Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə167/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   163   164   165   166   167   168   169   170   ...   175

580

arzulamış, amma eyni zamanda, ona nifrət etmiş və ondan qorxmuşdu.

“İndi bir sualıma cavab ver, - deyə Vilhelm sözünə davam etdi. - Nə üçün? Bu kitabı nə üçün başqa

kitablardan daha çox qoruyurdun? Qara caduya aid əsərləri, içində hətta Tanrı adına küfrlər yağdırılan

mətnləri nə üçün cinayət törətmək bahasına qorumağı düşünmədin, amma bu kitab naminə öz qardaşlarını

və öz ruhunu məhv etdin? Məzhəkəyə həsr edilmiş həddən çox kitab var, gülüşü tərifləyən kitabların sayı

da çoxdur. Nə üçün məhz bu kitab səni dəhşətə salırdı?”

“Çünki, bu kitabı Filosof yazmışdır. Bu insanın hər bir əsəri xristianlığın yüz illər boyunca topladığı

bilik sahələrindən birini məhv edirdi. Kilsə ataları ilahi sözün mənasına aid lazım olan hər şeyi

söyləmişdir. Amma Boesionun Filosofu şərh etməsi, Sözün ilahi sirrini insanlar tərəfindən yaradılmış,

təsnifatlara və mülahizələrə  əsaslanan istehzalı təqlidə çevirdi. Varlıq kitabında kainatın quruluşu

haqqında tələb olunan biliklərin hamısı deyilmişdir. Lakin Filosofun fizikaya aid əsərləri yenidən şərh

edilən kimi, kainatın donuq və yapışqan bir maddədən yaranmasına dair mülahizələr irəli sürüldü; bu

əsərlərin sayəsində, ərəb İbn-Rüşd, demək olar ki, hamını dünyanın sonsuzluğuna inandırmağı bacardı.

Biz ilahi adlara aid hər şeyi bilirdik; amma Abbonenin dəfn etdiyi, Filosofun başdan çıxardığı

dominikan

217

təbii şüurun təkəbbürlü yolları ilə gedərək, bu adları dəyişdirdi. Beləcə, Areopagitə görə



nümunəvi olan ilkin səbəbin işıqsaçan mənbəyinə baxmağı bacaran hər kəsə özünü göstərən kainat,

dünyəvi əlamətlərin sığınacağına çevrildi; yalnız hər hansı mücərrəd başlanğıcı adlandırmağa ehtiyac

duyulanda, kainata üz tuturlar. Keçmişdə biz göy üzünə baxardıq, iyrənc maddəyə isə çimçəşərək göz

atardıq; indi biz yerə baxırıq, səmaya isə dünyəvi əlamətlərin sayəsində inanırıq. Filosofun, indi

övliyalarla kilsə atalarının belə and içərkən istifadə etdikləri hər sözü dünya haqqındakı təsəvvürü alt-üst

etdi. Amma Tanrı haqqında

217

 Akvinolu Tommaso




581

təsəvvürü alt-üst etməyə hələlik onun gücü çatmır. Əgər bu kitab şərh edilərsə... edilsəydi, son sərhədlər

də dağılmış olardı”.

“Lakin gülüşə dair bu fikirlərdə səni qorxudan nədir? Kitabı aradan qaldıraraq, gülüşü ləğv edə

bilməzsən”.

“Əlbəttə ki, yox. Gülüş - cismimizin zəifliyidir, çürüklüyü, sırtıqlığıdır. Kəndlinin əyləncəsi, sərxoşun

azadlığıdır. Hətta kilsə, sonsuz müdrikliyinə rəğmən, dindarlara gülüş üçün vaxt ayırmışdır - bayramlar,

şənliklər, yarmarkalar. İnsanı lazımsız arzulardan, istək və ehtiraslardan azad etmək üçün kilsə tərəfindən

həqarət günləri müəyyən edilmişdir... Əsas odur ki, bu zaman gülüş alçaq məşğuliyyət, avamlar üçün

təsəlli, rəiyyət üçün qeyri-müqəddəs müəmma olaraq qalır. Bunu həvari də deyirdi: alışmaqdansa

evlənmək daha yaxşıdır. Tanrının qurduğu nizamın əleyhinə çıxmaqdansa, xörəkləri yedikdən sonra,

şüşələri, bardaqları boşaltdıqdan sonra gülün, ilahi nizama öz dəyərsiz təqlidlərinizlə istehza edib əylənin.

Axmaqlarm şahını seçin, eşşəklərin və donuzların iştirakı ilə dini ayinlər düzəldib şitlik edin, Satum

şənliklərini baş-ayaq qurun... Amma burada, burada, - deyə Xorxe barmağı ilə masanın üstünə, Vilhelmin

qarşısındakı kitabın yanma vurdu, - burada gülüşün vəzifəsinə yenidən baxılır, gülüş incəsənət səviyyəsinə

ucaldılır, alimlər dünyasının qapısı gülüşə açılır; beləcə, gülüş - fəlsəfənin və xain ilahiyyatın mövzusu

olur. Avam insanların ən qatı küfrü necə asanlıqla mənimsəyib həyata keçirdiyini dünən gördün. Bu,

Tanrının və təbiətin qanunlarını bilməməzlikdən irəli gəlir. Lakin kilsə üçün avamların küfrü təhlükəli

deyil, onlar özləri özlərini məhkum edib, savadsızlıqları ucbatından öz ölümlərinə yol açırlar. Dolçino və

onun kimilərin cahilcə dəlilikləri heç zaman ilahi nizamı böhrana salmaz. Bu dəlilik zorakılığı təbliğ edir

və özü də zorakılıqla məhv olur, iz buraxmır, eynən bir şənlik kimi qurtarıb dağılır. Bayram zamanı yer

üzündə qısa müddətə dünyanın baş-ayaq göstərilməsi qorxulu deyildir. Əsas odur ki, şənlikdə baş verənlər

qeydə alınmasın, kobud dildə deyilənlər latıncaya tərcümə edilməsin. Gülüş - avam adamı  şeytan

qorxusundan xilas edir, çünki axmaqlann bayramında




şeytan da zavallı bir axmaq kimi görünür və deməli, idarə oluna bilər. Lakin bu kitab dünyada belə bir

fikri yaya bilər ki, şeytan qorxusundan xilas olmaq - elmdir. Kəndli şərabı qurtuldadıb içə-içə qəhqəhə

çəkib gülərkən, özünü ağa sanır, çünki fikrində kəndli-ağa münasibətlərini alt-üst etmişdir. Lakin bu kitab

bilikli insanlara bu çevrilişi qanunlaşdıracaq ağıllı fəndlər öyrədə bilər. O zaman rəiyyətin düşüncəsiz

davranışlarında, şükür Tanrıya, indiyə qədər qarındoyurma işləri kimi qalan məsələlər zehni fəaliyyətə

çevrilərdi. Gülüşün insana xas olması, yalnız bir şeyin əlamətidir: əfsus ki, bizim hamımıza günah işləmək

xasdır. Amma sənin kimi pozğun zəkalar bu kitabdan belə bir nəticə çıxara bilər ki, məhz gülüş - insanın

məqsədidir! Gülüş - müvəqqəti olaraq kəndlini qorxudan xilas edir. Amma qanun yalnız qorxu vasitəsi ilə

qəbul edilir, bunun tam adı - Allah qorxusudur. Bu kitabdan isə bütün dünyada yeni yanğın törədəcək

iblisanə bir qığılcım çıxa bilər; və gülüş qorxunu məhv etmək üçün hətta Prometeyə də məlum olmayan

yeni bir üsul kimi tanınacaqdır. Kəndli gülərkən, ölümə əhəmiyyət verməz; lakin sonra özbaşınalıq bitər

və dini ayin, ilahi təqdirə görə, yenidən kəndlinin içinə ölüm qorxusu salar. Amma bu kitabdan, qorxudan

qurtulmaqla ölümü yox etmək üçün yeni və sarsıdıcı bir ümid doğa bilər. O zaman biz günahkar

məxluqlar, ilahi bəxşişlərdən bəlkə də ən xeyirlisi və ən sevimlisi olan qorxu hissindən məhrum qalınca,

nəyə çevrilərik? Əsrlər boyunca üləmalar və kilsə ataları Uca olanı dərk etmə yolu ilə alçaq olanın murdar

səfılliyi və yaramazlığının kökünü kəsmək üçün müqəddəs elmdən xoş ətirli damcılar toplamışlar. Amma

bu kitabda deyilir ki, məzhəkə, həcv və məsxərə - nöqsanları, qüsurları, acizliyi göstərib lağa qoyaraq

ehtiraslardan xilas edən çox güclü dərmandır; və bu kitab saxta alimləri, dünyadakı hər şeyi ibliscəsinə

tərsinə çevirməklə, alçaq olanı qəbul edərək, Uca olanı inkar etmək üçün cəhd göstərməyə təşviq edə bilər.

Bu kitabdan belə bir fikir hasil ola bilər ki, insanın yer üzündə də (sənin Bekonun da təbiət sehri haqqında

mülahizələr yürüdərək bu fikrə yaxınlaşır) Kukanlar ölkəsindəki bolluğu

582



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə