Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə165/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   161   162   163   164   165   166   167   168   ...   175

hadisələrdən, şəxsiyyətlərin alçaldılmasından, kütləvi və ədəbsiz pantomimlərdən

216


, uyğunsıızluqdan, ən

dəyərsiz şeylərin seçilməsindən necə doğduğunu göstərəcəyik. Sonra nitqlərdə gülünclüyün ikimənalı

sözlərdən, yəni müxtəlif əşyalar üçün oxşar sözlər və oxşar əşyalar üçün müxtəlif sözlərin istifadə

edilməsindən, pəltəklik və dolaşıqlıqdan, söz oyunlarından, qı- saltmalardan, tələffüz xətalarından və

kobud sözlərdən necə yarandığını göstərəcəyik...”

Vilhelm çətinliklə tərcümə edir, uyğun sözləri axtarır, tez-tez dayanırdı. Tərcümə etdikcə sanki tapmağı

gözlədiyi şeylərə rast gəlirmiş kimi gülümsəyirdi. İlk səhifəni sona qədər tərcümə etdi, sonra sanki

marağını itirib susdu və sonrakı vərəqləri tez- tez çevirməyə başladı. Lakin bir neçə səhifədən sonra kitabı

vərəqləməyin çətin olduğunu gördü. Kitabın yuxarı və sağ kənarları boyunca səhifələr bir-birinə

yapışmışdı. Nəmdən çürüyən kitablar çox vaxt belə olur. Onları vərəqləmək mümkün deyil.' Kağızlar bir-

birindən ayrılmır və yapışqan kütləyə çevrilir. Xorxe çevrilən vərəqlərin xışıltısının kəsildiyini hiss etdi

və yenə Vilhelmi həvəsləndirib dedi:

“Nə oldu, davam elə! Oxu, vərəqlə! Kitab sənindir, son onu qazandın!”

Vilhelm cavabında qəhqəhə çəkib güldü. Baş verənlərdən olduqca əylənirmiş kimi görünürdü. “Mənim

haqqımda yüksək fikirdə deyilsən, Xorxe! Amma deyirdin ki, məni son dərəcə ağıllı hesab edirsən. Sən

görmürsən - amma əlimdə əlcək var. Barmaqlarım da örtülüdür. Vərəqləri bir-birindən ayıra bilmirəm.

Əlcəkləri çıxarıb çılpaq əllə, barmağımı dilimlə isladaraq vərəqləməyə davam etməliyəm, bu səhər yazı

zalında etdiyim kimi - bunun sayəsində, qəflətən ağlıma gəlmiş parlaq fikirdən bu sirri də aça bildim.

Düşünürdün ki, zəhər barmaqlarımdan dilimə keçənə qədər vərəqləməyə davam edəcəyəm. İllər öncə

Severinin laboratoriyasından oğurladığın zəhərdən danışıram. Bəlkə do hələ o zaman, yazı zalında

kiminsə Afrikanın sərhədinə

216


 Mimika və hərəkətlərlə ifa olunan teatr tamaşası

574



575

yaxud Aristotelin itmiş  əsərinə, ya da hər ikisinə yersiz maraq göstərdiyini eşidib narahat olmuşdun.

Zəhəri uzun müddət saxladın. Lazım olduqda istifadə etməyi gözlədin. Yalnız bir neçə gün əvvəl bu

təhlükəni hiss edib, zəhərə əl atdın. Bir tərəfdən Venansio kitabın mövzusuna həddən çox yaxınlaşmışdı.

Digər tərəfdən, Berenqar şöhrətpərəsti iyindən Adelmonun qarşısında lovğalandığından, sirr saxlamağı və

özünü təmkinli aparmağı bacarmadı. Bu zaman yuxarıya qalxıb, kitaba zəhər sürtdün. Həm də düz

vaxtında. Çünki çox keçmədən, elə həmin gecə, Venansio buraya girib, kitabı tapdı və onu aparıb səbir-

sizliklə, demək olar ki, cismani acgözlüklə vərəqləməyə başladı. Bir qədər sonra özünü pis hiss etdi və

kömək axtarmaq üçün mətbəxə qaçdı. Elə orada da öldü. Səhv etmirəm ki?”

“Yox, davam elə”.

“Dalısı çox sadə. Berenqar Venansionun cəsədini mətbəxdə tapır və araşdırma aparılacağından qorxur.

Çünki hər necə olsa, Venansio gecə Binaya Berenqarın daha öncə boşboğazlıq edib, sirri Adelmoya

açması sayəsində girə bilmişdi. İndi nəsə etmək lazım idi. Amma nə edəcəyini bilmirdi. Cəsədi çiyninə

qoyur və onu gətirib, donuz qanı ilə dolu çəlləyin içinə atır, ümid edir ki, hamı onun boğulduğunu

düşünəcək”.

“Bəs belə olduğunu haradan bilirsən?”

“Sən haradan bilirsənsə, mən də elə. Bcıcnqarm hücrəsində qanlı qətfənin tapıldığı zaman sənin necə

davrandığım gördüm. Cəsədi qan çəlləyinə atdıqdan sonra o, əllərini chtiyatsızca bu qətfəyə silmişdi.

Amma o özü do qeyb olmuşdu. Və yalnız kitabla birlikdə itkin düşə bilərdi, çünki onun məzmunu artıq

Berenqarı da maraqlandırırdı. Buna görə də sən onun tezliklə tapılacağını gözləyirdin, qana bulaşmış halda

yox, zəhərlənmiş olaraq. Sonrası daha da sadədir. Kitab Severinin əlinə düşür, çünki Berenqar ölümündən

qabaq onu gözdən uzaq bir yerdə oxuya bilməsi üçün xəstəxanaya gətirmişdi. Malaxia sənin təhrikinlə

gedib Severini öldürür. Amma özü də ölür, çünki onu qatil edən bu kitabda nəyin qadağan olunduğunu

öyrənmək



576

istədiyindən cildi açıb vərəqləyir. Budur, hər cəsəd üçün bir izah. Amma axmaqlıq...”

“Kimdir axmaq?”

“Mən. Alinardonun bircə sözü ucbatından, cinayətlər silsiləsinin İncildəki yeddi surun ahənginə uyğun

baş verdiyinə inanmışdım. Adelmo üçün - fırtına; amma onun ölümü intihar idi. Venansio üçün - qan;

amma buna, Berenqarın qəribə fikri səbəb olmuşdu. Berenqar üçün - su; bu isə tamamilə təsadüf idi.

Severin üçün - göy üzünün üçdə biri... Amma sadəcə, Malaxianın əlinə keçən ən ağır əşya səmavi kürə

idi. Nəhayət, Malaxia və əqrəblər... Kitabın minlərlə əqrəb gücündə olduğunu ona nə üçün demişdin?”

“Qəsdən. Sənə görə. Alinardo İncilə aid düşüncələrini mənə də demişdi. Sonra rahiblərin birindən guya

sənin də bu fikirlərə inandığını eşitdim. Və bu ölümlər zəncirinin ilahi nizam tərəfindən müəyyən

edildiyinə, mənimsə cavabdehlik daşımadığıma inandım. Malaxiaya xəbərdarlıq edib dedim ki, əgər o da

bu kitabla maraqlansa, ilahi nizama uyğun olaraq öləcəkdir. Elə də oldu”.

“Demək, belə... Cinayətkann hərəkətlərini izah etmək üçün saxta ehtimal uydurdun, cinayətkar da bu

yanlış ehtimala uyğun davrandı. Amma eyni zamanda, məni sənin izinə salan da bu yanlış ehtimal oldu.

Bizim zamanımızda hamı Yuhənnanın İncilinə aludə olub. Lakin məncə sən, onu başqalarına nisbətən,

daha çox düşünürsən. Və yalnız Dəccal haqqındakı fikirlərin ucbatından deyil. Həm də ona görə ki, sən

dünyada ən gözəl İncillər yaradan bir ölkədə doğulmusan. Əvvəlcə rahiblərin birindən İncilin ən gözəl

nüsxələrinin bu kitabxanaya sənin gətirdiyini eşitdim. Sonra Alinardo kitab dalınca Silosa göndərilmiş

sirli düşməni haqqında danışdı. Düşməninin “vaxtından əvvəl qaranlıqlar ölkəsinə getdiyini” söylədi.

Etiraf edim ki, onun sözləri məni çaşdırdı. Düşünmək olardı ki, bu düşmən artıq ölmüşdür. Amma

Alinardo sənin korluğuna eyham edirdi! Silos Burqosun yaxınlığında yerləşir. Bu gün səhər kataloqda

çoxlu sayda ispanca İncillərin siyahısına rast gəldim. Bu İncillər




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə