Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə170/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   167   168   169   170   171   172   173   174   175

590

Sonra dayandı və daha sakitcə danışmağa başladı. “Dayan. Belə etsək, onu heç zaman tapmayacağıq.

Dur və sus”. Tam səssizlik içində donub-qaldıq. Və yalnız bu səssizliyin sayəsində hardasa çox uzaqda,

bərk şeylə toqquşmuş bədənin səsini və yerə düşən kitabların gurultusunu eşitdik. “O tərəfdədir!” - deyə

ikimiz də birdən qışqırdıq.

Səs gələn tərəfə qaçdıq, amma birdən addımlarımızı yavaşıtmalı olduq. Çünki Afrikanın sərhədindən

başqa, bütün kitabxanaya havatəmizləyici deşiklərdən o gecə bayırda əsən küləyin sürətindən asılı olaraq

gah güclü, gah da zəif uğuldayan, fışıldayan hava axını dolmuşdu. Sürətlə hərəkət edərkən daha da təsirli

olan bu hava axınları çətinliklə  əldə etdiyimiz işığı söndürə bilərdi. Ona görə də, sürətlə hərəkət edə

bilməzdik. Necə olursa olsun, Xorxeni yubatmaq lazım idi. Və mən “bunu necə edə bilərik” deyə baş

sındırırdım. Amma Vilhelm əks fikrə düşdü və bərkdən qışqırdı: “Ey, qoca, hesab et ki, səni yaxaladıq!

İndi  çırağımız  var!”.  Bu,  gözəl  fikir  idi,  çünki  Xorxc  bunu  eşidən  kimi,  görünür,  təlaşa  düşdü  və

addımlarını tezləşdirərək, ona qaranlıqda yerimək imkanı verən adət etdiyi tarazlığı pozdu. Yəqin ki, buna

görə çox tezliklə yenidən gurultu səsi eşidildi. Bu səsə tərəf qaçıb, YSPANİA-nın Y zalına girincə,

Xorxenin yerə yıxıldığını gördük. Kitab hələ də  əlindəydi və indi qalxmağa çalışaraq, ilişib aşırdığı

masanın üstündən tökülən kitabların arasında çabalayırdı. O, ayağa qalxmağa çalışır, amma eyni zamanda

sanki ovunu mümkün qədər tez udmaq istəyirmiş kimi, səhifələri bir-bir cırmağa davam edirdi.

Biz onun yanına çatanda, artıq ayağa qalxmışdı və yaxınlaşdığımızı eşidincə, kor üzünü bizə tərəf

çevirib geri çəkildi. Çırağın qırmızı işığında onun üzü daha eybəcər görünürdü. Cizgiləri dəyişmişdi,

alnından və yanaqlarından əzab təri sel kimi axırdı. Adətən, ölüm ağlığında olan göz yuvaları indi qan

çanağına dönmüşdü. Ağzından perqament parçaları sallanırdı, qarnını doldurmuş, yeni qidanı uda

bilməyib, ağzından qaytaran vəhşi heyvana bənzəyirdi. Əzabdan qovrulma, damarlarına bol zəhərin

yayılması, ümidsiz və ibliscə intihara can atma öz işini görmüşdü. Əvvəllər ağsaçlı qocanın sanballı

görünən vücudu indi iyrənc və kobud görkəm almışdı. Başqa vaxt olsaydı, özümüzü gülməkdən saxlaya

bilməzdik. Lakin indi ruhumuz gülünc olanı qəbul etmirdi: sanki biz özümüz də heyvanlara çevrilmişdik,

ovun dalınca qaçan itlər kimiydik.

Qocanı üsulluca yaxalaya bilərdik. Bunun əvəzinə cəld onun üstünə atıldıq. Kitabı əlləri ilə sinəsinə

bərk-bərk sıxaraq qanrıldı. Sol əlimlə onu yaxalamış, sağ  əlimlə isə çırağı mümkün qədər yuxarı

qaldırmağa çalışırdım. Amma nccə oldusa, alov onun üzünü daladı. İstini hiss etdi və boğuq, xırıltılı səslə

fəryad qopardı; ağzından yarıçeynənmiş kağız parçaları töküldü, sağ əlini kitabdan buraxdı, çırağı bərk-

bərk tutub, vəhşi bir qüvvə ilə özünə tərəf çəkərək əlimdən aldı və onu irəliyə, mümkün qədər uzağa

tulladı.


Çıraq masanın üstündən yerə tökülmüş və bir-birinin üzərinə qalaqlanmış, səhifələri açıq kitabların

arasına düşdü. Yağı töküldü. Alov ani olaraq kövrək perqamentləri sardı və onlar qum çırpı kimi yanmağa

başladı. Hər şey bir neçə saniyənin içində oldu. Kitablar elə parıltı ilə şölələndi ki, elə bil, minlərcə illik

səhifələr belə paklaşdırıcı alovu çoxdan bəri arzulayırmış kimi, indi o gözlənən yanğının amansız




591

susuzluğunu yatırmağa imkan tapdığından sevinirdi. Vilhelm bunu görüb qocanı buraxdı. Xorxc

qurtulunca, dərhal bir neçə addım geri getdi. Vilhelm nə edəcəyini bilmədən əlini yellədi (düzünə qalsa,

çox yubandı!): Xorxeni yenidən yaxalamaqla kiçik tonqalın üstündə rəqs edən alovu söndürmək arasında

qərarsız qalaraq lazım olduğundan çox vaxt itirdi. Kitablardan ən köhnəsi tavana doğru alovdan dil

uzadaraq, birdən tutuşub yandı.

Zəif alovu söndürə bilən incə hava axınları güclü, canlı alova əks təsir göstərirdi: onu daha da alışdırır,

hətta yanan kağız parçalarını tavana doğru qaldırırdı.

“Tez ol, alovu söndür! - Vilhelm qışqırdı. - Yoxsa hər şey yanacaq!”

Tonqala doğru qaçdım, sonra dayandım, çünki nə edəcəyimi bilmirdim. Mənim çaşqınlığımı görən

Vilhelm özü də qaçaraq



592

gəldi. Yalın əllərlə heç nə etmək olmazdı. Biz əllərimizi uzadır, alovu söndürmək üçün bir şey axtarırdıq.

Qəfil fikir beynimdə şimşək kimi çaxdı. Cübbəmin ətəyindən yapışıb dartdım və başımdan çıxarıb, alovun

üstünü örtməyə çalışdım. Amma alov o qədər güclü idi ki, dərhal libasımı bürüdü və bir anda onu uddu.

Qarsalanmış əllərimi geri çəkərkən Vilhelmə tərəf döndüm və onun arxasında bizə səssiscə yaxınlaşmış

Xorxeni gördüm. İsti o qədər yüksəlmişdi ki, qoca asanlıqla onu hiss edir və hara getdiyini yaxşı bilirdi.

Qəti hərəkətlə əlini başının üzərinə qaldırıb, Aristoteli alovun içinə atdı.

Vilhelm anlaşılmaz fəryad qopardı və vəhşi bir amansızlıqla, var gücü ilə qocanı itələdi. Xorxe dolaba

çırpıldı, başı küncə dəydi və yerə yıxıldı... Amma zənnimcə ağzından dəhşətli bir söyüş çıxan Vilhelm,

buna əhəmiyyət vermədi. Kitablara doğru atıldı. Çox gec idi. Aristotel, daha doğrusu, qoca yedikdən sonra

nə qalmışdısa, artıq yanmağa başlamışdı.

Bu əsnada ən canlı qığılcımlar tavanın altında fırlanaraq, divara yapışmışdı və dolabların birindəki

cildlər alovun şiddətindən qovrulmağa başlamışdı. İndi otaqda bir yox, iki yanğın var idi.

Vilhelm yalın əllərlə onları söndürə bilməyəcəyimizi anladı və kitabları kitablarla xilas etməyi qərara

aldı. O, digərlərindən daha möhkəm cildlənmiş və daha ağır kitabı götürüb, düşməni dağıtmaq üçün ondan

dəyənək kimi istifadə etdi. Amma dəmir qurşaqlı cildi kitab tonqalının üstünə çırpmaqla yeni qığılcımların

uçuşmasına yol açmaqdan başqa bir şey edə bilmədi. Alovu tapdalayıb söndürmək istədi, amma nəticə

yenə pis oldu, çünki kül olmuş perqamentin yüngül, kiçik parçaları qalxıb yarasalar kimi havada uçuşdu,

hava da özünün alovlu həmcinsi ilə birləşib, onlara yeni-yeni vərəqlərin torpaq maddəsini yandırmağa

kömək edirdi.

Talesizlikdən bu, labirintin ən qarmaqarışıq otağında baş vermişdi. Di varlardaki bütün rəflərdən

bükülü əlyazmalar sallanırdı, dağılmış kitabların üz qabıqlarından, açıq qalmış ağızlardan çıxırmış kimi,

on illər boyunca qurumuş dana dərisindən



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə