Azad Nəbiyev (Bakı Dövlət Univesitəsi)



Yüklə 237,46 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix01.11.2017
ölçüsü237,46 Kb.
#7808
1   2   3   4   5   6   7   8

Azərbaycanda aşiq sənəti 

 

143 



 

sənətinin  kütləviliyini,  özünə  məxsus  ənənələrini  qoruyub  saxlamaq 

sahəsindəki rolu da əvəzsizdir.  

Aşıqların üçüncü qrupuna el şairləri daxil edilir. Təəssüf ki, bu 

gün  folklorşünaslıqda  bəzən  el  şairinin  statusu  təhrif  olunur.  Hələ 

qədimdən el şairi  yazı-pozu bilməyən, heç bir təhsil almayan, öz fitri 

istedanının  gücü  ilə  söz  qoşan  sənətkarlar  hesab  edilirdi.  Onlar  el 

şairlərinin birinci tipi idi. Belə sənətkarlar saz çalmağa, məclis apar-

mağa  da  meyl  göstərməzdilər.  Lakin  qoşub  düzdükləri  şerlər  xalqın 

dilindən düşməzdi. Bu tipli sənətkarlar xalq arasında dünən də olmuş-

dur, bu  gün də vardır.  Göyçə aşıq  məktəbi el şairi - söz qoşub  düzən 

sənətkarların  vətəni  kimi  tarixən  çox  səciyyəvidir.  On  illərlə  bundan 

qabaq aşıq şeri şəkillərində yazıb  yaradan el şairləri bu gün eyni adla 

öz peşəsini davam etdirməkdədirlər. 

Sonrakı mərhələlərdə el şairi anlayışının məzmun çevrəsi bir qədər 

genişləndi. Xüsusilə Şirvan aşıq şerində müxtəlif üslublarda yazıb-ya-

radan, kamil mədrəsə təhsili almış sənətkarlar da el şairi kimi təqdim 

edildi. Ümumiyyətlə, aşıq tarixən ictimai-siyasi həyatda baş verən də-

yişikliklərdən  kənarda  qalmamışdır.  Əksinə,  həmin  dəyişikliklərdə 

fəal iştirak etmişdir. Orta əsrlərdən üzü bəri gəldikcə aşığın yazı-pozu 

bilib-bilməməsinin  aşıqlıq  şərti  kimi  qəbul  edilməsi  əslində  aradan 

qalxmağa  başlayır.  XIX  əsrin  ikinci  yarısından  dövrünün  qabaqcıl 

adamları  olan  aşıqlar  yazı-pozuya  meyl  göstərməyə,  zaman  keçdikcə 

daha  mükəmməl  təhsil  almağa  meylli  olmuşlar.  O  dövrlərin  mükəm-

məl  təhsili  isə  əsasən  mədrəsə  təhsili  olub  yazı-pozu  öyrənməkdən, 

sonralar  isə  müstəqil  şəkildə  dünyəvi  və  islami  dəyərlərə,  biliklərə 

yiyələnmək  ənənəsi  ilə  bağlı  olmuşdur.  Məsələn,  Qurbani,  Aşıq  Va-

leh,  Molla  Cümə  və  başqaları  belə  bir  sənət  yolu  keçmişlər.  Aşıq 

Ələsgərin  də  yazı-pozu  bilib-bilməməsi  məsələsində  vahid  fikir  yox-

dur.  Aşığın  yaradıcılığı  onun  da  mükəmməl  mədrəsə  təhsili  aldığını 

göstərməkdədir.  

Sonrakı zamanlarda da bu ənənələr davam etdirilmişdir. O taylı – 

bu  taylı  Azərbaycanın  XX  əsrin  ikinci  yarısından  sonrakı  aşıq  sənəti 

nümayəndələrinin  böyük  bir  qismi  əsasən  müəyyən  təhsil  görmüş 

adamlar olmuşdur. Bu günün özündə də həmin ənənə artan sürətlə da-

vam  etməkdədir.  Demək,  yazı  mədəniyyətinə  yiyələnib-yiyələnmə-

mək aşıq statusuna elə bir xələl gətirə biləcək, yaxud onun hansısa bir 

ölçüsünə zərər vuracaq hal hesab edilə bilməz. Əksinə, bu, aşıq yara-




144 

Azad Nəbiyev 

 

dıcılığının  məzmun  dolğunluğuna  təsir  göstərən  bir  amil  kimi  dəyər-



ləndirilməkdədir. Aşığın cəmiyyətdəki aparıcı mövqeyi əslində bu sə-

nətkarların  yazılı  mədəniyyətə  meylli  olduğunu  göstərir.  Məhz  bu 

baxımdan el şairlərinin ikinci tipini  yazı-pozu ilə məşğul sənətkarlar 

təşkil edir. 

Həm  yazı-pozu  bilməyən,  həm  də  müəyyən  təhsil  görən  şəxslər 

aşıq poeziyasını məzmun etibarı ilə olduğu kimi, forma və şəkil baxı-

mından  da  zənginləşdirmişlər.  Onların  adı  ilə  bağlı  çoxlu  şer  nümu-

nəsi yaranıb peşəkar ifaçılığa verilmişdir. (3,127) 

El şairi statusunun bəzi hallarda başqa şəkildə yozulub təhrif edil-

məsinə  də  təsadüf  edilir.  Bəzi  tədqiqatlarda  xalq  şeri  üslubunda  tək-

tək  şerlər  yazan,  aşıq  poeziyası  ilə  bir  o  qədər  də  əlaqəsi  olmayan 

maarifçi  ziyalı  qadınlar  da  el  şairi,  qadın  aşıq  kimi  təqdim  edilir.  Bu 

cəhət  Şirvan  aşıq  məktəbinin  adı  ilə  bağlı  tədqiqatlarda  özünü  daha 

çox göstərir. Şirvan şairlərinin böyük bir qismi XIII əsrdən başlayaraq 

XVIII  əsrə  qədər  klassik  poetik  üslubla  yanaşı,  tək-tək  hallarda  xalq 

şeri şəkillərində də müəyyən nümunələr yaratmışlar. XVIII əsrdə Mol-

la Pənah Vaqifin yaradıcılığının, eləcə də sonralar Qarabağ ədəbi mü-

hitinin təsiri ilə bu  ənənə Şirvanda genişlənmişdir. Xalq  şerinə  müra-

ciət  poeziyaya,  sənətə  meyl  edən  bir  sıra  qadın  sənətkarların  yaradı-

cılığında da özünü göstərməyə başlamışdır. Təəssüf ki, bu gün həmin 

sənətkarlar,  eləcə  də  xalq  şeri  üslubunda  tək-tək  şerləri  olan,  klassik 

üslubda yazıb yaradan Şirvan şairləri də el şairi sırasına daxil edilir. 

Anadilli  şerimizin  zənginləşməsində  bu  gün  adı  bizə  məlum  olan 

və ya olmayan Şirvan şairləri Şirvanda klassik və xalq şeri üslubunda 

yaranan  poeziyanın  daşıyıcılarıdır.  Onların  hər  birinin  özünəməxsus 

yaradıcılıq yolu və ənənəsi vardır. Odur ki, bu sənətkarların bir çoxu-

nu,  -  lap  elə  Abdulla  Padarlını,  Mücrim  Kərimi,  Kəbinəni  və  onlarla 

başqalarını  aşıq  və  ya  el  şairi  hesab  etmək  doğru  olmazdı.  Klassik 

poeziyadakı yeri və rolu müəyyənləşdirilməklə yalnız şərti olaraq on-

ları həm də xalq şeri üslubunda yazan sənətkarlar hesab etmək müm-

kündür. Çünki həmin qrupa daxil olanlar özləri də iki yerə ayrılır.  

Birincisi,  klassik  üslubda  yazıb-yaradan,  dövrün  ab-havasına 

uyğun olaraq xalq şerinə müraciət edənlərdir. Onların bir çoxu klassik 

vəzndə  yazılmış  şöhrətli  əsərlərin  müəllifləridir.  Yaradıcılıqlarının 

müəyyən  mərhələsində ayrı-ayrı səbəblərlə bağlı, xüsusilə M.P.Vaqif 




Azərbaycanda aşiq sənəti 

 

145 



 

şerinin  təsiri  altında  xalq  şerinə  müraciət  etmiş  və  bu  sahədə  də 

qələmlərini sınamışlar. 

İkincisi  isə,  öz  nakam  məhəbbətindən,  qürbət  həyatı  keçirmə-

sindən,  ədalətsizliklərlə  üzləşməsindən,  eləcə  də  övlad  həsrəti,  övlad 

hüznü  və  s.  ilə  bağlı  doğan  kədərdən  gileyli  sənətkarlar  tərəfindən 

yaranan  tək-tək  nümunələrdir.  Onların  bir  çoxu  klassik  və  xalq  şeri 

şəkillərində  o  qədər  də  şöhrətli  yaradıcılıq  yolu  keçməmişlər.  Yaxud 

belələri içərisində daha şöhrətli sənətkarlar da olmuşdur. Lakin, bütün 

bunlara baxmayaraq, onlar da, aşıq və  ya el şairi səviyyəsinə  yüksələ 

bilməmişlər.  Odur  ki,  bu  tipli  yaradıcıları  da,  xalq  şeri  üslubunda 

yazıb-yaradan sənətkarlar kimi qruplaşdırmaq daha doğru olardı. 

Aşıq  yaradıcılığının  bir  sıra  özünəməxsusluqlarının  öyrənilib  dü-

rüstləşdirilməsi  müəyyən  dərəcədə  onun  inkişaf  yolunun  düzgün 

müəyyənləşdirilməsindən  başlayır.  Bu  mənada  onun  ənənələrə  görə 

qruplaşdırılması və hər bir qrup sənətkarın bu ənənənin inkişafındakı 

yerinin müəyyənləşdirilməsi son dərəcə vacibdir. (4,53-63) 

Aşıq sənəti yarandığı gündən daim inkişafda, dinamikada və tərəq-

qidədir.  Baş  verən  bir  çox  dəyişikliklər  –  pozitiv  və  ya  neqativ  məz-

mumundan asılı olmayaraq aşıq yaradıcılığında özünü əks etdirir. Ət-

rafda baş verənləri aşıq şeri qədər müntəzəm və mükəmməl ifadə edən 

ikinci  bir  bədii  təfəkkür  modeli  nəzərə  çarpmır.  XIV-XVI  əsrin  aşığı 

özündən  əvvəlki  əsrin  aşığından  nə  qədər  fərqlidirsə,  XVII-XVIII 

əsrin aşığı bir o qədər açıq dünyagörüşlü, təzadlarla barışmaz, döyüş-

kən  mövqeli,  intibaha  meyllidir.  XIX  əsrin  sənətkarı  isə  yenilikçi, 

çevik və dinamikdir, hadisələrin mahiyyətinə varan, daxili aləmə mə-

harətlə nüfuz edən, insani gözəllikləri dəyərləndirəndir, ənənələrə qa-

yıdan,  yaddaşda  onları  bərpa  edəndir.  XX  əsrin  aşıq  poeziyasında 

klassik  ənənələr  unudulmağa,  deformasiyaya  uğramağa,  əsrin  ikinci 

yarısından sonra isə tam pozulmağa, aşıq şerinə yeni məzmun gəlmə-

yə başlayır. 

Lakin  bu  vəziyyət  aşıq  sənətinin  yayıldığı  bütün  bölgələr  üçün 

səciyyəvi deyildir. Anadolu, Təbriz aşıq məktəblərində klassik ənənə-

lərin mühafizəsi ötən əsrdə də güclü olmuşdur. Bu isə cəmiyyətdə baş 

verən  hadisələrin  aşıq  yaradıcılığına  bilavasitə  təsiri  ilə  bağlıdır.  Mə-

sələn,  Şimali  Azərbaycanda  son  yetmiş  ildə  baş  verən  hadisələr  aşıq 

sənətində  klassik  ənənələrin  pozulub  yenisi  ilə  əvəzlənməsinə  səbəb 

olmuşdur. Güney Azərbaycanda isə aşıq hələ orta əsrlərə məxsus ənə-



Yüklə 237,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə