529
Zəkəriyyə - giləmeyvəli, Tekla - istiotlu, Yuhənna - alban, Habil - kampan, Məryəm - göyümtül, Rahil -
florens şərabı içdi.
Adəm çoçiyib qusdu, qabırğasından şərab axmağa başladı. Nuh yuxusunda Hamı söyürdü, Holofem
rahat-rahat xoruldayırdı, Yunis ölü kimi yatmışdı, Pyotr xoruz banınacan oyaq qaldı, İsa isə Bernardo Gui
ilə Pocettolu Bcrtrandonun qızı yandırmaq üçün sözləşdiyini eşidib, qəfil yuxudan ayıldı. Və qışqırdı:
“Ata! Əgər bacarırsansa, ata! Bu piyaləni məndən al!”. Kimi şərabı yerə tökür, kimi sonacan içir, kimi
gülməkdən ölür, kimi də ölüncəyədək gülür, kimi qabları gətirir, kimi də özgə qabından içirdi. Susanna
murdar öküz ürəyi əvəzinə gözəl, ağ bədənini heç bir zaman kelarla Salvatora təslim etməyəcəyini deyib,
fəryad qoparırdı. Pilat narahat ruh kimi yeməkxanada dolaşır, əllərini yumaq üçün hamıdan su istəyirdi;
rahib Dolçino lələkli şlyapasında ona su gətirir, sonra da gülə-gülə libasının qabağını açıb, qanlı qasığını
göstərirdi. Qabil isə Tridentli gözəl Marqaritanı qucaqlayaraq onu acıqlandırırdı. Dolçino ağlayır Yə gedib
başını Mələk papa adlandırdığı Bernardo Guinin sinəsinə qoyurdu. Ubertino ona həyat ağacı ilə, Sczcna
Mikcle isə qızıl kisəsi ilə təsəlli verirdi. Hər iki Məryəm onun yaralarına məlhəm sürtür, Adəm isə onu
təzə almadan dişləsin deyə dilə tuturdu.
Sonra Binanın qübbələri açıldı və göydən, tək bir insanın idarə etdiyi qurğuda Rocer Bekon endi. Bu
zaman Davud sitar çaldı, yeddiduvaqlı Salomcya isə rəqs etdi və hər dəfə duvağın birini atanda yeddi
surun birinə üfliriir və yeddi möhürdən birini göstərirdi, sonda yalnız günəşə bürünmüş qaldı. Hamı belə
şən monastırın olmadığını deyirdi; Berenqar hamının, - həm kişilərin, həm də qadınların paltarını qaldırdı
və hər kəsin qasığından öpdü. Rəqs başladı, İsa ustad libası geydi, Yuhənna
-
mühafizəçi, Pyotr - toratan, Nəmrud - ovçu, İuda - çuğul, Adəm - bağban, Həvva - dərzi. Qabil - quldur,
Habil - çoban, Yəqub - çapar, Zəkəriyyə - kahin, Davud - şah, Yubal - sitarçı, İoahim - balıqçı, Antiox -
aşpaz, Rcbekka - suçu, Modassadoıı
-
təlxək, Marta - xidmətçi, İrod - qudurğan, Tobiya - təbib,
Yusif - dülgər, Nuh - sərxoş, İshaq - kəndli, İov - əzabkeş, Danyal - hakim, Tamar - fahişə, Məryəm isə
xanım qiyafəsində idi və xidmətçilərdən şərab gətirmələrini tələb edirdi, çünki onun oğlu, o fərsiz, suyu
şəraba çevirmək istəmirdi.
Bax bu zaman abbat qəzəblə bağırdı, çünki belə gözəl bir şənlik düzəltməsinə baxmayaraq, heç kim
ona hədiyyə vermirdi; buna görə hamı ona ərməğan aparmaq üçün tələsdi: quzular, qoçlar, aslanlar,
dəvələr, marallar, buzovlar, günəş arabası, Müqəddəs Eobanın çənəsi, Müqəddəs Morimundun quyruğu,
Müqəddəs Arundalinin ayıb yeri, Müqəddəs Burqozinin on iki yaşlı kəllə kimi dəmir çərçivəyə salınmış
peysəri və “Süleymanın beşbucağı”nın nüsxəsi. Lakin abbat daha da qəzəblənib, belə davranmaqla onun
diqqətini yayındırmağa çalışdıqlarını, əslində sərdabənin xəzinəsini talayıb apardıqlarını, əqrəblərdən və
yeddi şurdan bəhs edən çox qiymətli kitabın oğurlandığını söyləyərək bağırmağa başladı və Fransa
kralının oxçularına, bütün şübhəlilərin üstünü axtarmağı əmr etdi. Hamının qınayıcı baxışları altında,
oxçular Həcərin üstündə - əlvan örtük, Rahilin üstündə - qızıl möhür, Tcklanın sinəsində - gümüş güzgü,
530
Benyaminin qoltuğunun altında - içki qədəhi, Yuditin donunun altında - ipək dəsmal, Lonjinin əlində -
nizə, Avimelexin qucağında - özgə arvad tapdılar. Lakin ən dəhşətlisi, qara pişikdən də qapqara və çox
gözəl olan qızın üstündə bir qara xoruzun tapılması oldu: onu dərhal cadugər və saxta həvari qadın elan
etdilər və cəzalandırmaq üçün üstünə atıldılar. Vəftizçi İohann başını kəsdi, Habil boğazını üzdü, Adəm
qovdu, Navuxodonosor odlu əli ilə onun sinəsində bürc işarələrini cızdı, İlyas alov arabasında onu
oğurladı, Nuh suda boğdu, Lut onu duz sütuna çevirdi, Susanna şəhvətpərəstlikdə ittiham etdi, Yusif başqa
bir qadınla ona xəyanət elədi, Anania onu odlu sobaya atdı, Samson zəncirə vurdu, Paul qamçıladı, Peter
başı aşağı çarmıxa çəkdi, Stefan daşla vurdu, Lavrenti qızdırılmış dəmirin üstündə ona işgəncə verdi,
Bartolomeo onun dərisini soydu, İuda ondan çuğulluq etdi, kelar onu tonqalda yandırdı, Peter isə hər şeyi
dandı. Sonra cəsədinin üstünə cumub, nəcislərini boşaltdılar,
531
üzünə yel buraxdılar, başına siyidilər, sinəsinə qusdular, saçını yoldular, ayıb yerlərinə yandırılmış
məşəllər soxdular. Qızın bir zamanlar zərif və gözəl olan bədəni indi çürüyür, xırda hissələrə parçalanıb
yayılaraq, zirzəmidəki mücrülərə və büllur-qızıl təbərrükdanlara dolurdu. Daha doğrusu, qızın bədəni
zirzəmiyə dolmurdu, əksinə, zirzəminin parçaları burulğan kimi fırlanaraq, indi canlı maddədən deyil,
mədən maddəsindən ibarət olan cəsədə çevrilirdi; sonra yenə sovrulub dağılır, nə vaxtsa dəlicə küfrlərin
səyi ilə bir yerə toplanaraq qızın cəsədinə dönmüş cisimlər indi ayrılaraq müqəddəs zərrəciklərə çevrilirdi.
Sanki vahid və ölçüyəgəlməz cisim min illər boyunca xırda parçalara ayrılır, bu parçalar ölmüş rahiblərin
cəsəd qalıqlarının saxlandığı yerdən daha möhtəşəm, amma ondan fərqlənməyən sərdabəyə yayılır və onu
tamamilə doldururdu; və sanki yaradılışın tacı olan - insan bədəninin maddəsəl mahiyyəti öz-özünə
təsadüfi, fani, bir-biri ilə əlaqəsi olmayan çoxlu zərrəciklərə bölünür, beləcə özünə zidd olan nümunələr
artıq mükəmməl deyil, dünyəvi biçimlər təşkil edərək, yalnız ölüm və heçliyin rəmzi olan tozlara və pis
qoxulu qalıqlara çevrilirdi...
Artıq ətrafımda nə ziyafət iştirakçılarını, nə də onların gətirdikləri hədiyyələri görə bilirdim - sanki o
şənliyin bütün qonaqları indi zirzəmidə rahatlıq tapmış, hər biri öz qalıqlarının mumiyası olmuş, hər biri
özünün şəffaf rəmzinə dönmüşdü. Rahil - sümüyə, Danyal - dişə, Samson - çənə sümüyünə, İsa - tünd-
qırmızı libasın bir parçasına çevrilmişdi. Sanki təntənəli ziyafət axırda coşqun şənlikdən qızın bədəninin
parça-parça edilməsinə çevrilmişdi və mən bütün bədənlərin bu son fəlakətini, ümumi qırğını seyr
edirdim... Bədənlər yox, mən nə deyirəm? Acmış və susamış ziyafətçilərin dünyəvi və fani olan, vahid və
bütünləşmiş bədəni tək cansız cəsəd olmuş, Dolçinonun işgəncədən sonrakı bədəni kimi deşilib
yaralanmış, iyrənc və parıltılı xəzinəyə çevrilmişdi; bütün daşlaşan hissələri ilə birlikdə qarmaqlarla
gərilmiş heyvan dərisi kimi öz səthinə dartılıb çəkilmişdi. Bu bədənin eyni zamanda həm xarici, həm
daxili, mövcud olan bütün əzaları görünür, hətta üz ifadəsi də