilmiş bağlı və havasız bir keçiddə öldüyünü, ya da ölməkdə olduğunu

təkcə mən bilirdim.

Nikola çobanları bir istiqamətə göndərir, amma rahiblərdən kimsə, yaxşı niyyətlə də olsa, onları

tamamilə başqa səmtə yollayırdı. Rahiblərin çoxu ruh düşkünlüyü içində idi, bəziləri də hələ yuxudan tam

ayılmamışdılar. Nitq qabiliyyətim yenidən özümə qayıtmışdı, onlara baş verənləri izah etməyə çalışırdım;

amma cübbəmi alovun içinə atdığım üçün demək olar ki, çılpaq olduğumu xatırlamaq kifayətdir; qana

bulaşmış, üzü hisdən qaralmış, bədəni utanılacaq qədər tüksüz, soyuqdan keyimiş bir oğlan uşağının

görkəmi, şübhəsiz, inam oyandırmırdı.

Nəhayət, Nikola qorxmuş rahib və xidmətçiləri mətbəxin qapısına tərəf göndərməyi bacardı. Bu arada

kimsə qapını, kilidini sındıra bilmişdi. Başqa bir rahib məşəllər gətirməyi düşünmüşdü. Mətbəx tamamən

qarışıqlıq içində idi. Vilhelmin su və su daşımağa qab tapmaq üçün oranı alt-üst etdiyini anladım.

Bu zaman yeməkxananın qapısından çıxan Vilhelmi gördüm: üzü qarsalanmış, cübbəsi tüstülənirdi,

əlində böyük bir qazan vardı. Ona yazığım gəldi. Bu, insan acizliyinə bir istehza idi. Onun qaranlıqda

üçüncü mərtəbəyə bir qazan suyu daşımağı bacarsa və hətta bunu bir neçə dəfə etsə belə, çox az şeyə nail

olduğunu anladım. Müqəddəs Avqustinin həyatından bir hekayəni xatırladım: dənizin suyunu qaşıqla

daşıyıb qurtarmağa çalışan bir uşaq görmüş. Uşaq mələk imiş. İlahi təbiətin sirlərinə bələd olmaq istəyən

bir övliyanı lağa qoymaq üçün belə edirmiş. Vilhelm də, eynən o mələk kimi əldən düşmüş halda qapının

çərçivəsinə söykənərək mənimlə danışdı: “Bu mümkün deyil. Monastırın bütün rahibləri də toplansa,

bunun öhdəsindən gələ bilmərik. Kitabxana məhv oldu”. Mələkdən fərqli olaraq Vilhelm ağlayırdı.




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə