Müqəddəs şəxsiyyətlər vardı və onlarla birlikdə kimiləri yaşıl, kimiləri qırmızı geymiş, hər birinin əlində
üzərinə Məsihin adının monoqramı
208
həkk olunmuş qalxanlar olan Fransa kralının oxçular koqortası
gedirdi. Ordunun sərkərdəsi abbata ehtiramlarını bildirərək baş əydi və piyaləni ona uzadıb dedi: “Bilirəm
ki, bu torpaqlar, indi gördüyümüz sərhədləri daxilində otuz ildir müqəddəs Bencdiktin mülküdür”. Abbat
cavab verdi: “Belədirsə, dördüncünün birincisi və yeddincisi ilə aç”. Hamı bir ağızdan dedi: “Afrikanın
sərhədi naminə, amin”. Sonra hamı oturdu.
Bu zaman hər iki dəstə bir-birinə qarışdı, abbatın əmri ilə Süleyman ziyafət süfrəsi açdı, İakov və
Andrc saman dərzi gətirdilər, Adəm hamının qarşısında oturdu, Həvva yarpağın üstünə uzandı, Qabil
kotanı ilə birlikdə gəldi, Habil sərnic gətirdi və Kəhəri sağmağa başladı, Nuh avar çəkə-çəkə öz gəmisi ilə
təntənəli surətdə içəri girdi. İbrahim ağacın altında oturdu, İshaq kilsədəki qızıl mehrabın üstünə çıxdı,
Musa daşın üstündə əyləşdi, Danyal katafalkda uzanıb, Malaxia ilə qonşuluq etdi, Tobia yatağa sərildi,
Yusif çörək tərəzisinin üstünə tullandı, Bcnyamin çuvalın üstünə uzandı, başqaları da belə etdilər, amma
bu zaman mənzərə tutqunlaşdı; Davud təpəlikdə, Yuhənna yerdə, Firon qumluqda (təbiidir, - öz-özümə
dedim, - amma nə üçün?), Lazar masanın üstündə, İsa quyunun ağzında, Zəkəriyyə ağacın budağında,
Matta kətildə, Raab liflərin üstündə, Ruf samanlıqda, Tekla pəncərə pərvazında (bu zaman Adelmonun
solğun üzü pəncərədən içəri soxuldu; ona xəbərdarlıq etdi ki, aşağı yıxılıb, uçuruma düşə bilər), Susanna
bağçada, İuda məzarların arasında, Pyotr taxtda, Yəqub torun üstündə, İlyas dəri yəhərdə, Rahil dağarcığın
üstündə oturmuşdu. Həvari Paul qılıncını kənara qoyub, narazılıqla donquldayan İsava qulaq asırdı; bu
zaman İov təzək topasının üstündə oturub inildəyirdi, Rebckka örtüklə, Yudit libasla, Həcər kəfənlə ona
kömək etməyə tələsdi. Bu zaman müridlər tüstüləyən böyük bir qazan
208
Bir neçə baş hərfin hörgü şəklində bir-birinə keçirilməsi
527
gətirdilər, qazanın içindən Salvemckli Venansio çıxdı, başdan-ayağa qıpqırmızı, sağa-sola qandan
hazırlanmış kükülər paylayırdı.
Yeməkxana getdikcə qələbəlik olurdu və hamı acgözlüklə yeməyə girişmişdi. Yunus masaya balqabaq
gətirdi, İsayya - tərəvəz, Yezekil - tut giləmeyvəsi, Zəkəriyyə - böyürtkən, Adəm - limon, Danyal - paxla,
firon - yemiş, Qabil - dəvətikanı, Həvva - əncir, Rahil - alma, Anania - almaz böyüklüyündə gavalı, Liya
- soğan, Harun - zeytun, Yusif - yumurta, Nuh - üzüm, Simon - şaftalı çəyirdəyi gətirdi. Bu zaman İsa
“Dies irae” oxuyur və sevinc içində bütün yeməklərin üstünə Fransa kralının oxçularından birinin
mizrağından çıxardığı kiçik süngərlə sirkə sıxırdı.
“Övladlarım mənim, əziz qoyunlarım mənim, - abbat sərxoş halda dilləndi, - bu cır-cındır içində şam
edə bilməzsiniz, yanıma gəlin, hamınız gəlin”. Və o, yumruğuyla dördün birincisinə və yeddincisinə
vurdu, onlar əcaib kabuslar kimi güzgüyə tərəf uçdular; güzgü qırıq-qırıq oldu və onun içindən tökülən,
incilərlə bəzənmiş rəngbərəng, yırtıq və çirkli libaslar labirintin bütün zallarına, bütün yer üzünə dağıldı.
Zəkəriyyə ağ rəngli cübbə seçdi, İbrahim - quş rəngli, Lut - kükürd rəngli, Yunis - mavi, Tekla - alov
rəngli, Danyal - aslan sarısı, Adəm - dəri rəngli, İuda - gümüş pul rəngində, Raab - soxulcan rəngli, Həvva
- xeyir və şər ağacının rəngində, kimsə - alabəzək, kimsə - dəniz rəngində, kimsə - çobandarağı rəngində,
kimsə - ağac qabığı, kimsə - al-əlvan, kimsə - balıqqulağı, qurğuşun, qara, alov və od rəngli libas götürdü.
Məsih də göyərçin rəngində bir cübbəyə bürünüb, gülə-gülə İudanı acıqlandırır və zarafat edə bilmədiyi
üçün onu qınayırdı.
Bu zaman Xorxe oxuma şüşələrini çıxardı, çör-çöp yığınını alışdırdı, Sara odun gətirdi, Yafəs onları
topladı, İshaq üst-üstə yığdı, Yusif doğradı; dərhal Yəqub quyu qazdı, Danyal gölün kənarında oturdu,
xidmətçilər suyu çəkdi. Nuh - şərab, Həcər - tuluq, İbrahim - dana gətirdi; Raab dananı bir dirəyə bağladı,
İlyas İsadan ipi alıb, dananın ayaqlarına doladı; sonra Absalom
528
onu saçlarından asdı, Pyotr qılınc verdi, İohann dananı öldürdü, İrod bütün qanı axıtdı, Sim içalatını və
nəcisini atdı, Yəqub yağ tökdü, Molassadon duzladı, Antiox alovun üstünə qoydu, Rebekka bişirdi, Həvva
əvvəl dadına baxdı və xəstələndi, amma Adəm fikir verməməsini dedi və əlini ətirli otlar səpməyi məsləhət
bilən Severinin çiyninə qoydu. Sonra İsa çörəyi böldü, balıqları payladı, Yaqub bağırdı, çünki İsav onun
göbələklərinin hamısını yemişdi, İshaq qızarmış oğlağı alovun üstündən götürüb yedi, Yunis -
qaynadılmış balinanı mədəsinə aşırdı; İsa isə qırx gün, qırx gecə oruc tutdu.
Bu əsnada hər kəs içəri girib-çıxır, hər rəng və hər növdə ləzzətli ov yeməkləri gətirirdi, on böyük
tikəni həmişə Benyamin, ən yaxşısını isə Məryəm alırdı. Marta isə bulaşıq qabları yumağa məcbur olduğu
üçün şikayətlənirdi. Sonra onlar getdikcə ağlasığmaz dərəcədə böyüyən dananı parçalayıb bölüşdülər;
başını - Yuhənna, beynini - Absalom, dilini - Harun, çənəsini - Samson, qulağını - Pyotr, boynunu -
Ilolofcm, budunu
-
Liya, qolunu - Saul, içalatını - Yunis, ödünü - Tobia, qabırğasını - Həvva, sinəsini - Məryəm, döllüyünü
- Elizabet, quyruğunu - Musa, ayaqlarını - Lut, sümüklərini - Yezekil götürdü. Bu zaman İsa eşşək ətindən
dişləyir, Müqəddəs Fransisk
-
canavar, Habil - quzu, Həvva - murena, Voftizçi - çəyirtkə, firon - səkkizayaqlı ilbiz (təbiidir, - deyə
düşündüm, - amma nə üçün?) yeyirdi. Davud isə qabarböcəklorini içəri ötürür və əsmər, amma gözəl bir
qızın üstünə atılırdı; bu zaman Salvator diri aslanın qıçını dişləyir, Tekla isə qara qılları olan hörümçəkdən
qaçaraq qışqırırdı.
Şübhəsiz, artıq hamısı sərxoş idi, bəziləri şərabın üstündə sürüşüb döşəməyə yıxılır, bəziləri do
qazanların içinə düşür və yalnız ayaqları iki çubuq kimi çölə çıxırdı. İsanın barmaqları qaralmışdı, hamıya
kitab səhifəsi paylayır və deyirdi: “Alın, yeyin, bunlar Siınfosinin tapmacaları biri balıq haqqındadır,
digəri sizin Xilaskarınız və Tanrının oğlu barədə”. Yenə hamısı içməyə başladı, İsa - üzüm, Yunis -
marşala, firon - sorrent (bunu nə üçün?), Musa - qaditan, İshaq - kıit, Harun - adrian,
Dostları ilə paylaş: |