Azad Nəbiyev (Bakı Dövlət Univesitəsi)



Yüklə 237,46 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix01.11.2017
ölçüsü237,46 Kb.
#7808
1   2   3   4   5   6   7   8

132 

Azad Nəbiyev 

 

ləməyə başladı.Milli düşüncədə bir durğunluq yarandı. Qarşıdan gələn 



təhlükəni yaxşı başa düşən bir sıra katiblər məşhur mədəni abidələri, o 

cümlədən «Kitabi-Dədə Qorqud»u yazıya köçürüb xilafətin cəngindən 

xilas  etməyə  təşəbbüs  göstərdilər.  Bu  dövrdə  Zərdüşt  və  Alban  mə-

dəniyyətinin  bir  çox  dəyərli  abidələri  dağdıldı.  Ozan  sənəti  də  məhv 

edilən dəyərlər sırasında oldu. Lakin ozan institutunun bu tarixi tənəz-

zülü ifaçılıq sənətini və peşəkar improvizatorçuluğu tamamilə sıradan 

çıxarıb milli yaddaşdan silə bilmədi.  

Yeni  tarixi  şəraitdə  epik  ənənə  dövrün  ictimai-siyasi  tələblərinə 

uyğunlaşmalı  idi.  Ozan  sənətinin  daxilində  baş  qaldırıb  inkişaf  et-

məkdə olan yeniləşmə meyli ərəb irticasıyla qarşılaşmada ozanın yeni 

sənətkar  tipinə  çevrilmə  zərurətini  gündəmə  gətirdi.  Ozan  ənənələri 

zəminində peşəkar ifaçılığın yeni tipi – aşıq sənəti meydana çıxdı. 

Bu kontominasiya prosesində sələf–xələf ənənəsi pozulmadı. Yeni 

sənət özündən əvvəlki institutun başlıca xüsusiyyətlərini – dastan qoş-

maq,  qoşqunu  musiqi  ilə  oxumaq,  ifa  zamanı  rəqs  etmək,  fikri  pan-

tomim  hərəkətlər  –  qaş,  göz,  bədən  hərəkətləri  ilə  tamamlamaq  və  b. 

xüsusiyyətləri olduğu kimi mühafizə edib saxladı. 

Təzə sənət tipini əvvəlkindən ayıran fərqlər meydana çıxdı. Birin-

cisi repertuar fərqi idi. Yeni peşəkar improvizatorçu olan aşıqlar öz 

repertuarına  ayrı-ayrı  oğuz  bəylərinin,  cəngavər  və  şöhrətli  döyüşçü-

lərin qəhrəmanlığını deyil, elin igid oğul və qızlarının sevgi-məhəbbət 

duyğularının bütöv mənzərəsini gətirdilər. 



İkinci fərq oğuznamə epik modelini təkmilləşdirərək  yeni dastan 

formasına keçidlə bağlı oldu. Bu, öz strukturuna görə ozan ifasından 

fərqli, yeni, modern forma idi. Aşıq öz improvizəsini ustadnamə, du-

vaqqapma  və  yaratdığı  bir  sıra  başqa  ənənəvi  şer  şəkilləri  ilə  bəzəyə 

bildi. 

Ozan  institutundan  yeni  professional  ifaçılıq  sənətinə  keçid  eyni 



zamanda  yeni  istilahlar  meydana  çıxardı  ki,  onlar  barədə  mütəxəs-

sislər  müxtəlif  dövrlərdə  ayrı-ayrı  qənaətlərə  gəlməklə  ümumiyyətlə 

aşıq sənətinin mənşəyi, yaranması, inkişafı, qayəsi və mahiyyəti barə-

də  müxtəlif  fikirlər  irəli  sürmüşlər.  Onlardan  birincisi  aşıq  sözü  idi. 

M.H.Təhmasib  haqlı  olaraq,  yazır  ki,  «bu  söz  bizdə  vaxtı  ilə  bir  sıra 

mənalarda  işlənmiş,  indi  bəzisi  arxaikləşmiş,  bəzisi  isə  hələ  də 

yaşamaqdadır» (9, s.27). Aşığın düymə, dəbilqə, oyun işıq mənaları da 

vardır.  V.V.Bartold  onu  «şlem»  şəklində  tərcümə  etmiş  (10,  s.87), 




Azərbaycanda aşiq sənəti 

 

133 



 

M.Kaşğari  və  V.V.Radlov  «işığı»  dəbilqə  kimi  vermişlər  (9,  27). 

S.Əlizadə bu sözlə bağlı daha ətraflı tədqiqat apararaq, müxtəlif müla-

hizələrə  münasibət  bildirərək  «Kitabi-Dədə  Qorqud»dakı  aşıq//işıq 

sözünün  döyüşçülərin  döyüş  zamanı  başına  geydiyi  «dəmir  başlıq» 

olduğunu  göstərir  (11,s.18-25).  Göründüyü  kimi,  «Kitabi-Dədə  Qor-

qud»dakı aşıq//işığın aşıq sənəti ilə heç bir əlaqəsi yoxdur. Sənət mə-

nasında  qəbul  edilən  aşıq  nisbətən  sonrakı  hadisədir.  M.H.Təhmasib 

tədqiqatının bir yerində aşığı ərəbcə «eşq» sözünün faili olan «aşiq»in 

dil qanunlarına uyğunlaşmış şəkli və sənət sinkretizmi kimi qəbul et-

mək ehtimalında məsələyə bir qədər  yaxınlaşsa da, (9,s.27) aşığın və 

aşıq  sənətinin  meydana  gəlmə  tarixi  şəraitinin  araşdırılması  hələ  ki, 

açıq qalmaqdadır. 

Çox geniş coğrafi regionda böyük ictimai-siyasi, ideoloji və hərbi 

üstünlüklərə malik ərəb xilafəti bütün maneələrə, müqavimətlərə bax-

mayaraq işğal etdiyi ərazilərdə özlərini qısa tarixi müddətdə möhkəm-

lədə  bildilər.  Xilafətə  qarşı  müqavimət  həmin  regionlarda  bir  qədər 

səngidi. Ölkədə zor gücünə islamlaşma başladı. Bu proses bütün milli, 

mənəvi-əxlaqi dəyərlər kimi, ozan institutunu da sıradan çıxardı, onu 

yasaqladı, bu imprvizatorçuluq ənənəsi ilə bağlı düşüncəni milli  yad-

daşdan silməyi qarşısına məqsəd qoydu. İslam əxlaqının sürətli irəlilə-

yişi  cəmiyyətdə  çox  şeyi  dəyişdi,  şüurlarda  yüzilliklərlə  kök  salan 

dəyərləri  əvəzlədi  və  artan  sürətlə  şüurlarda  hökmran  mövqeyə  keç-

məyə başladı. «...Ozan sənəti Qafqaz-İran və Anadoluda duruş gətirə 

bilməyərək  İslam  mədəniyyətinin  güclü  təsiri  altında  aşıq  sənətinə» 

çevrilməyə  başladı  (12,s.71).  M.Qasımlının  bu  mülahizəsinin  ərazi 

baxımından dürüstləşdirilməsinə ehtiyac vardır. Belə ki, aşıq sənətinin 

yaranma prosesi Anadoludan başlayıb Şimali və Cənubi Azərbaycanı, 

eləcə də Qafqaz-İran ərazisinin farslara aid olmayan regionlarını əhatə 

edə bilmişdi. 

VIII-IX  əsrlərdən  başlayaraq  islam  ideoloqları  arasında  meydana 

çıxan  çəkişmə  və  zidiyyətlər  islam  qaydalarını  yeniləşdirmək,  onları 

müəyyən  mənada  yumşaltmaq  meylləri  ilə  bağlı  yeni-yeni  təriqətlər 

meydana  gətirməyə  başladı.  Bunlar  içərisində  sufilik  xalq  arasında 

daha  geniş  yayıldı,  onun  qüdrətli  ideoloqları  sufiliyi  yetgin  dünyagö-

rüşə  çevirə  bildilər.  Həllac  Mənsur,  Əhməd  Yasəvi,  Mövlanə  Cəma-

ləddin Rumi və başqaları sufi düşüncəsində daha irəli gedərək tanrıya, 

allaha  aşiqlik  düşüncəsini  yaratdılar.  Sufi  ideologiyasına  görə  Allah 




134 

Azad Nəbiyev 

 

yaratdığı, can verdiyi, həyat verdiyi insana bu canı əmanət vermişdir, 



bir gün həmin insan öz tanrısına qovuşmağa məhkumdur. Sufilik allah 

sevgisini və allaha aşiqlik düşüncəsini elə qüdrətli bir əxlaq tərzi kimi 

cəmiyyətə təlqin etdi ki, bu aşiqliyi vəsf eləyən sənətkarlar xalq içəri-

sində  böyük  şöhrət  qazandılar.  Zaman  keçdikcə  həmin  aşiqlər  təkcə 

allahın  böyüklüyünü,  ədalətliyini  və  gözəlliyini  deyil,  onun  yaratdığı 

dünyanın,  təbiətin,  insanın,  xüsusən  qadının  gözəlliyini  Allah  vergisi 

və allah icadı kimi vəsf etməyə başlayan aşıqları  yetirdi. Hələ erkən 

orta  əsrlərdə  peşəkar  ifaçılıqda  bir-birinə  yaxın  iki  üslub  formalaşdı. 

Biri  sufi  dünyagörüşü  ilə  bağlı  düşüncəni  və  allaha  sevgini  ifa  edən 

aşiqlər, ikincisi isə allahın  yaratdığı qüdrəti  – təbiəti, insan gözəllik-

lərini vəsf eləyən aşıqlar idi. Unutmaq olmaz ki, aşıqlar uzun müddət 

xalq  arasında  sufi  görüşlərinə  əsaslanan  qələndərilərin  üzərlərinə  gö-

türdükləri  «işıq»  adı  ilə  də  tanınmışlar.  (13,s.175)  «İşıq»la  «aşiq»in 

bir-birinə  qovuşub  «aşıq»ı  yaratması  isə  tamamilə  mümkün  ola  bilən 

proses idi. İ.V.Qordlevski bunu vaxtilə düzgün duyaraq  yazırdı: «Ola 

bilsin ki, burada iki sözün: «işık» (türkcə atəş) və «aşik» (ərəbcə alla-

hın  eşqi  ilə  yanan)  sözlərinin  kontaminasiyası  baş  vermişdir  (13, 

s.175) 

Kontaminasiyadan  sonrakı  təkamül  mərhələsində  «aşıq»  sözünün 



sənətin adına çevrilməsi, ozan ifaçılığının bütün xüsusiyyətlərini üzə-

rinə götürüb dildə vətəndaşlıq hüququ qazanaraq bu günə heç bir de-

formasiyaya uğramadan gəlib çıxması isə söz  yaradıcılığında ənənəvi 

hadisədir. 

Aşıq sənətinin bütövlükdə öz sələfindən ona miras qalmış impro-

vizatorluq  və  ifaçılıq  mədəniyyəti  tələbləri  əsasında  yenidən  qəliblə-

nib  formalaşması  isə  bilavasitə  islam  etiqadları  əsasında  baş  vermiş-

dir. Bütün bu hadisələr çox  mürəkkəb bir  yaradıcılıq dövrü keçirmiş-

dir.  Sufi,  dərviş  görüşlərinin  cəmiyyətdə  hökmran  olduğu,  dərvişçili-

yin geniş yayıldığı bir zamanda aşıq sənəti ozan ənənələrini davam et-

dirməklə  heç  bir  səmtə  sapmadan  öz  yolu  ilə  getmiş,  müxtəlif  etiqad 

və təriqətlərin təsirinə qapılıb milli ifaçılıq və improvizatorçuluq xüsu-

siyyətlərini itirməmişdir. 

Sufi  əxlaqının  başlıca  dəyərlərini  əks  etdirməsinə  baxmayaraq 

aşıqlıq dərvişilik zəminində formalaşmadı, bu sənət öz əzəli ənənələri-

nə sadiq qaldı, ozan sənəti daxilində baş vermiş intibah onun istiqamə-

tini peşəkar ifaçılıq səmtinə yönəltdi. 



Yüklə 237,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə