Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə173/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   167   168   169   170   171   172   173   174   175

599

yanırdı. İnsanlar dəstə-dəstə moqsədsizcə, ya da tamamilə faydasız məqsədlərlə meydanın bu başından o

başına qaçırdılar. Mən başı yaralanmış, cübbəsi cırılmış, çarəsizliyə yenilmiş Nikolanı gördüm. Giriş

darvazasının yanında diz çökərək, Tanrının lənətlərinə lənətlər yağdırırdı. Tivolili Pasifıkonu da gördüm.

Kömək etməyi düşünmədən belə, yanından qaçan ürkmüş qatırı tutmağa çalışırdı. Qatıra minib, məni

görüncə qışqırdı ki, onun kimi hərəkət edib, bu Armageddona bənzər yerdən xilas olub qaçsam yaxşı olar.

Bu zaman birdən dəhşət içində düşündüm: bəs Vilhelm haradadır? Yoxsa o da yıxılan divarların altında

qalıb əzilmişdir? Axtarmağa başladım - və nəhayət, onu kilsə həyətinin yaxınlığında tapdım. Əlində yol

heybəsi vardı. Alov müsafirxanaya sıçrayınca, heç olmasa, qiymətli alətlərini xilas etmək üçün hücrəsinə

girmişdi. Mənim heybəmi də götürmüşdü, içindən əynimə geyəcək bir şey tapdım. Nəfəsimizi dərib

dayandıq və ətrafımıza baxdıq.

Monastırın axırı çatmışdı. Demək olar ki, bütün tikililəri - bəzilərini az, bəzilərini çox - alov

bürümüşdü. Hələ od tutmayanlar da tezliklə yanacaqdı. Çünki təbiətin davranışlarından tutmuş köməyə

qaçanların çaşqın horəkətlərinədək hər şey monastırın yanıb kül olmasını körükləyirdi. Yalnız tikililərin

olmadığı yerlər - bostan, kilsə həyətinin önündəki bağça od tutmamışdı. Tikililəri xilas etmək üçün artıq

heç bir şey etmək olmazdı. Onları xilas etmək ümidini bir yana buraxıb təhlükəsiz yerə çəkilərək, hər

şeyin yanıb külə çevrildiyinə sakitcə baxmaqdan başqa çarə qalmamışdı.

Kilsə bizə daha yaxın idi, indi o, yavaş-yavaş yanırdı. Bu, böyük tikililərin ümumi xüsusiyyətidir -

taxta hissələr tez alışıb-yandıqdan sonra saatlarca, bəzən günlərcə tüstülənir. Bina tamam başqa cür

yanırdı. Orada tez alışan əşyalar daha çox idi. Yazı zalını tamamilə bürüyən alov, yeməkxana və mətbəxə

də düşmüşdü. Bir zamanlar yüz illər boyunca labirintin yerləşdiyi üçüncü mərtəbə isə tamamilə yanıb

məhv olmuşdu.

“Bu, xristianlığın ən böyük kitabxanası idi, - Vilhelm dedi. - İndi, - deyə davam etdi, - Dəccalın

gəlməsi, doğrudan da, yaxındır, çünki ona mane olmaq üçün heç bir bilik qalmadı. Həm də bu gün artıq

onun üzünü gördük”.

“Kimin üzünü?” - deyə sarsılmış halda soruşdum.

“Xorxenin. Fəlsəfəyə duyduğu nifrətdən əyilmiş üzündə ilk dəfə Dəccalın surətini gördüm.

Carçılarının hesab etdikləri kimi, Yəhudiyyə qəbiləsindən çıxmayacaqdır o, uzaq bir ölkədən də

gəlməyəcəkdir. Dəccal möminliyin özündən, Allaha olan ifrat məhəbbətdən, ya da həqiqət sevgisindən

doğa da bilər.




600

Kafirin bir övliyadan, cinlinin bir bəsirət sahibindən yarandığı kimi. Peyğəmbərlərdən qorx, Adso, həqiqət

uğrunda canından keçməyə hazır olanlardan da. Adətən, onlar özləri ilə birlikdə başqa insanları da öliimo

sürükləyirlər. Bəzən - özlərindən əvvəl, bəzən də - özlərinin yerinə. Xorxe iblisanə əməllər törətdi, zira öz

həqiqətini elə ehtirasla sevirdi ki, yalanla mübarizə aparan hər kəsin hər şeyə ixtiyarının çatdığını sanırdı.

Xorxe Aristotelin ikinci kitabından ona görə qorxurdu ki, bu kitab, öz fikirlərimizin köləsi olmayaq deyə,

bütün həqiqətlərin üzünü necə dəyişdirməyi öyrədirdi. Bəlkə do insanları sevən hər kəsin vəzifəsi -

həqiqətə gülməyi öyrətməkdir, həqiqətin özünü güldürməkdir, çünki yeganə həqiqət - həqiqətə olan xəstə

ehtirasdan azad olmağı öyrənməkdir”.

“Ustadım, - deyə əzab çəkə-çəkə dedim, - ürəyiniz dərindən yaralandığı üçün indi belə düşünürsünüz.

Axı keçən günlərdə topladığınız əlamətləri şərh edərək, bu gün aşkar etdiyiniz də bir həqiqət idi. Xorxe

qalib gəldi, amma siz do Xorxeyə qalib gəldiniz, çünki onun niyyətlərini ifşa etdiniz”.

“Heç bir niyyət yox idi, - Vilhelm dedi, - mən onu bir səhv üzündən aşkara çıxardım”.

Bu sözlərdə bir ziddiyyət vardı; Vilhelm belə olmasını doğrudan istəyirmi - anlamadım. “Amma

qardakı izlərin Kəhəri göstərdiyi doğru idi, - mən dedim, - Adelmonun özünü öldürdüyü doğru idi,

Vcnansionun çəlləkdə boğulmadığı doğru idi, labirintin sizin təxmin etdiyiniz kimi tikildiyi doğru idi,

Afrikanın sərhədinin quatuor sözünün köməyi ilə açıldığı doğru idi, sirli kitabın Aristotelə məxsus olduğu

doğru idi... Biliyinizdən faydalanaraq aşkar etdiyiniz bütün doğrulan saymağa davam edə bilərəm.”

“Mən heç zaman əlamətlərin düzgünlüyünə  şübhə etmədim, Adso. Onlar dünyada düzgün

istiqamətlənmək üçün insanın əlində olan yeganə  şeylordir. Mənim anlaya bilmədiyim, əlamətlər

arasındakı əlaqədir. Bütün qətllərə uyğun gələn İncildəki tərtib vasitəsi ilə Xorxeni aşkar etdim; bu isə

tam təsadüf idi. Bütün cinayətlərin təşkilatçısını axtararkən, Xorxeni tapdım.




601

Amma hər cinayəti ayrı şəxsin törətdiyini, ya da heç kimsənin törətmədiyini aşkara çıxartdıq. Xorxeni

pozğun və zəkalı bir şüurun niyyətini araşdıraraq ifşa etdim; amma ortada heç bir niyyət yoxdu, daha

doğrusu, Xorxenin özü öz ilk niyyətinə uyğun davrana bilmədi, sonra isə səbəblər zənciri, birbaşa səbəb-

lər, ziddiyyətli səbəblər başlandı; bunlar müstəqil surətdə inkişaf edib, heç bir niyyətdən asılı olmayan

əlaqələrin üzə çıxmasına səbəb oldu. Sən mənim müdrikliyimi harada görürsən? Mən inadkarlıqla yerimdə

addımlayırdım, bir xəyali tərtibin ardınca qaçırdım, amma bilməliydim ki, dünyada heç bir tərtib mövcud

deyil”.


“Lakin yanlış tərtiblərdən yola çıxaraq, yenə də nə isə tapdınız”.

“İndi çox yaxşı söylədin, Adso, təşəkkür edirəm. Başlanğıc tərtib - tor, ya da pilləkən kimidir, harasa

qalxmaq üçün istifadə olunur. Amma bundan sonra nərdivanı atmaq lazımdır, çünki onun faydalı olsa da,

mənasız olduğunu anlayacaqsan. Er muoz gelichesame ciie Leiter abewerfen, so Er an ir ufgestigen ist...



223

Belə deyirlərmi?”

“Mənim dilimdə belə səslənir. Kim deyib bunu?”

“Sənin vətənindən olan bir mistik. O, bunu haradasa yazmışdır, xatırlamıram. Həm də günlərin birində

kiminsə bu əlyazmasını tapması zəruri deyil. Faydalı olan yeganə həqiqətlər - istifadə edildikdən sonra

atılan alətlərdir”.

“Özünüzü danlamaq üçün bir səbəb yoxdur. Əlinizdən gələni etdiniz”.

“İnsanların əlindən gələni etdim. Bu azdır. Kainatda bir nizamın olmadığı, çünki bunun Tanrının azad

iradəsinə və qüdrətinə həqarət olacağı fikri ilə razılaşmaq çətindir. Beləcə, Tanrının azadlığı bizim üçün

hökmə, ya da on azından, qürurumuz üçün hökmə çevrilir”.

223

 İnsan nərdivanla qalxdıqdan sonra mütləq onu atmalıdır (orta əsrlər almancası)




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə