B İ R İ N C İ G Ü N
İ K İ N D İ V A X T I ,
Vilhelm nəbatatçı Severinlə elmi söhbət edir
Biz yenə mərkəzi nefı keçdik və gəldiyimiz qapıdan küçəyə çıxdıq. Ubertinonun dediyi sözlər hələ də
başımda uğuldayırdı.
“Ubertino... qəribə insandır...” - cürətlənərək Vilhelmə dedim.
“O bir çox baxımdan böyük insandır - ya da, hər halda belə idi... Qəribəliyi də bundandır. Yalnız kiçik
insanlar normal görünürlər. Ubertino tonqalda yandırılmağa göndərdiyi kafirlərdən biri ola bilərdi. Amma
Müqəddəs Roma kilsəsinin kardinalı da ola bilərdi. Və hər iki pozğunluğun bir addımlığındaydı. Ubertino
ilə söhbət edəndə, mənə elə gəlir ki, cəhənnəm - cənnətin tərs üzüdür”.
Onun nə demək istədiyini anlamadım və yenidən soruşdum: “Hansı üzü?”
“İş də elə bundadır, - Vilhelm məyus-məyus başını yellədi. - Hər şeydən əvvəl başqa tərəflərin, başqa
üzlərin və bütövün, tamın var olub-olmadığını bilmək lazımdır... Son mənə qulaq asma. Və bir daha bu
qapıya baxma, - deyə boynumun ardına yüngülcə şapalaq vurdu, çünki boynumu tez-tez girişə tərəf çe-
virib, məni heyrətə salan heykəllərə baxırdım. - Bu gün səni yetərincə qorxutdular. Kim necə bacardısa”.
Başımı çevirəndə qarşımda başqa bir rahibin dayandığını gördüm. O, Vilhelmlə yaşıd olardı.
Gülümsəyib salam verdi və özünü təqdim etdi: Sant Emmeıanolu Scverin, monastırda bitkilər üzrə
mütəxəssisdir, hamamxanaya, xəstəxanaya və bağçala baxır. Və əgər monastırın təsərrüfatına bələd olmaq
istəyiriksə. bizim qulluğumuzda hazırdır.
Vilhelm ona təşəkkür etdi və abbatlığa girərkən qarın arasından görə bildiyi qədər, təkcə tərəvəz deyil,
müalicəvi bitkilər də əkilmiş gözəl ləklərə baxdığını dedi.
81
“Yayda, yaxud baharda hər biri bənzərsiz çiçəklərlə bəzənmiş çeşid-çeşid bitkiləri olan bu bağca
Yaradanı daha gözəl mədh edir, - Severin, üzrxahlıq edərcəsinə, dedi. - Amma ilin bu fəslində də bitkiləri
yaxşı tanıyan biri qurumuş budaqların arasından cücərən bitkiləri görə bilir və əmin olur ki, bu bağça
başqalarından daha zəngindir, kitablardakı miniatürlərdən daha rəngli, daha gözəldir. Həm də müxtəlif
xeyirli bitkilər qışda da böyüyür, bəzilərini isə dibçəklərdə əkib, laboratoriyada saxlayıram. Dovşankələmi
köklərindən bolluca saxlamaq lazımdır - katarın' dərmanıdır; adaçayı köklərindən dəri xəstəliklərində
təpitmə hazırlanır; sarağan ekzemanm qabıq bağlamasına kömək edir; qambatı, yaxud xərçəngboynu
otunun kök və gövdələri döyülərək ishald
2 və bəzi qadın xəstəliklərində istifadə edilir; vəhşi yulaf - yaxşı
həzmedici dərmandır; dəvədabanı boğazı müalicə edir; biz həzmi yaxşılaşdırmaq üçün istifadə edilən
acıqovuq, qlisiris və ardıc da becəririk - ardıc şirəsi hazırlayırıq. Kəndalaşın qabıqlarından qaraciyər
həlimi düzəldirik. Sabunotu köklərini soyuq suda əzirik - bu, iltihaba kömək edir. Bundan başqa,
müalicəvi xassələri hamıya məlum olan pişikotu da becəririk”.
“Çeşidli bitkilər becərmək üçüm iqlim də müxtəlif olmalıdır. Buna necə nail olursunuz...”
“Bir tərəfdən, Tanrı bizim mülkümüzü dağda elə yerləşdirmişdir ki, cənub tərəfdəki yamacda dənizə
sarı əkilən bitkilər bol isti hava ala bilir, şimal yamacdakı bitkilər isə dağ meşələrinə sarı baxır və daim
ağacların sərin nəfəsi ilə qidalanır. Buna görə hər gün Uca Rəbbimə dualar etməliyəm. Digər tərəfdən,
xeyirxah ustadlarımın öyrətdiyi, layiq olmadığım sənətə borcluyam. Əgər torpağı yaxşıca hazırlasanız,
düzgün bəsləyib becərsəniz, bəzi bitkilər ən əlverişsiz iqlimdə də yetişə bilər”.
“Bəs burada yalnız yemək üçün əkilən bitkilər varmı?” - deyə soruşdum.
69
69
katar - selikli qişanın iltihabı
82
83
“Mənim mehriban ac qurdum, yadda saxla ki, müalicəvi əhəmiyyəti olmayan heç bir bitki yeməli
deyil. Yalnız həddi aşmamaq lazımdır. İfratçılıq onların xəstəliyə yol açmasına səbəb olur. Balqabağı
götür. O, nəmli və soyuq bitkidir, susuzluğu yatırır. Amma çox yesən, ishal olarsan və bağırsaqlarını duzlu
suya salınmış xardalla sıxmaq məcburiyyətində qalarsan. Bəs baş soğan? İsti və nəmli bitkidir, cinsi
əlaqəni gücləndirir... Əlbəttə ki, bu, bizim kimi and içənlər üçün deyil. Amma çox yesən, başa ağırlıq
gətirər. Bunu sirkə və südlə aradan qaldırmaq olar. Gənc bir rahibin, - deyə rahib hiyləgərcəsinə dilləndi,
- soğanı az yeməsi üçün səbəblərdən biri də budur. Sarımsaq yesən daha yaxşı olar. O, quru və istidir,
zəhərlənməkdən qoruyur. Amma çox yemə, zira bu bitki beynin şirəsini çəkər. Lobya sidikqovucudur və
kökəlməyə kömək edir, hər ikisi sağlamlığa gözəl təsir edir. Amma çox yesən, pis yuxular görərsən...
Amma bəzi bitkilər kimi qarabasma da yaratmır”.
“Hansı bitkilər kimi?”
“Ha, ha...bizim balaca tələbəmiz çox şeylə maraqlanır. Bunları yalnız nəbatatçının bilməsi lazımdır.
Yoxsa hər kəs otların köməyi ilə insanları xəyallar dünyasına apara bilər”.
“Amma belə uyuşdurucu bitkilərin təsirindən qorunmaq üçün gicitkən toxumlarını, həvəsçiçəyi, yaxud
zeytun çeynəmək lazımdır. Yəqin ki, abbatlıqda bu şəfalı bitkilərdən də becərilir”, - Vilhelm dedi.
Severin ustadıma çəpəki baxdı: “Sən də şəfalı otlarla maraqlanırsan?”
“Bir az, - Vilhelm təvazökarlıqla dedi. - Bir neçə kitab oxumuşam... Baldahlı Əbulhəsimin
“Şəfavericilik səhnəsi” əlimə keçmişdi...”
“Baldah Əbül Həsən əl Muxtar ibn Butlän”.
“Ya da Əl-kasim Əl-mittar, necə istəyirsən. Görəsən, burada nüsxəsi vardırmı...”
“Əlbəttə var. Həm də ən yaxşısı... Çoxlu gözəl rəsmlər var içində”.
84
“Tanrıya şükürlər olsun. Bəs Pletcariyin “Otların məziyyəti”?”
“O da var. Saraşelli Alfredin tərcüməsində Aristotelin “Bitkilər barədə” və “Saplaqlar haqqında” adlı
əsərləri də var”.
“Mən eşitmişəm ki, əslində bunlar Aristotelin deyildir. - Vilhelm dedi. - Necə ki “Səbəblər haqqında”
da Aristotelə məxsus deyil”.
“Hər necə olsa da, bu böyük əsərdir”, - Severin cavab verdi və ustadım onun hansı kitab - “Bitkilər
barədə”, yoxsa “Səbəblər haqqında” - haqqında danışdığını bilmədən, onun sözlərini həyəcanla təsdiqlədi.
Mənsə bunların hər ikisi haqqında ilk dəfə idi ki eşidirdim, amma söhbətdən belə bir nəticə çıxardım ki,
hər iki əsəri oxumaq və öyrənmək lazımdır.
“Sizinlə bitkilərin xüsusiyyətləri haqqında söhbət etməkdən çox sevinərdim, - Severin dedi. - Bu,
mənim üçün çox xeyirli olardı”.
“Mən bunu səndən çox istəyirəm, - Vilhelm dedi, - amma ordenimizin qəbul etdiyi susqunluq
qaydasını pozmuş olarıq...”
“Qaydalar, - Severin cavab verdi, - müxtəlif dövrlərdə ayrı-ayrı icmalar tərəfindən müxtəlif cür şərh
olunmuşdur. Bu nizamnamə ilk vaxtlarda yalnız savab qiraətə icazə verir, araşdırmalara isə rəğbət
göstərmirdi. Sonralar isə ordenimizdə müqəddəs və dünyəvi elmlərin tədrisinin necə inkişaf etdiyini yaxşı
bilirsən. Qaydalar ümumi yataqxananın olmasını tələb edir. Lakin biz hesab edirik ki, rahiblərin gecələr
də düşünmək imkanı olmalıdır. Ona görə də hər bir rahibin öz hücrəsi var. Susqunluq qaydası sərt başa
düşülür. Bizdə yalnız əl əməyi ilə məşğul olan rahiblərin deyil, yazıb-oxuyan rahiblərin də bir-biri ilə
danışmaq hüququ yoxdur. Amma monastır, hər şeydən əvvəl, alimlər cəmiyyəti olduğundan, rahiblərin
əldə etdikləri bilik xəzinəsini öz aralarında bölüşdürmələri yararlıdır. Buna görə də elmi araşdırmalarla
bağlı hər bir söhbət, yeməkxanada və ibadət zamanı edilməmək şərti ilə, yararlı və qanuni sayılır”.
“Bəs Otrantolu Adelmo ilə tez-tez danışırdınmı?” - Vilhelm birdən soruşdu.
herbari - qurudu
Dostları ilə paylaş: |