Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə174/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   167   168   169   170   171   172   173   174   175

Ömrümdə ilk və sonuncu dəfə ilahiyyata aid nəticə çıxarmağa cəsarət etdim: “Necə ola bilər ki, mütləq

olan varlığın ehtimallar qanunu ilə əlaqəsi olmasın? O zaman Tanrı ilə ilkin xaos nə ilə fərqlənir? Tanrının

mütləq qüdrətini və mütləq azadlığını demək, xüsusən də onun öz seçimlərini nəzərə alaraq - Tanrının

mövcud olmadığını sübut etmək mənasına gəlməzmi?” Üz cizgiləri heç bir hissi ifadə etməyən Vilhelm

mənə baxıb dedi: “Elmli bir adam soruşduğun suala “hə” deyə cavab vermişsə, biliyini başqaları ilə

bölüşməyə necə davam edə bilər?” Onun sözlərinin mənasını anladım: “Həqiqətin meyarı itirilərsə,

paylaşılması mümkün olan biliyin mövcud olmayacağını demək istəyirsinizmi, yoxsa başqaları buna izin

verməyəcəyi üçün biliyinizi paylaşa bilməyəcəyinizi söyləmək istəyirsiniz?”

Elə bu an yataqxananın damının bir hissəsi səmaya qığılcım buludu saçaraq, dəhşətli gurultu ilə çökdü.

Həyətdə dolaşan qoyun və keçilər ürəkparçalayan mələrti ilə qaçaraq, bizə yaxınlaşdı. Xidmətçilər

qışqıraraq yanımızdan keçib, başqa səmtə qaçdılar, az qala bizi yerə yıxacaqdılar.

“Burada çox böyük çaxnaşma var, - Vilhelm dedi. - Non in commotione, non in commotione Dominus”'

224

224


 Qarışıqlıqda olmaz, Tanrı qarışıqlıqda olmaz (lat.)

604



S

O N


V Ə R Ə Q


606

Abbatliq  üç  gün,  üç  gecə  yandı.  Son  səylər  də  heç  bir  nəticə  vermədi.  Bizim  o  yerlərə  gəlişimizin

yeddinci gününün səhəri, sağ qalanlar artıq heç bir tikilinin xilas edilə bilməyəcəyini anlayınca, ən gözəl

binaların divarları dağılıb toza çevrilincə, kilsə öz üstünə qatlanırmış kimi öz qülləsini udunca - o zaman

heç kimin ilahi cəzaya qarşı mübarizə etmək istəyi qalmadı. İnsanlar quyudan su daşımaq üçün

yorğunluqdan zorla ayaqlarını sürüyürdülər. Uzaqda iclas zalı sakitcə tüstülənirdi, onun üstündə isə

abbatın təmtəraqlı mənzili yanırdı. Alov dəmirçixananın həyətinə çatanda, qabaqcadan bütün müxəllofatı

oradan çıxarmış xidmətçilər yanğını söndürməyə çalışmadılar, gecəki çaxnaşmada monastırdan çıxmağa

yol taparaq, dağın ətəyinə doğru qaçmış mal-qaranın dalınca getməyi üstün tutdular.

Bəzi xidmətçilərin kilsənin küllüyündə eşələndiklərini gördüm. Yəqin ki, qaçmazdan əvvəl, dəyərli

əşyalardan götürmək üçün xəzinəyə girməyə çalışırdılar. Onların bir şey əldə edib-etmədiyini bilmirəm,

xəzinənin yerin altına batıb-batmadığını bilmirəm, bu ağılsız qarətçilərin xəzinəyə girməyə çalışarkən

onunla birlikdə torpağa gömülüb-gömülmədiyini də bilmirəm.

Bu əsnada yardım etmək, ya da yanğından mal qapmaq üçün kənddən gələn insanlar tədricən çoxalırdı.

Ölülər tüstüləyən xarabalığın içində qalmışdı. Üçüncü gün yaralıları sarıyıb, açıqda olan cəsədləri dəfn

etdikdən sonra rahiblər və digər insanlar ələ keçən əşyaları toplayıb, lənətlənmiş bir yerdən ayrılır, kimi,

tüstülənən monastırdan çıxıb getdilər. Onların sonra haraya yollandıqlarını bilmirəm.

Vilhelmlə mən yaxınlıqdakı meşədən tutduğumuz atlara minib oradan ayrıldıq. Artıq onları res



nullius

225

 sayırdıq. Yolumuz

225

 Heç kimin mah, sahibsiz (lat.)




607

şərqə tərəf idi. Yenidən Bobbioya varid olduqda, imperator barədə pis xəbərlər aldıq. Romada ona xalq

tərəfindən tac qoyulmuşdu. Bundan sonra İohannla hər hansı razılaşmanın imkansız olduğunu görüncə, V

Nikolanı əks-papa seçmişdi. Mar- silio Romada dini canişin təyin edilmişdi, amma xətası, ya da zəifliyi

ucbatından bu şəhərdə elə hadisələr baş verdi ki, danışılması çox məyusluq doğurar. Papaya sadiq olub,

messa ayinində iştirak etmək istəməyən keşişlərə işgəncələr verilirdi; avqustinianların baş rahibini

Kapitolidoki şir saxlanılan quyuya atmışdılar. Marsilio və Yandunlu İohann papa İohannı kafir elan

etdilər, Lüdoviq isə ona ölüm cəzası kəsdi. İmperator pis idarə etdiyindən, yerli ağaları özünə qarşı

qaldırır, xalqın topladığı pulları mənimsəyirdi. Bu xəbərləri eşitdikcə, Romaya irəliləyişimizi

gecikdirirdik; Vilhelmin ümidlərini qıran o hadisələrə şahid olmaq istəmədiyini anladım.

Pompozaya gəlib çatdıqda Romanın Lüdoviqə qarşı qiyam qaldırdığını, onun isə Pizaya çəkildiyini,

İohannm elçilərinin zəfər qazanmış kimi, papalıq paytaxtına girdiklərini öyrəndik.

Bu vaxt ərzində Sezena Mikele Avinyona gəlişinin heç bir fayda verməyəcəyini, əksinə, həyatına

təhlükə yaradacağını anlamışdı; buna görə də, qaçıb Pizada Lüdoviqə qoşuldu. Bu əsnada imperator,

Lucca və Pistoya hakimi Kastruccio ölüncə, onun da dəstəyindən məhrum qaldı.

Qısası, hadisələrin gedişatını öncədən təxmin edib, Bavariyalının Münhenə çəkiləcəyini bilincə,

yolumuzu dəyişdirib oraya getməyi qərara aldıq; üstəlik, Vilhelm İtaliyanın onun üçün artıq təhlükəsiz

olmadığını hiss etmişdi. Son aylar və illərdə Lüdoviqin feodal-hibcllinlərlə qurduğu ittifaq da tamamilə

dağıldı. Bir ildən sonra anti-papa Nikola İohannın mərhəmətinə ümid edib təslim olacaq, boynuna kəndir

dolayıb onun hüzuruna çıxacaqdı.

Münhenə varid olunca, göz yaşları içində əziz ustadımdan ayrılmaq məcburiyyətində qaldım. Onun

gələcəyi qaranlıq idi. Valideynlərim Melkə qayıtmağımı uyğun gördülər. Vilhelmin monastınn dağılmış

divarları yanında çarəsizliyini mənimlə paylaşdığı o dəhşətli gecədən sonra, aramızda səssiz bir razılaşma

varmış kimi, o hadisələr haqqında bir kəlmə də danışmamışdıq. Məyus-məyus vidalaşarkən do bu

mövzuya toxunmadıq.

Ustadım gələcək dərslərimə dair çoxlu faydalı məsləhətlər verdi, öz şüşələrini yenidən əldə etdiyi üçün

Nikolanın düzəltdiklərini də mənə bağışladı. “Sən hələ gəncsən, - bu zaman o dedi, - amma vaxt gələcək,

bu şüşələr sənə lazım olacaq” (doğrudan da, indi, bu sətirləri yazarkən o şüşələr burnumun üstündədir!).

Sonra məni ata nəvazişi ilə, bərk-bərk qucaqladı və ayrıldı.

Onu bir daha görmədim. Əsrimizin ortalarında Avropanı viran qoymuş vəbadan öldüyünü çox sonralar

öyrəndim. Onun ruhunu qəbul etməsi və iti zəkasının səbəb olduğu bir çox təkəbbürlü davranışını

bağışlaması üçün həmişə Allaha dua edirəm.

İllər sonra, yetkin bir adam olaraq, abbatımın tapşırığı ilə İtaliyaya səfər etmək imkanı qazandım. Geri

qayıdarkən məni şirnikləndirən istəyə tab gətirməyib, monastırın qalıqlarını görmək üçün yolumu bir xeyli

dəyişdim.

Dağın ətəyindəki iki kənd tərk edilmiş, ətrafdakı torpaqlar şumlanmamışdı. Təpəyə qalxınca, yaşlarla




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə