Severin, görünür, qətiyyən təəccüblənmədi. “Deməli, baş rahib səninlə söhbət edib, - dedi. - Yox.
Onunla tez-tez rastlaşmazdım. O, miniatürlərlə məşğul idi. Lakin başqa rahiblərlə, Salvemekli Venansio
və Burqoslu Xorxe ilə iş haqqında necə söhbət etdiyini eşitmişəm. Həm də mən günlərlə yazı zalında
deyil, laboratoriyamda oluram”, - başı ilə xəstəxana binasını göstərdi.
“Belə, - Vilhelm dedi. - Deməli, Adelmonun qarabasma görüb-görmədiyini də bilmirsən”.
“Qarabasma?”
“Məsələn, sənin otlarının yaratdığı xülyalar kimi”.
Severin sərt səslə dilləndi: “Dedim ki, təhlükəli otlan çox diqqətlə mühafizə edirəm”.
“Söhbət bundan getmir, - Vilhelm davam etdi. - Mən qarabasmalar haqqında soruşuram”.
“Sualı anlamadım”, - Severin inadkarlıqla dedi.
“Düşündüm ki, gecə Binada gəzən bir rahib...abbatın fikrincə... qadağan olunmuş saatlarda oraya
girənlərin başına qorxunc şeylər gələ bilərdi... yəni demək istəyirəm ki, onu uçuruma tələyən şeytani
qarabasmalar görüb-görməməsini düşünürəm”.
“Hansı kitaba isə ehtiyac duyduğum zamanlardan başqa, >azı zalına getmədiyimi söylədim. Amma
herbarilərin' əksəriyyətini xəstəxanada saxlayıram. Sizə dedim ki, Adelmo, Xorxe və Venansio ilə... və
təbii olaraq... Berenqarla çox yaxın idi...”
Severinin səsindəki həyəcanı hətta mən belə sezdim. Şübhəsiz ki, bu, ustadımın da nəzərindən
qaçmamışdı: “Berenqarla? Bəs, nə üçün təbii olaraq?”
“Arundelli Berenqar - kitabxana köməkçisidir. Onlar həm yaşıddırlar, rahibliyə birlikdə
hazırlaşmışdılar... və zənnimcə, söhbət üçün ortaq mövzularının olması təbiidir. Bunu nəzərdə
tutmuşdum”.
“Demək, bunu nəzərdə tutmuşdun”, - Vilhelm dedi. Bu məsələ üstündə dayanmaması məni çox
təəccübləndirdi. Üstəlik,
herbari - qurudulmuş bitkilər kolleksiyası
8 5
86
söhbətin mövzusunu da dəyişdi. - “Binanı gəzmək lazımdır. Bizə yol göstərə bilərsənmi?”
“Həvəslə”, - Sevcrin çiyinlərindən ağır bir yükü atırmış kimi, yüngülləşərək dedi. Bizi ləklərin
yanından aparıb, Binanın qərb tərəfmə gətirdi.
“Bağçadan mətbəxə birbaşa giriş var, - o izah etdi. - Amma mətbəx birinci mərtəbənin yalnız qərb
tərəfdəki yarısında yerləşir, digər yarısını isə yeməkxana tutur. Kilsə xorunun yanma aparan cığıra açılan
cənub tərəfdəki qapılardan isə həm mətbəxə, həm də yeməkxanaya girmək olar. Amma biz buradan ke-
çəcəyik: mətbəxdən yeməkxanaya açılan daxili qapı da var”.
Geniş mətbəxə girincə Binanın tam ortasında, birinci mərtəbədən axırıncı mərtəbəyə qədər uzanan,
səkkizguşəli bir quyu gördüm. Sonralar anladım ki, bu, lap aşağıda, heç bir girişi olmayan səkkizguşəli
həyət yaradır. Hər mərtəbədə Binanın xarici tərəfində olduğu kimi bu quyuya baxan geniş və hündür
pəncərələr vardı. Nəhəng giriş zalına oxşayan mətbəx tüstü içindəydi; onlarla xidmətçi axşam yeməyini
indidən hazırlayırdı. İki nəfər böyük bir masanın üstündə, arpa, yulaf və çovdar unundan hazırlanmış
sıyığa qatmaq üçün göyərti təmizləyir, turp, çuğundur, kahı və yerkökü doğrayırdı. Onun yanında
aşpazlardan biri şərabda bişirilmiş balıqlarla məşğul idi; o, adaçaymdan, cəfəri və kəklikotundan,
sarımsaqdan, bibər və duzdan düzəldilmiş qatışığı balıqların üstünə tökürdü.
Qərb qülləsinin uzaq divarının yanındakı böyük bir təndirdən qıpqırmızı alovlar yüksəlirdi. Cənub
tərəfdəki qüllədə də üstündə böyük qazanların qaynadığı və şişlərin qoyulduğu nəhəng bir soba
yandırılmışdı. Bu zaman kilsənin arxasındakı xırmana baxan qapılar açıldı və donuzotaranlar təzəcə
kəsilmiş donuz ətini içəri daşıdılar. Biz bu qapılardan keçib, divarların arxasında zəncir kimi uzanan bir
neçə tikilinin şərq tərəfindəki xırmana çıxdıq. Severin bizə bu tikililərdən birincisinin peyin anbarı
olduğunu dedi, ondan sonra at və öküz tövlələrini, qoyunlar üçün üstü örtülmüş ağılları və quş damlarını
göstərdi. Donuzotaranlar çirkab qanovunun yanında qoyulmuş böyük bir
87
çəlləkdə kəsilmiş donuzların qanını qarışdırırdılar. Bizə izah etdilər ki, əgər qan dərhal və yaxşıca
qarışdırılarsa, soyuq hava sayəsində bir neçə gün xarab olmadan qalar və sonra isə ondan qan küküləri
hazırlamaq olar.
Yenidən Binaya qayıtdıq və əks tərəfə doğru getdik; içindən keçdiyimiz yeməkxanaya göz atıb, şərq
qülləsindəki pilləkənə burulduq. Monastır yeməkxanasına birləşən iki qüllənin içərisi belə idi: şimaldakı
qüllədə nəhəng buxarı yerləşirdi, şərq qülləsində isə yazı zalına, yəni ikinci mərtəbəyə aparan dolama
pilləkən vardı. Hər gün rahiblər buradan işə çıxırdılar. Sonradan mə-lum oldu ki, ikinci mərtəbəyə ən isti
yerlərin yanında - buxarının və mətbəx sobasının arxasında - qurulmuş, şərqdəki pilləkən kimi geniş
olmayan, iki kiçik pilləkənlə də qalxmaq olar.
Vilhelm, bazar günü olmasına baxmayaraq, yuxarıda, yazı zalında birini tapacaqmıyıq
- deyə soruşdu. Severin gülümsəyə-gülümsəyə cavab verdi ki, benediktinli rahib üçün iş - ibadət kimidir.
Bazar günləri ayinlər uzun sürür, lakin özlərini kitaba həsr etmiş rahiblər yazı zalında bir neçə saat da
qalıb, həmişəki kimi Müqəddəs Yazılar üstündə düşüncələrini, elmi müşahidələrini və görüşlərini
qəlbəyatımlı şəkildə bir-biri ilə bölüşürlər.
BİRİNCİ GÜN
İ K İ N D İ D Ə N S O N R A ,
Vilhelm və Adso yazı zalını ziyarət edir,
bir çox araşdırmaçı,
nüsxəçi və başlıq yazıçısı ilə, həmçinin
Dəccalın gəlişini gözləyən qoca bir korla tanış olurlar
Yuxarı çıxarkən ustadımın pilləkən pəncərələrinə baxdığını gördüm. Bəlkə mən də onun qədər diqqətli
olmuşdum, çünki bu pəncərələrin əlçatmaz olduğunu dərhal müəyyən etdim. Digər tərəfdən,
yeməkxananın pəncərələrinə də (birinci mərtəbədə uçuruma açılan tək pəncərələr), altlarında hündür
mebel əşyasının olmadığını nəzərə alsaq, asanlıqla çıxmaq mümkün deyildi.
Pilləkən qurtardıqdan sonra yenidən burulub, şimal qülləsindən yazı zalına girdik və mən heyranlıqdan
çığırdım. İkinci mərtəbə birinci mərtəbə kimi arakəsmələrlə bölünməmişdi və bütün genişliyi ilə
gözlərimin qarşısında uzanırdı. Möhkəm pilyastrlarla' bərkidilmiş, çox da böyük olmayan əyri tirlər
(kilsədəkindən kiçik, amma hər hansı kapitulyar zalında gördüyümdən daha hündür) gözəl bir işığın
yayıldığı boşluğu qapayırdı; çünki zalın böyük divarlarının hər birində üç böyük pəncərə və hər qüllənin
beş tərəfində birər kiçik pəncərə vardı. Nəhayət, səkkiz hündür, amma ensiz pəncərə işığın ortadakı
səkkizguşəli quyudan içəri girməsinə imkan verirdi.
Pəncərələrin bolluğu sayəsində nəhəng zal çox işıqlı görünürdü. Tutqun bir qış günəşinin qüruba
yaxınlaşmasına baxmayaraq, işıq hər yerdən düşürdü, nə kölgə, nə də yarıqaranlıq vardı. Pəncərə şüşələri
kilsələrdəki kimi rəngli deyildi; qurğuşun çərçivələrlə bərkidilmiş dördkünc və şəffaf şüşələr işığın insan
70
70
pilyastr - bir tərəfi divara bitişmiş dördkənarlı sütun
88
Dostları ilə paylaş: |