78
anlaşılmaz şəkildə öldürüldüyünü və qatilin naməlum qaldığını öyrəndikdən sonra yenə dəhşətdən
donuram; çünki o axşam Ubertinonun kahinlik etdiyini görürəm.
“Bilirsən, abbat İoahim həqiqəti söyləmişdi. Biz bəşər tarixinin altıncı dövründəyik və indi iki Dəccal
gələcəkdir, mistik Dəccal və gerçək Dəccal. Bu indi, altıncı dövrdə baş verəcəkdir. Fransisk çarmıxa
çəkilmiş İsanın yaralarını öz bədənində rəmzləşdirmək üçün bədəninə beş damğa vurduqdan sonra.
Bonifasio mistik Dəccal idi, Selcstinin taxtdan uzaqlaşması keçərli deyil, etibarsızdır; Bonifasio dənizdən
çıxmış yeddibaşlı əjdahadır; başları - yeddi ölümcül günahı, on buynuzu isə - On Buyruğun
tapdalanmasmı təmsil edir. Ətrafındakı kardinallar onu müşayiət edən çəyirtkələrdir, özü cisimco -
Apollondur! Yunan hərfləri ilə oxunduqda vəhşinin ədədi - Bcnedikt olur! - Anlayıb-anlamadığımı
yoxlamaq üçün diqqətlə mənə baxdı və xəbərdarlıq edərcəsinə, barmağını qaldırdı. - XI Bcnedikt Dəccalın
özüydü, yerdən çıxmış heyvan idi! Bu rəzilin, əxlaqsızlıq və qüsur mücəssəməsinin müqəddəs kilsəni
idarə etməsinə Tanrı rüxsot verdi! Yalnız ona görə ki, ondan sonra seçiləcək xələfinin ləyaqəti dünyaya
işıq saçsın!”
“Amma müqəddəs ata, - cəsarətimi toplayıb, cılız bir səslə dedim, - axı, onun xələfi İohanndır!”
Ubertino, sanki xain yuxunu qovurmuş kimi əlini alnına qoydu. Zorla nəfəs alır və yorğun-yorğun
baxırdı. “Düzdür. Biz təxminlərimizdə yanılmışıq. Mələk papanın gəlişini hələ gözləyirik. Amma Fransisk
və Dominik də gəldi. - O, baxışlarını göy üzünə dikib, dua edərcəsinə dedi (amma mən əmin idim ki, o,
özünün xaç ağacı haqqındakı kitabından hansı səhifənisə oxuyur), - səmavi atəşlə tutuşan, mələklərin elan
etdiyi ilk zahir, hər şeyi yandırıb-yaxırdı... Onun izi ilə gedən, həqiqi müqəddəs kəlamlar söyləyən
dünyanı nura qərq edirdi... Bəli, əlamətlər belə idi və mələk papa mütləq gələcəkdir”.
“Qoy, belə olsun, Ubertino, - Vilhelm cavab verdi. - Mənimsə vəzifəm imperatorun taxtdan
endirilməsinə mane olmaqdır. Mələk papa haqqında rahib Dolçino da danışırdı...”
79
“Bu ilanın adını çəkmə! - Ubertino bağırdı və onun necə dəyişdiyini, mehribanlığının qəzəbə necə
çevrildiyini ilk dəfə gördüm. - O, Kalabriyalı İoahimin təlimini murdarladı, ölüm və pislik gətirən
kəlmələrə çevirdi! Dəccalın xalis nökəriydi o! Sənsə, Vilhelm, ona görə belə danışırsan ki, Dəccalın
gəlişinə inanmırsan, Oksforddakı ustadların sənin ürəyindəki gələcəyi görmə qabiliyyətini qurudaraq,
idrakı bütləşdirməyi sənə öyrətdilər!”
“Yanılırsan, Ubertino, - Vilhelm ciddi halda cavab verdi. - Sən axı bilirsən, ustadlarımdan ən çox
Rocer Bekona ehtiramım var...”
“Uçan arabalar haqqında boş-boş danışmağı xoşlayan”, - Ubertino istehza ilə dedi.
“Dəccal haqqında aydın və düzgün danışan, onun əlamətlərini elmin tənəzzülündə və mənəviyyatın
korlanmasında görən. Bekon onun gəlişinə özümüzü hazırlamaq üçün yalnız bir yolun olduğunu göstərdi:
təbiətin sirlərini öyrənmək, bəşəriyyəti islah etmək üçün biliklər əldə etmək. Otların müalicəvi
əhəmiyyətini, daşların xassələini öyrənməklə, hətta sənin güldüyün o uçan qurğuları icad etməklə
Dəccalın gəlişinə hazırlaşa bilərsən”.
“Sənin Bekonun üçün Dəccal - idrakın qürurunu bəsləmək üçün bir bəhanədir”.
“Müqəddəs bəhanə”.
“Bəhanəyə ehtiyacı olan heç zaman müqəddəs deyildir. Vilhelm, səni necə sevdiyimi bilirsən. Sənə
güvəndiyimi də bilirsən. İdrakını ram et, Məsihin əzablarına və yaralarına ağlamağı öyrən! Kitabları at!”
“Sənin kitabından başqa hamısını atacağam”, - Vilhelm gülümsəyib dedi. Ubertino da gülümsədi və
barmağını qaldırıb onu təhdid etdi. - “Axmaq ingilis. Məsləkdaşlarına çox gülmə. Sevmədiyin adamlara
da gülmə, əksinə, onlardan qorx. Bu monastırda da tədbirli ol. Bura mənim xoşuma gəlmir”.
“Hə. Mən buranı daha yaxşı tanımaq istəyirəm, - Vilhelm cavab verərək ayrıldı. - Gedək, Adso”.
“Mən deyirəm bura təhlükəlidir, sənsə daha yaxından tanımaq istəyirsən... Eh, Vilhelm!” - Ubertino
narazı-narazı başını yelləyərək ardımızca dedi.
“Yeri gəlmişkən, - nefin’ ortasına çatmış Ubertino dedi, - babilcə danışan, heyvanaoxşar rahib
kimdir?”
“Salvatoru deyirsən? - artıq diz çökmüş Ubertino çevrilib soruşdu. - Onu bu monastıra mən hədiyyə
etmişəm. Kelarla birlikdə. Fransiskan cübbəmi çıxardıqdan sonra qısa bir müddət Kazaldakı köhnə
monastırımda qaldım; bu zaman rahiblərin bir neçəsi xoşagəlməz vəziyyətə düşdülər - başqa rahiblər
şübhələnirdilər ki, onlar mənim fırqəmdən olan spirituallardır. Bu rahibləri müdafiə etməyə çalışdım və
onların da mənim kimi hərəkət edə biləcəklərini söylədim. Keçən il bura gələndə, onlardan ikisini:
Salvator və Remigionu burada gördüm. Salvator... O, doğrudan da, heyvana oxşayır. Amma işə
yarayandır”.
Vilhelm tərəddüdlə dedi: “Onun “hamınız tövbə edin” dediyini eşitdim...”
Ubertino susdu. Sonra zəhlətökən bir fikri qovurmuş kimi əlini yellədi: “Yox, düşünmürəm. Sən, bu
dünyəvi rahibləri yaxşı tanıyırsan. Avam kəndlilərdir. Bəlkə də bir gəzərgi vaizə qulaq asıb, onun
dediklərini anlamadan təkrar edirlər. Salvatoru danlamağa səbəb vardır. O,,ehtiras düşkünü olan bir
heyvandır. Amma sədaqətinə şübhə yoxdur. Yox, Vilhelm, bu monastırın bəlası başqa şeydir: onu heç nə
bilməyənlərin içində deyil, çox bilənlərin arasında axtar. Və eşitdiyin bircə sözün üstündə şübhə qalası
qurma”.
“Bunu heç zaman etmərəm, - Vilhelm cavab verdi, - elə buna görə, inkvizitorluqdan əl çəkdim. Amma
sözləri dinləmək və onlar haqqında düşünmək mənim üçün maraqlıdır”.
“Sən həddən ziyadə çox düşünürsən. Oğlum, - Ubertino mənə tərəf çevrilib dedi, - ustadından pis
örnəkləri götürmə. Ömrümün sonuna yaxın bildim ki, düşünülməsi lazım olan yeganə şey - ölümdür.
Ölüm - dinclikdir, hər işin sonudur. İndi qoyun dua edim”.
68
68
nef- (nef-fir., navis-lat.) - gəmi; xristian məbədlərində binanın hər iki tərəfdən sütunlarla əhatə olunmuş uzunsov hissəsi; zal
80
Dostları ilə paylaş: |